Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   2   3   4   5   6   7   8   9   ...   31

14 

 

vəsaitlərdir.  Hər  bir  bankın  məqsədi,  maksimum  mənfəət  əldə  etməkdir.  Bunun  üçün 



banklar aktiv əməliyyatlardan istifadə edir.  

Aktivdə əks olunan gələcək iqtisadi səmərə banka aşağıdakı yollarla daxil olur: 

1.

  aktiv,  bank  tərəfindən  göstərilən  xidmətlərdən  ayrılıqda  və  ya  digər 



aktivlərlə əlaqəli şəkildə istifadə olunduqda; 

2.

  aktiv, digər aktivlərlə mübadilə olunduqda; 



3.

  aktiv, öhdəliklərin ödənilməsi üçün istifadə olunduqda;  

4.

   aktiv, bankın sahibləri arasında bölüşdürüldükdə. 



Bir  çox  aktivlər,  məsələn,  əsas  vəsaitlər  fiziki  formaya  malikdir.  Lakin  fiziki 

forma,  aktivin  mövcudluğunu  müəyyən  etmək  üçün  əsas  deyil,  belə  ki,  patentlər  və 

müəlliflik  hüququ  fiziki  formaya  malik  olmamasına  baxmayaraq,  aktiv  hesab  olunur, 

çünki  bank  tərəfindən  onlardan  gələcəkdə  iqtisadi  səmərə  əldə  etmək  gözlənilir  və 

nəzarət  olunur.  Həmçinin  mülkiyyət  hüququnun  olması  da  aktivin  mövcudluğu  üçün 

birinci  dərəcəli  hesab  edilmir.  Belə  ki,  əgər  bank  əldə  olunması  gözlənilən  mənfəətə 

nəzarət  edirsə,  icarə  olunan  əmlak  da  aktiv  kimi  tanınır.  Bankın  aktivləri  əvvəlki 

dövrlərin  əməliyyatları  və  digər  hadisələr  nəticəsində  yaranır.Yaranmış  xərclər  və 

yaradılmış aktivlər arasında sıx əlaqə mövcuddur, lakin bunlar uyğun olmaya da bilər. 

Belə ki, bank xərc həyata keçirdikdə, nəzərdə tutulur ki, bu xərc gələcəkdə mənfəət əldə 

etmək məqsədi güdür, lakin bu o demək deyil ki, aktiv kimi tanınan obyekt yaranmışdır. 

Həmçinin  müvafiq  xərclərin  istisna  olması,  maddənin  aktiv  kimi  tanınmasına  mane 

olmur və mühasibat balansında tanına bilər.  

Aktivlər  –  bankın  bütün  kreditləri,  investisiyaları,  pul  vəsaitləri  və  əmlakıdır 

(bank  işində  istifadə  olunmayan  əmlak  da  daxil  olmaqla).  Aktivlər  standart  və  qeyri-

standart aktivlər qrupuna bölünürlər. Standart aktivlər qrupuna "qənaətbəxş aktivlər" və 

"nəzarət  altında  olan  aktivlər",  qeyri-standart  aktivlər  qrupuna  "qeyri-qənaətbəxş 

aktivlər", "təhlükəli aktivlər" və "ümidsiz aktivlər" aiddir. 




15 

 

Beləliklə,  aktiv  əməliyyatların  nəticələri  bankın  balansmın  aktiv  hissəsində 



ə

ks  etdirilir,  bu  göstəricilər  əsasında  bankm  resurslarının  yerləşdirilməsi  xarakteri, 

onlardan istifadənin səmərəliliyi yoxlanılır və təhlil edilir. 

Aktivlərin keyfiyyətinin qiymətləndirilməsinin əsas məqsədi bankın aktivlərinin 

keyfiyyətinin  nəticələrinin  sənədləşdirilməsidir.  Qiymətləndirmə  zamanı  bütün  riskli 

aktivlər, o cümlədən bütün kreditlər təhlil olunur və onlara Aktivlərin təsnifləşdirilməsi 

və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlarin yaradilmasi qaydalarınauyğun olaraq 

müvafiq  reytinqlər  verilir  (müvafiq  təsnifləşdirmə  kateqoriyalarına  aid  edilir).  Bank 

müntəzəm  keçirilən  qiymətləndirmənin  köməyi  ilə  problemli  aktivlər  üzrə  risklərin 

azaldılması  üçün  vaxtında  lazımi  tədbirlər  görməli  və  kredit  portfeli  üzrə  mümkün 

zərərləri minimuma endirməyə qadir olmalıdır. 

1  yanvar  2011-ci  il  tarixinə  Azərbaycanda  bank  sisteminin  aktivləri  13,3  mlrd. 

Manat təşkil edir.  

Aktiv  və  öhdəliklərə  təsir  edən  fərziyyələr:  -faiz  dərəcəsinin  dəyişməsi; 

inflyasiya dərəcəsinin dəyişməsi; valyuta məzənnəsinin kəskin dəyişməsi. 

Bank  tərəfindən  likvidlik  vəziyyətinin  dəyişməsinin  inkişafının  “ən  pis”,  “ən 

yaxşı”  və  “ehtimal  olunan”  ssenariləri  tərtib  olunmalı  və  yuxarıda  qeyd  olunan 

fərziyyələr daxil olmaqla hər bir ssenari üçün ayrıca meyarlar müəyyən olunur. 



 

 

 

1.2.Banklarda vergitutmanın əsas nəzəri əsasları 

 

Müasir  dünyada  fərdlərdən,  müxtəlif  kommersiya  müəssisələrindən  və  başqa 



təşkilatlardan alınan vergilərin ÜDM-in əhəmiyyətli hissəsini təşkil etməsi faktdır.Belə 

ki,  XXI  əsrin  ilk  illərində  bazar  modellərinin  rəngarəngliyinə  uyğun  olaraq  müxtəlif 

ölkələr üzrə vergilərin ÜDM-dəki payı fərlənsə də, bir cəhət – vergitutmanın yüksələn 



16 

 

qüdrəti  aşkar  sezilib.  Məsələn,XXI  əsrin  ilk  onilliyində  Almaniyada  təkcə  mərkəzi 



hökumətin gəlirləri ÜDM-in 38,6%-nə, Böyük Britaniyada 36,6%-nə, Norveçdə 49,6%-

nə,  Fransada  43,3%-nə,  ABŞ-da  17,2%-nə,  Kanadada  19%-nə  bərabər  olub.  Statistik 

mənbələrdən  məlum  olur  ki,  müxtəlif  ölkələrdə  məcmu  vergi  gəlirləri  də  -  mərkəzi 

hökumətə və yerli hakimiyyətlərə ödənilən vergilər də ÜDM-də böyük paya malik olub. 

III  minilliyin  əvvəllərində  məcmu  vergi  gəlirləri  Almaniyada  ÜDM-in  36%-ni,  Böyük 

Britaniyada  35,8%-ni,  Norveçdə  43,5%-ni,  Fransada  44%-ni,  ABŞ-da  26,4%-ni, 

Kanadada  33,9%-ni  təşkil  edib

1

.    Bu  və  başqa  statistik  göstəricilər  öz-özlüyündə 



vergilərin gücünü, qüdrətini sübuta yetirmir.Sübut olunan öz təsdiqini tapan vergituma 

sisteminin gücü, qüdrətidir.Aydındır ki, müasir vergitutma sisteminin bu əzəməti sadəcə 

zora,  diktata  və  təkcə  inzibati  məcburiyyətə  söykənməyib.Çünki  müasir  vergituma 

sisteminin ən əsaslı məsələləri - vergi dərəcələrinin yüksəlməsi və ya azaldılması, vergi 

bazasının  genişlənməsi  və  ya  kiçilməsi  demokratik  institutlar  müstəvisində,  ictimai 

razılıq əsasında müəyyənləşir. 

Ə

lbəttə ki, vergitutma sistemlərinin bugünki gücünü aşkara çıxaran göstəricilər öz-



özlüyündə vergilərin mahiyyətini aşkara çıxarmaq və vergitutmanın fundamental nəzəri-

metodoloji  əsaslarını  aşkarlamır.Bu  göstəricilər  yalnız  bir  neçə  iddianı  irəli  sürməyə 

imkan  yaradır.Vergitutma  sisteminin  çoxəsrlik  inkişafı  vergitutmaya  aid  nəzəri-

metodoloji əsasların təkmilləşməsi və zənginləşməsi ilə şərtlənib, tamamlanıb, müşayiət 

olunub.Ötən  əsrlərlə  müqayisədə  bir  çox  ölkələrdə  vergi  daxilolmalarının  ÜDM-dəki 

payının  2-3  dəfəlik  artımını  –  aşağıdakı  cədvəldə  aşkar  görünən  artımı  izah  edən 

faktorlardan biri budur. 

Ə

lbəttə  ki,  bir  neçə  əsrdə  vergi  daxilolmalarının  dinamik  yüksəlişi  təkcə  nəzəri 



baxışların inkişafı və vergitutma sisteminin bu baxışlar əsasında qurulması ilə şərtlənmir 

və  vergi  daxilomalarının  artımı,  vergitutma  sisteminin  inkişafı  həm  başqa  amillərlə  - 

sosial,  hüquqi,  etik  və  s.  gerçəkliklərlə  izah  oluna  bilər.  Şübhəsiz  ki,  müxtəlif  vergi 

                                                  

1

OECD Revenuc Statistics 1965-2000. Paris, OECD, 2001, 308 p. 



 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə