Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   24   25   26   27   28   29   30   31   ...   111

 
83 
 
 
ilə bağlı  rəsmi yığıncaqlarda  əsas dövlət məmuru kimi iştirak 
edərək rəyi nəzərə alınırdı. E.Kempfer yazır ki, müharibə  və sülh 
məsələlərində  Şah bir qayda olaraq baş  vəzirin fikirlərini öyrənir 
(96, 33). Və bu məsələlərlə bağlı  rəsmi müzakirələrdə baş  vəzirin 
iştirakı xüsusi əhəmiyyət kəsb edirdi. Eyni zamanda, Şah bəzən 
xarici ölkələrdən gəlmiş elçilərlə danışıqları birbaşa baş  vəzirə 
həvalə edirdi. Bu halda ona danışıqlar aparılanda geniş səlahiyyətlər 
verilirdi. Sansonun 1683-cü ildə I Şah Süleyman (1666-1694) sara-
yında Almaniya, Polşa, Rusiya elçiləri ilə aparılan danışıqlar haq-
qındakı qeydləri xarici siyasət sahəsində baş  vəzirə verilmiş statu-
sun qismən aydınlaşdırılmasına imkan yaradır. O yazır ki, Almaniya 
elçisi etimadəddövlə  Şeyxəli xanın qəbulunda onunla Səfəvi-
Osmanlı münasibətlərinə dair danışıqlar aparmışdır. Baş  vəzir ona 
bildirmişdir ki, Səfəvilər Osmanlılarla müqavilə bağlamış, dinc 
şəraitdə yaşayır və şahın bu sahədə öz vədinə əməl etməsi ölkəmiz 
üçün çox faydalıdır. Arşevak de Abranel Almaniya imperatorunun 
məktubunu  Şahın özünə  təqdim etdikdən sonra Osmanlı-Səfəvi 
münasibətlərini pozmaq üçün vəzirlə yenidən apardığı danışıqlar 
baş tutmamışdır. Baş  vəzir alman elçisinə bildirmişdi: «Şah  əhd-
peymanı pozmağı hünər hesab etmir». Almaniya elçisindən bir 
qədər sonra baş vəzir Polşa səfiri Solomon Skurkini qəbul etmiş və 
onunla da Osmanlılarla bağlı  məsələ müzakirə olunmuşdu. Polşa 
elçisinin Bağdad, Bəsrə,  Ərzurumun geri qaytarılması ilə bağlı 
əlverişli şəraitin mövcud olması ilə bağlı irəli sürdüyü mülahizələr 
vəzir tərəfindən yaxşı qəbul olunmamışdı. Rusiya elçisi isə Osmanlı 
dövlətinin aradan götürülməsi işində  Səfəvilərdən yardım almaq 
məsələsi ilə bağlı yenə də baş vəzirlə danışıq aparmışdı. Baş vəzir 
ona cavabında bildirmişdi: «Osmanlı dövləti zəifləsə belə, Səfəvilər 
bu dövlətin yox olmasını istəmir. Baxmayaraq ki, Osmanlı dövləti 
bizim çox qüdrətli qonşumuzdur və  hətta bəzən bizim üçün qorxu 
da törədirlər. Ancaq biz istəməzdik ki, qonşuluğumuzda Osmanlı 
dövlətinin  əvəzinə qeyri-müsəlman dövləti, yəni xristian dövləti 
olsun. Xristian dövləti ilə qonşuluq bizim üçün çox çətin olar. 
Osmanlı dövləti Səfəvilərlə xristian dünyası arasında çox davamlı 
bir sədd yaratmışlar. Bu sədd xristian dövlətlərinin ölkəmiz üzə-


 
84 
 
 
rində hücumlarının qarşısını alır». Bu danışıqların nəticələrindən 
narazı qalan xristian dövlətləri Solomon Skurkini yenidən Səfəvi 
ölkəsinə göndərmişdilər. O, xristian dövlət başçılarının  şaha mək-
tublarını  təqdim etməli və Osmanlı dövlətinə qarşı onu müqavilə 
bağlamağa razı salmalı idi. Ancaq danışıqları yenə  də baş  vəzir 
aparmış və ona qəti olaraq bildirmişdi: «Şah ölkəsinin ərazisinin bir 
qismini güzəştə gedər, ancaq Osmanlı dövləti ilə müqaviləni poz-
maz, nə  də ona tabe olan ölkələrə hücum etməz» (106, 24, 175, 
205). 
Avropa dövlətləri  Şərqdə geniş  əraziləri  əhatə edən ölkələri 
işğal etmiş və bununla kifayətlənməyərək müstəmləkəçilik bayraq-
larını sancmağa yeni ölkələr axtarırdılar ki, bu işdə  də  Bəsrədə, 
Kufədə,  Şirazda missioner məntəqələri müsəlman dövlətçiliyi və 
ideolojisini pozaraq onların yardımçısı rolunu oynayırdılar. Belə bir 
vaxtda Osmanlı  və  Səfəvi ölkəsinə giriş  əldə etmiş  İngiltərə müs-
təmləkə nazirliyinin missioner proqramı ilə  fəaliyyət göstərən 
casusları elçi, yaxud başqa adla bu iki şərq ölkəsi arasında müna-
sibətləri  ənənəvi xarici siyastlərinə uyğun  şəkildə pozmağa və 
yolları üzərindəki ən böyük maneə olan sultanlığı aradan götürməyə 
çalışırdılar. Ancaq şahdan geniş hüquqlar almış  və bu məsələnin 
mahiyyətini az-çox dərk edən  Şeyxəli xan Avropa elçilərinin 
fitvasına nəinki getmədi və həm də onlara qəti cavablar verdi.   
Əcnəbi ölkə səfirlərinin ölkələrinə yola salınması ilə əlaqədar 
təşkil edilən rəsmi məclislərdə  də baş  vəzir  şahdan sonra əsas rol 
oynayırdı. C. Kareri yazır ki, 1694-cü ildə  Şah elçiləri Ala qapıda 
fərşlərlə döşənmiş xüsusi bir salonda qəbul etdi. O, salonun yuxarı 
başında  əyləşmişdi. Salona daxil olan elçiləri mehmandarbaşı  və 
eşikağasıbaşı Şaha təqdim etdilər. Bu zaman Şahın sol tərəfində bir 
neçə xacə dayanmışdı. Polşa səfiri  Şaha təzim etdikdən sonra 
etimadəddövlə  Şahın məktubunu ona təqdim etdi. Xüsusi zərfdəki 
məktubu səfir ehtiramla qəbul etdikdən sonra baş  vəzir  Şahın 
adından ona bir neçə cümlə söylədi və  səfirə ölkəni tərk etməsinə 
icazə verildi. Eyni qayda ilə baş vəzir Vatikan elçisinə də Şah tərə-
findən papa və Venesiyaya yazılmış  məktubları verdi. Vida məra-
simi çox qısa oldu və naharla başa çatdı (89, 121). 


 
85 
 
 
Şahın fərmanı və hökmləri ilə icrası həyata keçirilən mövcud 
qanunlar  əsasında təsis edilən, fəaliyyəti tənzim olunan mərkəzi 
dövlət aparatı strukturunda ali nəzarət divanı  və ona başçılıq edən 
baş vəzirin (vəzir-i əzəm) dövlətin maliyyə orqanlarının idarə olun-
masında da çox geniş hüquqları vardı. Vəzir-i  əzəm dövlət struk-
turunda  Şahdan sonra yüksək vəzifə sahibi olub hüquq və  səla-
hiyyətinə görə şahın naibi (müavin) hesab olunurdu. Mərkəzi dövlət 
aparatı strukturuna daxil olan bütün idarələrin,  əyalət orqanlarının 
fəaliyyətinə tutduğu vəzifəyə görə  nəzarət edən baş  vəzir həm də 
xarici ölkə nümayəndələri ilə danışıqlar aparmaq, müqavilələr bağ-
lamaq hüquqlarına da malik idi. Dövlətin qeyri-məhdud səlahiyyətə 
malik hökmdarının (şahın) naibi olan baş vəzirin təminatı haqqında 
məlumat verən Sanson yazır ki, o, hər ay xəzinədən xüsusi xərc-
lərinə görə Fransa pulu ilə 540 min livr (1 tümən = 45 livr) yəni 
1000 tümən məvacib alırdı (106, 44; 132, 5-7). Ancaq V. 
Minorskiyə görə baş  vəzir  şah tərəfindən müəyyən olunmuş 
məvaciblə deyil, müxtəlif qaynaqlardan yığılan rəsm ül-vüzara adı 
ilə məlum olan təqaüd hesabına maliyyələşdirilirdi (103, 84). Ancaq 
mənbələrdə  məvacib müqabilində soyurqal verilməsi hallarına da 
təsadüf edilir. «Xolde bərin»də I Şah  İsmayıl dövrünün baş  vəzir-
lərindən Mirzə Şah Hüseynin Kaşanın «sahibi soyurqal»ı (128, 275) 
olması haqqındakı məlumat, baş vəzirin təminatında vahid qaydanın 
olmadığını göstərir. 
Sanson dövlətin mərkəzi maliyyə idarəsinin strukturu haq-
qında məlumat verərək baş vəzirə tabe vəzarət divanın altı vəzirdən 
ibarət olduğunu qeyd edir. O yazır ki, vəzarət divanında birinci 
vəzir - mustofi əl-məmalik olub bütün maliyyə idarələrinin rəisi 
hesab olunurdu. İkinci vəzir - xassə-mustofi adlanır və sarayın 
xüsusi maliyyə müfəttişi olub həm də İsfahan müfəttişliyinə başçılıq 
edirdi. Üçüncü vəzir - vəzarət divanındakı  dəftərxanaların darğası 
olub maliyyə idarəsi dəftərxanalarına nəzarət edirdi. Dördüncü vəzir 
- vəzir  əl-müluk adlanırdı. Və  şahın dəftərxanasını qoruyub saxla-
mağa başçılıq edirdi. Beşinci vəzir-xassə əmlakının maliyyə məsə-
lələri üzrə baş  vəzirin müavini olub sarayın mədaxil və  məxaric 
işlərinə baxırdı  və xassə  vəziri adlanırdı. Altıncı  vəzir –kələntər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə