Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   23   24   25   26   27   28   29   30   31

79 

 

hesablar açdığına görə, banklara hər açılmış hesab üçün ş.m.v-nin 400 misli məbləğində 



(440  AZN)  maliyyə  sanksiyası  tətbiq  olunur.  Bundan  başqa,  əgər  banklar  sahibkarlıq 

fəaliyyətini  həyata  keçirən  vergi  ödəyicilərinin  hesablaşma  və  ya  digər  hesabından,  o 

cümlədən valyuta hesabından vəsaitləri ödəyicilərin tapşırıqlarına uyğun olaraq silmirsə, 

yaxud da vergi borclarının, maliyyə sanksiyaları və faizlərin Mülki Məcəllədə göstərilən 

ardıcıllığa  uyğun  olaraq  silinməsi  barədə  vergi  orqanının  sərəncamlarını  icra  etmirsə, 

icra edilməmiş həmin ödəmə tapşırıqlarında və ya sərəncamlarda göstərilən məbləğin 20 

faizi məbləğində maliyyə sanksiyasına məruz qalır. 

Vergi  qanunvericiliyinin  pozulmasına  görə  nəzərdə  tutulmuş  məsuliyyət 

tədbirləri,  bir  vergi  ödəyicisi  kimi,  banklara  və  bank  fəaliyyətinin  ayrı-ayrı  növlərini 

həyata keçirən kredit təşkilatlarına  da şamil edilir. Vergilərin hesablanması, ödənilməsi 

və  vergi  hesabatlarının  təqdimedilməsi  ilə  bağlı  qaydaların  pozulmasına  görə,  Vergi 

Məcəlləsinə  əsasən,  banklara  qarşı  aşağıda  göstərilən  məsuliyyət  tədbirləri  həyata 

keçirilir. 

Vergi  Məcəlləsinin  5-ci  maddəsində  vergi  ödəyicilərinə  münasibətdə  bankların 

davranış xüsusiyyətləri öz əksini tapıb. Belə ki, banklar yalnız vergi orqanları tərəfindən 

VÖEN  verildiyini  təsdiq  edən  sənədlər  təqdim  olunduqdan  sonra  hüquqi  şəxslərə  və 

sahibkarlıq  fəaliyyətini  hüquqi  şəxs  yaratmadan  həyata  keçirən  fiziki  şəxslərə 

hesablaşma  hesabları,  yaxud  digər  hesablar  açmağa  borcludurlar.  Bank  sənədlərində 

VÖEN  göstərilmədikdə  isə  banklar  hesablar  üzrə  heç  bir  əməliyyat  apara  bilməz. 

Bundan  başqa,  banklar  vergi  ödəyicilərinin  öz  hesablaşma,  valyuta  və  ya  digər 

hesablarından vergilərin ödənilməsi haqqında ödəmə tapşırıqlarını vaxtında icra etməyə, 

həmçinin  bu  müştərilərin  müvafi  hesablarından  vəsaitin  tutulması  əməliyyatları 

aparıldığı  gün  vergi  məbləğlərini  müvafiq  büdcəyə  keçirməyə  (banka  və  ya  büdcəyə 

kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə) borcludur. 

Vergi orqanı VM-in 76-cı maddəsində göstərildiyi kimi, vergi ödəyicilərinin vergi 

öhdəliklərini  müəyyənləşdirmək  məqsədi  ilə  müvəkkil  banka  yazılı  bildiriş 




80 

 

göndərməklə, həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın 



bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun Vergilər Nazirliyinin  təsdiq 

etdiyi  formada  bildirişi  aldıqdan  sonra,  həmin  bildirişdə  göstərilən  məlumatları  vergi 

orqanına  göndərir.  Başqa  hallarda  hüquqi  şəxsin  və  fərdi  sahibkarın  hesabları  və  ya 

ə

məliyyatları barədə məlumatların verilməsinə yol verilmir. 



«Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində  dəyişikliklər  edilməsi 

haqqında»  Azərbaycan  Respublikasının  2012-ci  il  21  dekabr  tarixli  Qanunu  ilə  Vergi 

Məcəlləsinə bir  sıra  dəyişikliklər  edilmiş  və  həmin  Qanunda 01.01.2013-cü il tarixdən 

qüvvəyə  minmişdir.  Qeyd  olunan  Qanunla  Vergi  Məcəlləsinin  76-cı  maddəsinə  də 

dəyişiklik  edilərək  yeni  redaksiyada  verilmişdir.  Belə  ki,  Vergi  Məcəlləsinin  76.1-ci 

maddəsinə  əsasən,  vergi  ödəyicisinin  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada 

gəlirlərinin və xərclərinin uçotunun aparılmaması, fəaliyyəti dayandırıldığı zaman bank 

ə

məliyyatlarının  aparılması,  mühasibat  və  hesabat  sənədlərinin  məhv  olunması 



(itirilməsi)  halları  aşkar  edildikdə,  vergi  bəyannamələri  müəyyən  olunmuş  müddətdə 

təqdim  edilmədikdə  və  ya  vergi  yoxlamasının  aparılması  zamanı  vergi  ödəyicisi 

tərəfindən  vergi  orqanlarının  vəzifəli  şəxslərinə  sənədlər  təqdim  edilmədikdə,  onlara 

ə

raziyə  (yaşayış  sahəsi  istisna  olmaqla)  daxil  olmağa  icazə  verilmədikdə,  habelə 



Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  bağladığı  vergi  məsələlərinə  dair 

beynəlxalq  müqavilələrin  məlumat  mübadiləsi  haqqında  müddəalarına  əsasən  digər 

dövlətin aidiyyəti orqanları tərəfindən vergi məqsədləri üçün həmin müqavilənin tətbiq 

edildiyi  şəxsin  Azərbaycan  Respublikasındakı  banklarda  olan  hesabları  və  həmin 

hesablar  üzrə  əməliyyatlar  barədə  məlumatların  alınması  üçün  sorğu  edildikdə,  vergi 

orqanları  kredit  təşkilatına  və  ya  bank  əməliyyatları  aparan  şəxsə  yazılı  bildiriş 

göndərməklə,  həmin  bankın  xidmət  etdiyi  vergi  ödəyicisinin  (şəxsin)  bank  hesabı  və 

ə

məliyyatları barədə məlumat almaq hüququna malikdir. 



Vergi  Məcəlləsinin  76.2-ci  maddəsinə  əsasən  də  kredit  təşkilatı  və  ya  bank 

ə

məliyyatları aparan şəxs Vergilər Nazirliyinin təsdiq etdiyi formada Vergi Məcəlləsinin 




81 

 

76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin 



bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günu müddətində 

hesab  sahibinə  rəsmi  məlumat  göndərməlidir  (verməlidir)  və  15  gün  müddətində  tələb 

olunan məlumatları vergi orqanına təqdim etməlidir. 

Eyni  zamanda,  “Banklar  haqqında”  Qanunun  41.2-ci  maddəsinə  əsasən  bankın 

xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank 

hesabı  və  əməliyyatları  barədə  məlumat  vergi  orqanlarına  yalnız  Azərbaycan 

Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir. 

Göründüyü  kimi,  Vergi  Məcəlləsinin  və  “Banklar  haqqında”  Qanunun 

müddəalarına  əsasən  hər  hansı  hüquqi  şəxsin  və  ya  fərdi  sahibkarın  bank  hesabı  və 

ə

məliyyatları  barədə  məlumat  vergi  orqanlarına  yalnız  Vergi  Məcəlləsi  ilə  müəyyən 



edilmiş  hallarda  və  Vergi  Məcəlləsinin  76.2-ci  maddəsində  göstərilən  qaydada  verilir. 

Odur  ki,  bank  əməliyyatları  aparan  şəxs  vergi  orqanları  tərəfindən  göndərilən  bildirişi 

aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 

5 iş günu  müddətində  hesab  sahibinə rəsmi  məlumat göndərməlidir  (verməlidir) və 15 

gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir. 

Vergi məqsədləri üçün bank məlumatlarına daxilolma imkanları üzrə beynəlxalq 

iqlim  sürətlə  dəyişir.  Dünya  birliyi  təsdiq  edir  ki,  bank  məlumatlarına  çıxışın 

təkmilləşdirilməsi  həm  kriminal,  çirkli  pulların  yuyulması,  həm  də  vergi  cinayətlərinə 

qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir. 

Buna  baxmayaraq,  ölkəmizdə  vergi  orqanları  tərəfindən  vergi  ödəyicisinin 

müvəkkil  bankından  məlumatın  alınması  hüquqi  və  fiziki  şəxslərin  hüquqlarının 

pozulması  kimi  qiymətləndirilir.  Lakin  inkişaf  etmiş  ölkələrdə  belə  bir  fikir 

formalaşmaqdadır ki, dövlət maraqları baxımından bank əməliyyatları haqda məlumatın 

ə

ldə  edilməsi  yolveriləndir.  Vergi  orqanları  üzərlərinə  düşən  gəlirlərin  artırılması 



iləbağlı öhdəliklərini tam şəkildə yerinə yetirə bilməsi üçün bank məlumatlarına birbaşa 

və dolayı şıxışa malik olmalıdırlar. 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə