Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə4/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   2   3   4   5   6   7   8   9   ...   202

 

11

yaşlı, tarix yaddaşlı əlçatmaz bir varlıq, Azərbaycan dilçilik 



elminin canlı klassiki, əfsanəvi ustadı kimi baxırdıq. O, qeyri-

adi elmi nəzəri fikirləri, analitik məntiqi, çox halda ciddi elmi 

təfəkkür tərzi ilə bizi valeh edir, ovsunlayır, heyrətləndirir, 

daxilən ucaldırdı. Professor Əbdüləzəl Dəmirçizadə hələ 

tələbəlik illərimizdə, yəni öz sağlığında, diri ikən qəlbimizdə 

heykəlləşmişdi. Öz rəftarı, geyimi, danışıq tərzi, münasibəti, 

ciddiliyi, elmi fədakarlığı, prinsipial, dəyişməz elmi mövqeyi 

ilə «professor» obrazı yaratmışdı və o zaman, elə indinin 

özündə də Azərbaycan dilçilik mühitində «professor» deyəndə 

hamı bilir ki, söhbət Əbdüləzəl Dəmirçizadədən gedir. Söhbət 

elə bir alimdən, elmi fikir nəhəngindən gedir ki, o, bütün 

yaradıcı ömrünü, misilsiz alim taleyini Azərbaycan dilçiliyinin 

inkişafına, tərəqqisinə həsr etmişdi». 

Professor Nizami Xudiyev ictimai-pedaqoji fəaliyyətlə 

yanaşı, həm də daim türkdilli respublikalarda səfərlərdə olur, 

maraqlı elmi araşdırmaları də qəzet və jurnallarda mütəmadi 

çıxışlar edirdi. O vaxt üçün bir növ cəsarət timsalı sayılan bir 

sıra ümumtürk mətnlərinin, daş yazılı abidələrin, ortaq ədəbi 

mənbələrin haqqında geniş auditoriyalarda, mətbuatda 

çıxışlar edir, maraqla elmi mülahizələr söyləyirdi. Bu 

uğurlara isə hamıdan çox onu elm yoluna istiqamətləndirən 

atası Mənaf Xudiyev və bir də Azərbaycan dilçilik elminin 

ağsaqqalı professor Ə. Dəmirçizadə sevinirdi. Böyük alim öz 

yetirməsinin uğurlarını yüksək qiymətləndirərək, mötəbər 

toplantılarda onun haqqında ağızdolusu, həm də iftixarla 

danışırdı. Gənc alimin sonrakı uğurları sübut edir ki, bu işıqlı 

zəka sahibi Nizami Xudiyev haqqında danışarkən, ilk növbədə, 

dilimizin, xüsusilə özünə daha doğma olan ədəbi dil tarixi və 

müasir dil proseslərinin tədqiqi sahəsində layiqli, istedadlı, ən 

başlıcası, elmi perspektivinə inandığı varisi haqqında söhbət 

açırmış. Yüzlərlə gənc tədqiqatçıya xeyir-dua verən böyük 



 

12

alimin bu inamı tezliklə doğruldu. Nizami Xudiyev öz sələfinə 



layiq alim kimi yetişdi. 

Az zamanda o, həm də türkoloq alim kimi məşhurlaşdı. 

Vətənimizdə və digər ölkələrdə, o cümlədən Moskva, Nalçik, 

Bişkek, Ufa, Aşqabad, Daşkənd, Gülüstan, Alma-Ata, Ankara, 

İstanbul, İzmir, Adana, Konya və başqa şəhərlərdə keçirilən 

elmi konfrans, türkoloji qurultay və beynəlxalq 

simpoziumların nümayəndəsi olan Nizami Xudiyev bu mötəbər 

toplantılarda sanballı elmi məruzələrlə çıxış edərək 

türkologiya sahəsində tədqiqatları ilə dünya alimlərinin 

diqqətini cəlb etdi. Və artıq elmi ictimaiyyət onu həm də bu 

sahədə öz sözünü demiş türkoloq alim kimi tanıyır. 

Beləliklə, Nizami Xudiyev 1978-ci ildə namizədlik, 1990-

cı ildə doktorluq dissertasiyaları müdafiə edir. özünün dediyi 

kimi, vəzifələr də özü gəlib onu tapır. ADPU-da müxtəlif 

məsul vəzifələrdə çalışır. 1979-1991-ci illərdə Azərbaycan 

Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitə-

sinin sədri, 1991-1994-cü illərdə birinci prorektor, 1994-

1996-cı illərdə rektor olur. Özünü dərin elmi təfəkkürlü alim, 

yüksək təşkilatçılıq bacarığına malik rəhbər işçi kimi göstərir. 

Alimin davamlı axtarışları, gərgin çalışmaları elmi 

fəaliyyətində xüsusilə qabarıq nəzərə çarpır. Azərbaycan 

dilçilik elminin inkişafında professor Nizami Xudiyevin 

xidmətləri danılmazdır. İndi görkəmli alim 50-yə yaxın 

monoqrafiya, dərslik və dərs vəsaitinin, 40-dan artıq sənədli 

televiziya filminin ssenarisinin müəllifidir. O, həmçinin 2-ci 

sinif üçün «Azərbaycan dili» və «Oxu», 4-cü sinif üçün 

«Azərbaycan dili», 5-ci sinif üçün «Azərbaycan dili», 10-11-ci 

siniflər üçün «Azərbaycan dili», rus məktəblərinin 10-cu sinfi 

üçün «Azərbaycan dili», kar uşaqlar üçün «Ana dili» (4-cü 

sinif) və «Azərbaycan dili» (5-ci sinif) dərsliklərinin 

müəlliflərindən biridir. 



 

13

Gərgin elmi araşdırmaların məhsulu olan «Azərbaycan 



ədəbi dilinin təşəkkülü», «Tərcümə ədəbiyyatı və ədəbi 

dilimiz», «Azərbaycan ədəbi dilinin tarixi», «Azərbaycan 

ədəbi dilinin sovet dövrü», «Heydər Əliyev və Azərbaycan 

dili», «Yazıçı dili və üslubu», «Radio, televiziya və ədəbi dil», 

«Xalqın tarixi haqqı: dilimiz, varlığımız», «Xalq və dövlət 

naminə», «Zamanın axarı ilə» və digər fundamental əsərləri 

Nizami Xudiyevin Azərbaycan dilçilik elminə sanballı 

töhfəsidir və müəllifinə, sözün həqiqi mənasında, böyük şöhrət 

gətirib. 

Alimin 1995-ci ildə çap olunan «Azərbaycan ədəbi dili 

tarixi» kitabını Azərbaycan xalqının qədim tarixini heç bir 

süni konsepsiyaya əsaslanmadan tarixi-elmi, linqvistik, 

materialların işığında obyektiv şərh edən kitab saymaq olar. 

Bu əsərdə alim yeni mənbələrə əsaslanaraq Azərbaycan ədəbi 

dilinin çoxəsrlik tarixi və inkişaf dövrlərini təhlil edir. Kitabda 

Maday və Alban dövrünü səciyyələndirən saysız elmi, 

linqvistik faktlar ölkəmizin ərazisində çox qədim dövrlərdən 

türk tayfalarının mövcud olduğunu təsdiq edir. Kitabdakı 

tədqiqat ona görə uğurludur ki, burada mühafizəkarlığa qarşı 

cəsarətli etiraz var. Müəllif yazır: «… sovet tarixşünaslığında 

belə bir ənənə formalaşmışdı ki, guya türklər Azərbaycan 

ərazisinə sonralar, yəni III-IV əsrlərdən IX-XI əsrlərə qədərki 

dövrdə müxtəlif mərhələlərlə gəlmişlər. Belə mülahizələr 

Azərbaycan xalqının və dilinin tarixini tamamilə təhrif edir. 

Sovet dövründə, xüsusilə 30-cu illərdən etibarən Qafqaz 

bütünlükdə türklərdən «alınıb» qeyri-türklərə (Qafqaz 

dillilərə, hind-Avropa və ümumiyyətlə, kimliyi bilinməyən, 

«qeyri-türk dillilərə») verildi». Alim doğru olaraq qeyd edir 

ki, elə bu minvalla da Azərbaycan xalqının və Azərbaycan 

dilinin tarixi faktlar əsasında yox, hakim ideologiya əsasında 

şərh edilirdi. Müəllif bu cür zəruri qeydləri ilə yanaşı, kitabda 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə