Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə17/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   13   14   15   16   17   18   19   20   ...   202

 

55

olunarkən iqtisadi uğurlarımız bir daha aydın oldu. Burada 



olduqca həssas bir məsələni xüsusi qeyd etmək lazımdır. Bu, 

əsasən beynəlxalq amillərlə bağlı olan və əksər dünya 

ölkələrində müşahidə olan bahalaşma prosesinin Prezident 

İlham Əliyevin praqmatik düşüncəsi sayəsində ölkə əhalisi 

arasında təşvişə səbəb olmamasıdır. 

Ölkəmizdə hökm sürən daxili sabitlik xarici 

sərmayədarların, həmçinin turistlərin Azərbaycana axınını da 

gündən-günə artırır. 

İndi Azərbaycanı dünyanın ən bahalı layihələrindən olan 

Bakı-Tbilisi-Ceyhan layihəsinin 10 faiz, «Şahdəniz» 

layihəsinin isə 25 faiz bahalaşması qorxutmur. Azərbaycan bu 

layihələrdə üzərinə düşən hissənin maliyyələşdirilməsində 

iradəsi ilə bərabər imkanını da ortaya qoydu. Prezident İlham 

Əliyevin dövlət başçısı kimi uğurlu iqtisadi fəaliyyəti 

nəticəsində Milli Bankın valyuta ehtiyatları 880 milyon 

dollara, ümumi valyuta ehtiyatı isə 2 milyard dollara çatıb. 

Bəli, möhtərəm Prezidentimiz İlham Əliyev 

Azərbaycanda dövlət quruculuğunun, müstəqilliyimizin, 

iqtisadiyyatımızın dinamik inkişafının təminatçısıdır. 

 

Dövlətçilik və müstəqillik ideyalarına sədaqət 



 

Mən bir ziyalı, ictimai-siyasi proseslərin iştirakçısı, həm 

də ölkə rəhbərinin siyasətinin əsas konturlarını ictimaiyyətə 

çatdıran bir qurumun rəhbəri kimi hörmətli Prezidentimiz 

İlham Əliyevin fəaliyyətini fəxrlə izləyirəm. Dəfələrlə şahidi 

olduğum hadisələrdən gəldiyim qənaət budur ki, İlham Əliyev 

həm ölkədə, həm beynəlxalq aləmdə yetkin lider kimi qəbul 

olunur. Bu müşahidələrim həm də dövlətimizin başçısının 

xarici ölkələrə rəsmi səfərləri zamanı hökumət nümayəndə 

heyətinin tərkibində olarkən şahidi olduğum məqamlara 




 

56

əsaslanır. 



İndi xalq İlham Əliyevi həm də siyasi sabitliyin, əmin-

amanlığın və sülhün qarantı hesab edir. 

Artıq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların, demək 

olar ki, hamısında təmsil olunur. Müstəqillik yolu ilə inamla 

addımlayan respublikamız dünyada baş verən 

demokratikləşmə və əməkdaşlıq prosesində yaxından iştirak 

edən dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrilib. 

Demokratiya və müstəqillik ideyalarına sadiq olan İlham 

Əliyev indi milli mənafelərimizi yüksək səviyyədə qoruyur. 

Heydər Əliyev öz dühası, istedadı, siyasi təfəkkürü

tükənməz enerjisi, bir sözlə, Tanrının ona bəxş etdiyi qeyri-

adi müsbət keyfiyyətləri ilə bütün dünyanı fəth etdi, 

Azərbaycanı dünyaya tanıtdı, dünyanı Azərbaycana gətirdi. 

Bu gün isə Prezident İlham Əliyev eyni bacarıqla dünya 

siyasətinin diqqət mərkəzindədir, regionda isə əsl liderlik 

nümayiş etdirir. ABŞ konqresinin Silahlı Qüvvələr 

Komitəsinin sədri Kurt Ueldonun hörmətli prezidentimiz 

haqqında dediyi sözləri yada salmaq istəyirəm: «İlham Əliyev 

təkcə Azərbaycanda deyil, bütün regionda əsl liderlik nümayiş 

etdirir, ölkəni irəli aparır, bu bizim üçün çox sevindiricidir. 

Dünyada çox az sayda lider tapılar ki, dünyanın hansı səmtə 

doğru irəlilədiyini, onun gələcək perspektivlərini əvvəlcədən 

görə bilsin. Eyni zamanda dünyada İlham Əliyev kimi çox az 

lider tapılar ki, xarici dilləri mükəmməl bilsin və 

prezidentliyinin qısa müddəti ərzində bu dərəcədə liderlik 

nümayiş etdirsin. Regionda onun nümayiş etdirdiyi liderliyə

həqiqətən, valeh olmuşuq…» 

Bəli, indi Prezident İlham Əliyevin fəaliyyəti nüfuzlu 

diplomatik dairələrin, görkəmli siyasətçilərin, dövlət 

xadimlərinin, siyasi analitiklərin nəzərini cəlb edir. 

Fenomenal intellekt və istedadı ilə seçilən İlham Əliyev artıq 



 

57

müasir Azərbaycan və dünya siyasətinin danılmaz faktıdır, 



reallığıdır. 

Prezident İlham Əliyevin çoxsaylı rəsmi səfərlərinin hər 

biri əsl tarixi hadisəyə çevrilir. Fransa, Qazaxıstan, 

Özbəkistan, Rusiya Federasiyası (bir neçə dəfə), Türkiyə, 

Ukrayna, Gürcüstan, Rumıniya, Almaniya, Qətər dövləti, 

Böyük Britaniya, İtaliya, Çin Xalq Respublikasına rəsmi 

səfərlər ikitərəfli münasibətlərdə yeni mərhələdir. Azərbaycan 

Prezidentinin Birləşmiş Millətlər Təşkilatının, Avropa 

Şurasının, Avropa Birliyinin və digər nüfuzlu beynəlxalq 

qurumların toplantılarında müntəzəm iştirakı, sanballı 

çıxışları, diplomatik gedişləri siyasət nəhəngləri tərəfindən 

yüksək qiymətləndirilir. Xarici ölkələrə səfərləri zamanı ona 

göstərilən yüksək ehtiram, onun ən nüfuzlu beynəlxalq 

mükafatlara layiq görülməsi dünya siyasət arenasında İlham 

Əliyevin reytinqinin çox yüksək olduğunu təsdiq edir. 

Yeri gəlmişkən, bir məsələ ilə bağlı fikirlərimi də 

bölüşmək istəyirəm. Və bunu, heç şübhəsiz ki, tərəddüd 

etmədən Azərbaycanın ümummilli məsələləri, nailiyyətləri 

sırasına daxil etmək olar. Bu, Azərbaycan Prezidentinin 

xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban 

Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri seçilməsidir. 

Mehriban xanım Əliyevanın bu şərəfli ada layiq görülən ilk 

azərbaycanlı olması, onun intellektual səviyyəsi, yüksək 

mədəni parametrləri ilə seçilməsi, ən başlıcası, öz Vətənini, 

onun zəngin irsini, mədəniyyətini böyük fədakarlıqla təbliğ 

etməsi, az vaxtda böyük işlər görməsi sevindirici faktdır və 

Vətənini, millətini sevən hər kəsdə minnətdarlıq hissi doğurur. 

Bütün bunlar bütövlükdə ulu öndərimiz Heydər Əliyevin 

Azərbaycana ərməğan etdiyi xarici siyasət strategiyasının 

ardıcıl və yaradıcı inkişafıdır. 

Mən hər dəfə ölkə rəhbərini xarici ölkələrə səfərləri 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə