Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   23   24   25   26   27   28   29   30   ...   111

 
80 
 
 
«Təzkirət əl-müluk» da göstərilir ki, ali divanın yüksək rütbəli 
baş vəziri dövlətin əsas dayağı olub, saray və məmaliki məhrusənin 
sərhəd  əmirləri içərisində  ən böyük əmir idi. Dövlət vergilərinin 
alınması, xəzinəyə ölkə üzrə ödənilən vəsaitlərin mədaxil-məxaric 
əməliyyatı onun divanında təliğə  və hökmü əsasında qeydiyyata 
alınırdı (132,5). 
Tavernye gündəliyində  Səfəvi dövlətinin idarə quruluşu 
haqqında yazırdı ki, ölkənin birinci şəxsi «Etimadəddövlə» adlanır 
və bu osmanlılarda Vəziri-əzəm (baş  vəzir) anlamında olub ona 
uyğundur. Fərq yalnız ondadır ki, Səfəvilərdə etimadəddövlə qələm 
əhli olur, yəni savadlı adamlar arasından seçilib bu vəzifəyə  təyin 
edilir və ölkənin bütün mülki, maliyyə  məsələlərinə baxır. Ancaq 
osmanlılarda «vəziri  əzəm»  şəmşir  əhlidir və müharibədə qoşuna 
başçılıq edir. Kiçik bir təqsir və ya xəta üzündən başı  bədənindən 
dərhal ayrılır. Ancaq Səfəvi hökumətinin idarə üsulu daha mülayim 
və mötədildir. Çünki vəzirləri adətən vəzifə başında ölürlər. Onların 
günahları olanda isə paytaxtdan kənar  şəhərlərin birinə sürgün 
olunurlar. Və orada qeyri-rəsmi adamlar kimi yaşayırlar. Xülasə, 
etimadəddövlənin, yəni hər kəs ki, bu mənsəbə, məqama malikdir, 
onların qarşısında çox böyük çətinliklər olur. Onlar öz işlərində çox 
ehtiyatlı  və diqqətli olmalıdırlar. Məclisi vüzərada etimadəddöv-
lənin müəyyən məsələ barəsində  qərarı  qəti olmalıdır. Qərar qəti 
olmayanda sarayın yüksək məqamlı  əyanları, xanımları xüsusilə 
şahın cavanlığından, sərxoşluğundan istifadə edərək etimadəd-
dövlənin gündüz gördüyü işləri gecələr heç nə edirlər (104, 572). 
Adam Oleari dövlət idarəçiliyində geniş hüquq və  səlahiy-
yətlərə malik olan etimaddövlənin dövlət kansleri və  şahın məxfi 
müşaviri olduğunu qeyd etmişdir (139, 542). Baş vəzirin hüquq və 
səlahiyyətləri Tavernye, Adam Oleari ilə müqayisədə Engelbert 
Kempferin gündəliyində daha geniş bir səpkidə təsvir olunmuşdur. 
Onun yazdığına görə baş vəzir çox yüksək vəzifə sahibi, ali divan 
yaxud mərkəzi dövlət divanın başçısı  və  vəzifəsinə görə  həm də 
şahın naibi hesab olunurdu. Müqavilələrin təsdiqi və yaxud imza-
lanmaması onun səlahiyyətinə daxil idi. Zərbxənalarda sikkələrin 
zərbinə  nəzarət edən baş  vəzirin razılığı olmadan dövlət işlərində 


 
81 
 
 
dəyişikliklərin həyata keçirilməsinə və qərarların qəbul olunmasına 
icazə verilmirdi. Valilər, hakimlər, darğalar başçılıq etdikləri inzi-
bati vahidlərdəki bütün məsələlərin həllində onunla məsləhətləşməli 
onun razılığı olmadan hər hansı bir işi təkbaşına həll etməməli 
idilər. Ölkə miqyasında qayda-qanuna baş  vəzir nəzarət edirdi. 
Bütün vəkillərin, yerli hakimlərin mərkəzə göndərdikləri məlumat-
ları, ərizələri Şaha baş vəzir məruzə edir, ölkənin ümumi durumunu 
da  şaha o çatdırırdı» (96, 75-77). «Təzkirət  əl-müluk» adlı 
qaynaqda baş  vəzirin statusu haqqındakı  bəzi məlumatlara səyyah 
gündəliklərində təsadüf olunmur. Qaynaqda qeyd olunduğuna görə 
dövlət vergiləri, xəzinənin bütün mədaxil və  məxarici baş  vəzir 
divanında qeydiyyatdan keçirdi. O cümlədən dövlət idarə 
orqanlarına məmurların vəzifələrə təyinatı ilə bağlı fərmanlar da baş 
vəzirin möhürü olmadıqda onlar şahın möhürü ilə  təsdiqini tapa 
bilməzdi. Ezamiyyətə göndərilən bütün məmurların da əmr 
sənədlərinə  əvvəlcə onun möhürü vurulurdu. Mülki, hərbi-inzibati 
sahədə çalışan bütün qulluqçuların məvacibləri də baş vəzirin yazılı 
göstərişindən sonra maliyyə  məmurları  tərəfindən hesablanıb 
müəyyən edilirdi.   Ümumiyyətlə, ölkənin maliyyə divanı ilə bağlı 
bütün məsələlərə o nəzarət edir və sənədlər onun möhürü ilə təsdiq 
olunurdu. Məmaliki məhrusənin (yəni bütün ölkənin) bütün gəliri 
toplanıldıqda bu sahədə mövcud olan qaydaya əməl etməyən şəxsə 
baş vəzir öz tövsiyəsini edir və bu hal bir daha təkrar olunsa, dərhal 
Şaha məlumat çatdırır,  Şahın bu barədə  çıxardığı hökmü yerinə 
yetirirdi. Divan mühasibləri, bəylərbəyilər, sultanlar, vəzirlər 
(vilayət vəzirləri) mustoufilərin hesablarında qüsur, yaxud kəsir 
olduqda bu məsələyə baş  vəzirin xidmətində baxılırdı. Dövlətin 
bütün maliyyə haqq-hesabına baş  vəzir nəzarət etməklə yanaşı, bu 
işdə mövcud olan qüsurlar da ona çatdırılmalı idi. Divan-i məmalik 
(məmalik divanı) dəftərxanasının münşiləri, xasse-yi şərifə (divan-i 
xassə) münşiləri haqq-hesab əməliyyatlarını və buradakı nöqsanları 
baş  vəzirin təliqəsi  əsasında icra edirdilər. Hər iki divanın ümumi 
haqq-hesab sənədlərinə, xərc sənədlərinə, vergi yığanların və onun 
təhvildarlarının (təhvil götürənlər) təliqələrinə baş  vəzir möhür 
vurub təsdiq edirdi (132, 6). Kempfer gündəliyində qeyd edir ki, 


 
82 
 
 
dövlətdə  ən böyük vəzifə «ali divanın» rəisidir. Bu vəzifəni  Şahın 
müavini hesab olunan baş  vəzir aparır. O, eyni zamanda, ölkənin 
bütün rəhbər işçiləri,  əyanlarına başçılıq edir. Elə buna görə  də, 
bəzən «etimadəddövlə» adlanan baş vəzirə «məmləkətin pənahı və 
dayağı» da deyirlər (96, 33, 76). Yerli idarəçilik və daxili siyasətlə 
bağlı bütün məsələlərdə baş  vəzirin müstəsna hüquqları vardı. Bu 
sahədə bütün qərarlar onun məsləhəti ilə qəbul edilir və icra olunur-
du. Ölkədə baş verən bütün hadisələr barədə ona vaxtaşırı məlumat-
lar çatdırılırdı ki, bu barədə  hər gün sarayda olan baş  vəzir  şaha 
hesabat verirdi. Həm də o baş vermiş hadisələrlə bağlı  çətinlikləri 
aradan qaldırmaq üçün öz təkliflərini də  şaha təqdim edirdi. Eyni 
zamanda, dövlət  əhəmiyyətli məsələlərin müzakirəsi, başqa 
ölkələrdən gəlmiş elçilərin qəbulu ilə bağlı yığıncaqlarda giriş sözü 
ilə baş  vəzir çıxış edərək bu barədə  məlumatlar verirdi. Rəsmi 
yığıncaqlarda ölkədəki vəziyyətlə yanaşı,  şikayətləri, müxtəlif 
məzmunlu rəsmi və qeyri-rəsmi məktubları da Şahın müzakirəsinə 
baş vəzir təqdim edirdi. Şahın bütün bu məsələlər haqqında fikir və 
mülahizələrini o əsas kimi qəbul edir və  Şahın mülahizələri 
əsasında bütün məsələləri həll edirdi. Ancaq müəyyən məsələlərə o 
təkbaşına baxırdı. Belə ki, vilayət hakimlərinin göndərdiyi 
nümayəndələri  şəxsən özü qəbul edib onları dinləyir və 
vilayətlərdəki çətinlik və sairə ilə bağlı  işlər barədə adətən sərbəst 
sərəncamlar verirdi. Ancaq hakimlər, valilər, darğalar və s. ilə bağlı 
həlli çətin olan məsələlər ortaya çıxdıqda bu barədə  şahın rəyini 
öyrənirdi. Adətən ölkə daxilində mülki, iqtisadi məsələlər 
divanbəyi, mustoufi, darğa, eşikağasıbaşı  və s. yüksək rütbəli 
məmurlarla birlikdə müzakirə olunurdu. O, vilayət hakimləri, darğa 
və başqa dövlət məmurlarına nəzarət də edirdi (96, 32, 76). Divana 
mülazim və xidmətçi götürülən zaman baş vəzirin bu barədə hökmü 
tələb olunurdu. Eyni zamanda, saray dəftərxanası münşiləri, biyutat 
işçilərini işə mustoufi əl-məmalik, biyutat nazirini xassə 
mustoufisinin razılığı ilə baş vəzir təyin edirdi (132, 6). 
Baş vəzir xarici ölkələrdən gələn elçiləri qəbul edərək onlarla 
ilkin danışıqları apardıqdan sonra bu nümayəndələri  Şahın rəsmi 
qəbuluna təqdim edirdi. Eyni zamanda, müharibə və sülh məsələləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə