Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

29 

 

aktivlərə nisbəti kimi hesablanmış - ROA) 0.8%, kapitalın gəlirliliyi (vergi ödənilənədək 



xalis  mənfəətin  orta  kapitala  nisbəti  kimi  hesablanmış  -  ROE)  7.1%  təşkil  etmişdir. 

Bankların əldə etdikləri mənfəət (vergi ödənilənədək) 169.9 mln. manat olmuş, vergilər 

ödənildikdən  sonra  isə  xalis  mənfəətin  həcmi  ötən  illə  müqayisədə  2  dəfə  artaraq  130 

mln. manat təşkil etmişdir.  

Vergi,  rüsum  və  digər  dövlət  büdcəsinə  ödənişlərin  ödəniş  kartları  ilə 

aparılmasının  stimullaşdırılması  məqsədilə  büdcə  ödənişləri  üzrə  aşağı  xidmət  haqqı 

tarifi  müəyyən  edilmiş  və  “Visa  Inc.”  və  “MasterCard  Worldwide”  beynəlxalq  kart 

təşkilatları  və  onların  prinsipal  üzvü  olan  banklarla  razılaşdırılaraq  tətbiqinə 

başlanılmışdır. 

“Banklar  haqqında”  Qanunun  32-ci  maddəsinə  əsasən,  banklar  Milli  Bankdan 

aldığı bank lisenziyasında qadağan edilməyibsə, aşağıdakı bank əməliyyatlarını və bank 

sövdələşmələrini həyata keçirə bilərlər. Hüquqi nöqteyi-nəzərdən bank əməliyyatları və 

bank  sövdələşmələri  ayrılıqda  nəzərdən  keçirilməlidir.  Çünki  vergitutma  bazasının 

formalaşması  baxımından  bu  iki  proses  arasında  xeyli  fərq  var.  Beləliklə,  bank 

ə

məliyyatlarına  -  tələbli  və  müddətli  depozitlərin  (əmanətlərin)  və  digər  qaytarılan 



vəsaitlərin cəlb edilməsi, kreditlərin (təminatlı və ya təminatsız) verilməsi, o cümlədən 

istehlak  və  ipoteka  kreditləşdirilməsi,  reqres  hüququ  ilə  və  ya  belə  hüquq  olmadan 

faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri, fiziki və hüquqi 

şə

xslərin  hesablarının,  o  cümlədən  bankların  müxbir  hesblarının  yazılması  və 



aparılması,  klirinq,  hesablaşma-kassa  xidmətləri,  pul  vəsaitinin,  qiymətli  kağızların  və 

ödəniş  vasitələrinin  (o  cümlədən kredit  və  debet  kartları,  yol  çekləri və  bank  köçürmə 

vekselləri) buraxılması və qanunla qadağan olunmayan digər xidmətlər aiddir.  

Bank  sövdələşmələrinə  isə  -  öz  hesabına  və  ya  müştərilərin  hesabına  maliyyə 

vasitələrinin (o cümlədən çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit 

sertifikatlarının),  xarici  valyutanın,  qiymətli  metalların  və  daşqaşların,  valyuta  və  faiz 

vəsaitlərinin,səhmlərin  və  digər  qiymətli  kağızların,  habelə  forvard  kontraktlarının, 



30 

 

svoplara dair  sazişlərin,  fyuçerslərin,  opsionların  və  valyutalara,  səhmlərə,  istiqrazlara, 



qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və 

satılması,  qiymətli  metalların  əmanətə  cəlb  edilməsi  və  yerləşdirilməsi,öhdəliklərin 

icrasına  təminatların,  o  cümlədən  qarantiyaların  verilməsi,  öz  hesabına  və  ya 

müştərilərin  hesabına  akkreditivlərin  açılması;  qiymətli  kağızlar  bazarında  peşəkar 

fəaliyyət;  maliyyə  müşaviri,  maliyyə  agenti  və  ya  məsləhətçisi  xidmətlərinin 

göstərilməsi;  kreditlərə  və  kredit  qabiliyyətinin  yoxlanılmasına  dair  informasiya 

verilməsi və xidmətlər göstərilməsi; sənədləri və qiymətliləri,o cümlədən pul vəsaitlərini 

saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq); qiymətlilərin, 

o cümlədən banknotların və sikkələrin inkasasiya edilməsi və göndərilməsi, lizinq, və s. 

xidmətlər aiddir. 

Ümumiyyətlə,  mikroiqtisadi  səviyyədə  hər  bir  müəssisə  özünün  təsərrüfat 

fəaliyyəti  zamanı  bank  xidmətlərindən  istifadə  edir.  Bununla  belə,  bank  xidmətlərinin 

müxtəlifliyi  təcrübədə  çoxsaylı  problemlərin  yaranmasına  gətirib  çıxarır  ki,  bunlar  da 

ə

sasən mühasibat uçotunun dürüst aparılması və belə xidmətlərin vergiyə cəlb edilməsi 



incəlikləri  ilə  bağlı  olur.  Vergi  münasibətləri  çərçivəsində  banklar  və  digər  kredit 

təşkilatları  iki  məzmunda  həm  vergitutma  subyekti  (vergi  ödəyicisi),  həm  də  vergi 

nəzarətini həyata keçirən agent kimi çıxış edir. 

 

 



 

 

 

 

 

 

 


31 

 

 



 

 

 



1.3. Bank fəaliyyətinin vergiyə cəlb edilməsi sistemləri və iqtisadi effektivlik: nəzəri 

konsepsiyalar 

 

Maliyyə  vəsaitlərinin  ilkin  bölgüsü  də,  təkrar  bölgüsü  də  -  əsasən  vergitutma  ilə 



reallaşan  bölgü  də  investisiya  komponentinin  həcminə  təsir  edə  bilər  və  doğrudan  da, 

«…dövlət xərclərinin və cari istehlakın payı nə qədər yüksək olarsa, gələcək inkişafa bir 

o qədər az vəsait qoyular».

29

 



 

 

                                                  



29

Фишер


 С., Дорнбуш Р., Шмалензи Р. Экономика, М.: 1999, 557 с. 

- малиййя вясаитляринин илкин ахыны 

- малиййя вясаитляринин тякрар ахынлар 

Малиййя сектору 

Хцсуси 

сектор 


малиййя 

базарлары 

 

Дювлят сектору 



верэи 

верэи 


Ев 

тясяррцфатлары 

верэи 

Йыьым 


Истещлак 

Йыьым


 

Инвестисийалар 

 



32 

 

Sxem 1.2. Məcmu tələbin komponentləri arasındakı əlaqələ

 

lk baxışdan elə görünə bilər ki, fiskal və monetar siyasət arasındakı bu əlaqələrin 



birbaşa  bank  əməliyyatlarından  vergitutmaya  bağlılığı  yoxdur.  Belə  ki,  vergi  təkcə 

banklardan  deyil,  hər  bir  təsərrüfat  subyektindən  tutulur.  kincisi,  monetar  siyasətin 

reallaşmasında banklar həlledici rol oynasalar da, bu siyasətin hazırlanması banklara aid 

olmur.  Ancaq  bankların  və  bank  əməliyyatları  fəaliyyətinə  bir  qədər  diqqətli  baxışdan 

aydın  olur  ki,  banklar  bu  proseslərin  fəal  oyuncularıdır.  Çünki  bütövlükdə 

vergitutmadakı dəyişmələr və ya yüksəlmələr «X» müəssisənin investisiya imkanlarını a 

məbləğ,  «Y»  fərdinin  investisiya  imkanlarını  b  məbləğ  azaldır  və  yığılan  vəsaitlərin 

dövlət  tərəfindən  necə  istifadə  olunacağı  -  fiskal  siyasətin  hansı  model  üzrə 

gerçəkləşəcəyi,  nə  qədər  effektiv  nəticə  verəcəyi  heç  də  öncədən  dəqiq  bəlli  olmur. 

Bundan  başqa,  bank  əməliyyatlarından  vergitutma,  daha  doğrusu,  vergitutmanın 

yüksəlməsi investisiya fəallığına ikinci neqativ təsir göstərir.Bu vergitutma həm passiv 

ə

məliyyatların  -  depozit  qoyuluşlarının  nisbətən  passivləşməsinə,  həm  də  passiv 



ə

məliyyatlar  üzrə  -  kredit  qoyuluşları  üzrə  resursların  nisbi  məhdudlaşmasına  və 

kreditlərin  əlavə  bahalaşmasına  gətirir.Nəticə  bəllidir.Bütövlükdə  vergitutma 

dəyişmələri  depozitə  yönələcək  sərbəst  vəsaitlərin  həcmini,  ayrılıqda  faiz  gəlirlərinin 

vergiyə  cəlb  olunmasındakı  yüksəlmələr  azalan  sərbəst  vəsaitlərin  depozitə  yönələn 

hissəsinin nisbi azalmasını şərtləndirir. 

Bundan  başqa,  postsosializm  mühitində  fiskal  siyasətlə  monetar  siyasətin  optimal 

balansını tapmaq asan olmur.Qiymətli kağızlar bazarının zəif inkişaf etməsi reallığında 

pul  bazarındakı  bahalığın  qarşısını  almaq  -  fiskal  siyasətin  neqativ  nəticələrini 

minimallaşdırmaq  asan  olmur.Dövlət  qiymətli  kağızlar  bazarının  zəifliyi  belə  bir 

çevikliyə  imkan  yaratmır  və  bəllidir  ki,  mərkəzləşmiş  kredit  ayırmaları  rıçağından 

istifadə imkanları da məhdud olur. Nəzərə almaq gərəkdir ki, ölkədə kredit qoyuluşları 

ÜDM-in  24,3%-ni  təşkil  edir  və  bu  baxımdan  Azərbaycan  inkişaf  etmiş  ölkələrin 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə