Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   2   3   4   5   6   7   8   9   10   ...   31

20 

 

formaların  tam  məhv  olmasından  qaçmaq  və  fərdi  təşəbbüskarlığın  müvəffəqiyyətli 



fəaliyyəti üçün yeganə mümkün vasitə»dir.

8

Dəqiqi, Keyns iddia edirdi ki, dövlət məcmu 



tələbə  –  «…iqtisadiyyatda  planlaşdırılan  xərclərin  səviyyəsinə  təsir  etməklə,  effektiv 

makroiqtisadi  tənzimlənməni,  yəni  iqtisadi  tərəddüdləri  minimallaşdırmağı  təmin  edə 

bilər.

9

  Keyns  bu  tənzimləmədə  vergi-büdcə  siyasətinin  əhəmiyyətli  rol  oynadığını  bil-



dirirdi.  Yəni  göstərirdi  ki,  multiplikator  mexanizminin  yardımı  ilə  məcmu  tələbi  və 

ardıcıl  olaraq,  məcmu  təklifi  yüksəltmək  mümkündür:  «Balanslaşdırılmış  büdcə  multi-

plikatoru  müəyyən  edir  ki,  vergilərin  artım  miqdarı  ilə  müşayiət  olunan  dövlət 

xərclərinin artımı məhsul buraxılışı artımı nəticəsinə gətirir».

10

 

Keyns nəzəriyyəsinin bu əsas xətti müxtəlif nəzəri cərəyanlar tərəfindən, əlbəttə ki, 



mübahisəsiz  qəbul  olunmadı  və  ötən  əsrin  II  yarısından  etibarən  fiskal  siyasətin 

effektivliyi ən müxtəlif prizmalardan şübhə altına alındı. 

Göstərildi  ki,  aktiv  fiskal  siyasət  sıxışdırma  effekti  yaradır:  «Fiskal  müdaxilə 

zamanı  –  dövlət  xərclərinin  artımı  investisiya  səviyyəsini  azaldanda  sıxışdırma  effekti 

yaranır».

11

Daha  doğrusu,  diqqətə  çatdırıldı  ki,  fiskal  müdaxilə  ilə  (dövlətin  xərclərinin 



və vergilərin artımı ilə) real gəlirlərin artımı real pul qalıqlarına tələbatı, bu artım isə faiz 

dərəcəsinin  yüksəlməsini  şərtləndirir.Faiz  dərəcəsinin  yüksəlməsi  isə  planlaşdırılan 

investisiya xərclərini – məcmu tələbi, gələcək məhsul buraxılışını azaldır. 

Büdcə  məhdudiyyəti  faktorunun  nəzərə  alınması,  rasional  gözləmələr  və  s. 

konsepsiyalar  da  bu  və  ya  başqa  aspektlərdən  fiskal  siyasətin  səmərəliliyini  qəbul 

etmədilər  və  başqa  fundamental  nəzəri  cərəyanlar  da  vergitutmanın  təkcə  iqtisadi 

tərəddüdləri  minimallaşdırması  xarakterizəsi  ilə  məhdudlaşmadılar.  Doğrudur, 

vergitutmaya  aid  ən  müasir  nəzəri  baxışların  bir  çoxu  Keyns  yanaşmasını  tam  təkzib 

                                                  

8

Кейнс



 Дж.М. Обшая теория занятости, процента и денег. М.: 1949, 367 с.  

9

Фишер



 С., Дорнбуш Р., Шмалензи Р. Экономика, М.: 1999, 454 с. 

10

Фишер



 С., Дорнбуш Р., Шмалензи Р. Экономика, М.: 1999, 518 с. 

11

Фишер



 С., Дорнбуш Р., Шмалензи Р. Экономика, М.: 1999, 556 с. 

 



21 

 

etmirlər və göstərirlər ki, «Tsiklik tərəddüdlərə nəzarət və iqtisadi artımın təminatı üçün 



dövlətin əsas vasitəsi monetar və fiskal siyasətdir».

12

 Ancaq müasir vergi nəzəriyyələri 



təkcə  dövlətin  iqtisadiyyatdakı  rolunun  müəyyən  edilməsi  və  ya  tənzimlənən  bazar 

modelini qəbul edib-etməməklə fərqlənmirlər.Müasir vergi nəzəriyyələri Piqu və Keyns 

baxışlarında aydınlaşmayan bəzi mühüm məsələləri kifayət qədər ətraflı tədqiq edirlər. 

Müasir  vergi  nəzəriyyələrinin  bu  istiqamətləri  verginin  mahiyyətcə  dərkinə  iki 

fərqli  əsas  və  iki  fundamental  vergi  prinsipi  təşəkkül  tapdı.Optimal  vergitutma 

konsepsiyası  vergini  məcburi  və  əvəzsiz  ödəniş  kimi  xarakterizə  edir  və  verginin 

iqtisadiyyata  təhrifedici  təsirini  minimallaşdırmaq  yollarını  arayır. ctimai  seçim 

nəzəriyyəsi isə vergini könüllü və praktik olaraq ekvivalent – əvəzi ödənilən ödəniş kimi 

xarakterizə edir. 

Bu  müasir  vergitutma  nəzəriyyələrinə  və  ümumiyyətlə,  tarixi-retrospektiv 

müstəvidə araşdırılan müxtəlif nəzəri baxışları ümumiləşdirib iddia edə bilərik ki, vergi, 

bir  tərəfdən,  ictimai  məhsullar  təklifinə  görə  verilən  könüllü  ödəniş,  digər  tərəfdən, 

ictimai  məhsullar  istehsalı  və  fiskal  siyasətin  gerçəkləşməsi  üçün  tutulan  məcburi 

ödənişdir. Nəzəri mənbələrin təhlili bu məlum nəticənin elmi cəhətdən yanlış olmadığını 

təsdiqləyir  və  verginin  mahiyyəti  ilə  funksiyaları  arasında  əlaqələrin  aşkarlanmasına 

imkan yaradır. 

Öncə qeyd  etmək  gərəkdir  ki,  ən  müxtəlif  nəzəri  mənbələr – istər klassik, liberal, 

neoliberal  nəzəriyyələr,  istərsə  də  keynsçi,  neokeynsçi  və  s.  nəzəriyyələr  əsasən 

vergilərin  prinsipcə iki  funksiyaya –  fiskal və tənzimləyici  funksiyaya  malik  olduğunu 

bildirirlər.  Nəzəri  əsasların  tədqiqində  bu  cəhət  aşkar  göründü.Fundamental  nəzəri 

tədqiqatlarla birgə bir çox ədəbiyyatlar, məsələn, Q.Polyak, Q.Yutkin də vergitutmanın 

bu  iki  funksiyaya  malik  olduğunu  bildirirlər.

13

Bəzi  ədəbiyyatlarda  isə  funksiyaların 



                                                  

12

Самуельсон



 П., Нордхауз В. Экономика. М.: 1999, 91 с. 

13

Поляк



 Г.Б. Бюджетная система России. М.: 2000, 78-80 с. 


22 

 

nisbətən geniş çeşidi - fiskal, sosial, tənzimləyici, nəzarət və s. göstərilir.



14

Ş

übhəsiz ki, 



funksiyalar çeşidinin belə genişləndirilməsi nəzəri kamilliyi ilə seçilmir və biz iddia edə 

bilərik  ki,  verginin  funksiyaları  ilə  vergi  sisteminin  funksiyalarını  qarışdırmaq 

yanlışlıqdır.

15

 



Nəzərdən keçirilən elmi mənbələrdən və başqa ədəbiyyatlardan biz təkcə vergilərin 

funksiyalarını  deyil,  vergitutma  prinsiplərini  də  qismən  araşdıra  bildik  və  biz  qeyd 

etməliyik  ki,  vergitutma  prinsiplərinin  dəqiqləşdirilməsi  praktik  vergi  siyasətinə, 

mövcud  vergi  sisteminin  fəaliyyətinə  qiymət  verilməsi  baxımından  mühüm 

məsələdir.Çünki  fundamental  nəzəri  baxışlar  funksiyalarla  birgə  təməl  prinsipləri 

müəyyən edir və verginin mahiyyətinə, funksiyalarına uyğun ideal vergitutma modelləri 

məhz  bu  prinsiplər  əsasında  qurulur.Praktik  siyasətin  düzgünlüyü  isə  ideal  modellərlə 

müqayisədə bəlli olur. 

ddia  edə  bilərik  ki,  vergitutma  ödəniş  qabiliyyəti,  faydalılıq  və  ekvivalentlik, 

ümumilik,  bərabərlik,  kifayətlilik,  çeviklik,  stabillik,  effektivlik  və  ya  neytrallıq, 

stimullaşdırıcı, müəyyənlik, məqsədli təyinat və s. prinsiplər əsasında reallaşmalıdır və 

s.

16



  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsində  göstərilir  ki,  vergi  qanunvericiliyi, 

«Vergitutmanın  ümumi,  bərabər  və  ədalətli  olmasına  əsaslanmalıdır»  və  «Vergilər 

iqtisadi cəhətdən əsaslandırılmalıdır».

17

 



Ə

lbəttə ki, vergitutmanın ayrı-ayrı prinsiplərini təhlil etmək, bu prinsipləri nəzəri-

metodoloji  əsaslandırmaq  bir  qədər  tədqiqat  mövzusundan  kənar  və  problematik 

məsələdir.  Vergitutma  nəzəriyyəsinin  tanınmış  nümayəndələrinin  -  R.Maysqrev  və 

P.Maysqrevin təkcə iki prinsiplə bağlı fikirləri bu çətinliyi təsdiqləyir: «Hamı razıdır ki, 

vergi sistemi ədalətli və neytral olmalıdır, ancaq bu tələblərin şərhi ilə bağlı arqumentlər 

                                                  

14

Налоги



, налогообложение и налоговое законодательство. Учебное пособие для вузов / Под.ред. Е.Щ.Евстигнеева, 

Санкт


-Петербург, 2000.c18-19 

15

HüseynovA., ZeynalovV. Dövlətvə bələdiyyə maliyyəsininproblemləri. Bakı: 2006, 140 s. 



16

Макконел


, Брю. Экономика. М.: 1999, 697 с;Самуельсон П., Нордхауз В. Экономика. М.: 1999, 435с 

17

Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı: Qanun, 2005, səh 15 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə