Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

33 

 

müvafiq göstəricisindən - 161,3%-dən kifayət gədər geri qalır.



30

 

Aydındır  ki,  belə  bir  mühitdə  effektiv  monetar  siyasət  mərkəzləşmiş  uçot 



dərəcələrinin artırılıb-azaldılması yolu ilə də gerçəkləşmir və məhdud resursun bankların 

maliyyə  resurslarının  artırılması  üçün  uçot  dərəcələri  xüsusi  əhəmiyyətli  faktor 

olmur.Bu  cəhətləri  nəzərə  alsaq,  iddia  edə  bilərik  ki,  postsovet  mühitində  bank 

ə

məliyyatlarının vergiyə cəlb edilməsi sistemi həm də monetar siyasətin tərkib elemeyti 



kimi çıxış edə bilər.Transformasiya mühitində belə bir reallığı həm də başqa bir faktor 

şə

rtləndirir.Bəllidir  ki,  transformasiya  iqtisadiyyatı  ölkələrində  güclü  fond  bazarları 



mövcud  deyil.  2000-ci  illərin  əvvəlində  fond  bazarının  «gücü»  -  səhmlərin 

kapitallaşması  həcmi  60  milyon  manata  yaxın  qiymətləndirilirdi  və  yəqin  ki,  bu  bazar 

ötən  illər  ərzində  ciddi  genişlənməyib.  Belə  ki,  2009-cu  ildə  Azərbaycan  Qiymətli 

kağızlar  bazarında  dövriyyədə  olan  səhmlərin  məbləği  3,6  mld.manat,  yaxud  ÜDM-in 

10%-i  həcmində  olub.(Az.NK.hes.)  Nəzərə  alsaq  ki,  dünya  fond  bazarlarında  kapital-

laşma həcmi 38,9 trilyon dollardır, biz başqa bir iddia irəli sürə bilərik. 

31

Biz iddia edə 



bilərik ki, sərbəst vəsaitlərin istehsal sektoruna cəlbinin əsas vasitəsiçiliyi kimi maliyyə 

vasitəçiləri çıxış edirlər.Deməli, postsovet mühitində «…maliyyə vasitəçilərinin başlıca 

funksiyası  müştəriləri  maliyyə  bazarlarındakı  birbaşa  əməliyyatlar  nəticəsində  əldə 

olunacaq  maliyyə  xidmət  və  məhsullarından  daha  effektiv  təmin  etmək…»  deyil.

32

Bu 


mühitdə  başlıca  funksiya,  ümumiyyətlə,  müştərilərin  maliyyə  ehtiyaclarının 

ödənilməsidir. 

Bütün  bu  qeyd  olunanları  ümumiləşdirilib  qeyd  etmək  olar  ki,  transformasiya 

mərhələsində  bank  əməliyyatlarının  nisbi  yüksək  dərəcələrlə  vergiyə  cəlb  edilməsi 

                                                  

30

Azərbaycan  rəqəmlərdə,  Azərbaycan  Dövlət  Statistika  Komitəsi,  2007,  səh11-25;  World  development  indicators  - 



2006.The World Bank. Washington.p 284 

 

 



31

World development indicators - 2006.The World Bank. Washington,p 280  

32

Боди


 З., Мертон К. Финансы. М.: 2003, с 94 

 



34 

 

məcmu  tələbin  effektiv  strukturunun  -  uzunmüddətli  iqtisadi  inkişafa  və  ya 



investisiyaların  artımına  yönələn  strukturunu  formalaşdırmağa  yardım  etmir.Bank 

ə

məliyyatlarının vergiyə cəlb edilmə sisteminin başlıca fundamental əsasını bu məqam 



təşkil edir və bu sistemlərin effektivliyi fiskal siyasətlə monetar siyasətin optimal balansı 

ilə  müəyyənləşir. qtisadi  nəzəriyyənin  bu  fundamental  baxışları  başqa  tədqiqatlarla 

konkret istiqamətlər üzrə inkişaf etdirilib və vergitutmanın bank əməliyyatlarına kredit 

təşkilatlarının effektivliyinə təsiri öyrənilib. 

Bu  baxımdan  R.Karminalın  tədqiqatları  xüsusilə  seçilir.  Karminal  kredit 

təşkilatlarının vergiyə cəlbetmə sistemlərinin effektivliyini araşdırmaq üçün öncə hesab 

edir ki, «istehsal üçün fiksasiya edilmiş proporsiyada iki faktor gərəkdir: sahibkar əməyi 

və  xarici  maliyyə  (kapital).  Sahibkarlar  öz  investisiya  layihələrini  maliyyələşdirmək 

üçün  …  əhalinin  yığımlar  və  ya  maliyyə  vasitəçilərinin  xidmətindən  istifadə  arasında 

seçim  edə  bilərlər».

33

    P.Daymond,  J.Marlesin  və  başqalarının  bütövlükdə  optimal 



vergitutmaya  həsr  olunmuş  tədqiqatlarından  fərqli  olaraq  Karminalın  araşdırmaları 

birbaşa maliyyə vasitəçilərinin vergitutma sistemlərinə aiddir və müxtəlif vergi metodla-

rının  kredit  təşkilatlarının  effektivliyinə  təsiri  detallar  üzrə  aydınlaşdırılır.Karminal 

vergitutmanın kredit təşkilatlarına təsirini maliyyə vasitəçisinin rifahının azalması göstə-

ricisi  üzrə  öyrənir.Daha  doğrusu,  statik  vəziyyətdə  müxtəlif  vergilərin  tətbiqinin  – 

məsələn, depozitlərə verginin tətbiqinin kredit təşkilatlarının dəyərinə təsiri aşkarlanır. 

Bu vergilərin effektini Karminal cədvəl 1.3-də göstərilən kimi müəyyən edir. 

Cədvəl 1.3 

Kredit təşkilatlarının dəyərinə vergitutmanın təsiri 

dəyərin itirilməsi amilləri

34

 

                                                  



33

ЖарковскаяЕ

.П. Банковскоедело. М.: 2006. 

34

Carminal R. Financial intermediation and the optimal tax system // Journal of Public Economics, 1997, №63, p.374. 



 


35 

 

Vergilər

 

Ə

mək resurs



-

larının yerləşdi

-

rilməsinin təhrifi

 

Müflişləşmə 

tezliyinin artımı

 

Maliyyə 



qərarlarının 

təhrifi

 

Vergilərin 



tutulması xərcləri

 

stehsala vergi 



(mənfəət vergisi) 



kapitala vergi 





depozitlərə vergi: 

 

 

 



 

təkmil rəqabətdə 





nhisarçılıqda 





 

+ təsiri, - təsiri yoxdur 

 

 

Cədvəldən  aydın  olur  ki,  kredit  təşkilatlarının  «istehsalına»  vergi  nə  əmək 



resurslarının  sahələr  üzrə  yerləşdirilməsini  təhrif  edir,  nə  müflişləşmə,  nə  də  maliyyə 

qərarlarının  qəbulunda  təhrifə  səbəb  olmur.  Təhrif  və  müflişləşməni  yaradan  əsas 

faktorlar kapitala və inhisarçılıq olmayan mühitdə depozitlərin vergiyə cəlb olunmasıdır. 

Karminal tədqiqatlarından belə aydınlaşır ki, təkmil rəqabətdə kredit təşkilatlarının aktiv 

və passiv əməliyyatları vergiyə cəlb edilməməlidir. Vergitutmanın bank əməliyyatlarına 

təsiri Ukrayna tədqiqatçıları V.Vişnevski, S.Steşenko tərəfindən də ətraflı araşdırılıb. Bir 

çox  xarici  iqtisadçıların  -  L.Skaunerin,  A.Auerbachın,  A.Kotlikoffun  optimal 

vergitutmanın  dinamik  modellərinə  istinad  edən  bu  alimlər  vergilərlə  depozitə  tələbat, 

kreditə  tələbat  arasındakı  əlaqələri  araşdırırlar.  Təsərrüfat  dövriyyəsini  4  əlaqəli  ele-

mentə  -  ictimai  sektor,  istehsal  sektoru,  maliyyə  sektoru  və  ev  təsərrüfatları  sektoruna 

bölən Vişnevski və digərləri bankların və əhalinin faiz gəlirlərinin vergiyə cəlb edilməsi 

ilə yüksək iqtisadi artım templəri arasındakı əlaqələri aşkarlamağa cəhd edirlər. 

Vişnevski düzgün olaraq göstərir ki, əhalinin bank depoziti xidmətlərinə tələbatı iki 

faktordan - depozitlər üzrə faizdən və risk qiymətləndirmələrindən asılı olur. 

35

Aydındır 



ki,  faiz  dərəcələrinin  yüksəkliyi  bu  xidmətlərdən  istifadəyə  stimulu  yüksəldir  və  eyni 

                                                  

35

Налогообложение



. Теории, проблемы, решения / Под реакцией В.П.Вишневского. Донецк, 2006, 406 с. 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə