Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə11/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   7   8   9   10   11   12   13   14   ...   202

 

33

təfəkkürünü əks etdirir. Ona görə də yazılan toplayarkən 



onlara əl gəzdirməyi, yenidən işləməyi, hətta müəyyən 

cəhətdən bu günlə səsləşməyən nüansları ixtisar etməyi 

məqbul saymadım. Ona görə də kitaba daxil edilmiş bu 

yazıların hər birinə öz dövrünün ab-havası çöküb. 

Tarix təkcə hadisələrin müəyyən xronologiya üzrə 

düzülməsi deyil, həm də bu hadisələrin ruhunun, mahiyyətinin 

açılması, insanların həmin dövrü öz duyğu və 

düşüncələrindən keçirərək yaşamasıdır. Bu yaşantılar isə 

təkcə bədii əsərlərdə yox, həm də publisistikada özünü 

göstərir. Bu mənada bizim hər birimiz tarixin adi günlərini 

yaşayır və dövrümüzün ruhunu, həyatımızın nəbzini həm də 

qəzetlərdən, publisistik materiallardan duymağa çalışırıq. Axı 

heç bir vətəndaş, ilk növbədə isə ziyalı cəmiyyətdə yaşayıb, 

onun qayğılarından, problemlərindən kənarda qala bilməz. O, 

mütləq bu problemlərə münasibətini bildirir. Vaxtaşırı dil, 

ədəbiyyat, incəsənət, mədəniyyət problemləri ilə bağlı 

mətbuatda dərc etdirdiyim çoxsaylı məqalə və müsahibələr də 

mənim öz axarı ilə gedən hadisələrə münasibətimdir. Uzun 

müddət çalışdığım təhsil ocaqlarında görkəmli yazıçılar və 

alimlərlə ünsiyyətdə olmuş, onların bəziləri haqqında xatirə-

məqalələr çap etdirmişəm. Bundan başqa, Azərbaycanın bir 

sıra görkəmli elm adamları, Rusiyanın, İranın, Türkiyənin 

mədəniyyət xadimləri ilə görüşlərim, bir sıra qəzet, jurnal 

əməkdaşları ilə, alimlərlə müsahibələrim də olub. Bütün 

bunlar əksəriyyət etibarilə mətbuatda öz izini saxlayır. Çünki 

həqiqətən, bizim dövrümüzdə problemləri publisistik 

materialların vasitəsilə aşkarlamaq və xalqın ictimai şüuruna 

bu yolla nüfuz etməkdən təsirli vasitə yoxdur… 

«Zamanın axarı ilə» kitabının II cildinə isə son dövrlər 

qələmə aldığım elmi-publisistik məqalələrim, müxtəlif 

qəzetlərdə çap olunmuş müsahibələrim, bir sıra elmi əsərlərə 



 

34

verdiyim rəylər, Milli Məclisdə etdiyim bəzi çıxışlar, 



televiziya filmlərinə yazdığım ssenarilər daxil edilmişdir. 

Biz bu yazıları tarixi xronologiyaya görə deyil, 

mövzulara görə qruplaşdırmağa üstünlük vermişik. Buna 

baxmayaraq, kitabda verilmiş materiallar toplusuna, müəyyən 

mənada, həm də son dövr tariximizin kiçik bir salnaməsi kimi 

baxırıq. 

Əziz oxucu! Belə hesab edirəm ki, «Zamanın axarı ilə» 

kitablarının həm I, həm də II cildləri hansı mövzuya 

toxunmasından asılı olmayaraq, öz dövrünün məhsuludur. 

Deməli, bu kitabları vərəqləməklə biz həm dünənimizə 

bağlanacaq, həm də sabahımız haqqında düşünə biləcəyik. 

 

 




 

35

 



 

 

 



 

 

 



 

 

 



 

MƏQALƏLƏR, 

MÜSAHİBƏLƏR 

 

 



 

 



 

36

 



 

 

 



MÜASİR AZƏRBAYCANIN QURUCUSU 

 

«Həyat çox və yaxud az yaşamaqdan ibarət 



deyil. Onun mənası bu həyatda öz yerini tutmaq,

 

mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və 



başqaları üçün nümunə olmaqdır». 

Heydər Əliyev 

 

Sorağı tarixin dərinliklərindən gələn ən qədim yurd 



yerlərindən biri Azərbaycan, ən ulu xalqlardan biri 

Azərbaycan xalqıdır. Böyük xalq, böyük millət – sayının 

çoxluğunda yox, soykökünün qədimliyində, mənəvi 

dəyərlərinin zənginliyində, bəşəriyyətə bəxş etdiyi tarixi 

şəxsiyyətlərinin olmasındadır. 

Təbii ki, bir ölkəni nefti, pambığı ilə yox, böyük 

alimləri, şəxsiyyətləri, liderləri, sərkərdələri ilə tanıyarlar. O 

insanlarla ki, onlar təkcə mənsub olduqları xalqın, millətin 

deyil, bütün bəşəriyyətin taleyində müəyyən rol oynaya, 

tarixdə iz qoya bilirlər. 

Heydər Əliyev xalqımızın dünya tarixinə bəxş etdiyi elə 

qüdrətli dövlət xadimlərindəndir ki, insanlar, yeniləşən 

nəsillər zaman-zaman onun ömür yoluna müraciət edəcək, 

zəngin irsini araşdıracaq, təhlil edəcək, öyrənəcək, liderlik 

məktəbindən dərs alacaqlar. Və hər dəfə də bu dahinin 

zamana belə qalib gələn ideyaları və əməlləri qarşısında 

heyrətlərini gizlədə bilməyəcəklər. Onun haqqında söz 

deməkdən böyük fəxarət duyacaqlar. Amma unutmaq olmaz 

ki, siyasət dünyasının bu nəhəngi haqqında deyilən hər bir 

söz, yazılan hər bir kəlam elə bu böyüklüyə layiq olmalıdır. 




 

37

 



Xilaskar və xilaskarlıq missiyası 

 

HEYDƏR ƏLİYEV – ölkəmizə 35 illik rəhbərliyi 



dövründə Azərbaycanı, Vətənimizi, xalqımızı bütün dünyaya 

tanıdan, özü isə insanlığın zirvəsinə ucalan, dünyanın ən 

nəhəng siyasətçiləri sırasında dayanan BÖYÜK 

AZƏRBAYCANLI. 

Azərbaycana əbədi müstəqillik bəxş edən, 

dövlətçiliyimizi bütün təhlükələrdən xilas edən DAHİ 

İNSAN. 

Azərbaycançılıq ideyasının, azərbaycançılıq fəlsəfəsinin, 



azərbaycançılıq məfkurəsinin müəllifi və böyük carçısı, 

müasir Azərbaycanın memarı və qurucusu… 

İllər, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bütün 

zamanlarda, bütün dövrlərdə Heydər Əliyevə hansı prizmadan 

baxırsansa-bax, O, həmişə ən uca zirvədə olacaq. O öz 

xalqının yaddaşında artıq çoxdan ÜMUMMİLLİ LİDER kimi 

əbədilik qazanıb… O, Tanrı elçisi idi. İnsanlığa xidmət etmək 

üçün yerə göndərilmiş xarizmatik bir qüvvə idi. Azərbaycana 

isə xilaskar kimi gəlmişdi. Azərbaycanı bütün təhlükələrdən 

qorumağa, qurub-yaratmağa, xalqımızın səsini bütün dünyaya 

yaymağa gəlmişdi. Gəldi və öz xilaskarlıq missiyasını 

ləyaqətlə, şərəflə, böyük qətiyyətlə, heyrət ediləcək məharətlə

yüksək səviyyədə yerinə yetirdi, xalqın sabaha inamını bərpa 

etdi, milləti öz taleyüklü problemlərinin həlli yönündə 

fədakarlığa ruhlandırdı, dövlət qarşısında duran vəzifələrin 

uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdı və 

yenidən göylərə ucaldı. Ucaldı və indi də göylərdə qərar 

tutmuş sönməz Günəş kimi öz parlaq şüalarını Azərbaycana 

səpələyir… 

Ulu öndər Heydər Əliyevin Vətənimiz və xalqımız 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə