68
hakim göndərildikdə o, əvvəlcə həmin izibati vahid ərazisində
yaşayan Türk-Qızılbaş tayfa və oymaqlardan birinə mir-e el (el,
tayfa başçısı - əmiri) təyin olunmasa, orada öz vəzifəsini icra edə
bilməzdi. Məsələn, İmamqulu xanın qardaşı Davud xan qulamların
yüksək rütbəli əmirlərindən olub, Məhəmmədqulu xan Qacarın
yerinə Qarabağ bəylərbəyi göndərildikdə, oradakı Qacar eli və
oymağının mir-e eli vəzifəsinə də təyin olunmuşdu. Çərkəz Qazaq
xan isə Şirvan bəylərbəyi olduğu zaman, həm də orada Qaramanlı,
Çavuşlu tayfasının əmiri idi. Şirvanda Dərbənd və Şabrana hakim
göndərilmiş Fərrux sultan həm də oradakı Bayat və Rumlu tayfa-
sının da əmiri olmuşdu. 1628-ci ildə Novruz Sultan isə Qarabağda
Cavanşir, Otuz iki elinə əmir təyin edilmişdi. Göründüyü kimi,
Qarabağ və Şirvana hakim statusu ilə göndərilmiş qulam hərbi əsil-
zadə nümayəndələri vəzifədə olduqları vilayət, yaxud mahal ərazi-
sindək türk oymaqlarından birinin də əmiri olmuşdular. Ancaq
İskəndər bəy Münşinin 1628-ci il siyahısında adlarını qeyd etdiyi 15
nəfər yeni hərbi əsilzadələrdən yalnız üç nəfəri (ikisi xan, biri sultan
titulu ilə) müəyyən vaxtda Qarabağ, Şirvan, Dərbənd və Şabranda
hökmranlıq etmişlər (80, 1089). Onu da göstərmək lazımdır ki,
qeyri-türk olan qulamlar Azərbaycan türk dilini bilmədən, Qızılbaş
tayfalarının adət və ənənələrinə bələd olmadan, yerli tayfaların
hərbi qüvvələrinə arxalanmadan hər hansı vilayət və mahalda hakim
vəzifəsində işləyə bilməzdilər. Əslində, orta əsr Osmanlı yeniçəri-
ləri kimi, Səfəvi qulamları da islam dinini, Qızılbaş adət-ənənələrini
qəbul etmişdilər. Onlar Azərbaycan türk dilində danışır və fars
dilini bilmirdilər. Bu barədə 1617-1627-ci illər arası Səfəvi döv-
lətində olmuş Pyetro della Valle yazır: «…müxtəlif millətlərdən
olan qulamlar vardır ki, öz aralarında türk dilində danışırlar və fars-
dan bir şey bilmirlər» (86, 87).
Əvvəlki yüzillikdə ollduğu kimi, XVII əsrdə də Azərbaycan
Səfəvi dövlətinin hərbi dayağı yenə də Türkman, Qacar, Qaraman-
lı, Şamlı, Ustaclı və başqa türk elləri olub, vilayət bəylərbəyi və ma-
hal hakimləri onların əmirlərindən təyin edilirdi.
Beləliklə, İsgəndər bəy Münşinin əsərində 1628-ci il siyahısı
üzrə vəzifələrə təyinatla bağlı məlumatların obyektiv təhlili I Şah
69
Abbas dövründə Səfəvi dövlətinin milli mahiyyətinin dəyişməsi və
burada Türk-Qızılbaşların hakimiyyətinin zəifləməsi haqqında bu
günə qədər tarixçilikdə mövcud olan fikirlərin yanlış olduğunu
təsdiq edir. Tarixçilikdə Azərbaycan Səfəvi dövlətinin milli mahiy-
yəti ilə bağlı mövcud olan səhv və qeyri-ciddi fikirlərin əksini gös-
tərən qaynaqlar az deyildir. Təkcə onu göstərmək kifayətdi ki, XVII
yüzilin 70-ci illərində fransalı səyyah Şarden yazır ki, Qızılbaşların
nüfuzu o qədər güclüdür ki, hazırda çox mühüm dövlət vəzifələri və
orduda rəhbərlik də onların əlindədir (112, c.3, 1192, 1193).
I Şah İsmayılın başçılığı altında əhalinin müxtəlif kateqoriya-
larından olan əxilər, qazilər, sufilərin hərbi-siyasi mücadilələrində
qurulmuş Azərbaycan Səfəvi dövləti beynəlxalq aləmdə iki yüzillk
bir vaxt ərzində öz nüfuzunu gücləndirib artırmış, qoruyub saxla-
mışdır. Vahid dövlətçilik ənənəsi iqtisadi irəliləyişlə bağlı mülki,
inzibati, hərbi idarəçiliyə, elmi-mədəni yüksəlişə geniş imkanlar
yaratmışdır. Və Azərbaycan türk dili dövlət dili statusu qazanmış, I
Şah İsmayılın Avropa monarxlarına Azərbaycan türk dilində yaz-
dığı məktublar isə bu dili rəsmi diplomatiya dili səviyyəsinə yük-
səldə bilmişdi. Artıq Səfəvilər zamanında rəsmi sənədlər də Azər-
baycan türk dilində tərtib olunurdu. Mülki-inzibati, hərbi idarədə
titul və rütbə ifadələri - məsələn, qorçu (qoruyucu); qorçubaşı
(qorçuların başçısı); daş qorçular (sərhəd qorçuları); eşikağısı
(sarayda mərasim qaydalarına baxan məmur); eşikağasıbaşı (saray-
da mərasim qaydalarına baxan məmurların başçısı); süfrəçibaşı
(sarayda süfrəyə baxan məmur); bəylərbəyi (bəylərin-bəyi, vilayət
hakimi); tüfəngçibaşı (tüfəngçi hərbi dəstənin başçısı); topçubaşı
(topçu hərbi dəstəsinin başçısı) və s. kimi terminlər meydana çıx-
mışır.
Mirzə Abbaslının «Şah İsmayıl Xətainin ömür yolu minia-
türlərdə» əsərindəki Bakı və Füruzguh qalalarının alınmasına aid
miniatürlərdə top və tüfəng təsvirləri, «topçu» və «tüfəngçi» ifadə-
lərinin dilimizdə XVI əsrin əvvəllərindən mövcud olduğunu isbat
edir (43, 59, 64).
I Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri,
ozanları sevir, onları himayə edirdi. Elə buna görə də, dilinə, vətə-
70
ninə bağlı el şairləri, aşıqları da onu sevir və onun doğma dilinə,
xalqına bağlılığını əsərlərində tərənnüm edirdilər. Onlardan I Şah
İsmayılla eyni dövrdə yaşamış və onu özünün mürşid-i kamili
adlandıran Dirili Qurban «Şah Xətayi» gəraylısında «Qoy var olsun
türki zəban, Şah Xətayi, Şah Xətayi» misraları (33, 53), onunla eyni
dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən «Qılmazam vallahi
türki-tacidarım tərkini» (2, 311) deməsi Şah İsmayılın etnik
kimliyinin bəlli aynası olub doğma türk dilinə sevgisinin də parlaq
təzahürüdür. I Şah İsmayılın dövrünün tarixi gerçəkliklərini əsər-
lərində bəzən olduğu kimi əks etdirməyə cəhd göstərmiş, tarixçi
İ.P.Petruşevski yazır ki, Səfəvilər sarayında və orduda bu vaxtlar
Ön Asiyanın bütün türk dilli tayfalarına aydın olan Azərbaycan dili
qəbul edilmişdir və bu ədəbi dil Azərbaycan sərhədlərindən kənar-
lara da yayılmışdı (181, 71). «Xolde-bərin»də Museyib xan
Şərəfəddin oğlu Təkəli və Şahqulu bəy Ərəb oğlu Rumlunun gözəl
təbə malik olduqları, doğma dillərində, yəni Azərbaycan türkcə-
sində şerlər yazdıqları haqqında verilmiş məlumat İ.P.Petruşev-
skinin qeyd edilən fikrinin doğrululuğunu təsdiq edir. Mənbədə
göstərilir ki, II Şah İsmayıl dövründə Rey hakimi olan Museyib xan
Şərəfəddin oğlu Təkəli bacarığına, musiqi duyumuna, yazdığı gözəl
şerlərə görə türk əmirləri arasında seçilir və sevilirdi. O, xanədan-
dan bir qız ilə evlənmək istəmiş, ancaq ümidi boşa çıxdıqda aşağı-
dakı rübaini yazıb Sultan Məhəmmədə göndərmişdi:
Ey şah-i cahan biəsər oldu əməgim
Dutdi qəm əli əlim ayağı ətəkim
Yüz yildəki xidmətimlə dərgahında
Solduş əməginə döndü axır əməgim (128, 616)
Mənbədə II Şah İsmayıl və Sultan Məhəmməd dövründə
xəlifət əl-xüləfa vəzifəsində olmuş Şahqulu bəy Ərəb oğlu
Rumlunun da türkcə yazdığı şerlərdən aşağıdakı rübai verilmişdir:
Könlüm quşun ol nərgizi fəttan apara
Kimdir ki, onun qəmzəsindən can apara
Şeytan şeytan dedikləri gər bu isə
Mən razıyam imanımı şeytan apara (128, 710-711).
Dostları ilə paylaş: |