Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

73 

 

Vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarında vəsait olduqda vergi 



orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil 

olduğu gün icra edilir. 

Vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarında vəsait olmadıqda və 

ya  vergilər  üzrə  borcların  və  faizlərin  yerinə  yetirilməsinə  kifayət  etmədikdə  vergi 

orqanının  sərəncamı  bankda  və  ya  digər  kredit  təşkilatında  saxlanılır  və  vergi 

ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. 

Sərəncamın  bank  və  ya  digər  kredit  təşkilatına  daxil  olduğu  gündən  90  gün 

ə

rzində  borc  ödənilmədikdə  və  borca  görə  Vergi  Məcəlləsinə  müvafiq  olaraq  əmlakın 



siyahıya  alınması  üçün  qərarın  verilməsi  barədə  vergi  orqanından  banka  və  ya  kredit 

təşkilatına  növbəti  5  bank  günü  ərzində  məlumat  daxil  olmadıqda  sərəncam  geri 

qaytarılır və həmin borca görə sərəncam təkrarən icraya qəbul edilmir. 

Ə

mlakın siyahıya alınması üçün qərarın verilməsi barədə vergi orqanından banka 



və ya digər kredit təşkilatına məlumat daxil olduqda sərəncam vergi ödəyicisinin həmin 

borca görə vergi öhdəliyi yerinə yetirilənədək qüvvədə qalır. 

Vergi  orqanlarının  vergilər  üzrə  borcların  və  faizlərin  dövlət  büdcəsinə  alınması 

haqqında  sərəncamları  bank  və  digər  kredit  təşkilatı  tərəfindən  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsində  nəzərdə  tutulmuş  ödənişlərin  növbəliliyi 

ardıcıllığına uyğun olaraq icra edilir. 

Vergi  qanunvericiliyin  pozulması  hallarının  qarşısının  alınması  məqsədi  ilə 

banklar qarşısında bir sıra vəzifələr qoyulub. Vergi Məcəlləsinə əsasən banklar aşağıda 

göstərilənləri yerinə yetirməyə borcludurlar: 

1.Vergi  ödəyicisinin  eyniləşdirmə  nömrəsi  verildiyini  təsdiq  edən  sənədlər 

verildikdən  sonra  hüquqi  şəxslərə  və  hüquqi  şəxs  yaratmadan sahibkarlıq  fəaliyyəti ilə 

məşğul  olan  fiziki  şəxslərə  hesablaşma  hesabları,  yaxud  digər  hesablar  açmağa,  bank 

sənədlərində  vergi  ödəyicisinin  eyniləşdirmə  nömrəsi  göstərilmədikdə  hesablar  üzrə 

ə

məliyyatlar aparmamağa; 




74 

 

2.Hüquqi  şəxslərin  öz  hesablaşma  hesablarından  vergilərin  ödənilməsi  haqqında 



ödəmə tapşırıqlarını icra etməyə; 

 Vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə vergi 

qanunvericiliyi  ilə  banklar  və  bank  əməliyyatlarının  ayrı-ayrı  növlərini  həyata  keçirən 

digər kredit təşkilatları qarşısında bir sıra vəzifələr qoyulub. Belə ki, Vergi Məcəlləsinə 

ə

sasən  banklar  və  bank  əməliyyatlarının  ayrı-ayrı  növlərini  həyata  keçirən  kredit 



təşkilatları aşağıda göstərilənləri yerinə yetirməyə borcludurlar: 

- yalnız  vergi  orqanları  tərəfindən  vergi  ödəyicisinin  eyniləşdirmə  nömrəsi 

verildiyini  təsdiq  edən  sənədlər  verildikdən  sonra  hüquqi  şəxslərə  və  sahibkarlıq 

fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə hesablaşma hesabları, 

yaxud  digər  hesablar  açmağa,  bank  sənədlərində  vergi  ödəyicisinin  eyniləşdirmə 

nömrəsi göstərilmədikdə hesablar üzrə əməliyyatlar aparmamağa; 

- hüquqi  şəxslərin  və  sahibkarlıq  fəaliyyətini  hüquqi  şəxs  yaratmadan  həyata 

keçirən  fiziki  şəxslərin  öz  hesablaşma,  valyuta  və  ya  digər  hesablarından  vergilərin 

ödənilməsi haqqında ödəmə tapşırıqlarını icra etməyə; 

- hüquqi  şəxslərin  və  sahibkarlıq  fəaliyyətini  hüquqi  şəxs  yaratmadan  həyata 

keçirən  fiziki  şəxslərin  hesablaşma  və  ya  digər  hesablarından  vəsaitin  tutulması  üzrə 

ə

məliyyatların aparıldığı gün vergi məbləğlərini müvafiq büdcəyə keçirməyə (banka və 



ya büdcəyə kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə). 

Onu da əlavə edək ki, müvəkkil bank vergi orqanı tərəfindən göndərilən bildirişi 

aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 

5 gün ərzində hüquqi şəxsə və fərdi sahibkara rəsmi məlumat da göndərməlidir. 

 Məlum olduğu kimi, bank sirrinin qorunması fiziki və hüquqi şəxslərin maliyyə 

işlərinin konfidensiallığının təmin  edilməsində  əsas  prinsiplərdən  biridir.  Bu  baxımdan 

bank  sirri  dedikdə  nəyin  nəzərdə  tutulduğunu  aydınlaşdırmaq  lazımdır.  Bank  sirri 

anlayışının dərin  tarixi  və  mədəni  kökləri  vardır.  Bankların ilk  dəfə yarandığı tarixdən 

bəri belə bir fikir formalaşıb ki, bank sirri zəngin bank sisteminin əsas elementlərindən 



75 

 

biridir.  Belə  ki,  bank  müştəriləri  öz  vəsaitlərini  və  biznes  əməliyyatlarını  banka  etibar 



edərkən,  əmin  olmalıdırlar  ki,  onların  bank  hesabları  haqqında  məlumat  bank  işçiləri 

tərəfindən kənar üçüncü şəxslərə və təşkilatlara yayılmayacaq. 

Aydındır  ki,  belə  məlumatların  yayılması,  yəni  bank  tərəfindən  müştərilərin 

məhsullarını və ya  xidmətlərini alan  şəxslərə  və ya onların kreditorlarına bank  sirrinin 

çatdırılması  həmin  şəxslərin  maliyyə  vəziyyətinə  mənfi  təsir  göstərə  bilər.  Burada 

ümumi  prinsip  ondan  ibarətdir  ki,  müştərilərin  maliyyə  işlərinə  kiminsə  qanunsuz 

qarışması yol verilməzdir. 

Deməli,  bank  sirrinin  qorunması  bank  sisteminin  inkişafı  ilə  birbaşa  bağlıdır  və 

ölkənin bank sisteminin sabit inkişafını təmin edən mühüm amillərdəndir. 

Lakin,  nəzərə  almaq  lazımdır  ki,  bank  sirrinin  açıqlanması  dövlət  orqanlarına,  o 

cümlədən vergi  orqanlarına tam  şəkildə  qadağan  olunsa, bu vergi ödəyicilərinin qeyri-

leqal hərəkətlərinə və vergidən yayınmasına imkanlar yaradar. Ona görə, vergi orqanları 

tərəfindən  birbaşa  və  ya  dolayı  yolla  bank  məlumatlarına  daxilolma  bu 

məlumatın konfidensiallığının itirilməsi demək deyil. 

 Vergi  orqanlarına  vergi  ödəyicilərinin  bank  məlumatlarına  daxil  olmasını 

qadağan  etmək  həm  ölkə  daxili,  həm  də  beynəlxalq  miqyasda  mənfi  halların 

yaranmasına səbəb ola bilər: 

1. Ölkə daxilində belə vəziyyət vergi orqanları tərəfindən vergilərin tam həcminin 

müəyyən edilməsinə və yığılmasına birbaşa mane ola bilər. 

2.  Vergi  ödəyiciləri  arasında  qeyri-bərabərlik  yaranır.  Belə  ki,  bəzi  vergi 

ödəyiciləri  öz  maliyyə  və  texnoloji  resurslarını  elə  ölkələrdə  və  ya offşor zonalarda 

yerləşən  maliyyə  institutlarında  istifadə  edirlər  ki,  onlarda  bank  məlumatlarının  vergi 

orqanlarına verilməməsi müdafiə  olunur.  Bu  isə  belə  vergi  ödəyicilərinə  tam  leqal 

şə

kildə  vergidən  yayınma  imkanları  yaradır.  Həmçinin  belə  qeyri-bərabərlik  vergi 



yükünün  ölkənin  bütün  vətəndaşları  arasında  paylanmasını  pozur  və  vergi  sisteminin 

ə

dalət prinsipi əsasinda qurulmasina xələl gətirir. 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə