Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/78
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8308
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

75 
Yaxud ruhi sərgərdanlığı dayanır: 
 
Tarix kitabını eşələdim, 
Mən yox idim... 
Xəritəyə baxdım,  
tapammadım... 
ağacların dalına girdim 
budaqların arasında  
gizlənib dayandım: 
hardansa uşaq səsi gəldi, 
çıx, tapdım... 
 
O şeirlərdə ki, gənc şairin fəlsəfi düşüncələri hadisənin, pred-
metin mənalandırılmasından nəşət edir, o zaman onlardakı poetik 
yaşam da real, canlı  təsir bağışlayır.  Əks halda, müəllifin lirik 
qənaətləri mövzuya aşılanan məzmun çaları ilə bağlı olmur, belə 
məqamda müəllifin düşüncələri daha çox bəsit fəlsəfəbazlıq, mü-
hakimələr və sillogizmlər şəklində meydana çıxır.  
 
Sökük divarlardı vətən, 
Qazılmış yerdi torpaq... 
 
Soyuqqanlı qadındır ana, 
Küçələrə tökülmüş  
ölü göyərçinlərdi yollar... 
 
...Məzar torpaqdan başqa bir şey deyil, 
Şəhid də məzardan başqa... 
 
Bu gün müasir şeirdə hakim olan nəsrləşmə, nəsrdəki  şeir-
ləşmə – bu sahələrin arasında çulğalaşma, yaxud differensial-
laşma çağdaş dünya ədəbi-tarixi prosesinin prioritet xüsusiy-
yətlərindəndir. Digər bir çalarsa düşüncənın, ağıl poeziyasının 
emisionallığı üstələməyə davam etməsidir. Bu gün çağdaş şeir-
də bu iki hissin parametrlərini ayırd etmək və  şeirə onlardan 


 
76 
mütləq birinin estetik imperativləri  əsasında yanaşmaq olmur. 
Daha doğrusu, ağıl və emossionallıq, lirika və intellektuallıq 
arasındakı  təzad, fərq aradan çıxmaqdadır. Fikrimizi əsaslan-
dırmağa çalışaq:  
Elvin Bakiroğlunun  şeirləri bəşərin  əbədi sevgi, məhəbbət 
mövzusunu hədəf alır. Amma burada məhəbbətin melanxolik 
çözümü ilə deyil, cılız, bir qədər də yüngül oyun simvolikası 
ilə rastlaşırıq: 
 
Sevgiyə aid nə var- 
Pəncərədən at çölə. 
Qorxma yemərəm səni, 
Gəl bizə elə-belə. 
 
Allah bilir səhərə 
Hansı kökdə çıxarıq... 
Səni sevəcəyəmmi- 
Buna sonra baxarıq. 
 
Elvinin “Vətəndaş nigahı”, “-relax-“, “Üçüncü” adlı şeirləri 
də bu cür macəra – sərgüzəşt çözümlərinə köklənir. Ümumiy-
yətlə, bu gənclərin sevgiyə münasibətində  fərqli baxış hakim-
dir. Bu şeirlər tam gənclik illərinin gətirdiyi coşğu və onun alt 
qatından boy verən əylənmək sevdası, psevdo aşiqlik görüntüsü 
ilə təğyiri-libas olub günün müasir qəhrəmanının obrazını cız-
maq imkanı yaradır, bir növ romantik uslubla postmodern 
həzzin təmas nöqtəsi kimi doğulurlar. 
Məsələn, Vüsal Nurunun “Sevgi operetdası”  şeirinə diqqət 
edək: 
 
Mən ayağına yenəcək qədər 
İzani öpəcək qədər, 
Tanrı biləəcək qədər sevirəm səni 
Sevirəm səni söyəcək qədər, 


77 
Döyəcək qədər. 
Öldürəcək qədər, 
Mən bir az dəli oğlanam axı. 
Bax belə sevirəm səni 
manyakcasına.  
 
Fərqli olmaq, özəl poetik düşüncə kontekstindən çıxış etmək 
üçün ilk növbədə, fərqli poetik yaşam lazımdır. Bəzi hallarda 
sevgi haqqında yazılan  şeir sevgini bəlirtmək, yaşanan duy-
ğusallığı ehtiva eləmək  əvəzinə sanki sevgi effekti yaradır. 
Gənclər şeirlərində söz oyununa, konstruksiyaya o qədər qapı-
lırlar ki, şeirin poetik cəhətdən uğurunun təəssübünü çəkmək 
kölgədə qalır. Aşağıdakı şeirdə olduğu kimi:  
 
Sevgi ikilikdə alınmır nəsə, 
Azalıb “iki”nın tamı dünyada. 
Üçüncü adamam mən də kiməsə, 
Üçüncü adamdı hamı dünyada... 
 
Bu sətirlərin müəllifi Elvinin “Vağzal adamı”  şeiri isə  ək-
sinə, mənə daha maraqlı və uğurlu poetik örnək təsiri bağışladı. 
Burada “qatar” məfhumunun doğurduğu bütün assosiativ mə-
nalar, anlayışlar –ayrılıq, uzaqlıq, kədər, vida səhnəsi-hər biri 
obraz səviyyəsində  uğurlu bədii həllini tapa bilir. Ən  əsası, 
şeirdə vağzal həyatın boşluqlarına, etinasızlığına adekvat ola-
raq mənalanır, yalnız insanla-insan arasında deyil, insanla 
həyat arasında vida səhnəsinə çevrilir. Hərçənd bu səhnə bizə 
tanış da gəlir, bir qədər Ramiz Rövşənin  şeirinin yada saldığı 
“hara gedirsən, ay gəmi?” misralarının sərgilədiyi həmən nos-
talji, bir qədər M.Araz şeirinin “bir də ömrümüzə qayıtmaz o 
gün, bir də önümüzə çıxmaz bu qatar” misralarının canlandırdı-
ğı həzin nisgil lövhəsidir. Gəl ki, ritm, intonasiya Salamındır: 
 
Gəlib ürəyimdən od apardılar, 
Mən adam deyiləm, odam, ay adam. 
Bu qatar adamlar nə adamdılar, 
Nə də adam kimi adam, ya adam. 


 
78 
Baxıb qatarların itdiyi yola
Gücüm yox özümə bir yol eyləyəm. 
Havada əl boyda bir yerim ola, 
Hamıya biryolluq sağol eləyəm...  
 
Digər gənc şair Elşad Ərşadoğlunun şeirlərində fəlsəfi notlar 
dünya, cəmiyyət və insan münasibətlərinə, idiomalar üzərinə 
köklənir. Burada əbədi olmayan dünyaya təşnəliyin tənqidi, 
hissin, düşüncənin psixoloji ladda gərginliyi əsas göstəricidir: 
 
Ömrünü yedikcə illər, 
Bu dünyada hamı inlər. 
Işıq salır dik gəzənlər
Sürünənlər kölgə olur. 
 
Qəlbində inam öləndə, 
Çaşanda, Haqdan dönəndə, 
Insan Allahdan dönəndə, 
Hər şey dönür bəlkə olur. 
 
Elşadın şeirlərində sözlərin məna çalarlarının bir müstəviyə 
gətirilməsi və  təzadlı, ziddiyyətli hisslərin ifadəsinə meyl var. 
Qeyd edək ki, bu fakt artıq poeziyamız üçün keçilmiş, kifayət 
qədər təsir dairəsi yaratmış yoldur və bu yolla addımlamaq 
gənc  şairə heç bir uğur, seçilmişlik statusu qazandırmayacaq. 
Halbuki, “Çox şey göyərdəcək bu yağan yağış” şeiri bizi daha 
uğurlu şair imzası ilə üz-üzə qoyur: 
 
Dünyamıza yağış yağır. 
Həzin-həzin, 
ağır-ağır... 
İslanır dünyamızın olan-olmazı, 
nəyi varsa islanır. 
Dünyamızın üstünə 
kim tutubdu görəsən, 
nəhəng mavi çətiri? 
Bəs niyə buluddan yuxarıda tutub? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə