83
getdin, öldü qonşumun böyük qızı
dəm qazından boğuldu.
mən də hər gecə boğuluram, Adilə,
hər gecə...
hardasan?
dəyişməyib buralarda heç nə
mən yenə gecəylə gündüzü qarışdırıram
həmişəki kimi yuxusuz və yorğunam
həmişəki qədər
günahkaram Adilə!
Nərminin şeirlərində çatışmayan nəsnələr çoxdur: məzmu-
nun formanı yenməsi, məzmunun təsirinə, onun nəqlinə qapılıb
poetik ritmi, intonasiyanı üstələmək çatışmazlıqları və s., v.i.
Amma Nərminin şeirlərində ehtiva olunan insan ağrısı, insan
üçün həssaslıq, qəlb narahatlığı fərdi, şəxsi duyğulardan başla-
yıb planetar düşüncə hüdudunu, dünya insanının yaşadığı ağrı-
nı, hüznü çevrələyə bilir. Bu günkü poeziya “bum”unun içində,
şeirin daha çox dünya kontekstinə köklənməsi prosesinin la-
büdlüyü məqamında Nərminin “İrana səfər edən dostum Sa-
diqə mesaj...” şeiri mənə elə ona görə maraqlı göründü ki, bö-
yük Sabirin şeirlərində tənqid predmeti olan İran neqativləri
XXI əsrin ilk çərəyində yenə də hədəfdədir, poeziya müasir
insanın dili, düşüncəsi ilə ona əzəli etirazını bildirir:
Ordakı yalançı şeyxlərin üzünə tüpür, dostum,
tüpür üzlərinə mənim əvəzimə
vur onları
...oralar ölümə daha yaxın
nə deyirlər, nə danışırlar axirətdən,
gəlibmi, yetişibmi zamanı?
Yoxsa hələ...
Sən bilərsən
kədərlidimi Arazın o tayından baxmaq
ya boşuna yazılıb bunca şeir?
toxuna bildinmi tikanlı məftillərə
84
qanatdımı əllərini
yoxsa o da yalan?...
...tüpür ordakı silahlara
sarıl cocuqlara
bir də ki
Sən de o niqablı qadınlara,
de ki...
Feyziyyənin şeirləri bizi fərdi dünyaduyumuna malik şair
“mən”i ilə üz-üzə qoyur. Bu şeirlər semantik-struktur təhlil tə-
ləb edən mətnlərdir, onlardakı məzmun və intonasiya, poetik
obraz və fiqurlar, hissin, duyğunun inikas və mənalandırılma
bacarığı özəl düşüncə tipinin məhsuludur. Feyziyyənin şeirləri
konstruksiya əsasında yazılmış şeirlərdir, bu mənada şeirlərdən
hər hansı parçanı ayırmaq onu vahid tamdan, orqanik hissədən
məhrum etmək deməkdir. Çünki Feyziyyə şeiri hansısa həyat
lövhəsinin alternativ çözümü kimi poetik təsvirə çəkir. Sevgili-
sinin yanına üzrünü yumağa gələn insan-kilsədə etirafları söy-
ləyən şəxs kimi, ön cəbhədə əsir düşən əsgərlə zorən istəmədiyi
adama ərə verilən qızın analoji təsviri, yaxud şəhid duyğuları
şəhid əsgərin ekvivalenti kimi xarakterizə edən bu şeirlərin alt
qatında ruhsal enerjinin varlığını dana bilmərik. Hətta qeyd
etməyə bilmərəm, bizdə müharibə haqqında sayagəlməz nü-
munələr yazılıb, poetik yaşamdan, duyğudan məhrum. Feyziy-
yənin şeirləri belə bir missiyada bulunmağa çalışmasa belə
müharibə ovqatı ilə bağlı ən həssas nöqtələrə işıq sala bilir.
Məsələn, onun “Gördünmü, dost, gördünmü?” şeiri dedikləri-
mizə sübutdur. Şeir poetik uzaqlıqlar arasında məna oxşarlıq-
larının tapılması, bir araya gətirilməsi baxımından maraq doğu-
rur. Amma qeyd edim ki, bəzən bu oxşarlıqlar, məna əlaqə-
lərinin tapılması cəhdi məzmunda fikir sürüşmələri yaradır,
hansısa söz, ifadə sanki bilərəkdən, süni şəklidə məzmuna
müncər edilir. Müəllifin vətən-qürbət qarşılaşmasını sərgiləyən
şeiri isə mənə daha uğurlu göründü. Burada sanki əlacsızlığın
portreti yaradılır, iki yol ayrıcında qalan ruhun narahatlığı lirik
“mən”in səssiz fəryadı şəklində üzə çıxır:
85
qurbətlərin, vətənlərin arasında qalan balam,
nə qürbəti, nə vətəni olan balam.
qalmısan yolayrıcında,
arzu ayrıcında.
kimin doğma, kimin yaddı seçəmmirsən,
nə doğmandan, nə yadından keçəmmirsən.
haça yollar qollarında uyuyanım, ovunanım,
qalmısan, ağlaya-ağlaya
önündə doğma yadların,
arxada yad doğmaların.
* * *
Göründüyü kimi, gənc şairlərin şeirlərində təqdirəlayiq po-
zitiv çalarlar var: maraqlı metafora polifoniyası yaratmaq,
fərqli, təzadlı görüntülərə orijinal, məcazi yük, simvolik məna
siqləti aşılamaq və s. Bu şerlərin bir qismində həyata .və dün-
yaya baxışımıza yeni rənglər, çalarlar əlavə olunur, onların ye-
ni biçim və ahəngdə sərgilənməsinə yol açır.
Amma təbii ki, qüsurlar və çatışmazlıqlar da var. Ümumi
halda çatışmazlıqlara varsaq, deyə bilərik ki, təsirlənmə əlamət-
ləri, eyni model içrə hərəkət, öz fərdi hisslərini yara bilməmək
kimi xüsusiyyətlər Gənc Ədiblər Məktəbinin təmsilçilərinin bir
qisminin şeirləri üçün xarakterik xüsusiyyətdir. Gənclərin şeir-
lərində bəzən semantik harmoniya itir, zahirən bir-birinə uygun
olmayan sözlər arasında assosiativ bağlılıq belə görünmür, yeni
formada yeni məzmun qatı yaratmaq cəhdi hiss olunmur. Belə
hallarda şeirlərdəki fikri əlaqələr yarımçıq, predmetə münasibət
bəsit və məzmunsuz təsir bağışlayır. Eləcə də, fikir məhdud-
luğu, poetik fikrin ifadəsində zəiflik, yaxud bədii ümumiləşdir-
mələrin zəifliyi bu şeirlərin bir çoxunu öz kölgəsinin üstündən
üçmağa imkan vermir.
* * *
Jurnalda gənc ədiblərin bir-neçə hekayəsi yer alıb. Bu heka-
yələrdən danışarkən mövzu paralelliyindən bəhs etmək lazımdır.
Gənc yazarların içində bir Malena sevdası var. Təsadüfi deyil ki,
86
səkkiz hekayədən üçü Malena məqamına vurğuludur. C.Zey-
nallının “Qolsuz qırmızı don”, M.Mövludun “Son zəng” və
Nahidin “Gecə saat 12-dən sonra” hekayələri mövzusunu yüngül
sevgi hekayətləri üzərində kökləyir, yeniyetməlik dövrünün çılğın
sevgi macəraları hekayələrdə romantik-sentimental bir pafosla
ifadə olunur. Bu hekayələrdə gəncliyin ruhu, coşğusu ilə onların
mənalanması arasında oxşarlıq var. Mövludda problemin poezi-
yası ehtiva olunursa, Nahiddə bu məqam fəlsəfi çalar alır. Ç.Zey-
nallıda isə problemə yanaşma sırf proza müstəvisindədir.
Pərvinin “Fiona”, G.Eminlinin “Qəribə qız” hekayəsi qadın
yaşamının ekzistensiyasına köklənir. Bu hekayələrdə təklik
mövzusu yeni təzahür məqamına yüksələ bilməsə də qadın ya-
şamının səmimi mənalanması baxımından maraqlıdır. Pərvində
bu iç dünyaduyumunun çözümünə ayna tutursa, “Qəribə qız”da
bu məqam “içəyıxılma”nın başqa-hamıdan fəqli yaşam ger-
çəklərinə söykənmiş tərəflərini görükdürmək, fərdi-fərqli olma-
ğa çaba etmək məqamı ilə çevrələnir.
Jurnalda daha bir hekayə Sahilənin “Dörd plastmas ağ qab”
hekayəsidir. Mən Sahilənin “Zemi” povestini oxuyarkən on-
dakı fərqi dünyaduyumu hiss eləmiş və müəllifin realizmindəki
dolğun ifadəni dəyərləndirmişdim. Təbrizlə bağlı miniatür löv-
hələr, tarixi gerçəklərin, tarixin Azərbaycan məkanı üçün görk
etdiyi taleyüklü məqamların canlı təsvir olunması bu yazarın
düşüncə hüdudlarının genişliyini sərgiləyirdi. Hələ bir qədər də
əminliklə deyim ki, Zemi bizim ədəbiyyatımız üçün yeni qadın
obrazı idi, düşüncə mədəniyyəti, həyata yanaşma və yaşam
fərqliliyi ilə. Sahilənin “Dörd plastmas ağ qab” hekəyəsində isə
predmet başqadır: dünyasını dəyişən bir qızın orqanlarının ona
ehtiyacı olan dörd şəxsə köçürülməsi və bu situasiyada atanın
kövrək duyğuları, acı nisgili. Hekayə dünya nəsrində artıq isti-
fadə edilmiş hazır model əsasında yazıldığı təəssüratı doğurur,
müəllif daha çox bədii montaj effektindən yararlanmaqla oxu-
cunu hər addımda gərginlikdə saxlamağa, onu heyrətləndir-
məyə çalışır. Amma hekayədəki psixoligizm dərinə işləmir,
hekayə daha çox zahiri - sosial-ictimai məqamlara toxunub
keçməklə, nominal səviyyə ilə məhdudlaşır.
Dostları ilə paylaş: |