Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   2   3   4   5   6   7   8   9   ...   31

 

Fəsil 1.Bank əməliyyatları və banklarda vergitutmanın əsas prinsipləri 



 

1.1.Bank əməliyyatları anlayışının definisiyası  

Kommersiya banklarının funksiyaları həm də onunla ifadə olunur ki, onlar çox 

mürəkkəb  bazar  iqtisadiyyatı  və  dünya-iqtisadi  münasibətlər  sistemində  bazarın  digər 

iştirakçıları  – istehsalat müəssisələri,  ticarət  təşkilatları, qeyri-bank  maliyyə sektoru  və 

ə

hali (onların pul axınları üçün) üçün sanki bələdçidir.  



Kommersiya bankı  müştərilərə iki zəruri fundamental xidməti göstərən vasitəçi 

təşkilatdır:  kredit  xidmətləri  –  iki  müxtəlif  müştəri  qrupuna,  onlardan  biri,  banka  öz 

vəsaitlərini (bankın passiv kredit əməliyyatları) etibar etməklə, özü bankı kreditləşdirir, 

digəri  isə,  bankdan  borc  pul  almaqla  (bankın  aktiv  kredit  əməliyyatları),  bankda 

kreditləşir  və  hesablaşma-ödəniş  xidmətləri  (çox  vaxt  kassa  xidmətləri  ilə  birlikdə)  – 

özünün bütün müştərilərinə.  

Bank  fəaliyyətinin  əhəmiyyətli  xüsusiyyətləri  sırasına,  bir  qayda  olaraq, 

aşağıdakılar aid edilir:  

1)

  bank  resurslarında  cəlb  olunmuş  və  borc  vəsaitlərinin  üstünlük  təşkil 



etməsi,  bu,  ilk  öncə,  əmanətçilərin  və  kreditorların    vəsaitlərinin  effektiv  istifadəsinə 

görə yüksək məsuliyyətin yaranmasına səbəb olur;  

2)

  maliyyə bazarlarının fəaliyyət parametrlərinin həddindən artıq hərəkətliliyi, 



dəyişkənliyi, bu, təkcə iqtisadi deyil, həm də siyasi, sosial və digər səbəblərlə bağlıdır, 

ə

məkdaşlardan,  təhlilin  və  əməliyyatların  aparılmasının  keyfiyyətinə  zərər  vurmadan, 



daim analitik gərginlik və yüksək operativlik tələb edir;  

3)

  iqtisadiyyatın,  demək  olar  ki,  bütün  sahələrini  təmsil  edən  ən  müxtəlif 



müştərilərlə  daim  və  eyni  anda  işləmək,  onların  ziddiyyətli  maraq  və  məqsədlərini  ən 

müxtəlif, qətiyyən uyğun gəlməyən tendensiyalara, hər bir verilən anda mövcud maliyyə 

alətlərinə, müxtəlif valyutalara malik bazarlarda uzlaşdırmaq  zərurəti;   



 

4)



  bank  məhsullarının  (xidmətlərin)  qeyri-maddi  xarakteri  və  bankın,  demək 

olar ki, bütün bölmələrinin hər bir belə məhsulun istehsalında iştirakının zəruriliyi.  

Kommersiya banklarının  resursları iki  mənbədən ibarətdir.a)  xüsusi vəsaitlər;b) 

cəlb olunmuş vəsaitlər. 

Xüsusi  vəsaitlərin  tərkibinə  səhmdar  kapital,  ehtiyyat  və  digər  fondlar, 

bölüşdürülməmiş mənfəət və digər mənbələrin daxil olduğu özünəməxsus xüsusi kapital 

aiddir.  Bankın  xüsusi  kapitalı  onun  fəaliyyətinin  birinci  günündən  əsaslandığı  dayaq 

rolunu, həmçinin onun, sonuncu müdafiə xətti rolunu oynayır. 

Cəlb  olunmuş  vəsaitlərin  tərkibinə  kreditlər,  depozitlər,  müştərilərin  cari, 

hesablaşma hesablarındakı, müxbir hesablarındakı vəsaitlər və digər vəsaitlər aiddir. 

Xüsusi  vəsaitlərin  tərkibinə  səhmdar  kapital,  ehtiyyat  və  digər  fondlar, 

bölüşdürülməmiş mənfəət və digər mənbələrin daxil olduğu özünəməxsus xüsusi kapital 

aiddir.  Bankın  xüsusi  kapitalı  onun  fəaliyyətinin  birinci  günündən  əsaslandığı  dayaq 

rolunu, həmçinin onun, sonuncu müdafiə xətti rolunu oynayır. 

Cəlb  olunmuş  vəsaitlərin  tərkibinə  kreditlər,  depozitlər,  müştərilərin  cari, 

hesablaşma hesablarındakı, müxbir hesablarındakı vəsaitlər və digər vəsaitlər aiddir. 

Banklarin  öhdəlikləri  -  banklar  tərəfindən  vəsaitlərin  cəlb  olunması  və  onun 

resurslarının  formalaşması  üzrə  əməliyyatlarıdır.  Bu  əməliyyatlann  köməyi  ilə 

banklar mənfəət əldə etmək məqsədi ilə kredit verilməsi, qiymətli kağızlara sərmayə 

qoyuluşu və s. üçün vəsaitlər toplayırlar. Bazar iqtisadiyyatına keçid şəraitində bank 

passivlərinin  formalaşması  və  onlann  strukturunun optimallaşdırılması, öhdəliklərin 

mənbələrinin keyfıyyətcə səmərəli idarə olunması xüsusi əhəmiyyət kəsb edir. 

Öhdəliklər  həmçinin  kreditorun  hər  hansı  vəsait  və  ya  əmlak  üzərində  öz 

hüquqlarının  itirilməsi  və  ondan  imtina  etməsi  kimi  digər  vasitələrlə  də  ödənilə  bilər.  

Öhdəliklər keçmiş dövrlərin əməliyyatları (hadisələri) nəticəsində yaranır.  

Maliyyə  hesabatlarında  öhdəliklər  aşağıdakı  qaydada  təsnifləşdirilir:  tələb 

olunanadək və 1 ayadək; 1 aydan 3 ayadək;3 aydan 6 ayadək;6 aydan 1 ilədək və 1 ildən 



10 

 

yuxarı. 



bankın  öhdəliklərində  depozitlərlə  (Depozit  –  müvafiq  müqavilə  şərtləri  ilə 

faizlər  və  ya  komisyon  haqqlar  ödənilməklə  və  ya  ödənilmədən  müştərilərin 

(əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan 

bankın  balansında  aparılan  cari,  əmanət  (depozit)  və  ya  digər  hesaba  qoyulmuş  və  ya 

köçürülmüş pul vəsaitidir) bağlı əməliyyatlar mühüm rol oynayır.  qtisadi  məzmununa 

və  istifadə  müddətlərinə  depozitlərin  tərkibi  iki  hissədən  ibarətdir:  tələb  olunanadək 

depozitlər  və  müddətli  depozitlər.  Tələbolunanadək  depozıt  onun  sahibi  tərəfındən 

bank  hesablarına  köçürülən  və  onun  sahibinin  ehtiyac  yarandıqda  tələb  etdiyi 

depozit  formasıdır.  Bu  vəsaitlər  cari  depozit  hesablarında  saxlanılır.  Müddətli 

depozitlər hesablara köçürülərkən müəyyən edilmiş müddət ərzində bank hesablarında 

saxlanılan vəsaitlərdir.  

Müddətli depozitlər üzrə hesablara  sertifikatlar, veksellər,  əhalinin məqsədli 

və  müddətli  əmanət  hesabları,  həmçinin  əvvəlcədən  müddəti  müəyyən  edilməyən 

lakin  asanhqla  təyin  edilə  bilən  hesablar  aiddir.  Belə  hesablara  büdcə  vəsaitlərinin 

saxlandığı  və  kapital  qoyuluşlarımn  maliyyələşdirildiyi  və  s.  Hesablar  aid  edilə  bilər. 

Başqa  banklardan  alınmış  depozitlər  də  müddətli  adlanırlar,  çünki  belə  vəsaitlər 

həmişə, bir qayda olaraq əvvəlcədən müəyyən edilmiş müddətə alınır. 

Müddətli depozitlərin bir çox parametrləri, o cümlədən subyektləri, məbləğləri, 

müddətləri,  qəbulu  və  qaytarılması  qaydaları,  istifadə  üsulları  kommersiya 

banklarının vəziyyətindən asılı olaraq çox fərqli və müxtəlif ola bilər. Bu, bankların 

öz fəaliyyətlərində seçmiş olduqları istiqamətlərdən, onların maliyyə vəziyyətindən və 

malik olduqları imicdən asılı olur. 

Ə

manət  sahibləri  verdikləri  pul  qədər  banklardan  alacaqlı  olurlar.  Başqa  bir 



sözlə, pulunu banka qoyan bir kimsə banka kredit vermiş olur. Bir sıra ölkələrdə ödəmə-

lərin  böyük  bir  hissəsi  (təxminən  90%)  banklar  vasitəsilə  olur.  Pulun  banknot  yerinə 

ə

manət  şəklində  bankda  tutulması  əmanətçiyə  gəlir  gətirir.  Müddətləri  baxımından 



 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə