Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə197/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   194   195   196   197   198   199   200   201   202

 

691


qədər işarəsini artıq açmışdı. 1899-cu ildə P. 

Melioranski «Kül Tekin şərəfinə abidə» kitabını 

nəşr etdirir. 1891-ci ildə N. Yadrintsev «Ongin 

abidəsi»ni kəşf edir. Altı il sonra Orxon çayının 

qolu Talas çayının sahilində Tonyukuk şərəfinə 

qoyulmuş abidə aşkarlanır. 1896-1897-ci illərdə 

Semireçyedə qədim türk Orxon-Yenisey əlifbası 

ilə yazılmış daha yeni bir kəşf edilir. 

Bütün bu söylədiklərimiz tədqiqatçıların 

apardığı böyük işlər, qədim türk tarixini, daha çox 

onun yazılı abidələrinin aşkarlanmasında atılan 

ilkin uğurlu addımları idi. İkinci belə tapıntıların 

yüksəliş dövrü 1909-cu ildə Ratstedtin 

Monqolustana ekspedisiyası zamanı Süci və 

Selenqa çayı sahillərində tapılmış qədim türk 

abidələridir. Bu abidələr uyğur sülaləsinin birinci 

xaqanı Moyon Çorun şərəfinə ucaldılmışdır. 

Dilçilik baxımından da bu abidələr böyük 

əhəmiyyət daşıyırdı. Özlərini türk, göytürk, oğuz 

adlandıran qəbilələrin dili ilə uyğur qəbilələrinin 

arasındakı uyğunluqları, müəyyən qədər fərqləri 

də bu abidələrdən araşdırmaq mümkündür. 

E. Bloşenin fikrinə görə, runik yazılarını 

qədim türklər əcdadları hunlardan almışlar. A. 

Aristovun fikrinə görə runik yazılar qədim 

türklərdə işlənən damğalardan əmələ gəlmişdir. 

H. N. Orkun da bu fikri təsdiq edir. Doğurdan da 

bəzi hərflərin damğaya oxşarlıqları vardır. Orxon-

Yenisey yazılarının əlifbası hərflərin vahid 

sistemini təşkil edir. Orxon yazılarında hərflərin 

Yenisey yazılarından fərqi ancaq üslubi 

cəhətdəndir. Yenisey yazılarında hərflərdə daha 




 

692


qədim xüsusiyyətlər özünü göstərir. 

Orxon-Yenisey abidələrinin lüğət tərkibi V-

VIII əsrlər üçün zəngindir. Burada qəbilə və xalq 

həyatının müxtəlif sahələrinə aid sözlər vardır. Bu 

materialların leksik tərkibindən aydın olur ki, 

Orxon-Yenisey abidələrinin dilində nitq hissələri 

artıq formalaşmışdır. Abidələrin lüğət tərkibində 

başqa dillərin sözləri azdır, tək-tək Çin sözləri 

vardır. Məsələn: kunçuy (şahzadə), çıntan (sandal 

ağacı)… 


Əgər Orxon-Yenisey abidələrinin lüğət 

tərkibini müasir Azərbaycan dilinin lüğət tərkibi 

ilə müqayisə etsək, tutuşdursaq, lüğət tərkibindəki 

sözləri 4 qrupa bölmək olar. Birincisi, məna və 

fonetik tərkibcə müasir Azərbaycan dilindəki 

sözlərə tam uyğun olan sözlər: ay, al, ara, at, ata, 

aş, bəla, baş, bel, bil, bu, buyur, kelin, keyik, gün, 

gög, gör, altun, yol, arık. 

İkincisi, fonetik cəhətdən fərqli olan sözlər: 

ab-ov, adak-ayak, yat-yad, uya-yuva, eder-

yəhər…  Üçüncüsü, müasir Azərbaycan dilində 

işlənməyən, arxaik hesab olunan sözlər: ün-səs, 

ürün-işıqlı, çeri-əsgər, ıduk-müqəddəs, eren-

qəhrəmanlar, buk-kədər, qəm; esen-sağlam, erk- 

iradə, koşuc-kütlə… Dördüncüsü, mənaca 

dilimizdə dəyişilən sözlər: tez-yerimek, qaçmaq-

indi isə sürətli mənasında, kişi-adam, indi isə 

mərd adam mənasında, olur-oturmaq, yaşamaq; 

yoluk-görüşmək, indi isə xəstəni görməyə, 

getməyə deyilir, kalın-çoxlu. 

Orxon-Yenisey abidələrində sözlərdə 

hecaların təşkili ahəng qanununa əsaslanır, yəni 




 

693


sözlərdə hecaları təşkil edən səslər, ya dilönü 

(incə), ya da dilarxası (qalın) səslər olmalıdır. 

Yazı sistemi də bu əsasda qurulmuşdur. 

Orxon-Yenisey abidələrinin 30-cu illər 

tədqiqatçılarından türk alimi H.Orkun və rus alimi 

S. Malovun gördüyü işləri xüsusi dəyərləndirmək 

lazımdır. 

 

MƏTN: – Arxeoloq Masson 1931-ci ildə arxeoloji 



qazıntı zamanı təsadüfən Qırğızıstanda tapılmış 

«Talas çubuğu» adlanan abidəni aşkarlayır. Bu, 

dünyada Orxon-Yenisey əlifbası ilə ağac üzərində 

yazılmış yeganə nüsxədir. Çox keçmir ki, H. 

Orkun özünün dörd-cildlik «Əski türk yazıtları» 

əsərini nəşr etdirir. Onun ardınca ötən əsrin 50-ci 

illərində S. Malovun “

Памятники

 

древнотюркской



 

писменности

», «

Енисейская



 

писминной

 

тюркок


», «

Памятники

 

древнотюркской



 

писменности

» adlı əsərləri 

nəşr edilir. İ. Batmanovla birlikdə A. Kunaanın 

«Tuvanın qədim türk abidələri» əsəri də bu 

mövzuda çox qiymətli tədqiqat işidir. 

 

* * * 


 

NİZAMİ XUDİYEV: – Əldə olan yazılı abidələr 

üzərində aparılan müşahidələr göstərir ki, indiki 

türk dillərinin lüğət tərkibi eramızdan çox əvvəl 

yetkinləşmiş, sabitləşmişdir. Hər hansı bir dilin 

zənginliyi ilk növbədə onun lüğət tərkibinin 

zənginliyi ilə müəyyənləşir. Qədim türk yazılı 

abidələrinin lüğət tərkibini öyrənərkən nəzərə 




 

694


almaq lazımdır ki, göytürk yazılı abidələri, başqa 

dillərin təsirindən uzaq olmuşdur. Dövrümüzədək 

qorunub saxlanan qədim türk yazılı abidələrinin 

indiki dilimizə yaxınlığını müəyyənləşdirmək 

üçün daş kitabələrdən qədim bir balbalın lüğət 

tərkibini indiki Azərbaycan türkcəsi ilə müqayisə 

etmək kifayətdir ki, həmin sözlərin kök etibarı ilə 

bütünlüklə türk mənşəli olduğu görünsün. 

Türk bodunğ Ötükən yerkə konmıs teyin 

esidin bəriyəki bodun, kuryakı, yıryakı, önrəki 

bodun kəlti. 

Eki bin ertimiz. Biz eki su boltı. Türk bodun 

olurğalı, Türk kağan olurğalı, Şantun balıka taluy 

üqüzgə təğmis, yok ermis. Kağanıma ötünün, 

sülətdim. 

Kırkızda yantımız. Türgəş kağanta körüğ 

kalti, sabı an təg: öndən kağanğaru su yorılım – 

timis. Yorımasar, biznikağanı alp ermis. Kaç nən, 

ersər bizni ölürtəçi küktimtis. Tabğac süsi bar 

ermis. Ol sabığ esidip, kağanım: bən ebkərü 

tüsəyintidi. 

Altun yısıg yolsuzın asdım. Ertis ügüzük 

keçiksizin keçdimiz, tün katdımız. Tılığ kəlürti, 

sabı antağ. Varıs yazıda on tümən sü təriltitir. Ol 

sabığ eşidip bəglər, kopan. 

Kəlmisi alp, – tidi, tuymadı. Tanrı Umay, 

iduk – Yer-Sub başa berti erinc. Üküş tiyin, nəkə 

korkur biz, az tiyin. Nə basınalım. Ekinti gün 

kəlti. Tənri yarlı-kaduk üçün üküs tiyin, biz. 

Bodun yəmə, bodun boltı uluğ boltım, nənyərdəki 

kağanlıq. 

Türk xalqının Ötükən torpağında, ölkəsində 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə