Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə7/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   2   3   4   5   6   7   8   9   10   ...   202

 

20

illəri, müəllimləri haqqında xatirələrini o qədər canlı, 



oxunaqlı bir dillə, üstəlik, böyük səmimiyyətlə qələmə alıb ki, 

onun zəngin təxəyyülə malik gözəl bir yazıçının qələmindən 

çıxdığına əmin olursan. 

Bəs görəsən, bu qədər uğur qazanmağın səbəbi nədir? 

Bu barədə suala alim özü belə cavab verir: «Bilirsiniz, mən 

belə düşünürəm ki, həyatda hər şey zəhmətlə, əməklə bağlıdır. 

İstedad dediyimiz o məfhumun özü də 99 faiz tər tökməkdən, 

çalışmaqdan ibarətdir. Rəhmətlik atam həmişə deyərdi ki, 

çəkilən zəhmət üz ağardar, zəhmətdən, əməkdən 

qorxmayın…» 

Nizami Xudiyev 1996-cı ilin sentyabr ayında Azərbaycan 

Dövlət Teleradio Verilişləri Şirkətinə sədr təyin olunur. Bu 

vaxt artıq o, ölkəmizdə və ondan kənarda görkəmli dilçi-alim, 

ictimai xadim, nüfuzlu ziyalı kimi tanınırdı. Lakin bu təyinat 

həm 40 yaşlı televiziyanın «ömrü»nə, həm də alimin özünün 

yeni araşdırmalarına, yeni uğurlarına təkan verir, ekran-

efirin problemlərinin həllini daha da tezləşdirir, bu mühüm 

ideoloji mərkəzə yenilik, təzə yaradıcılıq ab-havası gətirir. 

Özü bu vəzifəyə təyinatını belə yada salır: «…Heydər Əliyevin 

elmimizə, təhsilimizə, müəllimlərə, ziyalılara qayğısı hədsiz 

idi və bu qayğıdan mənə də pay düşüb. Xoşbəxtəm ki, 1996-cı 

ildə Heydər Əliyevin fərmanı ilə məsul dövlət vəzifəsinə – 

Dövlət Teleradio Verilişləri Şirkətinin sədri vəzifəsinə təyin 

olunmuşam, o dahi insanın xeyir-duasını almışam. Həmin 

günü ömrümün ən unudulmaz günü hesab edirəm. Əlbəttə, 

xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, dahi 

şəxsiyyət, müdrik insan, dünyanın siyasi elitasında çox yüksək 

mövqedə dayanan mərhum Prezidentimiz Heydər Əliyevin 

mənə göstərdiyi bu böyük etimaddan şərəf duyuram. Və elə o 

vaxt da yaxşı bilirdim ki, bu etimadı doğrultmalıyam. Başqa 

cür də ola bilməzdi. Heydər Əliyevin Azərbaycanı dünya 



 

21

ölkələri sırasına çıxarması, dövlətçiliyimizin  qorunmasındakı 



və möhkəmləndirilməsindəki əvəzsiz xidmətləri, 

respublikamızda yaratdığı sağlam mühit, elmə, təhsilə, 

mədəniyyətə

 

yüksək qiymət verməsi hər kəsi səfərbər 



etməliydi. Elə teleşirkətdə aparılan struktur dəyişikliyi, yeni, 

müasir texnoloji avadanlıqlar hesabına dünyanın hər 

guşəsində yayımlanan və az qala hər gün təkmilləşən, 

yeniləşən proqramlarımız bu məqsədə, bu amala xidmət edir». 

Həqiqətən də, Nizami Xudiyevin ideyası, məsləhəti, 

xeyir-duası ilə həyata keçirilən böyük telelayihələr, ekran-

efirə vəsiqə qazanan yeni-yeni verilişlər, radio və televiziyaya 

aid yazdığı son dərəcə sanballı kitablar, bir sıra irihəcmli 

teleproqramların və aktual mövzuda sənədli filmlərin 

ssenarisi onun bu etimadı ləyaqətlə doğrultduğunu sübut etdi. 

Nizami Xudiyev Teleradio Verilişləri Şirkətinə gəldiyi ilk 

gündən televiziya və radio verilişlərinin keyfiyyətinin 

yüksəldilməsinin, forma cəhətdən zənginləşməsinin qayğısına 

qaldı və buna nail oldu. Televiziya və radiomuzun beynəlxalq 

nüfuzunun artması, ekran və efir dilinin zənginləşməsi, 

saflaşması, verilişlərdə ədəbi dil normalarının gözlənilməsi, 

yüksək nitq mədəniyyəti tələblərinə əməl olunması da 

professor Nizami Xudiyevin adı və fəaliyyəti ilə bağlıdır. 

Ekran və efirdən çoxmilyonlu auditoriyaya yönəldilən 

«Xəbərlər», «Səhər», «Dialoq», «Ailələr, talelər», «Molla 

Nəsrəddin», «Türk abidələri», «Turan», «Axşamınız xeyir», 

«Respublika», «Şəbəkə», «Xudafərin» və digər verilişlər 

tamaşaçı və dinləyicilərin maraqla izlədikləri proqramlara 

çevrildi. 

Nizami Xudiyevin daha böyük xidmətlərindən biri də 

Dövlət Teleradio Verilişləri Şirkətində aparılan böyük 

quruculuq, abadlıq işləri, onun dünya standartlarına, müasir 

tələblərə uyğunlaşdırılması, son dövrün texniki nailiyyətlərini 




 

22

özündə əks etdirən avadanlıqlarla təminatına nail olması, 



yaradıcı və texniki işçilərin problemlərinin həlli istiqamətində 

həyata keçirdiyi müsbət və təqdirəlayiq işlər idi. Nizami 

Xudiyev televiziya və radionu həm də öz dəyərli, sanballı 

kitablarında işıqlandırdı, uzun illər ömürlərini radio və 

televiziyaya həsr etmiş insanların əməyini qiymətləndirdi, 

əmək haqları, qonorarlar artırıldı. Teleradio Verilişləri 

Şirkətinin çoxlu sayda əməkdaşı məhz onun diqqəti və 

təqdimatı ilə dövlət mükafatlarına, fəxri adlara, təqaüdlərə 

layiq görüldü. 

Dövlət Televiziya və Radiosu Azərbaycan həqiqətlərinin, 

dövlətimizin uğurlu daxili və xarici siyasətinin bütün dünyaya 

çatdırılmasında böyük rolu olan bir ideoloji mərkəzə çevrilib. 

Dövlət Televiziyasının verilişləri dünyaya yayımlanır. 

Azərbaycan radiosunun səsi planetimizin çox yerində eşidilir. 

Bu radionun efirindən xarici ölkələrə, ərəb, fars, türk, ingilis, 

alman, fransız, rus dillərində verilişlər yayımlanır. 

«Beynəlxalq Azərbaycan radiosu» gün ərzində 50 saata qədər 

veriliş yayır. Bu proqramlar müstəqil Azərbaycanın səsinə 

çevrilib. Bu verilişlərdə yayımlanan həqiqətlər uzaq 

Amerikada, Qərbi Avropada, Mərkəzi Asiyada, Yaxın Şərqdə, 

bir sözlə, uzaq ölkələrdə eşidilir. İndi sərhədlərimizdən 

uzaqda Azərbaycanın səsini eşidən ən azı iki milyonluq 

dinləyici auditoriyası var. Buna görə də radionu həm də 

respublikamızın xaricə açılan pəncərəsi hesab edən professor 

Nizami Xudiyev öz əsərlərində xalqımızın azadlıq 

mübarizəsini, dövlət quruculuğu sahəsindəki uğurları, 

cəmiyyətdə gedən demokratik dəyişiklikləri əks etdirən 

verilişlər, proqramlar haqqında da geniş söhbət açır. 

Qeyd etdiyimiz kimi, Nizami Xudiyev, həmçinin 

radioteleviziya ilə bağlı sanballı tədqiqat əsərləri də yazıb. 

Professorun Azərbaycan radiosunun 75, Azərbaycan 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə