Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   2   3   4   5   6   7   8   9   ...   31

 

konseptual nəzəri əsaslarının öyrənilməsi; 



-  Bank  fəaliyyətini  vergiyə  cəlbetməyə  aid  nəzəri  baxışların  təhlili  və  bu  təhlillər 

ə

sasında  konkret  tarixi,  sosial-iqtisadi  mühit  üçün  –  transformasiya  və 



posttransformasiya  mərhələsi  üçün  bank  əməliyyatlarını  vergiyə  cəlbetmənin  optimal 

təşkili üsullarının müəyyənləşdirilməsi; 

- Kredit təşkilatlarını vergiyə cəlbetmənin xarici təcrübələrinin araşdırılması və bu 

təcrübələrdən yaradıcı istifadə imkanlarının aşkarlanması; 

- Azərbaycanın kredit təşkilatlarında vergitutmanın mövcud vəziyyətinin kompleks 

təhlili  və  vergitutmanın  kredit  təşkilatlarının  fəaliyyətinin  effektivliyinə  təsirinin 

qiymətləndirilməsi; 

-  Bank  əməliyyatlarının  vergiyə  cəlb  edilməsinin  hüquqi  əsaslarının  təhlili, 

qanunvericilikdəki boşluqların müəyyənləşməsi və hüquqi bazanın təkmilləşdirilməsinə 

yönələn təkliflərin aşkarlanması; 

- Ölkəldəki müxtəlif kredit təşkilatlarının praktik nümunələri əsasında müasir vergi 

menecmentinin effektivlik səviyyəsinin tədqiqi və vergi menecmentinin səmərəliliyinin 

yüksəldilməsi istiqamətlərinin müəyyənləşməsi. 

Tədqiqatın  nəzəri-metodoloji  əsasları.Dissertasiya  işinin nəzəri-metodoloji  əsasını 

müxtəlif  iqtisadi  və  maliyyə  nəzəriyyəsi  cərəyanlarının  nümayəndələrinin  əsərləri, 

Azərbaycan  Respublikasının  vergi  və  bank  qanunvericiliyi,  dövlət  iqtisadi  inkişaf  və 

islahat proqramları təşkil edir. 



Tədqiqatın informasiya bazası.Dissertasiya işinin informasiya bazasını Azərbaycan 

Respublikası  Dövlət  Statistika  Komitəsinin  statistik  məcmuələri,  Azərbaycan 

Respublikası Vergilər Nazirliyinin statistik  məlumatları, Milli Bankın statistik nəşrləri, 

xarici statistik məcmuələr təşkil edib. 



Tədqiqatın  obyekti  və  predmeti. Tədqiqatın  obyekti bank əməliyyatlarının vergiyə 

cəlb  edilməsi  sistemləridir.  Tədqiqatın  predmeti  bank  əməliyyatlarının  vergiyə  cəlb 

edilməsi sistemlərinin təkmilləşməsi istiqamətləridir. 



 

Tədqiqatın elmi yenilikləriTədqiqatın elmi yenilikləri aşağıdakılardır: 

-

 vergitutmanın  fundamental  nəzəri  əsaslarının,  təməl  prinsiplərinin,  müxtəlif 



ölkələrin vergi praktikasının təhlili ilə müəyyən edilmişdir ki, hər bir ölkə vahid nəzəri 

ə

saslar və prinsiplər üzərində fərqli vergitutma konstruksiyaları qurmalıdır və ayrı-ayrı 



ölkələrdə 

bank 


fəaliyyətinin 

vergiyə 


cəlbi 

də 


belə 

bir 


yanaşma 

ə

sasındareallaşdırılmalıdır.  Aşkara  çıxarılmışdır  ki,  praktik  vergitutma  sistemi, 



ocümlədən bank fəaliyyətinin vergiyə cəlbi ölkədəki hüquqi, iqtisadi, etik gerçəkliklərə 

uyğun formalaşdırılmalıdır; 

-

  bank  əməliyyatlarının  həcmi  ilə  bu  əməliyyatlardan  vergitutma  dərəcələri 



arasında qarşılıqlı əlaqələrin mövcudluğu aşkara çıxarılmışdır və müəyyən edilmişdir ki, 

bank  əməliyyatlarına  tətbiq  edilən  yüksək  vergi  dərəcələri  son  nəticədə  investisiya 

fəallığının azalmasını şərtləndirir; 

-

  bank fəaliyyətinin vergiyə cəlb olunması sistemlərinin təkmilləşdirilməsinin əsas 



xətlərindən  birinin  hüquqi  əsasların  təshih  edilməsindən  ibarət  olduğu  diqqətə 

çatdırılmış  və  müəyyən  edilmişdir  ki,  perspektivdə  bank  əməliyyatlarının  kompleks 

sistem  üzrə  vergitutmaya  cəlbini,  maliyyə  xidmətlərindən  ƏDV  tutulmasını,  impliçit 

vergi dərəcələrinin – məcburi ehtiyat normalarının azaldılmassı ilə birgə bu normaların 

müçtəlif  müddətli  depozitlər  üzrə  differensasiyasını  təsbit  edən  hüquqi  dəyişikliklər 

zəruridir.  Beynəlxalq  mühasibat  standartlarına  keçidin  və  eyni  zamanda  bank 

ə

məliyyatları üzrə mənfəət vergisinin hesablama metodu əsasında tutulmasının zərurəti 



aşkarlanmışdır; 

-

  bank  sektorunda vergi  menecmentinin əsas  vəzifəsinin qanunvericilik  daxilində 



kredit təşkilatlarının vergi ödənişlərinin minimallaşdırılması olması göstərilmiş və aşkar 

edilmişdir 

ki, 

vergi 


öhdəliklərinin 

minimallaşdırılması 

pul 

axınlarının 



diskontlaşdırılması metodları əsasında müəyyən olunmalıdır; 

-

  bank  sektorunda  vergi  menecmentinin  effektivliyinin  bütövlükdə  korporativ 



idarəetmənin  səmərəliliyindən  asılı  olduğu  aşkara  çıxarılmış  və  bu  baxımdan  kredit 


 

sektorunda 



yüksək 

korporativ 

idarəetmə 

standartlarına 

keçidin 

zərurəti 

ə

saslandırılmışdır; 



-

  bank  sferasında  effektiv  vergi  menecmentinin  formalaşması  üçün  vergi 

menecmentinin strateji və texniki pillələrə ayrılmasının gərəkliyi müəyyən edilmişdir. 

Tədqiqat  işinin  praktik  əhəmiyyəti.  Dissertasiyanın  nəticələri  fiskal  və  pul 

siyasətinin  formalaşmasında  vergitutma  işinin  və  vergitutmanın  hüquqi  əsaslarının 

təkmilləşməsində,  bank  sektorunun  inkişaf  proqramlarında,  banklarda  vergi 

menecmentinin təşkilində istifadə üçün yararlı ola bilər. 



Tədqiqatın  quruluşu  və  həcmi.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və  ədəbiyyat 

siyahısından ibarətdir.. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə