~ 96 ~
ŞABRANDA BİR KƏND VAR – ADI NOHURLAR,
ÖZÜ İSƏ CƏNNƏTİ-MƏKAN...
Cənnəti-məkandır bizim Nohurlar,
Bu yerdə həmişə həyat eşqi var.
Burda qonaq olan çox razı qalar,
Deyər Azərbaycan torpağındayam,
Yenə o günlərin sorağındayam.
Otuz il bundan öncə dünyanın ən füsükar bir guşələrin-
dən sayılan Qafqaz adlı məkanda təxminən 1000 metr yüksək-
likdə olan, eyni təbii şəraitə, xüsusilə bir-birinə uyğun iqlim
mühitinə, bir-birini təkrarlayan bitki örtüyünə malik olan 3
yerlə rastlaşmışam: Azərbaycanın Şuşa dağlarında və Şabran
rayonunun Nohurlar kəndində və Şimali Qafqazda Kazbek
dağlarında. Elə onda mən bu üç sub alp çəmənliklərini ayrı-
ayrılıqda gəzib seyr etdikcə, gülə-çiçəyə vurulan min cür
rəngə, bəzəyə, müxtəlif naxışlara baxdıqca Anamız Təbiətin
böyüklüyünə və sənətkarlığına heyran qalmış və bu gözəl
hüsni-cəmala vurularaq o yerlərin məhəbbətini qəlbimə
salmışam.
İndi isə illər ötsə də ürəyim bir gün mənə dedi ki, sən öz
kitablarında neçə dəfə Şuşa, Şimali Qafqazda olduğun yerlər
haqqında söz açmısan, ancaq Nohurlardan, onun tarixindən
hələ də geniş söz-söhbət salmamısan. Xülasə, bir neçə il
qəlbimdə etdiyim götür-qoydan sonra öz-özümə razılaşdım ki,
bu barədə yazmağa dəyər. Lakin xeyli müddət axtardım,
soraqlaşdım, o kənddə uzun müddət yaşamış, baş verən hadi-
sələrin canlı şahidi olmuş insanla rastlaşa bilmədim. Nəhayət,
2016-cı ildə Bakıda xəstəxanaların birində müalicə alarkən
əslən Nohurlar kəndindən olan bir şəxslə rastlaşdım. Nohurlar
haqqında yaradıcılıq düşüncələrimi ilk dəfə ona açdım.O,
mənə Şabranda yaşayan Hacı Məmmədi kişiyə müraciət
~ 98 ~
işə keçib.
1990-cı ildən oğlu – iş adamı Nurayətin yaxın köməyi
sayəsində rayonda xeyriyyəçilik işləri ilə məşğuldur. 1992-ci
ildə kənddə dəyirman tikdirib. 1993-cü ildə kənddə vaxtaşırı
işıqlar sönməsinin qarşısını almaq məqsədilə kənd üçün 8
min manatlıq transformator alıb. Camaatın istifadəsi üçün
üç kilometr məsafədən kəndə su çəkdirib və s.
2005-ci ildə Həcc ziyarətində olub. 2008-ci ildə Bakı
şəhərində Bibiheybət məscidinin açılışına dəvət alıb və orada
iştirak edib. 7 övladı, 32 nəvə-nəticəsi var. Əmək veteranı və
Böyük vətən müharibəsi illərində arxa cəbhədə fədakar
əməyinə görə bir sıra medallarla təltif olunub.
HACININ KƏND HAQQINDA MƏNƏ SÖYLƏDİK-
LƏRİNDƏN:
RƏVAYƏT: Təxminən 4 əsr
bundan öncə Səfəvi
hökümdarı Şah Abbasın (1571-1629) zamanında Ərəbistandan
iki qardaş-Şeyx İbadəddin və Şeyx Əzizəddin adlı iki şəxs
əvvəlcə Şamaxıya, oradan da İstisudan keçib tatca “Kələku”
deyilən dağların ətəyində məskən salıb orada yaşamışlar. Şeyx
İbadəddinin övladı olmayıb. Ancaq ikinci qardaş Şeyx Əzizəd-
dinin isə iki oğlu olub. Bu iki qardaşdan əvvəl bu ərazilərdə
heç bir insan yaşamayıbmış.
Deyilənə görə xeyli müddət keçəndən sonra Şah Abbas
Nohurlar kəndini seyr etməyə gəlib. Gəzinti vaxtı Şah və
adamları uzaqdan - təxminən 5 km. aralı məsafədən işıq gəldi-
yini görüblər. Şah vəzir və vəkilinə tapşırıq verib ki, baxın
görün o uzaqdan görünən nə işıqdır. Şahın bir dəstə atlısı
gedib baxıb görürlər ki, bir nəfər qoca nurani kişi komada
oturub quran oxuyur. Soruşurlar ki, siz kimsiniz və hardan
gəlmisiniz ? Qoca cavab verir ki, mən Ərəbistandan gəlmişəm.
Şahın adamları ona deyir ki, şah sizi gözləyir. Hazırlaşın, siz
gərək indi bizimlə onun görüşünə gedəsiniz. O, isə cavab verir
ki, siz gedin, mən də yavaş-yavaş sizin arxanızca gəlirəm.
~ 99 ~
Nohurlar gölü
Şahın atlı dəstəsi gəlib görür ki, qoca nurani kişi artıq
şahın yanında əyləşib. Həm şah, həm də onun göndərdiyi atlı
dəstəsi qocanın belə tez görüşə yetişdiyini görüb təəccüb-
lənirlər. Və burada hansısa sirrin olduğunu dərk edirlər. Şah
qocaya sual verir: - Necə oldu ki, mənim adamlarım atla, siz
isə piyada gəldiyiniz halda onları qabaqladınız? Şeyx
Əzizəddin baba yanan tonqaldan bir küsöv götürüb yerə
sancaraq bir möcüzə göstərir. Şah və adamları bu maraqlı
möcüzəni görən kimi mat-məətəl qalıblar. Və Şeyx Əzizəddin
babanın həqiqətən də Allah adamı olduğuna inanıblar.
Vidalaşıb gedərkən Şah Abbas qocaya deyib ki, görürəm
Allah adamısan və bu ərazidə sizdən başqa yaşayan insan
yoxdur. Çinarlar keşindən tutmuş yaşadığınız komaya qədər
olan bütün ərazini sizə bağışlayıram.
Nohurlar kəndinin yaranma tarixi. Şeyz Əzizəddin
babanın törəmələri əvvəlcə Gömür (tatca Gümür) kəndində
məskunlaşıb. Gömür kəndi iki dağın arasında darısqal ərazidə