Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx


FƏS L 2. BANKLARDA  VERG TUTMA PROSES N N XÜSUS YY



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

46 

 

FƏS L 2. BANKLARDA  VERG TUTMA PROSES N N XÜSUS YYƏTLƏR  



 

2.1. Bank  əməliyyatlarından   vergitutma sahəsində xarici təcrübə 

 

Bu  gün  bank  əməliyyatları  çeşidinə  depozitlər  qəbulu,  kreditlər  verilməsi,  bank 

hesablarının  açılması  və  bu  hesablar  üzrə  müştərilərə  xidmət,  klirinq  xidmətləri,  kassa 

xidmətləri, qiymətli kağızlarla əməliyyat, lizinq, faktorinq, trast əməliyyatları, maliyyə-

konsaltinq  xidmətlərinin  göstərilməsi  və  s.  aiddir.  Bank  əməliyyatlarının  belə  bir 

rəngarəngliyinə baxmayaraq, bu əməliyyatların əsasən passiv və aktiv əməliyyatlar üzrə 

təsnifləşdirilir.  Aydındır  ki,  depozit  qəbul  ediləndə  də,  öz  səhmini  və  ya  istiqrazını 

buraxanda  da,  bank  passiv  əməliyyatlar  aparır.  Belə  ki,  depozitlərə  də,  istiqrazlara  da 

faiz  ödəmək,  səhmlərə  isə  dividend  vermək  lazım  gəlir.  Kommersiya kreditinin, lizinq 

və ya faktorinq əməliyyatlarının da mahiyyətcə fərqlənmədiyini iddia etmək olar. Çünki 

kommersiya krediti veriləndə, bank müəyyən gəlir - kredit faizləri əldə edir. Lizinq üzrə 

hər hansı əmlakı alıb, icarəçiyə verəndə də bank gəlirə – lizinq ödənişlərindən yaranacaq 

gəlirə  ümidli  olur.  Məsələyə  belə  bir  yanaşma  Azərbaycan  Respublikası  qanun-

vericiliyində  də  mövcuddur  və  Vergi  Məcəlləsinin  140.1-ci  maddəsinə  görə  maliyyə 

lizinqi üzrə ödəmələr «icarəyə verilmiş ssuda üzrə ödəmələr sayılır».  

Banklar  yenə  də  əsasən  öz  əzəli  və  əbədi  funksiyalarını  –  maliyyə  resurslarının 

səmərəli  yerdəyişməsini  və  ya  izafi  resurslara  malik  subyektlərdən  bu  resursa  ehtiyacı 

olan subyektlərə istiqamətlənən vasitəçiliyi həyata keçirirlər. Bank əməliyyatları zamanı 

bankın mənfəəti də yaranır və aydındır ki, bu əməliyyatları reallaşdıran kredit təşkilatları 

başqa müəssisələr kimi qanunvericiliklə müəyyənləşən vergiləri ödəyirlər.  

Bank  əməliyyatları üzrə gəlir  və  mənfəət vergisinin  xarici  təcrübələrində diqqəti 

çəkən birinci cəhət - ötən əsrin 80-ci illərindən başlanan və inkişaf etmiş ölkələri əhatə 

edən  köklü  vergi  islahatlarının  bu  gün  də  davam  etdirilməsidir.  Fiskal  sistemlərin 

neytrallaşması ilə xarakterizə olunan bu islahatların əsas xəttini vergi dərəcələrinin aşağı 




47 

 

salınması  təşkil  edir.  Bəzi  inkişaf  etmiş  ölkələr  üzrə  son  illərdə  gəlir  vergisi 



dərəcələrinin  aşağı  salınması  ilə  bağlı  göstəricilər  də  fiskal  neytrallıq  meylinin 

gücləndiyini təsdiq edir. 



 

Cədvəl 1. 

Gəlir vergisi dərəcələrinin dəyişməsi 

 

 

Gəlir 

Gəlir vergisi 

Mənfəət vergisi 

Maksimal dərəcə 

Minimal dərəcə 

Maksimal dərəcə 

Minimal dərəcə 

2001-ci 

il 

2005-ci 

il və 

sonrakı  

2001 

2005-

2008 

2001 

2005-

2008 

2001 

2005-

2008 

ABŞ 


39,1% 

35,0% 


28% 

25% 


38% 

38% 


15% 

15% 


Almaniya 

48,5% 


38,4% 

22,9% 


15% 

39% 


25% 



Fransa 

56,8% 


53,8-

36,8% 


… 

… 

35,3% 



33,3% 



Böyük 

Britaniya 

41% 

40% 


27% 

20% 


30% 

30% 


20% 

20% 


  

Yuxarıdakı  cədvəldən  inkişaf  etmiş  ölkələrin  vergi  sistemlərində  dərəcələrin 

azalma  meyli  aşkar  sezilir.Vergi  islahatlarının  başqa  bir  xəttini  də  vergi  bazasının 

genişlənməsi təşkil edir. Doğrudur, son illərin islahatları hər bir ölkədə vergi bazasının 

genişlənməsi  istiqamətində  tədbirlərlə  müşayiət  olunmayıb  və  məsələn,  Böyük 

Britaniyada 3 il ərzində müəssisələrə kapital qoyan investorlar üçün vergi bazasını 20%, 

5 il bu işi həyata keçirənlər üçün isə 10% yaxud inkişaf edən müəssisələrə vəsait yatıran 

investorlara isə 20%azaltmaq kimi yeniliklər nəzərdə tutulur. Ancaq islahatların ümumi 

istiqaməti  təkcə  bu  nümunələrlə  müəyyən  olunmur.  Məsələn,  Almaniyada  həyata 

keçirilən  vergi  islahatları  amortizasiya  ayırmalarının  maksimal  normalarını  30%-dən 

20%-dək, daşınmaz əmlak üçün normaları isə 4%-dən 3%-dək azaltmağı nəzərdə tutur.  

Həmin  ölkələrdə  gəlir  və  mənfəət  vergisi  üzrə  həyata  keçirilən  bu  dəyişikliklər 




48 

 

bank əməliyyatları üzrə vergitutmadan da yan keçməyib. Çünki əsas bank əməliyyatları 



-  passiv  və  aktiv  əməliyyatlar  müxtəlif  fiziki  və  hüquqi  şəxslər  üçün  gəlir,  kredit 

təşkilatları üçünsə son nəticədə mənfəət yaranması ilə nəticələnir. Yəni müştərilər gəlir 

və ya mənfəət, kredit təşkilatı isə mənfəət vergisi ödəyicisinə çevrilir. Ancaq bu ümumi 

ə

saslarla  birgə  bank  əməliyyatlarından  vergi  tutulması  yenə  də  spesifik  xüsusiyyətlərə 



malik  olur  və  bu  spesifik  cəhətlər  faiz  gəlirlərinin  vergiyə  cəlb  olunmasında  xüsusilə 

aşkar görünür. 

Faiz  gəlirlərinin  vergiyə  cəlb  edilməsində  əsasən,  yuxarıda  qeyd  etdiyimiz    2 

üsuldan  -  klassik  və  D T  yanaşmadan  istifadə  olunur.  Məsələn,  Skandinaviya 

ölkələrində  D T  sisteminin  tətbiqi  qlobal  ölkələrarası  rəqabətə  davamlılığı  artırmaq 

istəyindən  irəli  gəlib.  Məlum  olduğu  kimi  Skandinaviya  ölkələri  həmişə  gəlir  vergisi 

dərəcələrinin yüksək olması ilə fərqlənib. Bu gün Norveçdə dövlət gəlirlərinin 31%-nin, 

Danimarkada  24%-nin,  Finlandiyada  21%-nin  gəlir  vergisinə  aid  olması,  belə  yüksək 

dərəcələrlə  izah  olunur.  Bu  ölkələrdə vergitutmada  ədalətlilik  və  effektivlik  balansının 

pozulmasının  qarşısını  almaq,  həm  də  yığım  və  investisiyalara  stimulun  azalmaması 

üçün  kapitaldan  gəlirləri  (Capital  income  tax),  yəni  həm  də  faiz  gəlirlərini  ayrıca 

dərəcələrlə vergiyə cəlb etmək nəzərdə tutulub. 



Cədvəl 2 

nkişaf etmiş ölkələrdə faiz gəlirlərindən vergitutma 

Ölkələ

Gəlir vergisinin 

maksimal 

dərəcəsi 

Alınmış faizlərə 

vergi 

Ödəmə mənbəyində vergi 

dərəcələri 

Rezident 

qeyri-rezident 

ABŞ 


35% 



Böyük Britaniya 

40% 



20 



Almaniya 

38,4% 



31,65 



Fransa 


33,0% 

15 



0-15 

Yaponiya 

37% 



20 



20 

sveç 


 

30 






Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə