Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə14/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   10   11   12   13   14   15   16   17   ...   202

 

44

qoydu. O artıq milli bayramımıza çevrilib və xalqımızın 



çoxəsrlik tarixində ən mühüm hadisələrdən biri kimi 

əhəmiyyətlidir. 

2001-ci il mayın 23-də milli həmrəylik, birlik 

istiqamətində daha bir addım atıldı. Heydər Əliyev Dünya 

azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında fərman 

imzaladı. Elə həmin il noyabrın 9-10-da Bakıda keçirilən 

qurultay ayrı-ayrı ölkələrdə azərbaycanlı icmalarının 

mütəşəkkilliyinin və fəallığının artmasına əsaslı təsir göstərdi. 

Bu qurultay uzun illərdən bəri həsrətində olduğumuz milli 

birliyin yaradılmasının, bu birliyin ana xəttini 

müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının 

başlanğıc nöqtəsi idi. Bu mötəbər toplantı azərbaycanlıların 

milli hiss və təfəkkürlərinin oyanışı, daha da qüdrətlənməsi və 

azərbaycançılıq məfkurəsinin möhkəmlənməsində mühüm rol 

oynadı. Təbii ki, Yer üzünə səpələnmiş 50 milyonluq 

azərbaycanlını bir araya gətirmək, icma liderlərini yığıb belə 

bir möhtəşəm qurultay keçirmək böyük hadisə idi. Bu, ölkənin 

ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin 

yeni bir istiqaməti idi. Qurultayda ulu öndər Heydər Əliyev 

parlaq nitq söylədi. Həmin nitqin hər parçasında, hər 

cümləsində, hər kəlməsində bu böyük insanın Vətənə, xalqına 

bağlılığı, Azərbaycan sevgisi parlaq əks olunur: «Əgər sən 

azərbaycanlısansa, bilməlisən: Dünya azərbaycanlılarının bir 

müstəqil dövləti var – Azərbaycan. Dünya azərbaycanlılarının 

bir tarixi Vətəni var – Azərbaycan. Dünya azərbaycanlıları 

tarixi Vətənlərini, müstəqil dövlətlərini. müqəddəs hesab 

etməli, onun ətrafında birləşməlidirlər…» 

Çox sevindirici haldır ki, ulu öndərin azərbaycançılıq 

fəlsəfəsi artıq əbədiyaşarlıq haqqı qazanıb. Onun bu fəlsəfəsi 

də bütün sahələri əhatə edən digər ideyaları kimi gənc və 

möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə 



 

45

davam etdirilir. 



Prezident İlham Əliyev bu il martın 16-da Bakıda 

«Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi 

haqqında» 8 fevral 2006-cı il tarixli sərəncam imzaladı. Heç 

şübhəsiz, xaricdə yaşayan azərbaycanlıların diaspordan 

lobbiyə çevrilməsi istiqamətində bu yeni addım Azərbaycanın 

tarixində mühüm bir hadisə olacaq, ölkəmizlə bağlı 

həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da 

əhəmiyyətli rol oynayacaq. 

Yeri gəlmişkən, bir məqamı da xüsusi qeyd etmək 

istəyirəm. 2004-cü ilin may ayından fəaliyyətə başlayan 

Heydər Əliyev Fondunun da əsas məqsədlərindən biri ulu 

öndər tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsini, 

azərbaycançılıq ideyasını təbliğ etmək və gələcək nəsillərə 

çatdırmaqdır. Heydər Əliyev Fondunun prezidenti, 

YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyə-

tinin Dostları Fondunun rəhbəri, millət vəkili, Azərbaycanın 

birinci xanımı, sözün həqiqi mənasında, ləyaqətli Azərbaycan 

qadınının simvoluna çevrilən Mehriban xanım Əliyevanın təş-

kilatçılıq məharəti sayəsində həyata keçirilən humanitar proq-

ramlar indi nəinki ölkəmizdə, bütün dünyada alqışlanır. Azər-

baycan təhsilinə, Azərbaycan mədəniyyətinə, Azərbaycan 

musiqisinə, muğamlarına, milli-mənəvi dəyərlərimizə diqqət 

və qayğı – bütün bunlar Mehriban Əliyevanın azərbaycançılıq 

məfkurəsinə, azərbaycançılıq amalına misilsiz töhfələridir. 

Bəli, bu gün müstəqil Azərbaycan Respublikası dün-

yanın hər bir guşəsindən səsi gələn azərbaycanlılar üçün cazi-

bə mərkəzidir. Və azərbaycanlıların həmrəyliyinin gücünü, 

qüvvəsini artırmaq, gücləndirmək üçün indi daha böyük im-

kanlar yaranmışdır. Prezident İlham Əliyev bu imkanların ya-

radıcısı, təşkilatçısı, ilhamvericisi və dayağıdır… 

 



 

46

 



 

Yeni Azərbaycan Partiyasının  

III qurultayı və layiqli davamçı 

 

14 il əvvəl Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi ilə 



yaradılmış, milli dövlətçilik ənənələrinin formalaşmasında, bir 

çox taleyüklü problemlərin həllində mühüm rol oynayan və 

mənim də bir ziyalı kimi üzvlük biletini şərəflə, qürurla 

gəzdirdiyim Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ən 

dəyərli əsərlərindən biridir. 

Artıq partiya böyük inkişaf yolu keçib, ölkənin ən 

aparıcı siyasi qüvvəsinə çevrilib. Əgər 1992-ci il noyabrın 21-

də Yeni Azərbaycan Partiyasının təsis konfransı 550 nəfər 

nümayəndənin iştirakı ilə keçirilmişdisə, bu gün onun 

sıralarında 400 minə yaxın siyasi həmfikir birləşir. Bu sırada 

gənclərin çoxluq təşkil etməsi isə daha sevindirici faktdır. 

14 il əvvəl partiyanın konfransında qəbul olunmuş 

bəyanatda deyilirdi: «Yeni Azərbaycan Partiyasının başlıca 

proqram və məqsədi dövlət müstəqilliyinin möhkəmlən-

dirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı demokratik, hüquqi 

dövlətin yaradılması, möhkəm əmin-amanlıq və ictimai 

həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, 

irqindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq

şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli inkişafı və 

etibarlı müdafiəsini təmin etmək məqsədilə geniş demokratik 

islahatların həyata keçirilməsi uğrunda mübarizə aparmaqdan 

ibarətdir». 

Yeni Azərbaycan Partiyası Azərbaycanın çətin dövründə 

yarandı, cəmiyyət ümid yerini Heydər Əliyevin ətrafında sıx 

birləşməkdə görürdü. Bu zərurəti ulu öndər belə 

qiymətləndirmişdi: «Yeni Azərbaycan Partiyası o vaxtkı 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə