Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   2   3   4   5   6   7   8   9   ...   31

17 

 

nəzəriyyələri cəmiyyətdəki sosial, hüquqi, siyasi, etik və s. gerçəklikləri nəzərə almaqla 



təşəkkül  tapıb  və  bu  nəzəriyyələr  vergitutmanın  digər  aspektlərini  aydınlaşdırmaqla 

birgə başlıca bir məsələni də – dövlətin funksiyaları ilə vergitutma arasındakı qarşılıqlı 

ə

laqələri  də  araşdırıb.  Çünki  «Vergilər  dövlətlə  birgə  təşəkkül  tapıb  və  onun  ayrılmaz 



elementidir».

2

 



Bu  baxımdan  aydındır  ki,  vergitumanın  nəzəri-metodoloji  əsaslarının  evolyu-

siyasını  dövlətin  vəzifə  və  funksiyalarına  aid  nəzəri  baxışlarla  əlaqəli  araşdırmaq 

məqsədəuyğundur və belə əlaqəli araşdırmalar, daha dəqiqi, vergitutmanın fundamental 

nəzəri  əsaslarının  tarixi-retrospektiv  təhlili  problemin  bir  çox  aspektlərinin  daha  dəqiq 

dərkinə imkan yaradar. 

Bir çox nəzəri  mənbələrdə, məsələn, «Dövlət və bələdiyyə maliyyəsinin problem-

ləri»  dərs  vəsaitində  çox  düzgün  qeyd  edilir  ki,  «…dövlətin  ictimai-iqtisadi 

proseslərdəki  rolu  tarixən  sabit  konturlarla  məhdudlaşmır  və  dövlətin  bu  proseslərdəki 

yerinin hər bir tarixi mərhələ üçün dəqiq müəyyənləşən sərhədləri mövcud deyil».

3

 



Maliyyə  ədəbiyyatlarında  böyük  Azərbaycan  mütəfəkkiri  N.Tusinin  «Maliyyə 

risaləti»  və  bu  Tusi  yaradıcılığını  araşdıran  Ə.Fərəcova,  başqa  nəzəri  mənbələrə 

istinadən  çox  düzgün  bildirilir  ki,  «Şərq  iqtisadi  fikri  kasad  olmayıb  və  müasir  nəzəri 

baxışların təşəkkülünə öz layiqli töhfəsini verib».

Vergitutmanın  konseptual  əsaslarının  zənginləşməsində  spesifik  rol  oynayan 



iqtisadçılardan biri də A.Vaqner hesab olunur və Vaqnerin tədqiqatlarının spesifikliyi bu 

iqtisadçını  hər  hansı  ümumi  vergi  nəzəriyyəsi  nümayəndəsi  kimi  xarakterizə  etməyə 

imkan  vermir.Vaqner  vergitutma  məsələsinə  kifayət  qədər  kompleks  yanaşırdı  və 

vergitutmanın  fiskal,  sosial-siyasi  prinsiplərini  ayırırdı.Fiskal  prinsipə  görə,  gəlirlərin 

bölgüsü düzgündür və buna görə də proporsional vergilərdən istifadə olunmalıdır.Sosial-

                                                  

2Налогообложение. Теории, проблемы, решения / Под реакцией В.П.Вишневского. Донецк, 2006, 10 с. 

3Zeynalov V. Dövlət və bələdiyyə maliyyəsinin problemləri. Bakı: 2006, 432 s. 

4

Zeynalov V. Dövlət və bələdiyyə maliyyəsinin problemləri. Bakı: 2006, 432 s. 



 


18 

 

siyasi prinsipə görə, dövlət gəlirlərin bazar bölgüsünü təshih etməlidir və bu təshih üçün 



proqressiv vergilər tətbiq etməlidir. 

Gələcəkdə  praktikada  kifayət  qədər  istifadə  edilən  iqtisadi  kurslara  ideya  əsası 

təşkil  edən  Mak-Kullax  baxışlarından  fərqli  olaraq,  J.Sismondinin  vergi  nəzəriyyəsi 

vergini  qismən  utopist  və  hətta  bir  qədər  melodramatik  prizmadan  xarakterizə  edirdi: 

«…vergi  vətəndaşın  aldığı  zövqə  görə  ödədiyi  qiymətdir».

5

Ə



lbəttə  ki,  məsələyə  bir 

qədər dərindən yanaşsaq, təhsil və səhiyyə sisteminin mövcudluğundan, ölkəni müdafiə 

edən ordunun varlığından, doğrudan da, zövq almaq və bu zövqə görə müəyyən vəsait 

ödəmək  olar.Ancaq  ictimai  həyatın  çoxəsrlik  gerçəkliklərindən  bəllidir  ki,  ictimai 

zövqləri  oxşayan  bu  xidmətlər  üçün  fərdi  ödəmələr  həmişə  problem  olub  və  bu  ba-

xımdan Sismondinin qismən utopist mövqedə dayandığını iddia etmək olar.Sismondinin 

vergi nəzəriyyəsi hər bir məqamda məsələyə belə yanaşmırdı və Sismondi həm də dövlət 

xərclərini  kasıbların  deyil,  varlıların  hesabına  ödəməyi  lazım  bilirdi.  Daha  dəqiq, 

Sismondi proqressiv vergitutmanı gərəkli hesab edirdi. 

Müasir  vergi  nəzəriyyələrinin  -  liberal,  neoliberal,  keynsçi,  neokeynsçi  nəzəriy-

yələrinin  xarakterik  aspektini  dövlətin  sosial-iqtisadi  proseslərdəki  roluna  münasibət 

təşkil edir. 

Vergitutmanın  müasir  fundamental  nəzəri  əsaslarının  formalaşmasında  A.Piqunun 

baxışlarının  mühüm  rol  oynadığını  nəzərə  alıb,  öncə  Piqu  nəzəriyyəsinin  əsas 

məqamlarını  müxtəsər  aydınlaşdırmaq  məqsədəuyğun  olar  və  qeyd  etmək  lazımdır  ki, 

Piqu nəzəriyyəsinin –  «rifah iqtisadiyyatı»  nəzəriyyəsinin  əsas  xətti  Pareto-effektivliyə 

ə

saslanır: « stehsalçılar və istehlakçılar təkmil rəqabətdəki kimi fəaliyyət göstərəndə … 



resursların Pareto-effektiv bölgüsü baş verir».

6

Yəni Piqu nəzəriyyəsi iddia edir ki, tam 



rəqabət şəraitində resurslar elə bölünür ki, birinin rifahının yaxşılaşması digərinin rifa-

hını  pisləşdirmir.Piqu  Paretonun  bu  məşhur  anlayışını  özünün  iqtisadi  və  maliyyə 

                                                  

5

Пушкарева



 В.М. История финансовой мысли и политики налогов. Учебноепособие. М.: 1966, 62-63 с. 

 

6



Rosen Harvey S. Public Finance 3 ed. Burr Ridge  llinions. rwin,1992,50 p. 


19 

 

nəzəriyyəsinə  gətirdiyi  başqa  bir  məşhur  anlayışla  -  xarici  effektlər  (externalities) 



anlayışı  ilə  üzvi  əlaqələndirir  və  iddia  edir  ki,  xarici  effektlər,  məsələn,  hər  hansı 

zavodun  ətraf  mühiti  çirkləndirməsi  istehsal  və  istehlakın  tarazlığını  ictimai  rifah 

baxımından optimal  etmir.Məsələn, böyük  mebel  zavodunun fəaliyyəti istehsalçıya  da, 

istehlakçıya da faydalıdır, ancaq zavodun çirkab suları minlərlə əhaliyə qətiyyən faydalı 

deyil  və  deməli,  ictimai  rifahın  təmini  optimal  hesab  oluna  bilməz.Piqu  nəzəriyyəsi 

xarici  effektlərin  zərərli  təsirini  minimallaşdırmaq  yolunu  məcburi  ödənişdə  -  Piqu 

vergisində  görür.Piqu  nəzəriyyəsi  iddia  edir  ki,  dövlət  xüsusi  məcburi  ödəniş  tətbiq 

etməklə, xarici effektlərin zərərini azalda bilər və buna görə də dövlətin sosial-iqtisadi 

proseslərdəki rolu labüddür.Yəni «Bəzi məhsulların istehlakının (həmçinin istehsalının) 

bu məhsulların qiymətində əks olunmayan müsbət və ya mənfi «eksternalilər» yaratması 

faktının  etirafı  dövlətin  iqtisadiyyatdakı  rolunun  genişlənməsinə  daha  bir  arqument 

oldu».


7

Piqunun vergitutmaya aid baxışları təkcə bu əsas məqamla məhdudlaşmır və Piqu 

göstərir  ki,  iqtisadi  subyektlər  gələcəyi  -  gələcək  gəlirlərini  həmişə  diskont-

laşdırırlar.Vergi sistemi bu cəhəti nəzərə almalıdır. Piqunun bu iddiası əslində izah edir 

ki, bu gün vergi kimi «X» fərddən tutulan 100 vahid, «X» fərd üçün gələcək 110 və 120 

vahiddir.  Vergi  kimi  tutulan  200  vahidin  gələcək  dəyəri  220,  240  vahid  olur.  Yəni 

verginin  100  vahid  artırılması  vergi  ödəyicisinin  gələcək  gəlirini  10,  20  və  s.  vahid 

azaldır.  Bir  sözlə,  olduqca  yüksək  vergilər  yığımı  investisiya  imkanlarını 

məhdudlaşdırır.Piqu  nəzəriyyəsi  bu  məqamda  klassik  siyasi  iqtisadla,  müxtəlif  liberal 

baxışlarla kifayət qədər  yaxınlaşır,  ancaq  bu  gün də öz  mövqelərini  yetərincə qoruyub 

saxlayan  digər  bir  nəzəriyyə  –  Keyns  nəzəriyyəsi  klassik  və  liberal  xətlərlə  tam 

ziddiyyət təşkil edir. 

C.M.Keyns  nəzəriyyəsi  birbaşa  iddia  etdi  ki,  «mərkəzləşmiş  nəzarətin  təsisi  … 

dövlətin ənənəvi funksiyalarının genişlənməsini tələb edir və bu nəzarət mövcud iqtisadi 

                                                  

7

Танци



 В. Роль государства в экономике: эволюция концепций // Мировая экономика и международные отношения, 

М

., 1998, №10, с. 51-62. 



 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə