Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə202/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   194   195   196   197   198   199   200   201   202

 

712


formalaşanadək qalır. XI əsrdə Qaraxanlılar 

hakimiyyəti zəifləyir və müstəqilliklərini itirirlər. 

Bu zaman güclənən oğuz qəbilələri, o cümlədən 

türkmənlər qaraxanlılar dövlətini özlərinə tabe 

etdirirlər. 

XI əsrdə oğuz qəbilələrindən olan səlcuqlar 

hərəkatı başlayır. XII əsrdə səlcuqlar cənuba və 

qərbə yayılaraq, Kiçik Asiyanı özlərinə tabe edib 

Türkiyənin əsasını qoyurlar. 

MƏTN: – Bu dövrdə məşhur türk səlcuq 

dövlətindən başqa Əfqanıstanda hakimiyyəti 969-

1187-ci illəri əhatə edən Yeminilər-Qəznəvilər 

dövlətini də misal göstərmək olar. Bu dövlət 

Qəznəli Mahmudun vaxtında – 997-1030-cu 

illərdə daha da məşhurlaşmış, Hindistanı, 

Xarəzmi, Əfqanıstanı, İranı islamlaşdıra bilmişdi. 

XI əsrdə qıpçaqların şərqdən cənubi rus 

çöllərinə doğru hərəkatı başlayır. Qıpçaqlar 

tərəfındən darmadağın edilmiş peçeneklərin bir 

hissəsi daha da qərbə qovulur və macarlar 

tərəfindən assimilyasiya uğrayır, bir hissəsi isə 

qıpçaqlara qarışır. Qıpçaq dövləti böyük bir 

sahəni tutur. Bura müasir Qazaxıstanın cənub-

qərb hissəsi, Krımın düzənlik sahəsi, Volqa və 

Don çaylarının aşağı hissələri daxil olur. 

Monqol qəbilələrinin fəallığı X əsrdə 

başlayır. Monqol qəbilələrindən olan kitaylar 

Şimali Çini öz təsirləri altına alırlar, oğuzları 

sıxışdırırlar. Monqolların hücumu ilə Orta Asiya 

və Şərqi Avropa xalqlarının tarixində dəyişik bir 

mərhələ başladı. Monqol hökmranlığı zamanında 

bir-birinin ardınca bir neçə dövlət əmələ gəldi. 




 

713


Qərb və cənubi-qərbdə monqol istilasından 

sonra yaranan qüvvətli dövlət – Çığatay dövləti 

Qızıl Orda, XIV əsrin sonlarında isə Teymurilər 

dövləti olmuşdur. XV əsrdə Qızıl Orda üç 

müstəqil xanlığa: 1420-ci ildə Krım, 1433-cü ildə 

Kazan və 1466-cı ildə Həştərxan xanlıqlarına 

parçalanır. Qızıl Ordanın da, xanlıqların da rəsmi 

dövlət dili türk dili idi. Orta epoxada müasir türk 

dilləri diferensiallaşır: qərbdə bulqarlar, xəzərlər, 

yakutlar, xakaslar və kırğızlar… 

 

NİZAMİ XUDİYEV: – X-XV əsrlərdə qıpçaq ümumi 



dili iki qrupa bölünür: birinci qıpçaq-bulqar 

qrupudur ki, bundan XV əsrdə tatar və başqırd 

dilləri təşəkkül tapmışdır. İkinci qıpçaq qrupu 

monqol dövründə iki yarımqrupa bölünür. Qıpçaq 

poloves yarımqrupu – buna poloves dili və daha 

sonralar karaim dili, kumuk dili, qaraçay-balkar 

dili daxil idi. Digər qıpçaq-noqay yarımqrupuna 

isə noqay dili, kazax dili, karakalpak dili və özbək 

dilinin qıpçaq dialekti daxil idi. 

Oğuz qrupu dillərinin XV əsrdə üç qolu 

olmuşdur. Oğuz-bulqar, oğuz-səlcuq və karluk-

uyğur dilləri. 

Orta türk epoxasında bu dillərin yayıldığı 

geniş coğrafi məkan, tarixi yerlər az qala 

hüdudsuz idi. Baburun hökmranlığı illərində 

1526-1558-ci illərdə Hindistanda yaradılan türk 

imperatorluğu… Teymurləngin yaratdığı dövlətin 

Baburun vaxtında 1504-cü ildə özbək Şeybani 

xan tərəfindən işğal olunması ilə əvvəlcə 

Səmərqənd və Kunya-Urqenc dövlətlərinə, sonra 




 

714


isə Buxara, Xavə və Kokand xanlıqlarına 

parçalanması… Bu inzibati birliklərdə toplanan 

xalqlar qərbdə oğuz-karluk-qıpçaq, şərqdə qırğız-

qıpçaq, xakas, yakut Tuva dil qruplarının 

nümayəndələri idilər. Məhz buna görə də orta türk 

dövründə yaranan abidələrdə bu dil qruplarının 

elementləri öz əksini tapa bilmişdir. 

Onu da qeyd etmək lazımdır ki, monqol 

istilası monqollardan daha çox türkdilli xalqların 

taleyinə təsir etmiş, onların, yəni monqolların 

yaratdığı dövlətin dili tədricən türk dili olmağa 

başlamışdı. 

IX-XIII əsrlərdə Misirdə, Suriyada, 

Hindistanda yaranmış türk dövlətləri, eləcə də 

Xarəzmşahlar, 1380-1469-cu illərin Qaraqoyun-

lular və 1350-1502-ci illərin Ağqoyunlular döv-

lətləri də Orta türk epoxasında yaranan dövlətlər, 

imperatorluqlar idi. Orta türk epoxasının onlarla 

yazılı abidələri günümüzə yetişmiş, türkün 

əzəmətli tarixinə şərəfşan gətirmiş, dünyanın 

mədəni sərvəti elan edilmişdir. 

Haqqında dəfələrlə söz açdığımız Mahmud 

Kaşğarlının «Divani-lüğət-it-türk»ü, Yusif 

Balasaqunlunun «Kutat-qu-bilik»i, Əbu Həyyan 

əl Qarnatinin «Kitabül-əl idrakli-lisanül əl ətrak»ı, 

«Dədə Qorqud» dastanları, Əlinin «Qisseyi-

Yusif» əsəri, «Dastani-Əhməd Hərami», Əhməd 

Yasəvinin «Divani-Hikmət»i, Seyfi Sarayinin 

«Gülüstan» əsəri bu böyük xəzinədən bir hissədir. 

Qarşıda türk dillərinin tarixi, yeni türk dilləri 

epoxası ilə bağlı söhbətimiz olacaq. Hələliksə, 

qədim türklərin adət-ənənəsini, tarixi yaşantılarını 




 

715


göstərən süjetlə türk adını ilk dəfə dövlət adına 

ucaldan Göytürklərin zamanına səyahət edəcəyik. 

Böyük türkün uzaq yaddaşından kiçik bir soraq 

verəcəyik. 

 

Qədim türklərin adət-ənənəsi, dövlət qurumu, döyüş 



səhnələrindən görüntülər. 

 

MƏTN: – Göytürklərin adət-ənənəsi, dövlət quruluşu, 



mədəniyyəti, dini haqqında Orxon-Yenisey 

abidələrindən, eləcə də Çin mənbələrindən 

müəyyən qədər məlumat almaq mümkündür. 

Göytürk xanədanında oturan şəxs kağan 

«xaqan», onun arvadı katun «xatun» adlanır. Döv-

lətin idarəsi iki qola bölünür: dövlətin qərb buda-

ğını idarə edən adam yabğu, şərq budağını idarə 

edən adam şad adlanır. Xaqanın oğulları şahza-

dələr tikin adlanır. Xaqandan sonra ən böyük 

rütbə xan sayılır. Orxon-Yenisey abidələrində 

xanlar barədə az danışılsa da, bəylər haqqında 

çoxlu məlumat vardır. Abidələrdə bəzən bəylərə 

xaqan adı verilməsi haqqında fikirlərə də təsadüf 

edilir: Bars bəg erti, kağan at bunta biz birtimiz – 

Bars bəy idi, xaqan adını da burada biz verdik… 

Ən yüksək hərbi dərəcə çor adlanırdı, ondan kiçik 

olan hərbi rütbə sənün, yəni general adlanırdı. 

Türklərin qədim dini haqqında VI əsrin 70-

80-ci illərində tərtib edilmiş «Veyşu» və VII əsrin 

əvvəllərində hazırlanmış «Siyşu» adlı 

salnamələrdə məlumat verilir. 

Türklər göyləri tenri adlandırıb onu 

müqəddəs sayırdılar. Yer – sub, su – ıduk idi. 



 

716


Qədim türklərdə ailənin rifahım və uşaqları 

himayə edən ilahə Umay adlanırdı. Türklərin 

fikrincə adam öləndən sonra onun həyatı o biri 

dünyada davam edir, buna görə də adam öləndə 

onun haqqında öldü yox, yça bardı (uçaraq getdi) 

ifadəsini işlədirdilər. 

Onlar əcdadlarının ruhunu müqəddəs 

sayırdılar. Türklər ilin müəyyən günlərində bu 

saydığımız müqəddəslərə qurban kəsirdilər: 

qurbanlıq ya qoyun, ya da at olurdu. 

Adətən bol sulu otlaq yerlərdə məskən 

salardılar, çünki belə yerlərdə həm ov heyvanları 

çoxdu, həm də öz sürü və ilxılarını rahat otarmaq 

mümkün idi. Ovçuluq və maldarlıqla yanaşı, 

qədim türklər əkinçiliklə də məşğul olurdular. 

Qədim türk üçün əsas peşə müharibə idi, silahları 

yay, ox, qılınc, zirehli geyim. 

Təkcə Orxon-Yenisey abidələri deyil, bütün 

dillərdə yazılmış qaynaqlar türklərin cəsur və igid 

olduğunu göstərir. Namus qədim türklərdə çox 

müqəddəs tutulurdu. Ruhu ölməz sayır, ölümdən 

sonrakı o dünya həyatına inanırdılar. Buna görə 

də meyitin o dünyadakı həyatını yüngülləşdirmək 

üçün sağlığında istifadə etdiyi əşyalardan ətrafına 

düzərdilər. 

Çin, Bizans, İran və ərəb mənbələrinə görə 

qədim türklər yüksək mədəniyyətə malik idi. Hələ 

563-cü ildə Qərbi Türk xaqanlığından Bizansa 

elçi göndərilmişdi. Mənbələrin yazdığına görə 

568-ci ildə Bizans elçiləri Zemarxın başçılığı ilə 

Qərbi Türk xaqanlığına göndərilir. Bu elçiliyin 

hesabatında yazılır ki, türk xaqanları qızıldan 




 

717


düzəldilmiş taxt üzərində oturarmışlar, xaqanın 

çadırı rəngarəng xalılarla bəzədilərmiş. 

Orxon-Yenisey abidələri və onların 

yerləşdiyi ərazidə aparılan arxeoloji qazıntılar 

göstərir ki, V-VIII əsrlərdə türklər dünya əhəmiy-

yətli yüksək sənət və mədəniyyət nümunələri 

yaratmışlar. Onlar Çin, Orta Asiya, İran və Şərqi 

Avropa ölkələrinə də təsir göstərmiş, bir sıra sənət 

və istehsalat sahələri məhz türklərdən – bu 

ərazilərdən dünyaya yayılmışdı. Yəhər, bəzək 

əşyaları, hərbi ləvazimat, geyimlər, ilin təqvimi, 

məhz qədim türklərin, ulu əcdadlarımızın 

dünyaya bəxş etdiyi yeniliklər idi. 

 

NİZAMİ XUDİYEV: – Yeni türk dilləri epoxası bütün 



müasir türk xalqlarının və türk dillərinin tamamilə 

təşəkkülü ilə xarakterizə olunur. Qərbdə bu 

dövrdə çuvaş tayfa-qəbilə birləşmələrinin vahid 

çuvaş xalqına çevrilməsi baş verir. Qıpçaq-bulqar 

qəbilələri iki böyük xalqı – tatar və başqırdları 

araya gətirirlər. Bundan əvvəlki epoxada qıpçaq-

poloves qrupundan qıpçaq-noqay ittifaqı yaranır, 

bu da XV əsrdə qazax və noqay xalqlarına ayrılır. 

Noqay xalqı da XVI əsrdə noqay və 

karakalpaqlara bölünür. Qıpçaq-poloves qrupu 

karaimlərə, kumıklara, qaraçaylara, balkarlara, 

krım tatarlarına ayrılır. Bu xalqların dili artıq öz 

mimsir xüsusiyyətlərini, xarakterini kəsb edir. 

XV-XX əsrdə karluk birliyindən tədricən iki xalq 

– özbəklər və uyğurlar – yeni uyğur dilində 

danışanlar əmələ gəlir. Bu epoxada şərqdə də türk 

qəbilələri və dillərinin təşəkkülü prosesi gedir. 



 

718


Dilləri təşəkkül etməyə başlayan xalqlar üç əsas 

dil ümumiliyində formalaşır: 

1. Uyğur-tukyu ümumiliyi. Bundan qədim 

uyğur və qədim oğuz dillərindən başqa tuvin və 

karakas dilləri ayrılır. 

2. Yakut dili. 

3. Xakas ümumiliyi. Bundan müasir xakas 

dilinin dialekti, şor dili, altay dilinin şimal dialekti 

yaranır. 

Nəhayət, qırğız-qıpçaq qrupu dillərinə 

qədim qırğız dili, sonralar qırğız dili və altay 

dilinin cənub dialekti daxil olur. 

Oğuz tayfaları qədim səlcuq, qədim türkmən 

və qədim bulqar tayfaları əsasında bir neçə qədim 

və müasir dilin yaranması ilə şərtlənir: qədim 

Azərbaycan, qədim Osmanlı, qədim türkmən, 

Azərbaycan, türk, türkmən və qaqauz dilləri. 

Cağatay, Xaqaniyyə türkcəsi əsasında karluq və 

uyğur tayfa birliklərindən özbək, yeni uyğur 

dilləri, eləcə də sarı uyğur və salar dilləri 

meydana gəlir. Ümumiyyətlə, türk dillərinin 

tarixində yeni türk dövrü XV-XX əsrləri əhatə 

edir. Dünyadakı dil ailələri içərisində türk dilləri 

bir-birinə ən yaxın olan dillərdəndir. Türk sistemli 

dillər lüğət fondunun və qrammatik quruluşlarının 

ümumiliyi ilə səciyyələnən, məhz elə bu 

xüsusiyyətlərə görə əsrlər boyu öz mənliyini 

qoruyub saxlayan, tarixin bir-biri ilə qohum olan, 

bir kökdən, bir əsasdan boy verən dillər qrupudur. 

 

NİZAMİ XUDİYEV: – Türk xalqlarının qədim tarixini, 



dövlətçilik ənənələrini, kimliyini yaşadan, adət-


 

719


ənənəsinin, mənəvi dəyərlərinin kökündə dayanan 

qədim türk tayfaları… Saka türkləri, hunlar, 

tukyular, göytürklər, on oğuzlar, doqquz oğuzlar 

bu gün heç yerdə ayrıca xalq kimi təmsil 

olunmurlar. Onlar tarixin müxtəlif aşırımlarında 

öz missiyalarını yerinə yetirib, müasir türk 

xalqlarının içərisində ərimiş, bir hissəsi isə başqa 

ad altında yenidən tarix səhnəsinə çıxmışdır: Hun-

oğuz-türk-türkmən keçidlərində olduğu kimi. Ona 

görə müasir türk xalqlarından hər biri – 

böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, 

əski çağlarda yaranan mədəni abidələrdən özünə 

pay götürə bilər. Çünki türk-osmanlı, özbək, 

qırğız, Azərbaycan, qazax, türkmən, qaqauz, tatar, 

çuvaş, noqay və digər türksoylu xalqların 

soykökündə eyni bir sak, hun, göytürk, uyğur, 

qıpçaq, peçenek tayfalarının olduğu şübhəsizdir. 

Türkün dünya tarixində rolunu azaltmaq 

məqsədilə, yaratdığı qədim sənət nümunələrini 

gözdən salmağa, ya da dil faktoruna görə başqa-

başqa xalqların adına çıxmağa təşəbbüs edənlər 

uzun illər niyyətlərinə nail ola bilmədilər. Türk 

özünə, kimliyinə döndü. Ulu babalarının al qanı 

ilə yaradılmış tarixini bir də səhifələdi. Mənəvi 

dəyərlərini yada saldı, yurd yerlərinə baş çəkdi. 

Bu silinməz izlər, bu möhtəşəm tarix, bu ulu 

dünya hər birimizindir, hər bir türk övladınındır. 

«Qazax, qırğız, uyğur, tatar, azəri bir soydu», – 

deyən çox məşhur bir deyimdə olduğu kimi. 

 

SON 



2006 


 

720


MÜNDƏRİCAT 

 

 



 

Görkəmli alim, ləyaqətli ziyalı ......................................................... 3 

Müəllifdən ...................................................................................... 32 

 

MƏQALƏLƏR, MÜSAHİBƏLƏR 



 

Müasir Azərbaycanın qurucusu ...................................................... 36 

Böyük yolun davamçısı .................................................................. 51 

Şah İsmayıl Xətai və Azərbaycan dili ............................................ 64 

«Xudafərin» mənəvi körpüyə çevrilir ............................................ 77 

Cavad Heyət dünyası ...................................................................... 82 

«Qarabağın keçdiyi tarixi yol» (S. Sərdarniyanin tarixi 

düşüncələrinə münasibət) ............................................................... 95 

Radio və televiziyanın əlifbası proqramlaşdırmadan başlayır ..... 106 

Radio və televiziyanın informasiya tarixindən ............................. 113 

Tarixin səsli salnaməsi ................................................................. 121 

Radio və musiqi ............................................................................ 136 

Teleradiomuz maarifçilik işığında ............................................... 146 

50 il mədəniyyətin keşiyində ........................................................ 153 

Xalq yaradıcılığı ənənələrinin televiziyada işıqlandırılması ........ 162 

Azərbaycan teleradiosunun musiqi kollektivləri .......................... 169 

Dövlətçilik, millilik, müasirlik ..................................................... 175 

Günümüzün ekran salnaməsi ....................................................... 187 

Yeni əsrin televiziyası .................................................................. 200 

 



 

721


 

RƏYLƏR 


 

Müstəqil Azərbaycan dövlətinin yaranması və 

möhkəmləndirilməsində Heydər Əliyevin rolu ............................ 213 

Azərbaycan dilində morfoloji norma ........................................... 218 

Çağdaş türk şeirinin poetikası ...................................................... 222 

Orxon-Yenisey abidələri və Azərbaycan dili (leksika) ................ 225 

Müasir türk dilində ara sözlər və söz birləşmələri ....................... 234 

Azərbaycanda təhsil alan türkiyəli tələbələrin dil 

problemləri ................................................................................... 240 

 

 



ÇIXIŞLAR 

 

Doktor Cavad heyətin Bakıda AMEA-da keçirilən 80 illik 



yubiley mərasimində çıxışı ........................................................... 246 

Əziz müəllimimiz ......................................................................... 251 

Birinci, ikinci, üçüncü çağırış Azərbaycan Respublikası 

Milli Məclisinin iclaslarından bəzi çıxışlar .................................. 252 

 

 

SSENARİLƏR 



 

Tarixi hünər 

(«Əsrin müqaviləsi»nin 10 illiyinə həsr olunur) ..... 477 

Xilaskar (

III film) ......................................................................... 485 

Xilaskar (

IV film) .......................................................................... 512 

Möhtəşəm türk (İ.Doğramacı – 90) (

I film) .................................. 538 

Möhtəşəm türk (İ.Doğramacı – 90) (

II film) ................................ 549 

Türkün zəfər dastanı (Çanaqqala) ................................................ 558 

Naxçıvan. Azadlığın addımları (

I film) ........................................ 576 

Naxçıvan. Azadlığın addımları (

II film) ....................................... 589 

Naxçıvan. Azadlığın addımları (

III film) ...................................... 599 




 

722


Türk fatehləri Əmir Teymur və İldırım Bəyazit ........................... 628 

Çaldırana aparan yol ..................................................................... 652 

Gündoğandan günbatana… Qədim türklər… (

I film) .................. 674 

Gündoğandan günbatana… Qədim və                                   

yeni türklər (II film)… ................................................................. 700 

 



 

723


 

 

 



 

 

 



 

 

 



N. M. XUDİYEV 

 

ЗАМАНЫН АХАРЫ ИЛЯ 



(V cild) I hissə 


 

724


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

«Åëì âÿ Òÿùñèë» няшриййатынын  äèðåêòîðó: 



ïðîôåññîð Íàäèð ÌßÌÌßÄËÈ 

 

Êîìïöòåð äèçàéíåðè: Zahid Məmmədov 



Техники редактор: Рювшаня Низамигызы 

 

Éûüûëìàüà âåðèëìèø 25.04.2013 



×àïà èìçàëàíìûø 04.05.2013 

Øÿðòè ÷àï âÿðÿãè 45,2. Ñèôàðèø ¹ 179 

Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500 

 

Êèòàá «Åëì âÿ Òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà 



ìöÿññèñÿñèíäÿ ùàçûð äèàïîçèòèâëÿðäÿí ÷àï îëóíìóøäóð. 

E-mail: 


elm_ve_tehsil@box.az

 

Òåë: 497-16-32; 050-311-41-89 



Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4. 

 

 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə