Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   15   16   17   18   19   20   21   22   ...   111

 
56 
 
 
deyildilər. Dini divanda  Şeyxavəndlə qohum olan seyidlər  üstün-
lük təşkil edir, onlara  nəzarət divanında da  vəzifələr verilirdi. Qəti 
şəkildə  demək olar ki, II Şah Abbasın dövründə bu dövləti yaradan 
hərbi-siyasi qüvvə onu qoruyub saxlayırdı. 
  
Türk və  ərəb dillərində mükəmməl təhsil almış Oruc bəy 
Bayatın yazdığına görə,  İspaniyada olduğu kimi, Səfəvi ölkəsində 
də  nəcabətli  əyanlara – əsilzadə, yəni Avropada qraf, markiz, 
hersoq, Azərbaycan və İranda isə bəy, sultan, xan titulları verilirdi. 
Ancaq müəllif, Səfəvi ölkəsində bu rütbələrin daşıyıcılarının 32 
türk-qızılbaş tayfa əyanları olduğunu göstərmişdir. Müəllifə görə, 
Şahın  ən yüksək və  şərəfli xidmətçiləri Ustaclı, saray nazirləri 
Şamlı,  ədliyyə nazirləri (divanbəyi)  Əfşar, hərbi rəislər Türkman, 
hersoqlar Bayat, Təkəli, Zülqədər, Çavuşlu, qraflar Asayışlı, Baharlı 
kimi Qaraqoyunlu tayfa əyanlarından idilər. Eyni zamanda, vilayət 
və  şəhərlərə  də hakimlər bu 32 türk tayfa və oymaqların nəcabətli 
ailələrindən çıxmış  əsilzadələrdən təyin olunurdular. Müəllifin 
qeydlərindən məlum olur ki, I Şah Abbasın və ondan sonrakı Səfəvi 
şahlarının dövründə də bütün imperatorluğun əsilzadə sosial zümrə-
si Türk-Qızılbaş əyanlarından ibarət olmuşdur (79, 67-69; 165, 31). 
V.Minorskiyə görə, Səfəviləri hakimiyyətə gətirən və onların 
hakimiyyətinin qoruyucusu, dayağı olan Qızılbaş tayfa əsilzadə-
lərinin XVI əsrin 80-ci illərində siyasi nüfuzunun güclənməsi  Şah 
hakimiyyətinin özülünü zəiflətdiyinə görə, artıq dövlət özünün 
bütün gücü ilə ilk tərəfdarlarına qarşı mübarizəyə başlamışdı. I Şah 
Abbas islamı yeni qəbul etmiş və əksəriyyəti gürcü olan qulamların 
köməyinə arxalanaraq, Qızılbaş tayfa əsilzadələrini zəiflətməyə 
müvəffəq olub, hakimiyyətinin möhkəmləndirilməsində müəyyən 
uğur qazanmışdı (103, 19). Ancaq hadisələrin sonrakı gedişi göstə-
rir ki, I Şah Abbas təkcə ali hakimiyyətin mərkəzi strukturlarında 
çalışan yaşlı  Qızılbaş  əsilzadələrinin hüquqlarını  məhdudlaşdır-
maqla dayanmamış, o. əhalisinin çoxu qeyri-türklərdən ibarət olan 
Gilanda, Mazandaranda, Luristanda məhəlli sülalələri ləğv etmiş və 
bir çox senyor mülklərində isə irsi hakimlərin hüquqlarını da tam 
məhdudlaşdırmışdı. Göründüyü kimi, I Şah Abbas öz daxili siyasə-
tində dövlətin milli mahiyyətini dəyişmək fikrində olmamış, əslində 


 
57 
 
 
onun möhkəmləndirilməsi tədbirlərini həyata keçirmişdir. Onun 
özünün hakimiyyəti zamanı  və ölümündən sonra da Türk-Qızılbaş 
əyanları dövlətin idarə olunmasında öz mövqelərini əsasən qoruyub 
saxlaya bilmişdilər. Dövrün qaynaqlarından  İskəndər bəy Münşi 
Türkmanın «Tarix-i alamara-yi Abbasi» adlı əsərində türk və qeyri-
türk tayfaları  və onların mərkəzi və yerli idarələrdə qulluqda olan 
əmirlərinin sayı haqqında 1576, 1628-ci illər üzrə iki siyahı vardır. 
Bu siyahılar üzrə hərtərəfli müqayisəli təhlillər taixçilikdə bu günə 
qədər XVI əsrin sonu – XVII əsrin  əvvəllərində  Səfəvi dövlət 
quruluşunda türk soylu qızılbaşların sıxışdırılması  və qeyri-türk 
elementlərinin rolunun artması ilə bağlı olan fikirin əksini göstərir 
və I Şah Abbasın kadr siyasətinin sadəcə dövlət hakimiyyətinin 
möhkəmləndirilməsi məqsədini güddüyünü isbat edir. 
I  Şah Təhmasibin hakimiyyətinin son ilinə aid olan siyahıda 
Şamlı, Ustaclı, Türkmən, Rumlu, Zülqədər,  Əfşar, Qacar, Təklə, 
Xunusludan ibarət türk tayfaları mərkəzi və yerli idarələrdə çalışan 
əmirlərinin sayına, tutduqları  vəzifələrin  əhəmiyyətinə görə birinci 
yerdə dayanırdılar. Bu  doqquz tayfaya cığataylar, yəni zahirən 
türk-moğol qəbiləsi, yaxud əslən Mərkəzi Asiyadan olan türk 
ailələri də  əlavə olunmalıdır. Türk tayfalarından sonra Talış, Kürd 
(Ruzəki, Siyah-Mənsur, Pazuki, Ərdalan, Çəkəni, Lur (Abbasi) 
aşirətləri gəlir. Sonuncu yerdə isə  Şeyxavənd (Səfəvi sülaləsinə 
qohum olan şəxslər) və Seyid Kəmunə ailəsi dururdu. İsgəndər bəy 
Türkmanın yazdığına görə böyük əmirlər, yüksək dərəcəli xanlar, 
böyük və kiçik sultanlardan I Şah Təhmasibin vəfatı zamanı ali 
divan dəftərində 114 nəfərin adı qeyd olunmuşdur ki, onların çoxu 
bu zaman təbil və bayraq sahibi olub, adıçəkilən mərhum həzərət 
Şah tərəfindən əmir rütbəsi ilə təltif olunmuşdular (80, 138). Ancaq 
İsgəndər bəy Türkman əsərindəki siyahıda mötəbər və yüksək 
rütbəli əmirlər istisna olmaqla, digərlərinin adlarını çəkmir. 
İsgəndər bəy Münşi Türkmanın «Tarix-i alamara-yi Abbasi» 
və  Məhəmməd Yusif Qəzvininin «Xolde-bərin» adlı  əsərlərindəki 
siyahıya (1576) əsasən Qızılbaş tayfalarından ən böyüyü Şamlı eli 
olub, dövlətin yaranmasında və  Səfəvi sülaləsinin hakimiyyətə 
gəldiyi ilk günlərdən qulluq təcrübəsinə, hüququna, sədaqətinə görə 


 
58 
 
 
oymaqların birincisi olmuş, onların içərisindən yüksək rütbəli 
əmirlər, xanlar çıxmışdır.  Əlahəzrət cənnətməkan  Şah  İsmayılın 
hakimiyyətinin ilk günlərindən böyük əmirlər və yüksək rütbəli 
xanların çoxu Şamlı tayfasından idilər. Belə ki, Şah İsmayılın lələsi 
Hüseyn bəy, Əbdi bəy və onun Durmuş xan, Hüseyn xan adlı oğul-
ları, Zeynal xan, Ağzıvar xan böyük mənsəb, tiyul sahibləri olub
digər tayfaların  əsilzadələrindən fərqli olaraq daha geniş üstünlük-
lərə sahib olmuşdular. I Şah Təhmasibin ölümü əsnasında Şamlılar-
dan siyahıda adları qeyd olunan əmirlərin beşinin də  təbil və 
bayrağı vardı. Onlardan Vəli xəlifə Avçı müqəddəs Məşhədin haki-
mi olub, digər  əmirlərlə müqayisədə qoşunu daha çox idi. Fulad 
xəlifə  Həmədan vilayətinin hakimi, Astrabadda bəylərbəyi vəzifə-
sindən azad olunmuş Süleyman xəlifə isə sarayda idi (80, 138; 128, 
407-408). 
I  Şah  İsmayıl dövründə Ustaclı eli əsilzadələrindən bir çoxu 
böyük  əmir olub, onlardan Diyarbəkr hakimi Xan Məhəmmədə 
(Ustaclı elindən Mirzə  bəyin oğlu Məhəmməd bəy) I Şah  İsmayıl 
xan titulu vermişdi və o, Ustaclıoğlu Məhəmməd xan adı ilə  də 
tanınırdı. Qaynaqlarda adı gedən Qara xan onun qardaşı, Qılıc xan 
isə oğludur, Ustaclılardan Qara xan, Qılıc xan, Çayan sultan, Köpək 
sultan, Məntəşa sultan, Sədrəddin xan, Fərrux sultan, Abdulla xan 
və Çuxur-Səd hakimi Şahqulu sultan vəzifə  və ölkə sahibləri 
olmuşdular (80, 138). Qorçubaşı Sarı Pirə (1514-cü ildə Çaldıran 
savaşında ölmüşdü), Qarınca sultan, Bədir bəy, Kürd bəy, Hadi bəy, 
Sofu oğlu  Əhməd sultan (Kirman valisi), Həmzə sultan, Tacəddin 
bəy kimi əmirlər də bu eldən idilər (67, 45-46). I Şah Təhmasibin 
hakimiyyəti dövründə müxtəlif dövlət qulluğunda olmuş Ustaclı 
əmirlərinin sayı haqqında Faruk Sümər yazır: «Araşdırmalarımıza 
görə 1532-ci ildən 1576-cı ilə  qədər olan zamanda bu oymaqdan 
bəy, sultan və xan ünvanlarını daşıyan otuzdan çox əmir görünür» 
(67, 87). Ustaclı tayfası əsilzadələrindən çoxunun I Şah Təhmasibin 
ölümü  əsnasında  əmir rütbəsi vardı  və onlar təbil, bayraq, qoşun, 
tiyul sahibləri idilər. Onlardan yüzbaşı  Həsən bəyin oğlu Hüseyn 
bəy  əmisi Nəzər sultanın yerinə  əmir olmuş (80, 138), I Şah 
Təhmasibin oğlu Sultan Mustafanın lələsi dövlət  ərkanı  və mülki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə