Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə8/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   4   5   6   7   8   9   10   11   ...   202

 

23

televiziyasının 45 illiyi qarşısında çap etdirdiyi, böyük və ağır 



zəhmətin bəhrəsi olan sanballı «Radio, televiziya və ədəbi dil» 

adlı elmi-publisistik kitabı bu unikal sahənin ədəbi dil 

xəzinəsini kompleks elmi-tədqiqata cəlb etdi və bu toplu 

alimlər, mütəxəssislər dilçilər tərəfindən yüksək qiymətlən-

dirildi, Nizami Xudiyevin ekran, efir dili ilə bağlı apardığı fəal 

müşahidələrinin nəticəsi olan tədqiqat əsəri kimi 

dəyərləndirildi. Həm ekran və efir məhsullarından, həm onları 

yaradanlardan, həm də bu məhsulların yaradılması üçün əsas 

ifadə vasitəsi olan dildən söhbət açan bu kitabı professor 

Müseyib Məmmədov «dil mədəniyyətimizin bu sahədə olan 

boşluğunu doldurmaq üçün atılan mühüm bir addım» kimi 

qiymətləndirir. 

Professor Nizami Xudiyevin ssenarisi əsasında çəkilmiş 

və Azərbaycanın tarixinə, keçmişinə, zəngin maddi-mənəvi 

sərvətlərinə, habelə görkəmli şəxsiyyətlərinə, ziyalılarına, 

alimlərinə həsr olunmuş sənədli filmlər də tamaşaçıların 

böyük diqqət və marağına, rəğbətinə səbəb olmuşdur. Həsən 

bəy Zərdabi, Məmməd Araz, Cavad Heyət, İsmayıl Şıxlı, 

Məmmədhüseyn Təhmasib, Lətif Hüseynzadə haqqında 

sənədli filmlər, həmçinin dörd hissəli «Türk dünyası. Qitədən-

qitəyə», dörd hissəli «Türklər» filmləri yüksək məziyyətlərinə 

görə milli televiziyamızın qızıl fonduna daxil edilib. Alimin 

«Əbədiyyət ünvanı» adlı filmi Naxçıvan Muxtar 

Respublikasının 80 illiyinə həsr olunub. Bu film «Min illərin 

xatirəsi», «Heydər Əliyev və Naxçıvan» və «Yeni yüksəliş 

yollarında» adlı üç hissədən ibarətdir. Görkəmli alimlər, 

tanınmış jurnalist və publisistlər bütün bu filmlər haqqında 

müxtəlif mətbu orqanlarında geniş və maraqlı məqalələr çap 

etdirmiş, onları çox yüksək qiymətləndirmişlər. 

Hərtərəfli fəaliyyəti, elmi yaradıcılığı ilə diqqət 

mərkəzində olan professor Nizami Xudiyev həm də ölkənin 



 

24

ictimai-siyasi həyatında fəal iştirak edən ictimai xadim kimi 



tanınır. Müəllimlikdən rektorluğa qədər yüksələn Nizami 

Xudiyevin təcrübəsi, peşəkarlığı, qabiliyyəti, idarəçilik 

bacarığı universitet səviyyəsindən çıxıb respublika miqyasına 

sirayət etdikcə onun daha mötəbər məqamlarda yeri 

göründüyünü duyan xalq 1995-ci ildə və təkrarən 2000-ci ildə 

onu özünə elçi seçdi. O, iki dəfə dalbadal 2 saylı Şərur-Babək 

seçki dairəsindən, 3-cü dəfə 56 saylı Xaçmaz kənd seçki 

dairəsindən Milli Məclisə deputat seçildi və elə ictimai-siyasi 

fəaliyyətinin ilk dövrlərində də qanunvericilik sahəsində 

səriştəliliyini, dövlətçilik və vətəndaşlıq mövqeyini sübut etdi. 

Millət vəkili Nizami Xudiyev Milli Məclisdə dövlət 

quruculuğu, iqtisadi islahatlar, mədəniyyət və təhsil sahəsində 

qanun layihələrinin müzakirəsi zamanı tutarlı təklif və 

mülahizələri, işgüzar çıxışları ilə seçilir, fəal mövqeyi ilə 

yadda qalır. Təbii ki, Milli Məclisin üzvü olması Nizami 

Xudiyevin fəaliyyət imkanlarını daha da artırdı və qətiyyətli 

demək olar ki, o, bu gün ən fəal millət vəkillərindən biridir. 

Özünün və sözünün qiymətini bilən professor Nizami Xudiyev 

həmişə qanunların qəbul olunduğu həlledici məqamlarda 

obyektiv və qətiyyətli çıxışları ilə seçicilərin etimadını 

doğruldur. 

Professor Nizami Xudiyev ölkəmizin ən nüfuzlu partiyası 

olan Yeni Azərbaycan Partiyasının sadiq və layiqli 

üzvlərindən, onun ali orqanlarında (İdarə Heyətinin üzvü) 

təmsil olunan partiyadaşlarından biridir. Və böyük bir məktəb 

– Heydər Əliyev məktəbi keçdiyini, bu məktəbə sadiq qaldığını 

dəfələrlə sözdə deyil, əməli işdə təsdiqləyir. Özünü Heydər 

Əliyev liderlik məktəbinin məzunu hesab edən Nizami Xudiyev 

bu barədə belə deyir: «Xalqımızın böyük lideri, əvəzolunmaz 

şəxsiyyət, nəhəng siyasətçi Heydər Əlirza oğlu Əliyevin 

müasiri olmaq səadəti mənə də nəsib olub. Ağlım kəsəndən 



 

25

onun nümunəsi məni ahənrüba kimi özünə çəkib. Bu qüdrətli 



insanın ömür yolundan çox təsirlənmişəm. Onun ağlı, 

müdrikliyi, uzaqgörənliyi, fəaliyyəti, bütövlükdə həyatı hər kəs 

üçün nümunədir. Bu nümunədən görüb-götürməliyik, hər 

birimiz onun ibrətamiz həyat yolundan öyrənməliyik. Əlbəttə, 

onun müasiri olub, ondan öyrənməmək qeyri-mümkündür. 

Ondan öyrənməyin özü bir xoşbəxtlikdir. Mən bu gün fəxrlə 

deyirəm ki, Heydər Əliyev dövrünün yetirməsiyəm, onun 

zəmanəsinin övladıyam, onun liderlik məktəbində dərs 

almışam…» 

Nizami Xudiyev dövlət, hökumət və parlament 

nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə 

respublikamızı təmsil etmişdir. 

Bəli, elmdə, siyasətdə qazandığı uğurlar, mötəbər 

qurumda – Milli Məclisdəki fəaliyyəti, onun tribunasından 

ağıllı, cəsarətli, dərrakəli, məntiqli çıxışları, habelə dövlət, 

hökumət və parlament nümayəndə heyətlərinin tərkibində 

xarici ölkələrdə, nüfuzlu beynəlxalq təşkilatlarda Vətənimizi 

ləyaqətlə təmsil etməsi professor Nizami Xudiyevin hərtərəfli, 

çoxsahəli fəaliyyətindən xəbər verir. 

Görkəmli alim BDU nəzdində filologiya üzrə elmlər 

namizədi və elmlər doktoru alimlik dərəcəsi almaq üçün 

dissertasiyaların müdafiəsini keçirən Təhsil Nazirliyi və Milli 

Elmlər Akademiyasının Birləşmiş İxtisaslaşmış Şurasının üzvü 

(1997), Azərbaycan Ziyalılar Cəmiyyəti İdarə Heyətinin 

(1998), Jurnalistlər Birliyinin (1998) və Yazıçılar Birliyinin 

(1999) üzvüdür. 

Nizami Xudiyevin elmi-pedaqoji fəaliyyəti və yaradıcılıq 

uğurları bir sıra yüksək mükafatlara layiq görülüb: Ali 

Sovetin fəxri fərmanı (1981), «Araz» (1992), «Nailiyyət» 

(1995), «Akademik Yusif Məmmədəliyev adına medal və 

mükafat» (1996), «İnam» (1997), «Vətən» (1998), «Qızıl 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə