Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   14   15   16   17   18   19   20   21   ...   111

 
53 
 
 
lər qiyamdan təşvişə düşüb canlarını ailələrini qorumaq üçün kənara 
çəkilmişdilər. Onların və digər imkanlı adamların, tacirlərin malları 
və s. qiyamçıların  əlinə keçmişdi. Bu zaman Gilanda Biye Piş 
hakimi Bayramqulu sultan Mir Səfəvi vilayətin mərkəzi Dilmanda 
idi.  Əksər Səfəvi qaziləri ailələrini götürüb Lahicandan Dilmana 
getmişdilər. Qərib şah boşalmış ölkəyə daxil olmuş və Rüstəmdara 
qədər adamlarını göndərib ona tabe olmalarını  tələb etmişdir.  Şah 
Səfi dərhal hökm verdi ki, Gilan hüdudlarında yerləşən bütün 
bölgələrin yəni Ərdəbil, Talış, Tarom, Xalxal və s. bölgələrin qorçu, 
qulam və məmurları Astara hakimi Sarı xan, Kəskən hakimi Georgi 
sultanın rəhbərliyi altında birləşib, bu fitnəkarları dəf etsinlər. Əmrə 
əsasən onlar birləşib Rəşt istiqamətində  hərəkət etdilər. Kəhdom 
hakimi Məhəmmədi xan da onlarla birləşdi. Onlar Rəştə çatıb bura-
da qiyamçıları  məğlub etdilər. Qərib  şah Lahicana sığındı (81,16). 
O, Ləştəneşa-Koçesfahandan keçib Səfidrud çayı sahilində gilanlı-
larla razılaşıb Tənkəbon ölkəsinə daxil olmaq fikrində idi. Bu za-
man Gilanla Rüstəmdar arasındakı Tənkəbon hakimi Heydər sultan 
Qoyla Hisarlı (Rumlu obası) qalada nizam-intizam yaradıb, hasar-
ları da möhkəmləndirmişdir. O, qaladan üç fərsəng aralıdakı çayın 
sahilində qiyamçıların qarşısını özünün bir dəstə qızılbaş qazısı ilə 
kəsdi. Qərib şah qazilərin əzəmət və igidliyindən ehtiyat edib çayı 
keçməyə cürət etmədi. Geri çəkildikdə onları  təqib edən rumlular 
onun bir neçə  nəfər döyüşçüsünü  ələ keçirdilər. Bu zaman 
Dilmandan hərəkət edən Bayramqulu sultan Mir Səfəvinin qoşunu 
da yolüstü Qərib Şahın əsgərlərindən bir çoxunu qətl edir. Rəştdən 
gələn Səfəvi qaziləri də onlarla birləşdi və  nəticədə çox itki verən 
Qərib  şahın başçılıq etdiyi qiyamçılar Ləştəneşaya doğru qaçdılar. 
(81, 17). Özünü "xan", "sultan" adlandıran quldurlar və  Qərib  şah 
da burada tutulub İsfahana göndərildi və onlar dara çəkildilər. 
Gilanda özünü Qərib şahın qardaşı Cəmşid xanın nəvəsi adlandıran 
Adil  şah adlı biri də peyda olmuşdu. Mazandaran və Gilan vəziri 
Mirzə Tağı (Sarı Tağı) Adil Şah və onun bir neçə nəfər tərəfdarını 
ələ keçirə bildi. Nəticədə Gilanda və Mazandaranda sakitlik tam 
bərpa olundu (81, 18; 108, 236-237; 130, 82) 


 
54 
 
 
I  Şah Səfinin hakimiyyətinin ilk ilində Gilanla yanaşı, impe-
riyanın Cənub-Qərbində Kic-Mokran əyalətində  də yerli hakim 
separatist mövqedən çıxış etməyə başlamışdı. Bu əyalət bir tərəfdən 
Nimruz və  cəzire-ye Hörmüz və digər tərəfdən Kirman və başqa 
tərəfdən isə Sistan vilayəti ilə  həmsərhəd idi. Hələ I Şah Abbas 
dövründə Kirman hakimi Gəncəli xan qızılbaş qoşunu ilə Kic-
Mokrana daxil olub, hərbi-strateji əhəmiyyət kəsb edən məntəqələri 
tutmuş və nəticədə vilayətin valisi Məlik Şəmsəddin Səfəvi dövlə-
tinə tabe olmuşdu. Mokran valisi Məlik Mirzə və ondan sonra hə-
min nəsildən məlik İxtiyarəddin İsfahana gəlmiş itaətlərini ərz etmiş 
və hörmətlə qarşılanmışdılar. Vilayətin havası  qızılbaşlar üçün 
münasib olmadığına görə oradan türk tayfalarından qoşun yerləş-
dirilib dayaq yaradılması baş tutmadı. Bundan vilayət hakimi istifa-
də etmiş, Şah Səfi hakimiyyətə keçəndə tac qoyma mərasiminə gəl-
məmiş  və  hədiyyə  də göndərmişdir.  Şahın göstərişi ilə Sistan 
hakimi Məlik Cəlaləddin xanın oğlu Həmzə xan Sistan qoşunu ilə 
Mokrana daxil oldu. Məlik Mirzə  hərbi qüvvəsinin azlığından 
ehtiyat edib Qəzvinə gəlmiş və şahdan Mokranın ona irsi hakimiy-
yət hüququ ilə verilməsini xahiş etmişdi. Bunun müqabilində tabe 
olacağını və hər il 300 təbriz tüməni məbləğində xərac ödəyəcəyini
həm də saraya hədiyyələr göndərəcəyini vəd etmişdi. Doğrudur, Şah 
onun xahişini sözdə  nəzərə almış, ancaq Mokran əslində ona 
Kirman hakimi Əmir xan Qorçubaşının zamin durması  şərti  əsa-
sında həmesale hüququ ilə verilmişdi (81,132-133).  
I  Şah Səfi hakimiyyətdə olduğu 14 il ərzində Gilan, 
Mazandaran, Kic-Mokrandakı separatizmin qarşısını almış, vergilər, 
rəiyyətin borc qalıqları, ipək ticarəti, vəzifələrə təyinatlar, məvacib, 
tiyul və soyurqallara aid verdiyi fərmanların vaxtında icra edilmə-
sinə nəzarət edərək  mərkəzi hakimiyyəti xeyli möhkəmləndirə bil-
mişdi. Ancaq xarici siyasətində  uğursuzluğa da düçar olmuşdu. 
1639-cu ildə  Ərəb-İraqını Osmanlı dövlətinə güzəştə getməyə 
məcbur olmuş, Qəndəhar vilayətini isə Böyük Moğol dövləti  ələ 
keçirmişdi. Şah Səfinin 12 səfər h.1052(1642)-ci ildə Kaşanda vəfa-
tından çox keçmədi ki, Sarı Tağı ayaması ilə məşhur olan baş vəzir 
Mirzə Tağının rəhbərliyi ilə dövlət  şurasının iclası çağırıldı. O 


 
55 
 
 
cümlədən hakimiyyətə namizəd irəli sürülməsi məsələsi ilə bağlı 
qızılbaş əmirlərinin də toplantısı oldu. Şah Səfinin 5 oğlu vardı ki, 
onlardan yaşca daha böyük olanı  şahzadə Sultan Məhəmməd on 
yaşında idi. Ümumi razılıq  əsasında onun namizədliyi dəstəklənir. 
Qızılbaş  əmirlərinin rəyi ilə 16 may 1642-ci ildə (16 səfər 1052) 
Sultan Məhəmmədin ikinci Şah Abbas adı ilə Kaşanda tacqoyma 
mərasimi keçirildi. (125a, 3,7,15,16).  
Molla Kamal  yazır ki, II Şah Abbas hakimiyyətə keçdikdən 
sonra özünün ilk fərmanı ilə  məmalik-i məhrusədə  şərabxanaların  
bağlanması və şərab anbarlarının dağıdılmasını əmr edir. Bu hökmə 
əsasən  Şirazda sərkare xassəyə aid olan şərab çəlləkləri yerə 
axıdılır. Həm də borc dəftərlərində illər üzrə qeyd olunmuş vergi 
qalıqları silinir, yəni rəiyyət və sənətkarlar 1642-ci ilə qədər Şahlıq 
xəzinəsinə qalan borclarından azad edilirlər (130, 98). O, hakimiy-
yətinin ilk günlərindən sarayı fitnəkar, özbaşına adamlardan azad 
edib xalqın rəğbətini qazanır. Bu istiqamətdə  fəaliyyətini davam 
etdirib bütün nahiyələr üzrə əhalinin illərlə yığılıb qalmış 500 min 
tümən vergi borcunu onlara bağışladı və beləliklə, bütün məmləkət 
əhalisinin qəlbini  ələ aldı. Rəiyyəti ağır işlərdən azad etdi. Bütün 
vilayət və mahal hakimlərinə fərman verildi ki, bundan sonra əhali 
ilə ədalətlə rəftar etsinlər (125a, 7,16) 
II Şah Abbasın dövründə mərkəzi mülki, hərbi-inzibati idarə-
lərdə, hakimiyyətin əyalətlərdə həyata keçirilməsində Qızılbaş-Türk 
əsilzadələri öz əvvəlki üstünlüklərini qoruyub saxlayırdı. Ancaq bu 
zaman  əyalət hakimləri arasında çox nadir hallarda qulam hərbi 
əsilzadələrinə də təsadüf edilir ki, onlar türkləşmək zorunda qaldıq-
larına görə  qızılbaşların yerli idarəçilikdə mövqelərini zəiflətmir, 
bəlkə  də möhkəmləndirirdilər. H. 1044(m. 1634-1635)-cü ildə qu-
lam  əsilzadələrindən Rüstəm xan Azərbaycan  əyalətinə  bəylərbəyi 
təyin edilmiş ancaq o, 1643-cü  ildə tutduğu vəzifədən azad 
edilmişdi (128, v. 95, 98a, 134 a-b). Azərbaycana bəylərbəyi  
Qızılbaş-Türk  əsilzadələrindən  Şahbəndə  xan Türkmanın  oğlu 
Pirbudaq xan göndərilmişdi. Onu da qeyd etmək lazımdır ki, 
qulamlar içərisindən çıxmış  məmurların dili türkcə olub, qızıl-
başların yerli idarəçilikdə nüfuzuna təsir göstərmək iqtidarında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə