Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə2/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   2   3   4   5   6   7   8   9   ...   202

 

5

özümə məbəd saydığım bu məktəblər xalqımıza böyük 



şəxsiyyətlər, alimlər verib, ziyalılar bəxş edib. 

Naxçıvanın görkəmli dövlət adamlarından, nüfuzlu 

ziyalılarından, sayılıb-seçilən müəllimlərindən biri olan atası 

Mənaf Xudiyevin onun ədəbiyyatçı, dilçi olmasında, elm 

yolunu seçməsində böyük rolu olub. Atasının: «Ədəbiyyat bir 

dünyadır, əbədi bir yoldur. Söz sənəti ən qüdrətli sənətdir, 

çünki söz bu dünyada əbədi yadigar qalır. Amma bunun üçün 

çox oxumalısan, kitablarla dostluq etməlisən. Əsl ədəbiyyat 

mənsub olduğu xalqın görən gözü, eşidən qulağı, danışan dili, 

duyan qəlbi olmalıdır. Orxon-Yenisey daşlarında, «Dədə-

Qorqud» eposunda əbədiləşən, Nizami poemalarında, Nəsimi, 

Füzuli, Xətai qəzəllərində əlçatmaz zirvələr fəth edən 

Azərbaycan ədəbiyyatı milli-mənəvi dünyamızın əbədiyyət 

yoludur. Səhhətin, Sabirin, Mirzə Cəlilin, Səməd Vurğunun, 

Rəsul Rzanın, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, İslam 

Səfərlinin yaradıcılığı xəlqiliyi, vətəndaş qayəsi, amalı ilə bu 

əbədi yolun davamıdır. Bu yolun halal yolçusu olmaqdan 

şərəfli nə ola bilər!…Unutma, elmlə məşğul olanlar isə 

Allaha, Yaradana sarı yol gedirlər…» fikrini özünə həyat 

kredosu seçən Nizami Xudiyev elə taleyini də Azərbaycan 

sözünün taleyinə bağlayır. Görkəmli alimin valideynləri ilə 

bağlı xatirələri olduqca maraqlıdır. Onun atasına həsr etdiyi 

və bu günlərdə işıq üzü görmüş «Mənalı ömür yolu» kitabının 

səhifələrində, hər şeydən əvvəl, bir övlad kimi onu bu dünyaya 

bəxş edən, onun bioloji varlıqdan şəxsiyyətə ucalmaq yoluna 

işıq salan valideynləri haqqında ən əziz xatirələrini böyük 

səmimiyyətlə oxucularla bölüşür: «… Sadə bir ziyalı ailəsində 

doğulmuşam: atam müəllim olub, anam isə ailəsinə, ocağına 

möhkəm tellərlə bağlı olan, ailə-ər-uşaq qayğısı çəkən əsl 

Şərq qadını. Gözümü açanda əziz valideynlərimi görmüşəm 

başımın üstə. İlk duyduğum nəfəs də, ilk eşitdiyim səs də 



 

6

onlarınkı olub. Anamın ruhumu oxşayan nazlı laylaları, 



atamın xoş, nəvazişli pıçıltıları indi də yaddaşımdadır. Və 

bunlar səs yaddaşımın ən əziz, ən məhrəm səsləridir. Atamın 

öyüdləri qalıb yadımda, anamın əlinin istisi indi də 

mənimlədir. Onların üz cizgiləri, çöhrələrindəki riyasız 

məsumluq, təmizlik indi də gözümün önündədir… Tanrıya 

şükranlıq edirəm ki, atalı dünyamın bol-bol işığını, sevincini 

görmüşəm. Atamın gözlərindəki aydınlıq, sönməyən işıq 

ömrüm boyu mənə arxa, kömək, dayaq olub. O işıq əllərimdən 

tutub, yerimək öyrədib, beynimi, düşüncələrimi nura qərq 

edib, fikrimi formalaşdırıb. Atam həyatda ilk bələdçim, ilk 

məsləhətçim, ilk yolgöstərənim olub. O, mənə həyatı sevdirib, 

zəhmətə alışdırıb, xeyirxahlıq öyrədib. Hər şeyə görə atamın 

gözlərində gördüyüm o parlaq işığa borcluyam. Hər dəfə 

onun xəyalı ilə danışanda tez-tez işlətdiyi bir kəlamı 

xatırlayıram: «Özünüzü idarə edərkən ağlınızı, başqalarına 

rəhbərlik edərkən isə qəlbinizi eşidin». O, belə bir rəhbər işçi 

olub. İndi mən özüm illər keçəndən sonra da yeni bir işə 

başlayanda atamı xatırlayır, «belə məqamda o necə hərəkət 

edərdi?» deyə düşünürəm. Və bu düşüncələr məni yanlış 

addım atmaqdan qoruyur…» 

1966-cı ildə V. İ. Lenin adına APİ-nin (indiki ADPU-

nun) filologiya fakültəsinə daxil olan Nizami Xudiyev tələbəlik 

illərində də yaşıdları orasında seçdir, «Nizami Gəncəvi» 

təqaüdü ilə oxuyub, fakültə komsomol təşkilatının katibi 

vəzifəsində işləyir. 

Nizami Xudiyevin tələbəlik illəri ilə bağlı xatirələri də 

zəngindir. Alim öz tələbəlik illərini «mənim əziz illərim» 

adlandırır. Onun hələ 1970-ci ildə tələbə ikən «Gənc 

müəllim» qəzetində çap etdirdiyi «Pillələr» adlı məqaləsində 

oxuyuruq: «… 1966-cı ildə Cəlil Məmmədquluzadə adına 

Şahbuz qəsəbə orta məktəbini bitirib sənədlərimi V. İ. Lenin 



 

7

adına APİ-nin filoloji fakültəsinə təqdim etdim. Xoşbəxtlik 



nəsibim oldu. İnstituta daxil oldum. Tələbəlik həyatı məni öz 

qoynuna aldı. Qrup komsomol təşkilatının katibi seçildim. İlk 

semestr imtahanlarından müvəffəqiyyətlə çıxdım. Tələbəlik 

həyatımın birinci pilləsini əla qiymətlərlə başa çatdırdım. 

1968-ci il. Fakültə komsomol təşkilatının katibi seçildim. 

Bir tərəfdən dərslər, bir tərəfdən də ictimai iş daha səylə 

çalışmağımı tələb edirdi. Yuxusuz gecələrin, gərgin əməyin 

nəticəsi olaraq həyatımın ikinci pilləsini də əla qiymətlərlə 

başa çatdırdım. 

1969-cu.  Bu il həyatımda daha əlamətdardır. Nizami 

adına təqaüdə layiq görüldüm…» 

İndi illər keçəndən sonra da Nizami müəllim tələbəliyini 

unutmur, bu barədə söhbət düşəndə deyir: «Xatirələr o 

qədərdir ki, sonu görünmür, hər biri yaddaşımdan boylanır. O 

xatirələrdə daim oxumaq, öyrənmək istəyimiz də var, tələbə 

dostlarımla birgə sevincli günlərimizin sədası da, 

müəllimlərimizin həyat qədər dəyərli tövsiyələri də… 

Tələbəlik illərinin insanın həyatında mühüm rolu danılmazdır. 

O illər bizi elmə, biliklərə daha dərindən yiyələnmək üçün 

səfərbər etdi, dünyagörüşümüzü zənginləşdirdi, bizi həm də 

fəal ictimaiyyətçi, təşkilatçı kimi yetişdirdi. O illərdə gözəl 

alimlərdən dərs aldıq, öyrəndik. Tələbəlik illəri mənim 

nəzərimdə, həm də yaxşı dostlar deməkdir. Mən o illərdə 

çoxlu dost qazandım. Bunu xüsusi vurğulamaqda məqsədim 

var… Mən instituta qəbul olandan sonra atam tez-tez Bakıya 

gələr, müəllimlərimlə, dostlarımla görüşərdi. Xüsusilə də 

kimlərlə dostluq etməyim onun üçün çox önəmli idi. 

Dostlarımla yaxın tanışlıqdan sonra rahatlıq tapar, arxayın 

olardı. Deyərdi ki, gərək dostunu tanıyasan, dostunu 

tanımayan adamın heç özü də tanınmağa layiq deyil. Onu da 

deyərdi ki, əgər insanın özünə inandığı qədər inana biləcəyi 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə