Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   23   24   25   26   27   28   29   30   31

82 

 

Ə



lbəttə,  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsində  banklar  və  ayrı-ayrı  bank 

fəaliyyətlərini  həyata  keçirən  digər  təşkilatlar  tərəfindən  məlumatların  verilməsi 

mexanizmi  göstərilib.  Həmçinin,    Azərbaycan  Respublikası  Vergi  Məcəlləsində  qeyd 

olunur  ki,  bank  hesabı  və  əmanətinin,  hesab  əməliyyatlarının  və  müştəri  haqqında 

məlumatların  sirrini  bank  qarantiyə  verir.  Bank  sirri  təşkil  edən  məlumatlar  yalnız 

müştərilərin  özlərinə  və  ya  nümayəndələrinə  verilə  bilər.  Dövlət  orqanları  və  onların 

vəzifəli  şəxslərinə  isə  bu  cür  məlumatlar  yalnız  qanunda  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada verilə bilər. 



 Bank  məlumatının  əldə  edilməsi  mexanizmi  nə  qədər  səmərəli  olsa  da,  onun 

təkmilləşdirilməsi  artıq  zəruri  hala  çevrilib.  Buna  görə,  vergi  orqanları  tərəfindən  bu 

mexanizmin  təkmilləşdirilməsi  təklif  olunur.  Təklif  olunan  dəyişikliklərə  əsasən  bank 

məlumatları yalnız cari qanunun yol verdiyi məhdud vəziyyətlərdə deyil, istənilən əsaslı 

məqsəd üçün əldə oluna bilər. Bunula yanaşı, bank məlumatları yalnız nəzərdə tutulmuş 

vergi ödəyicisi ilə deyil, əlaqəli tərəflər üçün də əldə oluna bilər və s. 

Vergi məqsədləri üçün bank məlumatlarına daxilolma imkanları üzrə beynəlxalq 

iqlim  sürətlə  dəyişir.  Dünya  birliyi  təsdiq  edir  ki,  bank  məlumatlarına  çıxışın 

təkmilləşdirilməsi  həm  kriminal,  çirkli  pulların  yuyulması,  həm  də  vergi  cinayətlərinə 

qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir. 

Bank  məlumatının  əldə  edilməsi  mexanizmi  nə  qədər  səmərəli  olsa  da,  onun 

təkmilləşdirilməsi  artıq  zəruri  hala  çevrilib.  Buna  görə,  vergi  orqanları  tərəfindən  bu 

mexanizmin  təkmilləşdirilməsi  təklif  olunur.  Təklif  olunan  dəyişikliklərə  əsasən  bank 

məlumatları yalnız cari qanunun yol verdiyi məhdud vəziyyətlərdə deyil, istənilən əsaslı 

məqsəd  üçün  əldə  oluna  bilər.  Bununla  yanaşı,  bank  məlumatları  yalnız  nəzərdə 

tutulmuş vergi ödəyicisi ilə deyil, əlaqəli tərəflər üçün də əldə oluna bilər və s. 

Bu istiqamətdə aparılan işləri daha da təkmilləşdirmək üçün beynəlxalq təcrübədə 

adekvat  strategiyanın  hazırlanması  təklif  olunur.  Bank  əməliyyatlarının  məxfiliyindən 

istifadə  edərək  keçmişdə  öz  gəlirini  və  maliyyə  kapitalını  gizlətməyə  müvəffəq  olmuş 



83 

 

vergi 



ödəyicilərinin 

öz 


gəliri 

haqda 


məlumat 

vermələrinə 

imkan 

verən könüllü əməletmə strategiyası  məhz  söhbət  açdığımız  problemlərin  aradan 



qaldırılmasına xidmət edəcəkdir. 

Buna  baxmayaraq,  ölkəmizdə  vergi  orqanları  tərəfindən  vergi  ödəyicisinin 

müvəkkil  bankından  məlumatın  alınması  hüquqi  və  fiziki  şəxslərin  hüquqlarının 

pozulması  kimi  qiymətləndirilir.  Lakin,  inkişaf  etmiş  ölkələrdə  belə  bir  fikir 

formalaşmaqdadır ki, dövlət maraqları baxımından bank əməliyyatları haqda məlumatın 

ə

ldə  edilməsi  yol  veriləndir.  Vergi  orqanları  üzərilərinə  düşən  gəlirlərin  artırılması  ilə 



bağlı öhdəliklərini tam şəkildə yerinə yetirə bilməsi üçün bank məlumatlarına birbaşa və 

dolayı çıxışa malik olmalıdırlar. 

Ə

lbəttə,  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsində  banklar  və  ayrı-ayrı  bank 



fəaliyyətlərini  həyata  keçirən  digər  təşkilatlar  tərəfindən  məlumatların  verilməsi 

mexanizmi  göstərilib.  Həmçinin,  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsində  qeyd 

olunur  ki,  bank  hesabı  və  əmanətinin,  hesab  əməliyyatlarının  və  müştəri  haqqında 

məlumatların  sirrinə  bank  qarantiya  verir.  Bank  sirri  təşkil  edən  məlumatlar  yalnız 

müştərilərin  özlərinə  və  ya  nümayəndələrinə  verilə  bilər.  Dövlət  orqanları  və  onların 

vəzifəli  şəxslərinə  isə  bu  cür  məlumatlar  yalnız  qanunda  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada verilə bilər. 

Bu istiqamətdə aparılan işləri daha da təkmilləşdirmək üçün beynəlxalq təcrübədə 

adekvat  strategiyanın  hazırlanması  təklif  olunur.  Bank  əməliyyatlarının  məxfiliyindən 

istifadə  edərək  keçmişdə  öz  gəlirini  və  maliyyə  kapitalını  gizlətməyə  müvəffəq  olmuş 

vergi ödəyicilərinin öz gəliri haqda məlumat vermələrinə imkan verən könüllü əməletmə 

strategiyası  məhz  söhbət  açdığımız  problemlərin  aradan  qaldırılmasına  xidmət 

edəcəkdir. 

Bu strategiyanın tərkibinə müxtəlif  tədbirlər proqramı daxildir. Ilk öncə, ölkədə 

anonim  bank hesablarının  açılmasının qadağan  olunması  təklif  olunur.  Artıq bu addım 

bir sıra Avropa dövlətləri (Avstriya, Çexiya Respublikası, Macarıstan və s.) tərəfindən 




84 

 

atılmışdır və onun müsbət nəticələrindən istifadə edilir. Belə ki, həmin ölkələr anonim 



bank  hesablarını  qadağan  etməklə  ölkədə  qeyri-leqal  (eləcə  də  vergidən  yayınan)  pul 

dövriyyəsinin  qarşısını  almaq  istiqamətində  uğurlu  nailiyyətlər  qazanıblar.  Digər 

tərəfdən, həmin ölkələr əvvəllər açılmış anonim bank hesablarının sahiblərindən hesabla 

bağlı əməliyyatlar apararkən öz şəxsiyyətlərini bəlli etməyi tələb edirlər. 

Könüllü  əməletmə  strategiyasının  əsas  hissəsini  qeyri-leqal  maliyyə  vəsaitlərinə 

“vergi amnistiyası”nın elan edilməsi təşkil edir. Bu təcrübəni  taliyanın timsalında izah 

etmək daha maraqlı olardı.  

Italiya  hökuməti  2001-ci  il  sentyabrın  25-də  offşor 

kapitalı  və  taliyanın  rezident  fiziki  şəxslərinin  malik  olduqları  aktivlərlə  bağlı  “vergi 

amnistiyası”na  dair  qanun  qəbul  edib.  Vergi  amnistiyası  proqramında  aşağıdakılar 

nəzərdə  tutulur:  1. taliyanın  xaricdəki  aktivlərinin  vətənəqaytarılması;  2.Vətənə 

qaytarmadan xaricdəki aktivlər barəsində məlumatın verilməsi. 

Vergi  amnistiyası  proqramında  leqallaşdırılmış  aktivlərin  dəyərinin  2,5  faizi 

miqdarında  ödəmə  tələb  olunur.  (və  ya  2,5  faiz  həcmində  ödəməyə  alternativ  olaraq 

vergi  ödəyicisi  ümumi  leqallaşdırılmış  məbləğin  12  faizinə  bərabər  xüsusi  dövlət 

istiqrazı imzalaya bilər.). Bununla əlaqədar, xüsusi “məxfi” bəyannamənin  taliya bankı 

və ya digər maliyyə vasitəçisi tərəfindən təqsim olunması tələb olunur. 

Onu  da  qeyd  edək  ki,  vergi  amnistiyası  proqramı  2001-ci  ilin  noyabr  ayından 

2002-ci ilin  may  ayının  15-dək  davam  etmişdir.  Bu  addım  taliyaya  milyonlarla pulun 

maliyyə  sanksiyasına  məruz  qalmadan  geri  qaytarılması  ilə  nəticələndi.  Göründüyü 

kimi,  bu  addınm  dolayı  yolla  vergi  ödəyicilərinin  xarici  ölkənin  banklarında  olan 

hesabların  aşkarlanmasına  imkan  verməklə  yanaşı,  büdcəyə  vergi  daxilolmalarının 

artımını  təmin  edir,  ən  əsası  isə  ölkənin  malik  olduğu  real  kapital  ehtiyatlarını 

qiymətləndirməyə şərait yaradır.   

 

3.3.Azərbaycanın bank sistemində vergitutma mexanizmi və nəzarə

funksiyasının təkmilləşdirilməsi istiqamətləri 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə