Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


ŞABRANDA BİR KƏND VAR – ADI NOHURLAR



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə24/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   20   21   22   23   24   25   26   27   ...   124

~ 96 ~

ŞABRANDA BİR KƏND VAR – ADI NOHURLAR

ÖZÜ İSƏ CƏNNƏTİ-MƏKAN... 

 

Cənnəti-məkandır bizim Nohurlar, 

Bu yerdə həmişə həyat eşqi var. 

Burda qonaq olan çox razı qalar, 

Deyər Azərbaycan torpağındayam, 

Yenə o günlərin sorağındayam. 

 

Otuz il bundan öncə dünyanın  ən füsükar bir guşələrin-



dən sayılan Qafqaz adlı məkanda təxminən 1000 metr yüksək-

likdə olan, eyni təbii  şəraitə, xüsusilə bir-birinə uyğun iqlim 

mühitinə, bir-birini təkrarlayan bitki örtüyünə malik olan 3 

yerlə rastlaşmışam: Azərbaycanın  Şuşa dağlarında və  Şabran 

rayonunun Nohurlar kəndində  və  Şimali Qafqazda Kazbek 

dağlarında. Elə onda mən bu üç sub alp çəmənliklərini ayrı-

ayrılıqda gəzib seyr etdikcə, gülə-çiçəyə vurulan min cür 

rəngə, bəzəyə, müxtəlif naxışlara baxdıqca Anamız Təbiətin 

böyüklüyünə  və  sənətkarlığına heyran qalmış  və bu gözəl 

hüsni-cəmala vurularaq o yerlərin məhəbbətini qəlbimə 

salmışam. 

İndi isə illər ötsə də ürəyim bir gün mənə dedi ki, sən öz 

kitablarında neçə  dəfə  Şuşa,  Şimali Qafqazda olduğun yerlər 

haqqında söz açmısan, ancaq Nohurlardan, onun tarixindən 

hələ  də geniş söz-söhbət salmamısan. Xülasə, bir neçə il 

qəlbimdə etdiyim götür-qoydan sonra öz-özümə razılaşdım ki, 

bu barədə yazmağa dəyər. Lakin xeyli müddət axtardım, 

soraqlaşdım, o kənddə uzun müddət yaşamış, baş verən hadi-

sələrin canlı şahidi olmuş insanla rastlaşa bilmədim. Nəhayət, 

2016-cı ildə Bakıda xəstəxanaların birində müalicə alarkən 

əslən Nohurlar kəndindən olan bir şəxslə rastlaşdım. Nohurlar 

haqqında yaradıcılıq düşüncələrimi ilk dəfə ona açdım.O, 

mənə  Şabranda yaşayan Hacı  Məmmədi kişiyə müraciət 



~ 97 ~

etməyimi məsləhət gördü: 



TANIŞLIQ:  Şabranın “Hacı Zeynalabdini “adlanan 

Hacı  Məmmədi Oruc oğlu Qəhrəmanov 1927-ci ildə  Dəvəçi 

rayonunun Nohurlar kəndində kəndli ailəsində anadan olub. 

Üç aylıq körpə ikən atasını itirib. Üç yaşında isə anası 

dünyadan köçüb. Hər iki valideynini itirən Məmmədi əmisi-

nin himayəsində yaşayıb. Həyatın hər cür sərt üzünü və 

olmazın çətinliklərini görən Məmmədi müharibədən sonra 

kolxozda işləyib. Kolxozun idarə heyəti onun əməksevər və 

düzgün insan olduğunu nəzərə alaraq onu kolxoza anbar 

müdiri təyin edib. 

 

 

 

 

Nohurlar kəndində qədim yurd yerləri 

 

1954-cü ildə keçmiş Sovet hökümətinin qərarına əsasən 

4 dağ kəndi- Nohurlar, Gömür, Çinarlar və Künçal kəndləri 

məcburi qaydada Dəvəçiyə (indiki Şabrana) dəmir yoluna 

yaxın əraziyə köçürüldü.  

Məmmədi kişi “Dəvəçikənd” deyilən  ərazidə özünə ev 

tikib. Bir müddət sonra sovxozla vidalaşıb ticarət sisteminə 


~ 98 ~

işə keçib. 

1990-cı ildən oğlu – iş adamı Nurayətin yaxın köməyi 

sayəsində rayonda xeyriyyəçilik işləri ilə məşğuldur. 1992-ci 

ildə kənddə dəyirman tikdirib. 1993-cü ildə kənddə vaxtaşırı 

işıqlar sönməsinin qarşısını almaq məqsədilə  kənd üçün 8 

min manatlıq transformator alıb. Camaatın istifadəsi üçün 

üç kilometr məsafədən kəndə su çəkdirib və s. 

2005-ci ildə  Həcc ziyarətində olub. 2008-ci ildə Bakı 

şəhərində Bibiheybət məscidinin açılışına dəvət alıb və orada 

iştirak edib. 7 övladı, 32 nəvə-nəticəsi var. Əmək veteranı və 

Böyük vətən müharibəsi illərində arxa cəbhədə  fədakar 

əməyinə görə bir sıra medallarla təltif olunub. 

HACININ KƏND HAQQINDA MƏNƏ SÖYLƏDİK-

LƏRİNDƏN: 

RƏVAYƏT:  Təxminən 4 əsr bundan öncə  Səfəvi 

hökümdarı Şah Abbasın (1571-1629) zamanında Ərəbistandan 

iki qardaş-Şeyx  İbadəddin və  Şeyx  Əzizəddin adlı iki şəxs 

əvvəlcə  Şamaxıya, oradan da İstisudan keçib tatca “Kələku” 

deyilən dağların ətəyində məskən salıb orada yaşamışlar. Şeyx 

İbadəddinin övladı olmayıb. Ancaq ikinci qardaş Şeyx Əzizəd-

dinin isə iki oğlu olub. Bu iki qardaşdan  əvvəl bu ərazilərdə 

heç bir insan yaşamayıbmış. 

Deyilənə görə xeyli müddət keçəndən sonra Şah Abbas 

Nohurlar kəndini seyr etməyə  gəlib. Gəzinti vaxtı  Şah və 

adamları uzaqdan - təxminən 5 km. aralı məsafədən işıq gəldi-

yini görüblər.  Şah vəzir və  vəkilinə tapşırıq verib ki, baxın 

görün o uzaqdan görünən nə  işıqdır.  Şahın bir dəstə atlısı 

gedib baxıb görürlər ki, bir nəfər qoca nurani kişi komada 

oturub quran oxuyur. Soruşurlar ki, siz kimsiniz və hardan 

gəlmisiniz ? Qoca cavab verir ki, mən Ərəbistandan gəlmişəm. 

Şahın adamları ona deyir ki, şah sizi gözləyir. Hazırlaşın, siz 

gərək indi bizimlə onun görüşünə gedəsiniz. O, isə cavab verir 

ki, siz gedin, mən də yavaş-yavaş sizin arxanızca gəlirəm. 



~ 99 ~

 

 



Nohurlar gölü 

 

Şahın atlı  dəstəsi gəlib görür ki, qoca nurani kişi artıq 

şahın yanında əyləşib. Həm şah, həm də onun göndərdiyi atlı 

dəstəsi qocanın belə tez görüşə yetişdiyini görüb təəccüb-

lənirlər. Və burada hansısa sirrin olduğunu dərk edirlər.  Şah 

qocaya sual verir: - Necə oldu ki, mənim adamlarım atla, siz 

isə piyada gəldiyiniz halda onları qabaqladınız?  Şeyx 

Əzizəddin baba yanan tonqaldan bir küsöv götürüb yerə 

sancaraq bir möcüzə göstərir.  Şah və adamları bu maraqlı 

möcüzəni görən kimi mat-məətəl qalıblar. Və Şeyx Əzizəddin 

babanın həqiqətən də Allah adamı olduğuna inanıblar. 

Vidalaşıb gedərkən Şah Abbas qocaya deyib ki, görürəm 

Allah adamısan və bu ərazidə sizdən başqa yaşayan insan 

yoxdur. Çinarlar keşindən tutmuş yaşadığınız komaya qədər 

olan bütün ərazini sizə bağışlayıram. 

Nohurlar kəndinin yaranma tarixi. Şeyz  Əzizəddin 

babanın törəmələri  əvvəlcə Gömür (tatca Gümür) kəndində 

məskunlaşıb. Gömür kəndi iki dağın arasında darısqal ərazidə 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə