Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   20   21   22   23   24   25   26   27   ...   111

 
71 
 
 
Azərbaycan türk ədəbi dilinin bu iki orijinal nümunəsi xalq 
dilində olub lüğət özəyinə görə bugünkü dilimizdən fərqlənmir və 
sanki onun eynidir. 
I  Şah Təhmasibin Osmanlı  şahzadəsi Sultan Səlimə,  İngilis 
kraliçası Yelizaveta Tüdora yazdığı (1558-1603) məktublar türk 
dilində olub (3, 425), bu dilin XVI yüzildə dövlət, saray diploma-
tiya dili olmasının bəlli göstəricisidir. 
Azərbaycan türk dili I Şah Abbasın da doğma dili idi və onun 
sarayında da əcnəbi ölkələrdən gəlmiş elçilərlə  rəsmi diplomatik 
danışıqlar bu dildə aparılırdı. Bu barədə italiyalı səyyah Pyetro della 
Valle aydın məlumat verir. Bir müddət ispan donanmasında hərbi 
xidmətdə olmuş Pyetro della Valle dövrünün bilim adamı olan 
dostu Mario Skipanonun məsləhəti əsasında xüsusi tapşırıqla 1614-
cü ildə  İtaliyadan Fələstinə göndərilən diplomatik heyətlə yola 
düşüb İstanbul, Qüds, Dəməşq, Bağdad şəhərlərində olmuş və sonra 
isə  Səfəvilər dövlətinə  gəlmişdir. 1617-ci ildə  Səfəvi sərhəddini 
keçən Pyetro della Valle Qızılbaş dəstəsi ilə qarşılaşdığını və onlara 
Qəsri-Şirin nahiyəsinin hakimi Kazım Sultanın başçılıq etdiyini 
göstərir. Yazır ki, bir müddət süvarilərlə yol getdik. Onların hamısı 
bir-biri ilə türk dilində danışırdı. Bu dil Səfəvi dövlətində fars 
dilindən daha çox işlənir, dövlət və  hərb dilidir. O, bunun əsas 
səbəbini ordunun, əyanların, dövlət məmurlarının türk soyundan 
olmaları,  aralarında bu dildə danışmaları, türk dilinin hərbi dil ol-
ması ilə izah edir. I Şah Abbas haqqında səyyah yazır ki, təbəələri 
ona çox inanır, başına and içir, Həmədanda bir nəfər digərinə 
müəyyən bir şey diləmək arzusunda olanda türk dilində «Şah Abbas 
muradını versin» deyirlər.  İsfahan  şəhərində olarkən türk dili 
məsələsi onu yenidən maraqlandırır. Yazır ki, burada türk dilində 
daha çox danışırlar, bu dil dövlət və başçıların dilidir. Səyyah türk 
dilinin bu üstünlüyünün başqa səbəblərini də göstərir. O yazır ki, 
Qızılbaş  əsgərlərinin təmiz türk olması, qeyri millətlərin çoxluq 
təşkil etdiyi qulamların türkdən başqa dil bilməməsi, zabitlər və 
Şahın orduda göstərişi, əmrləri bu dildə verməsi türk dilini dövlət
saray, hərbi dil səviyyəsinə qaldırmışdır. I Şah Abbasın səyyahı türk 
dilində «xoş  gəldin», «şəfa gəldin» deyə qarşılaması, divanxanada 


 
72 
 
 
danışıqların türk dilində getməsi, I Şah Abbasın sarayında türk 
dilinin əsas danışıq dili olmasının gerçək göstəricisi idi. Şahın özü 
də Pyetronun yazdığına görə, doğma türk dilini mükəmməl bilməsi 
ilə fəxr edirdi. Türk dili dövlət və saray dilidir (86, 21, 25, 50, 72, 
87, 229-238). Pyetro della Valle ilə yanaşı, I Şah Abbasın sarayına 
Avropa dövlətlərindən göndərilmiş elçilərin çoxu eyni durumla 
qarşılaşmışdılar. İspaniyalı elçi Don Qarsiya de Silva Fiqeroa 1618-
ci ildə I Şah Abbas tərəfindən qəbul edildiyi rəsmi məclislərin 
birində Osmanlı, Lahor, Özbək, Venesiya, İngiltərə elçilərinin işti-
rak etdiyini və burada danışıqların türk dilində getdiyini, bu dilin 
Səfəvi sarayında işlək dil olduğunu (105, 363) öz şəxsi müşahidəsi 
əsasında görüb yazmışdır. E.Kempfer də yazırdı ki, İsfahanda 
Səfəvi sarayında işlək dil türk dili olub, Səfəvi sülaləsinin də doğma 
ana dilidir. Türk dili saraydan dövlətin böyükləri və hörmətli 
adamların da evlərinə yayılmış  və  şahın mərhəmətini qazanmaq 
istəyənlərin hamısı bu dildə danışırlar. Bu gün iş belə bir duruma 
çatmışdır: «Kim istəyir başı  bədənin üstündə salamat qala, onda 
türk dilini bilməlidir». Bu dil həddən çox ciddi, ahəngdar və  əzə-
mətli olduğuna göə  də sarayın danışıq dili olmuşdur (96, 167). 
Dövrün tarixi gerçəkliklərinin əsas göstərciləri olan belə məlumatlar 
Azərbaycan Səfəvi dövlətinin tarixini təhrif edən tarixçilərin 
diqqətindən kənarda qalmış, elmi dövriyyəyə cəlb olunmamışdır. 
1636-1639-cu illərdə Qolştiniya elçilərinin tərkibində  Səfəvi 
sarayına gəlmiş Adam Olearinin burada dil haqqındakı qeydləri 
demək olar ki, Pyetro della Valle və E.Kempferin bu barədə yaz-
dıqlarının düzgünlüyünü təsdiq edərək tamamlayır. O, səyahət-
naməsində Şamaxıda elçilərin türk dilində «xoş gəldin» deyə qarşı-
landığı  və bütün Şirvan,  Ərdəbil  əhalisinin bu dldə danışdıqlarını 
qeyd edir. Gördüklərinə obyektiv münasibətini bildirən A.Oleari 
yazır: «Hazırda farslar çalışırlar ki, nəinki öz doğma dillərində, 
daha çox türk dilində danışsınlar».  Şirvan, Azərbaycan,  İraq,  
İrəvanda uşaqları daha çox türk dilində tərbiyə edirlər, xüsusən Şah 
türk dilində  həvəslə danışır,  İsfahanda  Şah sarayındakılardan 
təsadüfən fars sözü eşitmək olur. Onun müşahidələrinə görə 
divanxanada rəsmi görüşdə, sarayda əcnəbi elçilərə verilən qonaq-


 
73 
 
 
lıqda süfrə xeyir-duasının türkcə oxunması, dövlət nazirlərinin də 
türkcə danışmaları bu dilin gerçək dövlət dili statusunda olduğunu 
göstərir.
*
 Adam Oleariyə görə  qədim Persiya Səfəvilər dövrünəki 
mərkəzi  Şiraz  şəhəri olan Fars əyaləti idi və  təmiz fars dilində 
yalnız bu əyalətdə yaşayan əhali danışırdı (139, 114, 554, 658, 813). 
Ancaq onun əsərində Fars əyaləti  əhalisinin etnik tərkibi haqqında 
məlumat verilmir. Məlum olduğu kimi, I Şah İsmayılın dövründən 
başlayaraq bura Zülqədər və başqa türk elləri, oymaqları köçürülüb 
yerləşdirilmişdilər ki, onların da gerçək danışıq dili özlərinin doğma 
türk dili idi. 
I Şah Səfinin (1629-1642) hakimiyyəti illərində Azərbaycanın 
Şərqlə yanaşı, Avropa ölkələri ilə əlaqələri getdikcə möhkəmlənirdi. 
Səfəvi sarayında rəsmi qəbullarda danışığın Azərbaycan türk 
dilində getməsi ilə yanaşı, bəzi sənədlər də bu dildə yazılırdı. I Şah 
Səfi 1635-ci ildə Venesiya hakiminə Baba Əli adlı bir nəfərlə 
məktub göndərmişdi. Bu məktubda göstərilir ki, bir neçə il əvvəl 
İstanbula elçiliyə göndərilən Ağarza İsfahani satmaq üçün apardığı 
ipəyi iki məmurla Venesiyaya göndərilibdir.  İpək satılmış, vəsait 
Venesiya  bankına qoyulmuş  və Baba Əli həmin vəsaiti gətirmək 
üçün Venesiyaya göndərilmişdir. Baba Əli  Şahın məktubunu 
Venesiya dojuna təqdim etdikdən sonra, vəsaiti götürmək üçün türk 
dilində  aşağıda göstərilən məzmunda qəbz yazıb banka vermişdir: 
«Vəche təhrir in horuf budur ki, işbu min qırx üç tarixində Şah Səfi 
həzrətlərinin name-yi şəriflərilə Venedik divanına gəlib səadətli və 
izzətli doj həzrətlərinin hüzur şəriflərinə sunub zərrəbxanada Mirzə 
Əli Təbrizi və Baba Əli  Ərdəbili  əmanət qoyduğu axça iyirmi 
doqquz min doqquz yüz riyal quruş tələb elədikdə məzkur vokəla-yi 
doj moşarəleyh qanunları və məhəbbət üzrə məbləğ iyirmi doqquz 
min doqquz yüz riyal quruş verilsin deyib buyurdular zərrəbxanada 
olan bəyləri itaət edib biqüsur və bikəsir məbləğ  məzkuri bizə 
                                           
*
 Adam Oleari yazır ki, 16 avqust 1637-ci ildəİsfahanda şahın iştirakı ilə əcnəbi 
elçilərin şərəfinə təşkil olunmuş ziyafətdən sonra, böyük marşal (eşikağasıbaşı) 
türkcə “Süfrə haqqını, Şahın dövlətini, qazilər qüvvətini Allahdan diləyəlim” 
deyə, süfrə xeyir-duası verdikdən sonra, ziyafət iştirakçılarının hamısı Allah, 
Allah deyərək bu istəyin həyata keçməsini Allahdan arzu etdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə