Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

52 

 

edir.  



Bank  əməliyyatlarına  ƏDV  tətbiqinin  spesifik  cəhəti  ondan  ibarətdir  ki,  əksər 

maliyyə  xidmətlərindən  ƏDV  tutulmur.  Avropa  Birliyi  (AB)  zonasında  kreditlərin 

verilməsi,  bank  qarantiyaları,  ödənişlər,  pul  baratları,  çeklər,  və  s.  ƏDV  ödəmələrinə 

cəlb  olunmur.  Bununla  yanaşı  ƏDV-nin  kredit  təşkilatlarına  tam  aid  olmadığını  iddia 

etmək  olmaz.  Bir  tərəfdən,  kredit  təşkilatları  da  başqa  hüquqi  və  fiziki  şəxslər  kimi 

fəaliyyətləri üçün gərək olan məhsul və xidmətləri əldə edərkən, malın qiyməti daxilində 

Ə

DV  ödəyirlər.  kinci  tərəfdən,  maliyyə  xidmətlərinin  ƏDV-dən  tam  azad  edilməsi 



bütün ölkələri əhatə etmir. Bir sıra ölkələrdə ƏDV güzəştlərinə cəlb olunmayan maliyyə 

xidmətlərinin  çeşidi  artırılıb.  Kanada,  Sinqapur,  Avstraliya  və  s.  ölkələrdə  belə  bir 

təcrübədən istifadə olunur. ƏDV güzəştləri əvəzində xüsusi vergilər tətbiqi praktikası da 

mövcuddur  və  məsələn,  Fransada  bu  məqsədlə  maliyyə  vasitəçiliyi  ilə  məşğul  olan 

təşkilatların əməkdaşlarının əmək haqqına belə xüsusi vergilər təbiq edilir.  

Bu praktik nümunələrdə başqa bir çox bank əməliyyatlarının, daha dəqiqi, banklar 

tərəfindən  göstərilən  xidmətlərin  ƏDV-yə  cəlb  edilməsi  texniki  tərəfdən  çətinlik 

yaratmır və bu tip xidmətlər xarici ölkələrdə ƏDV-yə cəlb olunur. Məsələn, Ukraynada 

qiymətlilərin  saxlanması,  yubiley  sikkələrinin  satışı,  operativ  lizinq  və  s. 

ə

məliyyatlardan  ƏDV  tutulur.  Latın  Amerikasının  bəzi  ölkələrində  bir  sıra  bank 



ə

məliyyatlarından  –  bank  hesabından  vəsaitlərin  silinməsindən,  nağd  vəsaitlərin 

götürülməsindən  və  s.-dən  ƏDV  tutulur.  Ötən  əsrin  90-cı  illərindən  belə  bir  tədbirlər 

Argentina,  Braziliya,  Kolumbiya,  Venesuela  və  s.  ölkələrdə  tətbiq  olunub.  Bank 

transaksiyalarına  ƏDV-nin  dərəcəsi  0,2-2%  həddində  müəyyən  edilib  və  müxtəlif 

ölkələrdə fərqli bank əməliyyatlarını əhatə edib. Məsələn, Kolumbiyada əmanət faizləri 

üzrə müştərinin hesabına köçürülən vəsaitlər də ƏDV-yə cəlb edilir, Ekvadorda isə hətta 

hesaba daxil olan vəsaitlərdən də ƏDV tutulur. Argentinada da həm debet, həm də kredit 

transaksiyalarına  ƏDV  tətbiq  olunur.  2001-ci  ildə  Argentinada  bu  vergi  0,6%, 

Braziliyada 0,36%, Venesuelada 0,75%-li dərəcələrlə tutulur. Bu verginin müsbət fiskal 




53 

 

nəticələri  (ÜDM-in  1%-nə  yaxın  vergi  daxilolmalarının  əldə  edilməsi),  bəzi  hallarda 



neqativ  nəticələrdən  (iqtisadi  artıma  mane  olması)  aşağı  olub.  Venesuelada  bir  dollar 

vergi  ödəyən  kredit  təşkilatı  bu  əlavə  vergiyə  görə  28  sent  gəlir  itkisi  ilə  üzləşib, 

Kolumbiyada isə bu göstərici 41 sent olub.  

Xarici  təcrübənin  təhlilindən  aydın  olur  ki,  bank  əməliyyatlarının  ƏDV-yə  cəlb 

edilməsi məsələsi kifayət qədər mürəkkəb bir problemdir və təkcə cari fiskal məqsədlər 

naminə bu əməliyyatları ƏDV-yə cəlb etmək effektiv deyil. 

Bank  sistemində  stabilliyin  qorunmasında  makroiqtisadi  tənzimləmə  mexanizmi 

kimi  istifadədə  məcburi  ehtiyat  normaları,  əlbəttə  ki,  gərəkli  bir  vasitədir.Məcburi 

ehtiyat normalarının bu xüsusiyyətləri də, neqativ effektləri də xarici ölkələrdə, xüsusilə 

inkişaf  etmiş  ölkələrdə  nəzərə  alınıb.Əksər  ölkələr  məcburi  ehtiyat  normaları 

mexanizmindən istifadə etməyiblər, ancaq normalar kifayət qədər azaldılıb.Cədvəl 4-dən 

bu normaların məqbul səviyyədə olduğu aşkarlanır. 



Cədvəl 4 

nkişaf etmiş ölkələrdə məcburi ehtiyat normaları 

Ölkələr və regionlar 

Ehtiyat normaları: öhdəliklərə 

%-lə 

Yerinə yetirilmə müddəti 

ABŞ 


3-10% 

2 həftə 


Yaponiya 

0,5-1,3% 

1 ay 

Böyük Britaniya 



Avropa Birliyi 



2,0% 

1 ay 


 

Bəllidir ki, post socialist ölkələrinin bir qismində - Rusiya, Ukrayna, o cümlədən 

Azərbaycanda məcburi ehtiyat normaları nisbətən yüksəkdir.(MərkəziBank 2009-cuildə 

likvidliyi  yüksəltmək  üçün  məcburi  ehtiyat  normasını  öncə  3%-ə,sonra  0,3-ə  qədər 

azaldıb).  Məsələn, Rusiyada əhalinin əmanətləri üçün normalar 7%, başqa cəlbolunan 

vəsaitlər  üçün  10%  təşkil  edir.Ukraynada  tələbolunan  əmanətlər  üzrə  6%,  depozitlər 

üzrə  7%-li  normalar  tətbiq  olunur.  Ancaq  bu  ölkələrdə  pul-kredit  siyasətinin  daha 



54 

 

effektiv  həyata  keçirildiyini,  bank  sisteminin  AB  ilə  müqayisədə  daha  stabil  olduğunu 



iddia  etmək  olmaz.  nkişaf  etmiş  ölkələrdə  məsələnin  bu  tərəfi–effektiv  pul-kredit 

siyasətinin  monetar  stabilliyin  yalnız  məcburi  ehtiyat  normalarından  asılı  olmaması, 

yüksək dərəcəli normaların yığım, investisiya və iqtisadi inkişaf səviyyəsinə maneçiliyi 

dərk olunub və buna görə də ABŞ-da normaların yüksək səviyyəsi 12%-dən 10%-ədək 

azaldılıb.Ötən əsrin 80-ciillərində orta 6%-li dərəcələr tətbiq edən Almaniya isə bugün 

AB-nin üzvü kimi 2%-lidərəcə ilə kifayətlənir.  

nkişaf  etmiş  ölkələrdə  tətbiq  edilən  məcburi  ehtiyat normaları  təkcə dərəcələrin 

aşağı  olması  ilə  seçilmir.  Bu  normaların  tətbiqi  xüsusiyyətlərindən  biri  də  dərəcələrin 

differensiasiyasıdır.  Dərəcələrin  differensiasiya  olunması  həm  müxtəlif  növ  passiv 

ə

məliyyatlar,  həm  də  əmanət  məbləğlərinin  həcminə  görə  aparılır.  Müxtəlif  ölkələrdə 



depozit  növlərinə  görə  məcburi  ehtiyat  normalarının  dərəcələri  differensiasiya  edilir. 

Məsələn,  Almaniyada  depozit  sertifikatları  üzrə  normalar  tətbiq  edilmədiyini  nümunə 

göstərir. Bundan başqa, ABŞ-da tələbli əmanətlər üzrə 10%-li, müddətli əmanətlər üzrə 

3% və ya başqa faiz normalarının tətbiqi praktikası da mövcuddur.  

ABŞ-da  məcburi  ehtiyat  normaları  həm  də  proqressiv  şkalalar  üzrə  tətbiq  edilir. 

Kredit təşkilatları əsas depozit növlərinin 7,1 milyon dollara qədər olan məbləğinə görə 

0% dərəcə üzrə, növbəti 41,3 milyon dollar məbləğə görə 3% dərəcə üzrə, qalan yüksək 

məbləğlərə isə 10% dərəcə üzrə məcburi ehtiyat fondu yaratmalıdırlar. 

Faiz  gəlirlərinin  aşağı  dərəcələrlə  vergiyə  cəlb  edilməsi  və  ya  vergitutma 

bazasından  çıxılması  yığım  və  investisiyaları,  ardıcıl  olaraq  dayanıqlı  iqtisadi  inkişafı 

stimullaşdırır,  kredit  təşkilatlarının  effektiv  fəaliyyətinə  imkan  yaradır.  Bütövlükdə 

maliyyə  xidmətlərinin  ƏDV-yə  cəlbi  çətin  və  qeyri-effektiv  olsa  da,  bəzi  bank 

xidmətləri üzrə ƏDV tətbiqi mümkündür və gərəklidir. 

 

 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə