Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   73

 
25 
edir: 

 
birinci, təsərrüfatın diversifikasiyası
*
, yəni «monokultur» neft 
ixtisaslaşmasından uzaqlaşmaq cəhdi

 
ikincisi, xarici ölkələrdə uzun müddətə  və mötəbər kapital 
yerləşdirməklə iri maliyyə-investisiya  əməlyyatları  həyata 
keçirmək; 

 
üçüncü, mühüm məşğuliyyət sahələrində müasir dövrə 
uyğunlaşan xüsusi intellektual – mədəni mühit yaratmaq cəhdi 
ilə kadrların milliləşdirilməsi siyasəti. 
Milli iqtisadiyyatın diversifikasiyası  həm istehsal, həm də 
qeyri-istehsal sahələrində aparılır. İqtisadiyyatın diversifikasiyasında 
ilk istiqamət bir sıra ölkələrdə olduğu kimi ixracat strukturunun 
dəyişdirilməsidir. Ölkələrdə xam neft və  təbii qaz ixracından neft-
kimya məhsulları ixracatına keçilməsinə başlanılmışdır. Məsələn, 
Küveytin neftemalı müəssisələri çıxarılan neftin 90 faizini emal edir. 
Həmçinin neft məhsulları ixracatından gələn gəlir xam neft 
ixracatından gələn gəlirdən üstündür. Yanacaq ixracatının enerji 
tutumlu məhsulların ixracı ilə  əvəz olunması meyli də müşahidə 
edilir. 
İri neftemalı  və neft-kimya kompleksləri Səudiyyə  Ərəbis-
tanında  Əl-Cubeyl və Yanbu, Küveytdə  Əş-Şueyl, BƏƏ-də  (Əbu 
Dabi  əmirliyində) Rubays, Qətərdə Umm-Səid,  İraqda  Ər-Rumeyla, 
İranda Abadan, Bəndər-Xomeyni və digər  şəhərlərdə inkişaf 
etmişdir. Yerli yanacaq və idxal olunan filiz əsasında metal istehsalı 
artır.  İdxal olunan xammalla işləyən enerji tutumlu metallurgiya 
müəssisələri yaradılmışdır. Bəhreyn və BƏƏ-də alüminium istehsalı 
müəssisələri, Bəhreyndə dəmir lövhələr istehsalı müəssisəsi, Qətərdə 
tam dövriyyəli metallurgiya kombinatı, Omandakı misəritmə zavodu 
bunlara misaldır. 
Məhsuldar qüvvələrin diversifikasiyasında ikinci mühüm və 
eyni zamanda müqabil istiqamət idxal olunan xammal və hissələrdən 
əsasən istehlak məhsulları istehsal edən emal sənayesinin kiçik və 
orta müəssisələrinin inkişafına təkan verməklə bağlıdır. Emal 
sənayesinin inkişaf etdirilməsi məqsədilə bu ölkələrə xarici 
sahibkarlar cəlb olunur. 
                                      
*
 Diversifikasiya – struktur dəyişikliklərlə mürəkkəbliyin artmağı prosesi. 
 
26
Neft ixrac edən varlı dövlətlər transmilli korporasiya kanalları 
ilə xammal, avadanlıq, təkmilləşmə  və xüsusilə texnologiya 
hazırlamaqda maraqlıdırlar. Transmilli korporasiyaya daxil olmağın 
üsulu kapitalın 50 faizdən çox iştirakı ilə qarışıq müəssisələr
həmçinin ayrı-ayrı səhmdar fəaliyyət formaları yaratmaqdır. 
XX  əsrin 50-ci illərinədək region iqtisadiyyatında kənd 
təsərrüfatı üstün mövqe tutduğu halda, əsrin sonunda bir sıra 
dövlətlər  ərzaq məhsulları idxalını dayandırır. Hazırda Suriya, 
Yəmən,  İran, Misir və Türkiyə iqtisadiyyatında kənd təsərrüfatı öz 
əhəmiyyətini hələ də saxlayır və ümummilli məhsulun 15-25 faizini 
təşkil edir. Bu göstəricilər aqrar məhsullara olan yerli tələbatın hələ 
tam ödənilməsi demək deyildir (xüsusilə regionun yoxsul 
ölkələrində).  Ərzaq məhsullarına tələbatın artması  əhalinin yüksək 
təbii artımı, kəndlərdən şəhərə miqrasiya, sənayeləşmə strategiyası və 
digər səbəblərlə izah olunur. Digər tərəfdən Yaxın və Orta Şərqdə 
qiymətli kənd təsərrüfatı xammalı istehsal olunan region 
dövlətlərinin əksəriyyəti dünya bazarında kənd təsərrüfatı malları ilə 
iştirak edir. Məsələn, Türkiyə yun, üzüm, qoz, fındıq, dərman 
bitkiləri, biyan ixrac edir. Əfqanıstan qaragül və qarakülçə  dəriləri, 
Yəmən qəhvə (Mokko növü) ixrac edir. Dünya xurma istehsalının 
böyük bir hissəsi İraqın payına düşür. İran və İraqda bərk arpa növü 
becərilir (pivə hazırlanmasında və makaron istehsalında işlədilir). 
İran dünya bazarına quru meyvə (kişmiş, badam, püstə və b.) çıxarır. 
Aqrar bölmənin inkişafı sahəsində çoxsaylı layihələr xüsusi 
qeyd edilməlidir.  Əhalisinin böyük əksəriyyətinin hələ  qədimdən 
heyvandarlıqla məşğul olan, iqlim şəraiti əkinçilik üçün yararsız olan 
quraq ölkələrdə dünya bazarından aslılığı  zəiflətmək məqsədilə 
bitkiçiliyin inkişafı üçün iri şirkətlər yaradılır. 
Yaxın və Orta Şərq ölkələrində  əkinçilik süni suvarmaya 
əsaslanır. Suni suvarma Misir, Türkiyə,  İran, Səudiyyə  Ərəbistanı, 
Suriya, İsrail kimi iri dövlətlərdə müasir qurğulardan istifadə edilirsə, 
Ərəbistan yarımadası əmirliklərində enerji tutumlu şirin su qurğuları 
və nasos stansiyaları mühüm rol oynayır. Bu isə sübut edir ki, İES-lər 
və içməli su komplekslərində neft və qaz yandırılması imkanları 
olmasa səhrada əkinçilik barədə söz açmaq lazım gəlməzdi. Səudiyyə 
Ərəbistanı buğda (taxılla özünü təmin edir, bəzən ixrac da edir), 
Küveytdə  tərəvəz, gül, meyvə (Qərbi Avropaya səhləb çiçəyi ixrac 
edilir), BƏƏ-də, Omanda, Ürdündə çiyələk yetişdirilir. Onu da qeyd 


 
27 
etmək lazımdır ki, bu ölkələrdə aqrotexnologiya idxal olunur, 
suvarma qurğuları sistemi xarici mütəxəssislərin rəhbərliyi ilə 
immiqrant fəhlələr tərəfindən yaradılmışdır,  əkinçilik üçün zəruri 
sayılan materiallar və avadanlıq isə  Qərbi Avropa ölkələri və 
Yaponiyadan gətirilir. 
Deməli, məhsuldar qüvvələrin strukturunun diversifikasiyası 
istiqamətlərinin  əksəriyyəti son nəticədə neftə  əsaslanır. Neftdən 
sonrakı iqtisadiyyat da neftin «əsiri» olaraq qalır. 
Beləliklə, Yaxın və Orta Şərq ölkələrinin milli təsərrüfatının 
inkişafı üçün əlverişli coğrafi mövqe, təbii şərait və faydalı sərvətlər 
mövcuddur. Ölkənin təbii sərvətlərindən istifadə olunması  və 
sənayeləşdirilməsində Türkiyə,  İsrail,  İran, Ürdün, Misir, Suriya 
böyük nailiyyət əldə etmişlər. 
Küveytin və  həmçinin BƏƏ-nin neft çıxaran digər 
əmirliklərinin milli bankları neft dollarlarını xarici banklarda 
yerləşdirmək üçün investisiya əməliyyatı üzrə ixtisaslaşmışdır. Onu 
da qeyd edək ki, tarixən tacirlik ənənələri olan Dubay əmirliyinin 
bankları əsasən ticarət banklarıdır və idxal-ixrac əməliyyatına xidmət 
üzrə ixtisaslaşmışdır. 
Yaxın və Orta Şərq ölkələrinin  əksəriyyətində turizm sektoru 
iqtisadiyyatın dinamik inkişaf edən sahəsinə çevrilmişdir. Regionun 
bir çox dövlətlərində (Türkiyə, Səudiyyə  Ərəbistanı, MƏR, BƏƏ, 
Suriya, Livan və s.) hökumətin dəstəyi, turizm infrastrukturunun 
daim inkişaf etdirilməsi, nisbətən ucuz hava nəqliyyatı, turizm 
sektoruna qoyulan şəxsi və dövlət investisiyaları, sərhəd keçid 
məntəqələrinin açılması sayəsində inkişaf edən  əməkdaşlıq 
beynəlxalq, regional və ölkədaxili turizmin inkişafına səbəb 
olmuşdur. Regionun «neft dolları» olan dövlətləri turizm sektorunu 
inkişaf etdirməkdə daha çox maraqlıdırlar. Tükənən sərvət olan 
neftdən əldə edilən gəlir hesabına bu ölkələrdə Avropa standartlarına 
cavab verən dəbdəbəli otellər inşa edilmiş, qonaqpərvərlik 
sənayesinin yenidən qurulmasında yeni nailiyyətlər əldə edilmişdir.  
Yaxın Şərq regionuna 1990-cı ildə 9,6 mln. turist gəlmişdirsə, 
2000-ci ildə bu göstərici 24,2 mln., 2006-cı ildə isə 40,7 mln. nəfərə 
çatmışdır
*
. 2006-cı ildə Türkiyəyə 18,9 mln., Kiprə 2,4 mln., İrana isə 
                                      
*
 Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatında Dünya regionları üzrə 
 
28
1,6 mln., turist gəlmişdir. Yaxın  Şərq ölkələri içərisində  gələn 
turistlərin sayına görə  Səudiyyə  Ərəbistanı  (9,0  mln.  nəfər), Misir 
(8,2 mln. nəfər) qabaqcıl yerdədir. Regiona gələn turistlərin sayı 
2005-ci illə müqayisədə 2006-cı ildə 10 faizdən çox artmışdır, bu 
göstəriciyə görə Yaxın və Orta Şərq 3 ildir ki, Afrika regionundan 
irəlidədir. (2006-cı ildə Afrika regionuna gələnlərin sayı 36,7 mln. 
nəfər olmuşdur). Yaxın Şərq regionuna 2010-cu ildə 527,3 mln., 2020-ci 
ildə 717 mln. turistin gəlməsi proqnozlaşdırılır. 
Region ölkələrinin bəzilərinin iqtisadi cəhətdən dirçəlməsində 
onların sabiq Sovet İttifaqı  və  Qərb ölkələri ilə iqtisadi 
əməkdaşlığının rolu az olmamışdır.  İttifaqın tərkibində ikən 
Azərbaycan mütəxəssisləri Suriyada, Misirdə,  İraqda,  Əfqanıstanda, 
Cənubi Yəməndə neft-qaz yataqlarının kəşf edilməsində, mədənlərin 
salınmasında, neft kəmərləri çəkilişində, neft və qaz emalı 
müəssisələrinin tikintisində iştirak etmişlər. Azərbaycan Respublikası 
Yaxın və Orta Şərq ölkələri üçün milli mütəxəssis kadrlar hazırlan-
masında böyük fəallıq göstərmişdir. 
  
 
1.5. Regionun nəqliyyatı və xarici-iqtisadi əlaqələri 
  
Yaxın və Orta Şərq regionunun əlverişli coğrafi və geosiyasi 
mövqeyi beynəlxalq  əhəmiyyətli nəqliyyatın bütün növlərinin 
inkişafına səbəb olmuşdur. Dünya beynəlxalq iqtisadi əlaqələrində 
Atlantik və Hind okeanı hövzələrini birləşdirən Süveyş kanalının 
əhəmiyyəti böyükdür. Süveyş kanalının inşası fikri hələ orta 
yüzilliklərdə  ərəblər tərəfindən irəli sürülmüşdür. Sonralar bu fikir 
Fransada XIV Lüdovik və Napoleonun hakimiyyəti dövründə 
yenidən baş qaldırır. Yalnız XIX yüzilliyinin ortalarında (1859-cu 
ildə) kanalın tikintisinə başlanır. 1869-cu il noyabrın 17-də kanalın 
təntənəli surətdə açılışı olur. Kanal şimal-cənub istiqamətində Port-
Səiddən Süveyşədək 93 km məsafədə uzanır. Eni 190-365 metr, 
dərinliyi 20 metrdir. Gəmilər kanaldan 11-12 saata keçir. Kanaldan 
                                                                                
Yaxın  Şərq haqda göstəricilər verilir. Yaxın və Orta Şərq regionuna daxil 
olan Türkiyə, Kipr, İran isə digər subregionlara daxil olan ölkələr 
sırasındadır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə