Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   23   24   25   26   27   28   29   30   31

88 

 

Məcburi  ehtiyat  normaları  0,5-ə  salındı  və  ölkə  iqtisadiyyatı  340  milyon  manat  əlavə 



likvidlik əldə etdi. Əlbəttə ki, bu əhəmiyyətli bir dəyişiklikdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

NƏT CƏ 

 

Azərbaycanın  bank  bazarında  nağd  olmayan  ödənişlərə  keçiş  prosesi  getdikcə 

sürətlənməkdədir.Nağd  olmayan  ödəmələrə  keçişin  dünya  təcrübəsi,  xalqın  maliyyə 

imkanlarının  banklara  cəlb  edilməsi  ölkədəki  iqtisadi  vəziyyəti  keyfiyyət  baxımından 




89 

 

yaxşılaşdırıldığını  və  bunun  da  xalqın  sosial  vəziyyətini  yüksəltdiyini  göstərir.Bank 



sistemində 2005-ci ilin yanvar ayından etibarən Azərbaycanda “ nternet Bankçılığı” və 

“Mobil Bankçılıq” ödəniş sistemləri tətbiq edilməyə başlamışdır.Bu fəaliyyətlər Dünya 

Bankının və Beynəlxalq Valyuta Fondunun tövsiyələrinə əsasən həyata keçirilmişdir.Hal 

hazırda Azərbaycanın bank bazarında müştərilərin imkanları inkişaf etməkdə və onların 

tələblərinə  görə  beynəlxalq  xidmətlər  tətbiq  edilməkdədir.Ölkədə  bank  bölməsinin 

inkişaf etməsə və xalqın banklara olan etibarını yenidən əldə etmək üçün əmanət sığorta 

fondu qurularaq əmanətlərin sığortalanması haqqında qanun qəbul edilməlidir. slahatlar 

daxilində əmanətlərin sığortalanması üçün bəzi fəaliyyətlər həyata keçirilir.Əmanətlərin 

Sığortalanması  Fondunun  qurulması  və  fəaliyyəti  ilə  əlaqədar  qanun  2005-ci  ildə 

çıxardılmışdır.Başqa  bir  tərəfdən  əmanətlərin  sığortalanması  fondunun  təşkilindən 

meydana gələn problemlər üçün də Mərkəzi Bankın, basqa bankları maliyyə hasablarını 

həqiqətə  uygun  açıqlamaq  istiqamətində  siyasət  tətbiq  etməlidir.Bank  bölməsində 

infrastruktur  çalışmaları,  ödəmə  sistemi,  muhasibat  sistemi,  bank  nəzarət  və  hüquqi 

infrastruktur  kimi  çalısmalarda  davam  etməkdədir.Bank  bölməsinin  inkişafı  isə  özəl 

bölmə  baxımından,  xüsusi  ilə  həm  asan  kredit  imkanı  əldə  etmə  baxımından,  həm  də 

fərqli  bank  xidmətlərindən  istifadə  edilməsinə  imkan  verəcəkdir.Bank  bölməsinin 

inkişafı  və  sistemə  etibar  edilməsi,  fərdlərin  əllərindəki  nağd  imkanları  banklara 

istiqamətləndirməkdə təsirli olacaqdır. 

     Bundan başqa, bu gün bank əməliyyatları çeşidinə depozitlər qəbulu, kreditlər 

verilməsi,  bank  hesablarının  açılması  və  bu  hesablar  üzrə  müştərilərə  xidmət,  klirinq 

xidmətləri,  kassa  xidmətləri,  qiymətli  kağızlarla  əməliyyat,  lizinq,  faktorinq,  trast 

ə

məliyyatları,  maliyyə-konsaltinq  xidmətlərinin  göstərilməsi  və  s.  aiddir.  Bank 



ə

məliyyatlarının  belə  bir  rəngarəngliyinə  baxmayaraq,  bu  əməliyyatların  əsasən  passiv 

və  aktiv  əməliyyatlar  üzrə  təsnifləşdirilir.  Aydındır  ki,  depozit  qəbul  ediləndə  də,  öz 

səhmini  və  ya  istiqrazını  buraxanda  da,  bank  passiv  əməliyyatlar  aparır.  Belə  ki, 

depozitlərə  də,  istiqrazlara  da  faiz  ödəmək,  səhmlərə  isə  dividend  vermək  lazım  gəlir. 



90 

 

Kommersiya  kreditinin,  lizinq  və  ya  faktorinq  əməliyyatlarının  da  mahiyyətcə 



fərqlənmədiyini  iddia  etmək  olar.  Çünki  kommersiya  krediti  veriləndə,  bank  müəyyən 

gəlir - kredit faizləri əldə edir. Lizinq üzrə hər hansı əmlakı alıb, icarəçiyə verəndə də 

bank  gəlirə  –  lizinq  ödənişlərindən  yaranacaq  gəlirə  ümidli  olur.  Məsələyə  belə  bir 

yanaşma  Azərbaycan  Respublikası  qanunvericiliyində  də  mövcuddur  və  Vergi 

Məcəlləsinin  140.1-ci  maddəsinə görə maliyyə lizinqi üzrə ödəmələr  «icarəyə verilmiş 

ssuda üzrə ödəmələr sayılır».  

Dövlətin  vergi  sistemi  və  vergi  siyasəti  bazarın  bütün  subyektlərinin  iqtisadi 

maraqlarına toxunur. Bank xidmətləri bazarı burada əsas seqmentlərdən biridir və bazar 

iqtisadiyyatını  banklarsız  təsəvvür  etmək  mümkün  deyil.  Bank  xidmətləri  bazarının 

idarə  olunması,  o  cümlədən  onun  vergilər  vasitəsilə  tənzimlənməsi  iqtisadi  tarazlıq  və 

təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir. 

    Ayrıca,  maliyyə  xidmətlərinin  rolu  bu  mövzuda  geniş  izah  olunur.  Maliyyə 

xidməti  dedikdə,  Vergi  Məcəlləsinə  əsasən vergitutma məqsədləri  üçün  aşağıdakılar 

nəzərdə tutulur: 

- kreditlərin,  maliyyə lizinqi üzrə  kreditlərin,  kredit  təminatlarının  və  pul-kredit 

ə

məliyyatlarında  hər  hansı  girov  və  ya  lombard  təminatının  təqdim  edilməsi  (yaxud 



verilməsi)  və  qaytarılması,  o  cümlədən  krediti  və  ya  təminatı  təqdim  etmiş  şəxsin 

kreditləri və kredit təminatlarını idarə etməsi; 

- müştərilərin  depozitlərinin  və  hesablarının  idarə  edilməsi,  tədiyyələr, 

köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar; 

- qanuni tədiyə vasitələri 

olan 


valyutanın, 

pul 


vəsaitlərinin 

və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar; 

- səhmlərin,  istiqraz  vərəqələrinin,  sertifikatların,  veksellərin,  çeklərin  və  digər 

qiymətli  kağızların  tədavülü  ilə  bağlı  əməliyyatlar.  nkassasiya xidmətləri  və  ya 

banknotların,  qiymətli  kağızların  və  ya  digər  qiymətlilərin  saxlanması  və  ya  onların 

qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir; 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə