Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

43 

 

haqqına əlavə vergi, bəzi ölkələrdə - Latın Amerikası regionunun bir sıra dövlətlərində 



debet  əməliyyatlarına  vergi  tətbiq  edilir.  Yəni  bank  hesablarından  vəsaitlər  silinəndə, 

nağd  vəsait  götürüləndə,  kreditlər  üzrə  faizlər  ödəniləndə  bu  vəsaitlərin  0,2-2,0%-i 

miqdarında  vergi  tutulur. 

46

Tədqiqatlarla  müəyyənləşdirilib  ki,  belə  özünəməxsus 



«ƏDV»-nin  aşağı  dərəcələri  büdcə  gəlirlərinin  əldə  olunması  üçün  effektiv  bir  yoldur. 

Ancaq  yüksək  dərəcələrdə  vergi  bazasının  müxtəlif  üsullarla  kiçildilməsi,  maliyyə 

resurslarından istifadənin təhrifi baş verir.

47

 



Bank  əməliyyatlarının  vergiyə  cəlb  olunmasının  spesifik  metodoloji  xüsu-

siyyətlərindən  biri  də  faiz  gəlirlərindən  vergitutma  üsullarıdır.Müxtəlif  ölkələrin  vergi 

sisteminin araşdırılmasından aydın olur ki, faiz gəlirlərinin vergiyə cəlb olunmasında üç 

yanaşma  –  gəlir  vergisinin  kompleks  sistemlərinin  tətbiqi,  gəlir  vergisinin  ikili  sistemi 

və  səhmdar  kapitalına  vergi  güzəştləri  yanaşmaları  mövcuddur.Kompleks  sistem 

(Comprchensive  income  tax  sistem)  faiz  gəlirlərinin  ümumi  gəlir  bazasına  daxil 

edilməsini  və  vaxud  bazadan  vergi  tutulmasını  nəzərdə  tutur. kili  sistem  (dual  income 

tax) və ya D T faiz gəlirlərindən ayrıca vergi tutulmasını müəyyən edir.

48

 

Aydındır ki, kompleks sistem və ya klassik sistem faiz gəlirlərini – depozitlər üzrə 



gəliri,  kreditlər  üzrə  gəliri,  səhmlər  üzrə  dividendi  və  s.-ni  vahid  gəlir  vergisi  şkalası 

üzrə  vergitutmaya  cəlb  etməklə,  investisiya  fəallığına  müəyyən  təsir  göstərir.Depozit 

üzrə  faizin  10%-li  dərəcə  ilə  deyil,  vahid  baza  daxilində  15-20  və  30%-li  dərəcə  ilə 

vergiyə  cəlb  olunması,  əlbəttə  ki,  depozit  qoyuluşlarına  stimulu  nisbətən  zəiflədir.  Bu 

baxımdan  D T  yanaşmasını  kifayət  qədər  effektiv  hesab  etmək  olar  və  bir  çox 

tədqiqatçılar  da  bu  qənaətdədirlər:  «Kapitaldan  gəlirlərə  aşağı  verginin  tətbiqi  kapital 

təklifinin yüksək elastikliyinin təmini və ... beynəlxalq rəqabətqabiliyyətinin saxlanması 

                                                  

46

Налогообложение



. Теории, проблемы, решения / Под реакцией В.П.Вишневского. Донецк, 2006, 394-395с. 

47

Kirilenko A. Summers V.Bank Debit Taxes: Yield vs. disinter mediation. World Bank, 2002, p117



 

48

Вовченко



 Н.Г., Кармала К.В. Финансовые системы зарубежных государств. Ростовна-Дону, 2005. 

 



44 

 

üçün praqmatik vasitədir».



49

 

Ancaq  eyni  zamanda  qeyd  olunmalıdır  ki,  D T  sistemi  vergitutmanın  vertikal  və 



horizontal  -  yaxud  üfiqi  və  şaquli  bərabərlik  prinsiplərini  pozur.  Bəllidir  ki,  daha 

təminatlı  fərdlər depozitə,  səhmə  və  s.-yə  vəsait  yatıra bilirlər və varlıların gəlirlərinin 

aşağı dərəcə ilə vergiyə  cəlb edilməsi  –  məsələn,  depozit  üzrə  faizlərdən ildə  100  min 

manat gəlir əldə edənin 10%-li dərəcə ilə cəmi 10 min manat vergi ödəməsi, doğrudan 

da,  şaquli  bərabərliyin  pozulması  hesab  oluna  bilər.  Çünki  depozitə  vəsait  yatırmaq 

imkanı olmayan və ildə cəmi  20  min  manat gəlir  -  əmək  haqqı  alan fərdsə,  20-35%-li 

dərəcələrlə  vergiyə  cəlb  olunur.  Beləliklə,  vergitutmanın  ədalətliliyi  pozulur,  ancaq bu 

cəhət  hələ  D T-in  yararsızlığını  təsdiq  etmir  və  vergitutmanın  ədalətlilik  –  effektivlik 

balansı  başqa  bir  müstəvidə  də  həll  oluna  bilər.Kapitaldan  gəlirlərin  proqressiv 

vergitutmaya  cəlb  olunmamasında  yaranan  neqativ  effektlər  əmlak  vergisindən, 

aksizlərdən  effektiv  istifadə  ilə  minimallaşdırıla  bilər.  Yəni  varlı  sərbəst  vəsaitlərini 

depozit,  səhm  alqısına  və  s.-yə  yönəldib,  yüksək  gəlir  əldə  edəndə,  vergi  «cəzasına» 

məruz  qalması  əvəzinə  bahalı  əmlak  əldə  edəndə,  vergi  «cəzası»  çəkməlidir  və  bu 

yanaşma həm ədalətliliyi, həm də effektivliyi təmin edir. 

Korporativ  kapitala  vergi  güzəşti  və  ACE  sistemi  kapitalın  bazar  faizi  normasına 

uyğun  həcmdə  vəsaiti  mənfəət  vergisi  bazasından  çıxmağa  imkan  verir.  Bu  sistemin, 

yəqin  ki,  əlavə  şərhi  də  gərəkdir.Xarici  ölkələrin  vergi  qanunvericiliyindən  bəllidir  ki, 

korporasiyalar həm xalis mənfəətdən vergi, həm də səhmdarlar dividend ödənişlərindən 

vergi ödəyirlər. Bundan başqa, kapitalın artımına, məsələn, bir il öncə biri 100 manata 

qiymətləndirilən  səhmin  bu  il  120  manata  qiymətləndirilməsindən  yaranan  artıma  da 

vergi  ödənilir.  ACE  sistemi  kapital  artımına  faizlərin,  bölünmüş  mənfəətin 

(dividendlərin) vergiyə cəlb edilməsi zamanı bazar norması səviyyəsində güzəşt nəzərdə 

tutur. Yəni bazarda orta gəlirlilik norması 10% olubsa, faiz gəliri 15%-dirsə, vergi 5%-

lik fərqə tətbiq edilir. 

                                                  

49

Levin M., Pitter P. Taxation of Financial Intermediation in Industrialized Countries. World Bank, 2003, p7 



 


45 

 

Ə



lbəttə ki, bu sistemi tam təkmil hesab etmək mümkün deyil, bazar norması kimi 

nisbətən  yayğın  meyar  əsasında  verilən  güzəştlər  vergitutmanın  kifayət  gədər  təhrif 

olunmuş nəticələrinə səbəb ola bilər. Bu və başqa cəhətlərə görə ACE sisteminin praktik 

tətbiqi faktik olaraq reallaşmayıb. 

ACE sistemi barədə şərhdən belə görünə bilər ki, bu sistemin kredit təşkilatlarından 

vergitutma ilə əlaqəsi yoxdur. Ancaq biz, bir tərəfdən, nəzərə almalıyıq ki, banklar, bir 

qayda  olaraq,  korporativ  formada  təşkil  olunur.  Bundan  başqa,  bank  əməliyyatları 

zamanı  faiz  gəlirləri  ödənilir  və  bu  baxımdan  da  ACE  sistemi  bank  əməliyyatlarının 

vergiyə cəlb edilməsinin metodoloji əsaslarından biri hesab edilə bilər. 

Kredittəşkilatlarındanvergitutmanınnəzəri-metodoloji 

ə

sasları 


barədə 

təh-


lilləriyekunlaşdırıb, 

birməqamı 

daqeydetməliyik.Təkmilvergitutmasistemləritəkcə 

nəzəribaxışlar 

ə

sasındatəşəkkültapmır.Müxtəlif 



ölkələrinpraktikvergi-

tutmasistemləribaşqaları 

üçünnümunəyə 

çevrilir.Bubaxımdanbank 

ə

məliyyat-



larınınvergiyə cəlbedilməsininxaricitəcrübələrinintəhliliməqsədəuyğundur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə