Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

55 

 

 



2.2. Bank    fəaliyyətinin  Effektivliyinin  Müəyyən  Edilməsi 

 

 

Dövlətin  vergi  sistemi  və  vergi  siyasəti  bazarın  bütün  subyektlərinin  iqtisadi 



maraqlarına toxunur. Bank xidmətləri bazarı burada əsas seqmentlərdən biridir və bazar 

iqtisadiyyatını  banklarsız  təsəvvür  etmək  mümkün  deyil.  Bank  xidmətləri  bazarının 

idarə  olunması,  o  cümlədən  onun  vergilər  vasitəsilə  tənzimlənməsi  iqtisadi  tarazlıq  və 

təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. 

Müxtəlif  keynsçi  və  neokeynsçi  baxışlarda  iddia  olunur  ki,  aktiv  fiskal  və  ya 

monetar siyasətlə məcmu tələbin həcminə təsir etmək, məsələn, vergilərin yüksəldilməsi 

ilə  dövlət  xərclərini  artırmaq  və  multiplikasiya  effektinin  təsiri  ilə  təklifə-istehsala 

müsbət  təsir  etmək  olur.  Yaxud  faiz  dərəcələrinin  azalması  məcmu  tələbin  başqa  bir 

komponentinin - investisiyaların artımına və ardıcıl olaraq istehsalın artımına səbəb olur. 

Doğrudan  da,  monetar  müdaxilə  investisiya  tələbinin  artımına,  fiskal  müdaxilə  isə 

investisiya səviyyəsinin azalmasına «yardım» göstərir.  lk baxışdan elə görünə bilər ki, 

fiskal  və  monetar  siyasət  arasındakı  bu  əlaqələrin  birbaşa  bank  əməliyyatlarından 

vergitutmaya  bağlılığı  yoxdur.  Belə ki,  vergi  təkcə  banklardan  deyil,  hər  bir  təsərrüfat 

subyektindən  tutulur.  kincisi,  monetar  siyasətin  reallaşmasında  banklar  həlledici  rol 

oynasalar da, bu siyasətin hazırlanmasında banklar bilavasitə iştirak etmir. Lakin banklar 

bu  prosesin  fəal  oyuncularıdır.  Çünki  bütövlükdə  vergitutmadakı  dəyişmələr  və  ya 

yüksəlmələr investisiya imkanlarını azaldır və yığılan vəsaitlərin dövlət tərəfindən necə 

istifadə  olunacağı,  fiskal  siyasətin  hansı  model  üzrə  gerçəkləşəcəyi,  nə  qədər  effektiv 

nəticə verəcəyi heç də öncədən dəqiq bəlli olmur.  

Qeyd etmək gərəkdir ki, bank əməliyyatları ilə kredit təşkilatlarının vergiyə cəlb 

edilməsi  məsələlərini  eyni  hesab  etmək  yanlışdır.  Belə  ki,  hər  bir  kredit  təşkilatı  bir 

müəssisə  kimi  mənfəət,  ƏDV,  əmlak,  torpaq  və  s.  vergilər  ödəyir.  Bank  əməliyyatları 

üzrə  isə  birbaşa  əmlak  və  ya  torpaq  vergisinə  deyil,  faiz  gəlirlərindən  vergi  tutulur. 



56 

 

Nəzərə  almalıyıq  ki,  bank  əməliyyatları  dəqiq  təşkilati-hüquqi  formaya  malik  kredit 



təşkilatları  tərəfindən  aparılır.  Yəni  kredit  təşkilatının  fəaliyyəti  olmadan  bank 

ə

məliyyatları da mövcud olmazdı. 



Onu da nəzərə almaq lazımdır ki, bank əməliyyatlarından vergitutma, xüsusən də 

onun  yüksəlməsi  investisiya  fəallığına  neqativ  təsir  göstərir.  Bu,  həm  passiv 

ə

məliyyatların - depozit qoyuluşlarının azalmasına, həm də passiv əməliyyatlar - kredit 



qoyuluşları  üzrə  resursların  nisbi  məhdudlaşmasına  və  kreditlərin  əlavə  bahalaşmasına 

gətirir.  Nəticə  bəllidir  -  bütövlükdə  vergitutma  dəyişmələri  depozitə  yönələcək  sərbəst 

vəsaitlərin  həcmini,  ayrılıqda  faiz  gəlirlərinin  vergiyə  cəlb  olunmasındakı  yüksəlmələr 

isə azalan sərbəst vəsaitlərin depozitə yönələn hissəsinin nisbi azalmasına gətirib çıxarır. 

 Məhz buna görə də, postsosializm mərhələsini yaşayan ölkələrdə fiskal siyasətlə 

monetar siyasətin optimal balansını tapmaq asan olmur. Qiymətli kağızlar bazarının zəif 

inkişaf  etməsi  reallığında  pul  bazarındakı  bahalığın  qarşısını  almaq,  fiskal  siyasətin 

neqativ  nəticələrini  minimallaşdırmaq  problem  bir  məsələyə  çevrilir.  Dövlət  qiymətli 

kağızlar bazarının zəifliyi belə bir çevikliyə imkan yaratmır və bəllidir ki, mərkəzləşmiş 

kredit ayırmaları alətlərindən istifadə imkanları da məhdud olur. Təsadüfi deyil ki, 2012-

ci ildə ölkədə kredit qoyuluşları ÜDM-in cəmi 13,3%-ni təşkil etmişdir və Azərbaycan 

inkişaf etmiş ölkələrin müvafiq göstəricisindən ən azı on dəfə geri qalır.  

Aydındır  ki,  belə  bir  mühitdə  effektiv  monetar  siyasət,  mərkəzləşmiş  uçot 

dərəcələrinin  artırılıb-azaldılması  yolu  ilə  də  gerçəkləşmir  və  bankların  maliyyə 

resurslarının artırılması üçün uçot dərəcələri çox da əhəmiyyətli rol oynamır. Bu cəhətlər 

nəzərə  alınsa,  bank  əməliyyatlarının  vergiyə  cəlb  edilməsi  sistemi  həm  də  monetar 

siyasətin tərkib elementi kimi çıxış edə bilər.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  bank  əməliyyatlarının  nisbi  yüksək  dərəcələrlə 

vergiyə  cəlb  edilməsi  məcmu  tələbin  effektiv  strukturunun  -  uzunmüddətli  iqtisadi 

inkişafa  və  ya  investisiyaların  artımına  yönələn  strukturunu  formalaşdırmağa  yardım 

etmir. Bank əməliyyatlarının vergiyə cəlb edilmə sisteminin başlıca fundamental əsasını 



57 

 

bu  məqam  təşkil  edir  və  bu  sistemlərin  səmərəliliyi  fiskal  siyasətlə  monetar  siyasətin 



optimal balanslaşdırılması ilə müəyyənləşir.  

Ə

halinin bank depoziti xidmətlərinə tələbatı iki amildən - depozitlər üzrə faizdən 



və risk qiymətləndirmələrindən asılı olur. Aydındır ki, faiz dərəcələrinin yüksəkliyi bu 

xidmətlərdən  istifadəyə  stimulu  yüksəldir  və  eyni  zamanda  yüksək  gəlirlər  yüksək 

risklərlə müşayiət olunur. Vergitutma nəticəsində eyni depozit faizi dərəcəsində depozitə 

tələbat  əmsalı  azalır.  Əlbəttə,  vergitutma  təkcə  passiv  bank  əməliyyatlarına  təsir 

göstərmir  və  bank  əməliyyatlarında  vergitutmanın  səmərəliliyini  həm  də  -  aktiv 

ə

məliyyatlar üzrə bir sıra vacib məqamlar da müəyyən edir.  



Vergitutmanın  kredit  təşkilatlarının  fəaliyyətinin  esəmərəliliyinə  təsirini  ümumi 

şə

kildə aşağıdakı düsturla ifadə etmək olar: 



M

B

=F

k

-F

d

 

Burada: M



B

 - bankların mənfəəti; F



k

- kreditlər üzrə daxil olan faiz ödənişləri; F



d

depozitlərə ödənilən faizlərdir.  



Onu da qeyd etmək lazımdır ki, kredit bazası əhali və müəssisələrdən cəlb edilən 

depozitlər öncə verilmiş kreditlərin və bu kreditlər üzrə faizlər ödənilməsi, müştərilərin 

cari  hesabları  və  s.  daxilolmalar  hesabına  formalaşır  və  məcburi  ehtiyat  norması  bu 

bazanı  bir  qədər  kiçildir.  Sadələşdirilmiş  formada  bu  bazanı  aşağıdakı  kimi  ifadə  edə 

bilərik: 

K

B

=d

ə

+d



m

+CH

n

+CH

f

+Q

m

-ME

A

 

Burada, K



B

 - kredit bazası; d

ə

 - əhalidən depozitlər; d



m

- müəssisələrin depozitləri; 



CH

n

- hüquqi şəxslərin cari hesabları; CH



f

 - fiziki şəxslərin cari hesabları; Q



m

 - faiz və 

ə

sas borc üzrə qaytarılan məbləğlər; ME



A

 - məcburi ehtiyatlar üzrə ayırmalardır. 

Aydındır  ki,  kredit  bazasının  həcmi  ayrı-ayrı  komponentlərin  miqdarından  asılı 

olur  və  bu  miqdar  isə  müxtəlif  amillərin,  o  cümlədən  vergitutmanın  təsiri  ilə 

müəyyənləşir.  Müəssisələrin  bank  depozitinə  tələbatının  əhalinin  tələbatına  uyğun 

olduğunu iddia etsək, bu tələbatın həcmi  




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə