Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   17   18   19   20   21   22   23   24   ...   111

 
62 
 
 
Əfşar - 7 nəfər 
Qacar - 5 nəfər 
Təklə - 3 nəfər 
Hinisli - 1 nəfər 
          cəmi 63 nəfər 
İsgəndər bəy Münşi I Şah Təhmasibin vəfatı əsnasındakı siya-
hıda qeyd olunan Qızılbaş-Türk elləri əmirləri ilə yanaşı, İç Oğuzun 
Çəpni boyundan Mahmud xəlifə, Calal oğlu Məhəmməd sultan və 
Dönməz sultan adlı 3 nəfər  əmirin adını göstərmişdir ki, onlar bu 
zaman Qarabağda olub Ziyad oğluna tabe idilər. Müəllif siyahıda 
Xorasanda məskun olan Yaka Türkmanlarını Cağatay adı ilə 
vermişdir. Onlardan da 3 nəfər əmirin adı çəkilir. Yaka Türkmanın 
Gəraylı oymağının Xorasanda yaşadığı, Səfəvilərə tabe olduğu və 
əmirlərinin Mirzə  Əli Xəlifə adlı  əsilzadə olduğunu görürük. İbn 
Hüseyn Mir Hüseyn sultan Firuzcəngi Məşhədin sadiq bəndə-
lərindən olub, Sərəxs hakimi, Hacı  Məhəmməd sultan isə Savə 
hakimi idi. Siyahıda Şeyxavənd soyundan olan 2 nəfərin və 1 nəfər 
də seyidin adı  çəkilir. Onlardan Məsum bəy Səfəvinin oğlu 
Sədrəddin xan Səfəvi saray əmiri, həm də  Bəhram Mirzənin oğlu 
Sultan Hüseyn Mirzənin lələsi, onun qardaşı Seyid bəy isə böyük 
əmir olub, Astrabad hakimi idi. Siyahıda adı çəkilən Seyid isə Seyid 
Məhəmməd Kəmunənin oğlanlarından möhürdar vəzifəsində olan 
böyük əmir Seyid Süleyman idi ki, o, Seyid bəy Kəmunə ayaması 
ilə tanınırıdı (80, 141; 128, 412). 
İsgəndər bəy Münşinin Səfəvi dövlətinin idarəçilik və dövlət 
quruluşunda önəmli rola malik olmuş tayfalar və onların əmirlərinin 
siyahısı  Səfəvi dövlətinin tarixini araşdırmış  tədqiqatçılardan 
V.Minorski və İ.P.Petruşevskinin diqqətindən kənarda qalmamışdır. 
Öncə qeyd etmək lazımdır ki, hər iki tarixçinin Səfəvi dövlətinin 
sosial-iqtisadi və siyasi quruluşuna həsr etdikləri monoqrafiyaların 
elmi əhəmiyyəti az deyildir. Ancaq müəlliflərin hər ikisi 1576-cı il 
siyahısını təhlil edərkən müəyyən qüsurlara yol vermişlər. Belə ki, 
İsgəndər bəy Münşinin  əsərindəki 1576-cı il siyahısı üzrə apar-
dıqları təhlilə əsasən V.Minorski türk əmirlərinin sayının 59 nəfər, 
İ.P.Petruşevski isə 61 nəfər olduğunu qeyd etmişdir (103, 22; 181, 


 
63 
 
 
109). Halbuki apardığımız düzgün hesablamalar nəticəsində aydın 
olmuşdur ki, siyahıda göstərilən 114 nəfər  əmirdən 84 nəfərin adı 
qeyd olunmuşdur ki, onlardan 72 nəfəri türk, 12 nəfəri isə talış, 
kürd, lurlardan ibarət olmuşdur. 
İsgəndər bəy Münşi I Şah Təhmasibin ölümü əsnasında yerli 
idarələrdə yüksək vəzifələrdə çalışan  əmirlərin siyahısı ilə yanaşı, 
dövlət və saray təşkilatındakı qulluqçuların da sayını göstərmişdir. I 
Şah Təhmasibin ölümü əsnasında mərkəzdəki yüzbaşılar,  ərbablar, 
qorçular və digər mülazimlərin ümumi sayı  cəmi 6000 nəfər idi. 
Onların 4500 nəfəri qorçu, 1500 nəfəri isə daş (dış, dışarı) qorçular, 
yasovullar, bukavullar, eşikağısı, yasovulbaşı, mirşikar, topçubaşın-
dan ibarət olub, mötəbər yasovullar və qorçular türk tayfalarının 
müxtəlif zümrələrindən idilər.  Əslində  Şahın 20 000 nəfər xassə 
mülazimləri, yəni qorçuları var idi ki,  onların içərisində yüksək 
mənsəblilər  əmir rütbəsinə malik olmasalar da, əmirlik dərəcəsinə 
qədər yüksəlmişdilər. Bu qorçulardan 100 nəfəri şücaətinə, cəsarə-
tinə görə başqa qoşun növündən olan əsgərin 1000 nəfərinə bərabər 
idi (80, 141-142). 
İsgəndər bəy Münşi  əsərindəki ikinci siyahıda (1628) isə 
müxtəlif dövlət vəzifələrində çalışan əmirlərin sayının 92 nəfərdən 
ibarət olduğunu qeyd etmişdir. Birinci siyahıda olduğu kimi, ikinci 
siyahıda da təkcə türk deyil, bu dövrdə dövlət qulluğunda olan 
qeyri-türk tayfa əmirlərinin də sayını göstərmişdir. O, tayfalar üzrə 
əmirlərin sayı haqqındakı siyahıda Şeyxavənd boyundan yalnız bir 
nəfərin, qorçubaşı İsa xan ibn Seyid bəy ibn Məsum bəy Səfəvinin 
adını qeyd etdikdən sonra, bu zaman dövlət qulluğunda olmuş 
Qızılbaş-Türk əmirləri barədə yazır:  
Şamlı tayfasından Zeynal xan Bəydili (Səfəvilər dövründə 
Bəydili, Abdallı,  Ərəbgirli, Nəlqas  Şamlı tayfasının obalarından 
idilər-Z.B.) Rey hakimi Həsən xan Abdallı Xorasan bəylərbəyi, 
Məhəmməd Zaman Xorasanın bəzi mahalı  və Qur hakimi, Fəzləli 
sultan Bala Murğab hakimi, Haqverdi sultan Ərəbgirli Azərbaycan 
əmiri, Naqdi sultan Nəlqas eli (bu el Şamlı tayfasının tərkibində idi) 
əmiri (80, 1084), Bəydili Gündoğmuş Sultan Azərbaycanda mahal 
hakimi idilər (80, 1085). 


 
64 
 
 
Ustaclı  əmirlərindən Möhbəli sultan Xorasanın Nisə mahalı-
nın hakimi, Maqsud Sultan Kəngərli Naxçıvan hakimi, Əbdülqasım 
sultan İraq-i Ərəbdə Hillənin hakimi idi (80, 1085). 
Zülqədər Rüstəm sultan Sevgilinin oğlu  Əmir xan Kirman 
hakimi, Qorxulu İbrahim sultan Xorasanda Sərəxsin hakimi, möhür-
dar  Şahqulu Xəlifənin nəvəsi Dərgahqulu sultan Qorxulu Fars 
əyalətində  bəzi mahalların hakimi, keçmiş Qarabağ  əmirlərindən 
Səlim xan Şəmsəddinli Axısqa qalası hakimi, Eymur Kəlbəli sultanı 
oğlu Xəlil sultan Qarabağ əmirlərindəndir. Müstədam sultan Hacılar 
Astrabadın Came-Kəbud adlı mahalının hakimi idi (80, 1085). 
Qacar Təhmasibqulu xan atası  Əmirgünə xandan sonra onun 
yerinə Çuxur-Sədin bəylərbəyi, Peykər xan İyirmi dörd isə Qarabağ 
əmirlərindən olub, Bərdə hakimi idi (80, 1085). 
Əfşar Qasım xan İmanlının oğlu Kəlbəli sultan Urmi hakimi, 
Hələbli Ərdoğdu xan Xorasanın Əsfzar və Fərah mahallarının haki-
mi, İsalı İmamqulu sultan Qavrud hakimi idilər (80, 1085). 
Türkman Şahbəndə xan Pornağın oğlu Pirbudaq xan Azərbay-
can bəylərbəyi, Həsən sultan Ördəkli Qapanat hakimi idi (80, 1085). 
Siyahıda  İspəhirli  Şikari Sultan Ərdəbil və  Sərab (80, 1085), 
Rumlu Heydər sultan Qoyləhisarlı Gilanın Tonakabon mahalı (80, 
1085), Qaradağlı  İlyas xəlifənin oğlu Bürhanəddin xəlifə 
Qaracadağ, Bayat oymağından Yarəli sultan Bəyazid qalası, 
Gedəəli sultan Maku, Bədr sultan Çuxur-Sədin bəzi mahallarının 
hakimi olduqları göstərilir (80, 1086). 
Cəyirli Məhəmməd sultan Şəki, Qazağlar  Şəmsi xan Axısqa, 
Bayburdlu Muradxan sultan Arasbar hakimi olub, Alpout oyma-
ğından Mənsur sultan isə Şirvanda ulka sahibi idi (80, 1086). 
İsgəndər bəy Münşinin  əsərindəki siyahı 1628-ci il üzrə 
Qızılbaş-Türk tayfa və oba əmirlərinin sayı: 
Şamlı - 7 nəfər 
Ustaclı - 3 nəfər 
Zülqədər - 6 nəfər 
Qacar - 2 nəfər 
Əfşar - 3 nəfər 
Türkman - 2 nəfər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə