Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   25   26   27   28   29   30   31   32   ...   111

 
86 
 
 
(İsfahan  şəhər kələntəri-Z.B) adlanmaqla İsfahanın ticarət işlərinə 
və tacirlərin maliyyə  məsələlərinə baxırdı. Sanson bu vəzirlərin 
Fransadakı baş maliyyə idarəsi rəislərinə oxşadığını qeyd edərək 
göstərir ki, onların hər biri öz vəzifə xidmətlərindən əlavə bir neçə 
əyalətin işlərinə də nəzarət edirdilər (106, 45-46). 
Baş vəzirə tabe altı vəzirdən başqa onun xidmətində iki katib 
var idi ki, onlar da «sahibi rəqəm» adlanırdı. Onlar hökm və 
fərmanları yazır və göndərilməsini təmin edirdilər (132, 7, 17). Baş 
vəzir, həm də ali divana rəhbərlik etdiyinə görə o, bəzən «sahib-i 
divan» da adlanırdı (24, 53). Baş  vəzirlə sahibi divan qaynaqlarda 
sinonim kimi işlədilirdi. Belə ki, Məhəmməd Yusif Qəzvini I Şah 
İsmayılın dövründən danışarkən yazır: «vəzarət və sahebdivani» 
Əmir Zəkəriyyə Köcəciyə tapşırılmışdı (128, 123). Yəhya ibn 
Əbdüllətif Qəzvini I Şah İsmayılın 1503-1504-cü illərdə Ağqoyunlu 
Sultan Muradla savaşlarından bəhs edərkən Şərəfəddin Mahmudcan 
Deyləmi Qəzvinin  Əmir  Şəmsəddin Zəkəriyyə ilə  vəzarət mən-
səbində ortaq olduğunu qeyd etmişdir (138, 396; 128, 123). Azər-
baycan torpaqlarının mərkəzləşdirilməsi uğrunda müharibələrin 
getdiyi bir dövrdə I Şah  İsmayılın baş  vəzir mənsəbini iki nəfərə 
tapşırması dövlət ərazisinin məmalik və xassəyə bölünməsi təcrübə-
sindən irəli gəlirdi. Ancaq bu mənsəb onların arasında xüsusi idarə 
səlahiyyəti ilə bölünməmiş  və  hər ikisi bərabərhüquqlu statusa 
malik olmuşdular. 
Qeyd olunduğu kimi qaynaqlarda baş  vəzir  əmire divan, 
sahib-i divan və  hətta vəkil ünvanı ilə yazıya alınmışdır. I Şah 
İsmayıl və I Şah Təhmasibin dövründə vəkil əslində vəzirə sinonim 
kimi də qaynaqlarda göstərilir. Eyni zamanda onu da göstərmək 
lazımdır ki, bu dövrdə vəkil titul, yaxud mənsəb kimi də baş vəzir 
vəzifəsinə əlavə edilirdi. I Şah İsmayıl h. 914-cü (1509) ildə Əmir 
Nəcməddin Məsudini baş  vəzir təyin edib, ona vəkalət mənsəbi 
vermişdi.  Şahın fərmanına görə heç bir əmirin divanda Əmir 
Nəcməddinin işlərinə qarışmağa ixtiyarı yox idi. Həm də bütün 
fərman və hökmlərdə o, bütün dövlət əmirlərindən fərqli olaraq ən 
yuxarıda möhür vurmalı idi. Ona ölkənin mülki və iqtisadi 
məsələlərinin həllində tam sərbəstlik verilmişdi.  Əmir Nəcməddin 


 
87 
 
 
1510-cu ildə  Təbriz  şəhərinin 8 fərsəhliyindəki Xamnədə  vəfat 
etmişdi. I Şah  İsmayıl 1510-cu ildə  Əmir Yarəhməd Xuzanini baş 
vəzir təyin edib, vəkalət mənsəbini də ona tapşıraraq, həm də ona 
«Nəcmi sani» (ikinci Nəcmi) ayamasını vermişdi. Nəcmi Sani isə 
1512-ci ildə Buxara yaxınlığında  Qicduvanda özbək  əmirləri ilə 
savaşda öldürülmüşdü (88, 43, 502-503; 138, 407, 408; 85, v.288 a-
b). Xandəmir yazır ki, hələ 1510-cu ildə  Şah Xacə Seyfəddin 
Bitikçini xassə əmlakına vəzir təyin edib ona Şahın bütün fərman-
larına möhür vurmaq hüququ da vermişdi. Nəcmi Saninin vəfatın-
dan sonra isə “vəkaləti nəfsi nafisi humayu”nun (Şahın dəyərli 
ruhunun vəkili, yəni sahib-i ixtiyar) bütün işləri də Xacə Seyfəddin 
Bitikçiyə tapşırılmışdı. Divan işlərində geniş hüquqlar verilən Xacə 
Seyfəddin sahibi divan, yəni baş vəzir səlahiyyətini icra edirdi (88, 
507, 527). Xandəmir yazır ki, 1514-cü ildə I Şah  İsmayıl Mirzə 
Şahhüseyni «etimadəddövlə» «vəkil əs-sltənə» vəzifəsinə təyin etdi. 
Baş  vəzir təyin olunması haqqındakı hökmdə ona dövlətin idarə 
olunmasında sərbəstlik verilməklə yanaşı, bütün vəzirlərin,  əmir-
lərin, əyanların da ona tabe olmaları göstərilmişdi. Onun xəbəri və 
razılığı olmadan divanda ən xırda məsələlər belə  həll oluna 
bilməzdi (88, 550, 558; 128, 243; 77, 150).Yəhya ibn Əbdüllətif 
Qəzvininin yazdığına görə əsgəri təşkilata əmirlərin təyin edilməsi 
də ona tapşırılmışdı (138, 417, 418). Mirzə  Şahhüseyndən sonra 
Xacə  Cəlaləddin Xandəmir Təbrizi (Xacə  Cəlaləddin Məhəmməd 
Göcəci-Z.B.) 1524-cü ildə baş vəzir təyin edilmişdi (77, 184; 128, 
317). Onunla ortaq vəzir, həm də «sahibi divan» olan Qazı Cahan 
Qəzvini 1525-ci ildə  əmir  əl-üməra Div sultan Rumlu tərəfindən 
həbs edilir (128, 334). Qazi Caha Qəzvinidən sonra ali divana 
nəzarət Mir Cəfər Savəçiyə tapşırılır (77, 189). 1532-ci ildə Mir 
Cəfər Savəçinin yerinə Əhməd bəy Nurkamal ali divana vəzir təyin 
edilir (77, 244). 1534-cü ildə Mir Qiyasəddin Xuzani İsfahani və 
Xacə Muinəddin  Əli ali divanın vəzirləri oldular. Ancaq 1535-ci 
ildə baş vəzir vəzifəsinə əslən qəzvinli olan Qazı Cahan əl-Hüseyni 
təyin olunur (28, 74, 75). XVI yüzilin 50-ci illərində Köcəci 
nəslindən Əmir bəy Köcəcinin «vəzir-e divane ali» olması (108, 76; 
77, 355) və ona qədər və ondan sonra baş vəzir vəzifəsinə təyinatlar 


 
88 
 
 
təhlil edildikdə  məlum olur ki, baş  vəzirlərin sırasında Təbriz 
əsilzadələri az olmamışdır. 
 Məsum bəy Səfəvi 1546-1547-ci illərdə Şeyx Səfi məqbərəsi 
vəqf əmlakının mütəvəllisi, 1559-1560-cı illərdə isə «Vəkalət-i Şah-
i din-pənah», yəni divan əmiri olub, vəzir vəzifəsinə yüksəlmişdi. 
O,  Şeyxavənd boyundan olub, həm də I Şah Təhmasibin oğlu 
Heydər Mirzənin də  lələsi idi. Bir müddət baş  vəzir vəzifəsində 
olmuşdu (80, 161; 28, 106;  20, 229, 230; 128, 401). 1573-1574-cü 
illərdə bu ali mənsəb Xacə  Cəmaləddin  Əli Tərizi ilə Mir Seyid 
Hüseyn Fərəhaniyə verilir və  hər birinə 500 Təbriz tüməni məb-
ləğində maaş təyin edilir. Onların hər ikisi bu vəzifədə bir il qaldılar 
(80, 161; 77, 458; 20, 230). Soy adlarından göründüyü kimi Xacə 
Cəmaləddin Təbrizli, Mir Seyid Hüseyn isə Fərah seyidlərindən idi. 
1576-cı ildə isə mustoufi əl-məmalik Mirzə  Şükürulla  İsfahani ali 
divanın vəziri oldu (128, 556). II Şah  İsmayıl elə  həmin ildə onu 
tutduğu vəzifədən azad edib, I Şah Təhmasibin hakimiyyətinin son 
illərində nazir-i büyutat olmuş Mirzə Salman Cabiri İsfahanini ali 
divana baş vəzir təyin edir (128, 446, 449). Məhəmməd Xudabəndə-
nin dövründə  də baş  vəzir olan Mirzə Salman qızını onun oğlu 
Həmzə Mirzəyə nişanlayıb, oğlu Mirzə Abdullanı da şahzadəyə 
vəzir təyin etdirib baş vəzir kimi mövqeyini möhkəmləndirmişdi. O, 
Qızılbaş-Türk əmirləri arasında narazılıq yaradaraq dövlət hakimiy-
yətini xeyli zəiflədə bilmişdi. Mirzə Salmanın Mirzə Nizam adlı 
oğlu da şahzadənin «həmsöhbət» və müşaviri idi. Xorasanda 
Qızılbaş-Türk əmirləri arasında fitnə-fəsad törədən Mirzə Salmanın 
siyasəti dövlətçilik üçün son dərəcə qorxulu idi, Herat hakimi 
Əliqulu xan Şamlının anası (Həmzə Mirzənin süd anası), Həmzə 
Mirzənin vəziri Hüseyn bəy  və bir çox görkəmli qızılbaş əmirləri 
onun xəyanətinin qurbanı olmuşdular. Baş  vəzirin fitnə-fəsadının 
mahiyyətini başa düşən qızılbaş gəncləri onu 1583-cü ildə Heratda 
Sultan Hüseyn mədrəsəsində ələ keçirdilər və ona ilk zərbəni Məhdi 
Ülyanın qohumlarından Təhmasib bəy Mosullu vurdu. Mirzə 
Salman və onun hər iki oğlunun əmlakı müsadirə olundu (128, 670-
674).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə