Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

58 

 

Y



dm

=k·X

m

 

düsturu ilə müəyyənləşdirə bilərik. Burada, k - xalis mənfəətin (X



m

-in) depozitə yönələn 

hissəsini ifadə edən əmsaldır. Başqa sözlə, komponentlərin - cari hesablardakı vəsaitin 

müəssisələrin satış həcmi və əhalinin gəlirlərindən asılı olduğunu, yəni:   



CH

m

=SH·L və CH

ə

=Ə



n

·L 

kimi  ifadə  etməyin  mümkünlüyünü  də  iddia  etmək  olar.  Aydındır  ki,  cari  hesablar 

komponentinə  bank  əməliyyatları  üzrə  vergitutma  təsir  etmir  və  kredit  bazasının 

həcminə vergitutma amili yalnız depozitlər üzrə faizlərin vergiyə cəlb olunması ilə təsir 

edir.  Yəni,  vergitutma  depozitin  cəlbediciliyini  azaldır,  baza  kiçilir,  resurslar 

məhdudlaşır  və  kreditlərin  qiyməti  yüksəlir.  Bazanın  genişlənməsi  üçün  öncə,  depozit 

faizlərini yüksəltmək lazım gəlir və ardıcıl olaraq risklər də, kredit faizləri də yüksəlir. 

Beləliklə, vergitutma kredit əməliyyatlarına tələbata birbaşa təsir etmir və bu təsir 

mümkün  də  deyil.  Çünki  faiz  ödənişləri  və  əsas  borc  adətən,  müəssisənin  mənfəət 

vergisi bazasından çıxılır. Vergitutmanın bu tələbata təsirini və onlar arasında əlaqələri 



vergi 





  depozit  faizi 







  kredit  faizi  kimi  təsvir  edə  bilərik.  Bu  xətti  asılı  olmayan 

ə

laqələrin çox müxtəsər təhlilindən bir mühüm cəhət də bəlli olur ki, iqtisadi inkişafın, 



məcmu  tələbin  optimal  strukturunun  təmin  olunmasında  bank  əməliyyatlarından 

vergitutmanın  rolu  böyükdür  və  bu  əməliyyatlara  yüksək  yaxud  yüksələn  vergilərin 

tətbiqi pul-kredit mexanizminin potensialından istifadə imkanlarını məhdudlaşdırır.  

Bank  əməliyyatlarından  vergitutmanın  nəzəri  məsələləri  təkcə  araşdırılan  bu 

fundamental  cəhətlə  məhdudlaşmır.  Kredit  təşkilatlarının  fəaliyyətlərinin  spesifikliyi 

bank əməliyyatları üzrə vergitutmada fərqli metodoloji xüsusiyyətləri də şərtləndirir. Bu 

baxımqan, qeyd edilməsi gərək olan məsələlərdən biri kredit təşkilatlarının özünəməxsus 

impliçit  verginin  təsirinə  məruz  qalmasıdır.  Azərbaycan  qanunvericiliyi  də  başqa 

ölkələrdəki  kimi,  banklarda  məcburi  ehtiyatların  yaradılmasını  tələb  edir.  Yəni,  bank 

depozitlərinin və digər passivlərin müəyyən hissəsi – 10-15% və ya başqa faizi Mərkəzi 

banklardakı  müxbir  hesablarda,  həmçinin  nağd  şəkildə  bank  kassalarında  saxlanır. 




59 

 

Məlumdur  ki,  məcburi  ehtiyat  mexanizmi  həm  özünəməxsus  sığorta  funksiyasını, həm 



də makroiqtisadi tənzimləmə  funksiyasını yerinə yetirir. Eyni zamanda, bu ehtiyatların 

yaradılması kredit bazasının kiçilməsinə, bankın maliyyə göstəricilərinin müəyyən qədər 

pisləşməsinə də səbəb olur. Ancaq bu inpliçit – «gizli» vergitutmanın effekti sadəcə bu 

cəhətlə  məhdudlaşmır.  Məcburi  ehtiyat  normaları,  daha  doğrusu,  bu  normaların 

səviyyəsi maliyyə xidmətləri üzrə ölkələrarası rəqabətdə də mühüm rol oynayır. 

 Məsələn, A və B ölkələrində məcburi ehtiyat normaları müvafiq olaraq 10 və 5 % 

olsa,  eyni  depozit  məbləği  –  X  həcmində  A  ölkəsindəki  bankın  resursu  (X-0,1X),  B 

ölkəsindəki bankın resursu isə (X-0,05X) təşkil edəcək. Deməli, B ölkəsindəki bank izafi 

resursdan  -  0,05X  vəsaitdən  istifadə  etmək  imkanına  -  depozit  faizlərini  qismən 

yüksəltmək,  kredit  faizlərini  qismən  azaltmaq,  əlavə  cari  və  perspektiv  gəlirlər  əldə 

etmək  imkanına  malikdir.  Məcburi  ehtiyat  normalarının  ölkələrarası  fərqi  həm  də 

arbitraj əməliyyatlarına mühüm bir əsas yaradır. Belə ki, yüksək depozit faizinə görə A 

ölkəsinin X depoziti B ölkəsində yerləşdirilir. Eyni zamanda B ölkəsindəki bankdan X 

məbləğ  ucuz  kredit  götürülür.  Deməli,  həm  də  B  ölkəsi  A-nın  resursları  hesabına  öz 

maliyyə  sektorunda  əlavə  sərvət  –  əlavə  dəyər  yaradır.  Buradan,  belə  bir  nəticəyə 

gəlmək olar ki, məcburi ehtiyat normalarının müəyyənləşməsi zamanı bank sektorundakı 

qlobal rəqabəti nəzərə almaq gərəkdir. Eyni bir nəticə - depozit faizlərinin vergiyə cəlb 

olunmasına münasibətdə də yanlış deyil.  

Bank  əməliyyatlarının  vergiyə  cəlb  olunmasındakı  spesifik  xüsusiyyətlərdən  biri 

də  ƏDV  ilə  bağlıdır.  Bəllidir  ki,  maliyyə  xidimətləri,  o  cümlədən  əksər  əsas  bank 

ə

məliyyatları ƏDV-dən azad olunurlar və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 



164.1.2  maddəsi  də  maliyyə  xidmətlərini  ƏDV-dən  azad  edir.  Lakin  maliyyə 

xidmətlərinin ƏDV-dən azad olunması əsası sosial və ya ictimai maraqların daha dolğun 

qorunmasına  bağlı  deyil.  Məsələ  sırf  texniki  səbəblərdən  irəli  gəlir,  belə  ki,  maliyyə 

xidmətlərinə  görə  mükafat  impliçit  formada  aşkara  çıxa,  daha  doğrusu,  marjada  -  bir 

neçə monetar axından sonra yaranan fərqdə gizlədilə bilər. Bu halda, mükafatın – ƏDV-



60 

 

nin tətbiqi üçün bazanın ölçülməsinin asan yolu mövcud olmur. Buna görə də, bankların 



faiz  gəlirləri  kapitalın  dəyərini,  inflyasiya  səviyyəsini,  vasitəçilik  xərcinin  birləşməsini 

nəzərə  almaqla  müəyyənləşir  və  bu  baxımdan,  belə  gəlirlərin  ümumi  ƏDV  sisteminə 

daxil edilməsi çətindir.  

Bir  çox  maliyyə  xidmətlərinin  ƏDV-dən  azad  olunmasının  kompensasiya 

mexanizmi kimi bəzi ölkələrdə, məsələn, Fransada maliyyə institutları işçilərinin əmək 

haqqına əlavə vergi, bəzi ölkələrdə - Latın Amerikası regionunun bir sıra dövlətlərində 

debet  əməliyyatlarına  vergi  tətbiq  edilir.  Yəni  bank  hesablarından  vəsaitlər  silinəndə, 

nağd  vəsait  götürüləndə,  kreditlər  üzrə  faizlər  ödəniləndə,  bu  vəsaitlərin  0,2-2,0%-i 

miqdarında  vergi  tutulur.  Belə  özünəməxsus  «ƏDV»-nin  aşağı  dərəcələri  büdcə 

gəlirlərinin  əldə  olunması  üçün  effektiv  bir  yoldur.  Ancaq  yüksək  dərəcələrdə  vergi 

bazasının müxtəlif üsullarla kiçildilməsi, maliyyə resurslarından istifadənin təhrifinə yol 

açır.  


Bank  əməliyyatlarının  vergiyə  cəlb  olunmasının  spesifik  metodoloji 

xüsusiyyətlərindən  biri  də  faiz  gəlirlərindən  vergitutma  üsullarıdır.  Müxtəlif  ölkələrin 

vergi  sisteminin  araşdırılmasından  aydın  olur  ki,  faiz  gəlirlərinin  vergiyə  cəlb 

olunmasında: a) gəlir vergisinin kompleks sistemlərinin tətbiqi; b) gəlir vergisinin ikili 



sistemi; c) səhmdar kapitalına vergi güzəştləri yanaşmaları mövcuddur.  

Kompleks  sistem  (Comprchensive  income  tax  sistem)  faiz  gəlirlərinin  ümumi 

gəlir  bazasına  daxil  edilməsini  və  vaxud  bazadan  vergi  tutulmasını  nəzərdə  tutur.  kili 

sistem  (D T  -  dual  income  tax)  və  ya  D T  faiz  gəlirlərindən  ayrıca  vergi  tutulmasını 

müəyyən edir.  

Kompleks  sistem  və  ya  klassik  sistem  faiz  gəlirlərini  -  depozitlər  üzrə  gəliri, 

kreditlər  üzrə  gəliri,  səhmlər  üzrə  dividendi  və  s.-ni  vahid  gəlir  vergisi  şkalası  üzrə 

vergitutmaya  cəlb  etməklə,  investisiya  fəallığına  müəyyən  təsir  göstərir.  Depozit  üzrə 

faizin 10%-li dərəcə ilə deyil, vahid baza daxilində 15-20 və 30%-li dərəcə ilə vergiyə 

cəlb olunması, əlbəttə ki, depozit qoyuluşlarına stimulu nisbətən zəiflədir. Bu baxımdan, 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə