Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

64 

 

tarifi  müəyyən  edilmiş  və  “Visa  Inc.”  və  “MasterCard  Worldwide”  beynəlxalq  kart 



təşkilatları  və  onların  prinsipal  üzvü  olan  banklarla  razılaşdırılaraq  tətbiqinə 

başlanılmışdır. 

“Banklar  haqqında”  Qanunun  32-ci  maddəsinə  əsasən,  banklar  Milli  Bankdan 

aldığı bank lisenziyasında qadağan edilməyibsə, aşağıdakı bank əməliyyatlarını və bank 

sövdələşmələrini həyata keçirə bilərlər. Hüquqi nöqteyi-nəzərdən bank əməliyyatları və 

bank  sövdələşmələri  ayrılıqda  nəzərdən  keçirilməlidir.  Çünki  vergitutma  bazasının 

formalaşması  baxımından  bu  iki  proses  arasında  xeyli  fərq  var.  Beləliklə,  bank 

ə

məliyyatlarına  -  tələbli  və  müddətli  depozitlərin  (əmanətlərin)  və  digər  qaytarılan 



vəsaitlərin cəlb edilməsi, kreditlərin (təminatlı və ya təminatsız) verilməsi, o cümlədən 

istehlak  və  ipoteka  kreditləşdirilməsi,  reqres  hüququ  ilə  və  ya  belə  hüquq  olmadan 

faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri, fiziki və hüquqi 

şə

xslərin  hesablarının,  o  cümlədən  bankların  müxbir  hesblarının  yazılması  və 



aparılması,  klirinq,  hesablaşma-kassa  xidmətləri,  pul  vəsaitinin,  qiymətli  kağızların  və 

ödəniş  vasitələrinin  (o  cümlədən kredit  və  debet  kartları,  yol  çekləri və  bank  köçürmə 

vekselləri) buraxılması və qanunla qadağan olunmayan digər xidmətlər aiddir.  

Bank  sövdələşmələrinə  isə  -  öz  hesabına  və  ya  müştərilərin  hesabına  maliyyə 

vasitələrinin (o cümlədən çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit 

sertifikatlarının),  xarici  valyutanın,  qiymətli  metalların  və  daşqaşların,  valyuta  və  faiz 

vəsaitlərinin,səhmlərin  və  digər  qiymətli  kağızların,  habelə  forvard  kontraktlarının, 

svoplara dair  sazişlərin,  fyuçerslərin,  opsionların  və  valyutalara,  səhmlərə,  istiqrazlara, 

qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və 

satılması,  qiymətli  metalların  əmanətə  cəlb  edilməsi  və  yerləşdirilməsi,öhdəliklərin 

icrasına  təminatların,  o  cümlədən  qarantiyaların  verilməsi,  öz  hesabına  və  ya 

müştərilərin  hesabına  akkreditivlərin  açılması;  qiymətli  kağızlar  bazarında  peşəkar 

fəaliyyət;  maliyyə  müşaviri,  maliyyə  agenti  və  ya  məsləhətçisi  xidmətlərinin 

göstərilməsi;  kreditlərə  və  kredit  qabiliyyətinin  yoxlanılmasına  dair  informasiya 




65 

 

verilməsi və xidmətlər göstərilməsi; sənədləri və qiymətliləri,o cümlədən pul vəsaitlərini 



saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq); qiymətlilərin, 

o cümlədən banknotların və sikkələrin inkasasiya edilməsi və göndərilməsi, lizinq, və s. 

xidmətlər aiddir. 

Ümumiyyətlə,  mikroiqtisadi  səviyyədə  hər  bir  müəssisə  özünün  təsərrüfat 

fəaliyyəti  zamanı  bank  xidmətlərindən  istifadə  edir.  Bununla  belə,  bank  xidmətlərinin 

müxtəlifliyi  təcrübədə  çoxsaylı  problemlərin  yaranmasına  gətirib  çıxarır  ki,  bunlar  da 

ə

sasən mühasibat uçotunun dürüst aparılması və belə xidmətlərin vergiyə cəlb edilməsi 



incəlikləri  ilə  bağlı  olur.  Vergi  münasibətləri  çərçivəsində  banklar  və  digər  kredit 

təşkilatları  iki  məzmunda  həm  vergitutma  subyekti  (vergi  ödəyicisi),  həm  də  vergi 

nəzarətini həyata keçirən agent kimi çıxış edir. 

 

 

Fəsil 3. Azərbaycan Respublikasında banklar və bank əməliyyatlarından 

vergilərin tətbiqinin təkmilləşdirilməsi 

 

3.1.  Bank  əməliyyatlarının  ayrı-ayrı  növlərinə  vergi  güzəştləri  və  vergi 

qanunvericiliyinin pozulmasına görə məsuliyyətin artırılması yolları 

 

lk növbədə, biz bankların vergi ödəyicisi kimi vergi münasibətlərində iştirakına 

nəzər  salaq.  Məlum  olduğu  kimi,  "Azərbaycan  Respublikasında  banklar  və  bank 

fəaliyyəti  haqqında"  Azərbaycan  Respublikası  Qanununa  əsasən  bank  təşkilatlarının 

həyata  keçirə  biləcəyi  fəaliyyət  növlərinin  sayı  məhdudlaşdırılmışdır.  Ona  görə  də 

Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  banklar  və  bank  əməliyyatlarının  ayrı-

ayrı  növlərini  həyata  keçirən  kredit  təşkilatları  həyata  keçirə  biləcəkləri  fəaliyyət 

növlərinin  xüsusiyyətindən  asılı  olaraq  Vergi  Məcəlləsində  nəzərdə  tutulan  9  növ 

vergidən, yalnız 4 vergi növünün - mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak və torpaq 



66 

 

vergilərinin  ödəyiciləri  ola  bilərlər.  Banklar  ilk  öncə  mənfəət  vergisinin  ödəyicisidir. 



Vergi Məcəlləsinə əsasən mənfəət vergisini rezident və qeyri-rezident hüquqi şəxslər, o 

cümlədən  banklar  və  bank  əməliyyatlarının  ayrı-ayrı  növlərini  həyata  keçirən  kredit 

təşkilatları  (Azərbaycan  Respublikasının  Milli  Bankı  və  onun  qurumları  istisna 

olunmaqla) ödəyirlər. Mənfəət vergisi üzrə vergitutma obyekti hüquqi şəxsin hesabat ili 

ə

rzində əldə etdiyi mənfəətdən ibarətdir. 



Bank və başqa kredit təşkilatları əmlaka – binaya, əsas vəsaitlərə, 2005-ci ilədək 

mövcud  qanunvericiliyə  uyğun  əmlak  vergisi  obyekti  kimi  baxılan  avtomobilə  malik 

olduqlarından  Vergi  Məcəlləsinin  XIII  fəsli  ilə  müəyyən  edilən  əmlak  vergisini 

ödəyirlər.  Aydındır  ki,  banklar  Vergi  Məcəlləsinin  XIV  fəslinin  tələblərinə  də  riayət 

etməli və torpaq vergisi ödəməlidirlər. Maliyyə xidmətlərinin ƏDV-dən azad olmasına 

baxmayaraq kredit təşkilatları aldıqları bir çox mal və xidmətlərə görə ƏDV də ödəməli 

olurlar.  

Vergi  Məcəlləsinin  13.2.14-cü  maddəsində  maliyyə  xidmətlərinin  çeşidi  əks 

etdirilir və bildirilir. Bu xidmətlərə aşağıdakılar aiddir: 

-

 kreditlərin,  maliyyə  lizinqi  əməliyyatlarının,  kredit  təminatlarının  və  pul-kredit 



ə

məliyyatlarında  hər  hansı  girov  və  ya  lombard  təminatlarının  tərtib  edilməsi  (yaxud 

verilməsi)  və  qaytarılması,  o  cümlədən  kredit  və  ya  təminat  təqdim  etmiş  şəxsin 

kreditləri və kredit təminatlarının idarə edilməsi; 

-

 depozitlərin və hesabların idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri 



və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar; 

-

 valyutanın, pul vəsaiti və əskinasların tədavülü ilə bağlı əməliyyatlar; 



-

 qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar; 

-

 törəmə maliyyə vasitələri ilə əlaqəli əməliyyatlar; 



-

 investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər; 

-

 sığorta və təkrar sığorta əməliyyatları. 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə