Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
1   2   3   4   5   6   7   8   9   ...   31

11 

 

ə



manətləri  aşağıdakı  şəkildə  sıralamaq  mümkündür:  müddətsiz  əmanət;  müddətli 

ə

manət.  



Banklardan istənilən an çıxarılmaq üzrə qoyulan əmanətlərə müddətsiz, müəyyən 

bir müddət sonunda götürülmə ilə qoyulan əmanətlərə isə müddətli əmanət deyilir. Tələb 

olunanadək  depozitlər  müxtəlif  bank  hesablarındakı  vəsaitlərin  sahibinin  pul  və 

hesablaşma  sənədlərini  yazmaqla  birinci  tələbdən  əldə  edə  bilməsidir.  Bunlara  hüquqi 

şə

xslərin  cari  və  hesablaşma  hesabında  saxlanılan  vəsaitlər,  müxtəlif  təyinatlı  fondların 



vəsaitləri, hesablaşmalardakı vəsaitlər, digər kreditorların vəsaitləri, digər bankların müx-

bir  hesablarındakı  vəsait-lərin  qalığı,  fiziki  şəxslərin  tələb  edilənədək  əmanətlərdəki 

vəsaitləri və s. aiddir. Depozit sahiblərinin kateqoriyalarından asılı olaraq depozitləri hü-

quqi və fiziki şəxslərin depozitlərinə bölmək olar. Depozit əməliyyatının subyekti banklar 

və  pulun  sahibləri  olan  kreditorlar,  obyekti  isə  banka  verilən  pullar  sayılır.  Bu  hesabın 

sahibi üçün üstünlüyü onun yüksək likvidli olmasıdır. Ancaq onlar üzrə faizlər ya ödənil-

mir, ya da aşağı faiz müəyyən edilir. 

Nəzərə  alsaq  ki,  dünya  bank  təcrübəsində  bankların  cəlb  etdiyi  vəsaitlərin  əsas 

hissəsini  (təqribən  60-70  %ni)  müddətli  depozitlər  təşkil  edir,  bizdə  müddətli 

depozitlərin ümumi depozitlərdə xüsusi çəkisi 2-3 dəfə aşağıdыr. Müxtəlif növlü depozit 

və əmanətlər üzrə ödənilən faiz siyasəti stimullaşdırıcı rola malik olmalı və müştəriləri 

öz  vəsaitlərini  nəinki  qısa  müddətə,  hətta  uzun  müddətə  banklarda  saxlamağa  təhrik 

etməlidir. 

Bankların  əsas  xərcləri  depozit  və  əmanət  xidməti  ilə  bağlıdır.  Cəlb  edilmiş 

vəsaitlərin  tərkib  hissəsindən  biri  də  əmanət  qoyuluşlarıdır.  Yerli  təcrübədə  əmanət 

hesabları  yalnız  fiziki  şəxslərə,  xarici  təcrübədə  isə  həm  də  qeyri-kommersiya 

təşkilatlarına  və  işgüzar  firmalara  da  açılır.  Fiziki  şəxslər  üçün  açılan  əmanət 

qoyuluşlarının müxtəlif növləri vardır: müddətli, uduşlu, məqsədli və s. 

Azərbaycan  Respublikasında  mövcud  bank  qanunvericiliyinə  uyğun  olaraq 

ə

halinin  əmanətləri  bütün  banklar  tərəfindən,  onların  nizamnaməsində  belə 




12 

 

ə



məliyyatların  aparılması  üçün  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  verdiyi 

lisenziya əsasında qəbul edilə bilər. 

Ə

manətçi  ilə  bağlanmış  müqaviləyə  əsasən  bank  əmanətçinin  qoyduğu  pul 



vəsaitini saxlamağı, əmanət üzrə faiz şəklində və bankların təklif etdiyi başqa formada 

gəlir ödəməyi, əmanətlə hesablaşmalar üzrə əmanətçinin tapşırıqlarını yerinə yetirməyi 

tutulmuş şərtlərlə və qaydada geri qaytarmağı öhdəsinə götürür. 

Banklar  ilk  növbədə  müştərilərin  vəsaitlərini  cəlb  etmək  və  ya  onların  və-

saitlərini  özündə  saxlamaq  üçün  onlara  kifayət  qədər  yüksək  faiz  gəliri  əldə  etməyi 

təmin  etməlidir.  Digər  tərəfdən  isə  banklar  kifayət  qədər  yüksək  faiz  dərəcəsindən 

qaçmalıdırlar. 

Hal-hazırda isə banklar depozit və əmanət əməliyyatları üzrə faiz siyasətini təyin 

etməkdə sərbəstdirlər. Kommersiya banklarının bu cür siyasətinə müəyyən amillər təsir 

göstərir. Bankların faiz dərəcəsinə təsir göstərən əsas amillərdən biri Mərkəzi Bankların 

apardığı uçot siyasətidir. Çünki uçot siyasətinin aşağı düşməsi və ya qalxması kommer-

siya banklarının ssuda və depozitləri üzrə faizlərinin aşağı düşməsinə və ya qalxmasına 

səbəb olur. Mərkəzi bankların açıq bazarda apardığı əməliyyatlar da kommersiya bank-

larının  faiz  siyasətinə  təsir  göstərən  pul-kredit  tənzimlənməsinin  əsas  metodlarından 

biridir. 

Düzdür, bu gün depozit  problemi  ilk növbədə  banka inamla  bağlıdır.  Ona  görə 

də, depozitin səviyyəsi, artma meyli bu təsiri özündə demək olar ki, həmişə əks etdirir. 

Depozitlər içərisində vacib yeri tələb edilənədək depozitlər tutur.  nkişaf etmiş ölkələrdə 

müştərinin  tələbi ilə nağdlaşdırılan  və  ya başqa hesaba  dərhal  köçürülən depozitlərdən 

vəsait çeklərlə silinir. Onu da qeyd edək ki, ödəmə dövriyyəsinin böyük əksəriyyəti bu 

çeklərlə  aparılır.  Bu  hesablar  üzrə  müştərilərə  ya  faizlər  ödənilir,  ya  qanunvericiliklə 

qadağan  olunur,  ya  da  bankın  xidmət  haqqında  güzəştləri  ilə  müşayiət  olunur.  Bu 

ə

manətlərin  təklifi  vacib  bank  xidmətləri  olduğundan  ödəmə  sistemi  tez  bir  zamanda 



effektivliyini artırdı, işgüzar əməliyyatlar sadələşdi, tezləşdi və təhlükəsizləşdi. Bu gün 


13 

 

banklar  müddətli  əmanətlər  xidmətindən  geniş  istifadə  edir.  Müddətli  əmanət  dedikdə 



müəyyən müddətə bankın istifadəsinə verilən, tələb edilənədək əmanətdən daha yüksək 

faizli depozit başa düşülür. Bank «portfeli»ndə bankların 2 cür müddətli əmanət qəbul 

etdiyi  göstərilir:  xüsusi  müddətli  əmanətlər  və  götürülməsı  barədə  qabaqcadan 

xəbərdarlıq  edilən  əmanətlər.  Qaydaya  görə,  bu  əmanət  növündəki  vəsait  müddət 

qurtaranadək  (bloklaşdırılır)  və  bank  tamamilə  ondan  istifadə  edir.  Vəsait  vaxtında 

götürülməzsə, o cari hesabdakı kimi istifadə olunur. Adətən müddətlər 4 qrupa bölünür: 

30-89  gün,  90-179,180-359  və  360-dən  çox.  Bir  qayda  olaraq  müddət  uzandıqca  faiz 

dərəcəsi artır. Amma uçot dərəcəsinin aşağı düşəcəyi proqnozu varsa, bu qayda pozula 

bilər. Faizin müddətlərarası dəyişilməsi şərtləri də ola bilər. 

Bir  qayda  olaraq  bank  balansının  kapital  hissəsinə  aşağıdakılar  daxildir:  Adi 

səhmlər  ; mtiyazlı  səhmlər;  Səhmlərin  buraxılışından  əldə  edilmiş  əlavə  vəsaitlər; 

Aktivlərin  yenidən  qiymətləndirilməsi;  Bölüşdürülməmiş  mənfəət;  lin  əvvəlindən  cari 

tarixədək mənfəət. 

Bankın  məcmu  kapitalı  iki  hissədən  ibarət  olur.  Birincinin  tərkibinə  Nizamnamə 

kapitalı  +  Səhmlərin  emissiyasından  əlavə  vəsait  +  Bölüşdürülməmiş  xalis 

mənfəət(Idərəcəli  kapital)  və  Cari  ilin  mənfəəti+Ümumi  ehtiyatlar  +  Kapitalın  digər 

vəsaitləri(IIdərəcəli kapital). 

Kapitalın məbləği kapitalın aktivlərin və öhdəliklərin həcmindən asılıdır. Kapital 

bankda  iştirak  payı  olan  tərəflərin  dividend  alınması  və  ya  kapitalın  ödənilməsinə 

münasibətdə  müxtəlif  hüquqlara  malik  olma  faktını  əks  etdirir.  Mənfəət,  bankın 

fəaliyyətinin  effektivlik  dərəcəsinin  ölçüsü  və  ya  investisiyalardan  (səhmlərdən)  daxil 

olan  səmərənin  ölçüsü  üçün  əsas  kimi  istifadə  olunur.  Mənfəətin  ölçüsü  ilə  bilavasitə 

ə

laqədar  olan  elementlər  -  gəlir  və  xərclərdir.  Gəlir  və  xərclərin  elementləri  aşağıdakı 



kimi təyin olunur: 

Aktivlər  -  əvvəlki  dövrlərdə  baş  vermiş  hadisələr  nəticəsində  bank  tərəfindən 

nəzarət  edilən  və  gələcəkdə  bank  tərəfindən  iqtisadi  səmərə  alınması  gözlənilən 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə