Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə194/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   190   191   192   193   194   195   196   197   ...   202

 

679


sükanı arxasında olmağa öyrənən türklər bu tarixi 

yaradıblar, yazmağa lüzum görməyiblər. Və bu 

gün tarix müəyyən qədər olsa da bu böyük millət, 

bu xalqlar qarşısında öz borcundan çıxmağa 

çalışır. 

Əlbəttə, çox istərdik əsl həqiqətlər üzə 

çıxsın. Bu qədim xalq dünya xalqları içərisində, 

nəhayət, öz layiqli yerini tutsun. Bunun üçün də 

bu tarixi, bu elmi, bu keçmişi özümüz qədər 

canıyananlıqla, dərindən araşdıran olmayacaq. Elə 

isə, həm də qan yaddaşının söylədikləri ilə uzaq 

əsrlərə daha bir diqqət, nəzər. 

 

Türk dillərinin tarixi quruluşunu göstərən cədvəllər, 



sxemlər, yazılar təqdim olunur. 

 

MƏTN: – Türk dillərinin tarixinin öyrənilməsində ən 



qədim türk dövrü iki mərhələni özündə birləşdirir: 

Altay və Hun mərhələlərini. Bu dövrün göstəricisi 

olan maddi yazılı abidələr zəmanəmizə qədər 

gəlib çıxmamışdır. Türkdilli xalqların yerləşdiyi 

ərazilərdə aparılan arxeoloji qazıntılar, qədim 

yunan, ərəb və Çin mənbələrində verilən 

məlumatlara əsasən miladdan əvvəl birinci 

minilliyə qədər davam edən Altay imperiyasının 

varlığı haqqında da danışmaq mümkündür. 

Tədqiqatçılar yeni eradan əvvəl (üçüncü 

minillikdə) Mərkəzi Asiyada bürünc dövründəki 

mədəniyyəti Qəbir daşları mədəniyyəti 

adlandıraraq, onu türkdilli xalqlarla 

əlaqələndirirlər. Qəbir daşları dövrünə üzərində 

daha çox maral şəkli ovulmuş hündür daşlar, o 



 

680


dövrdə istifadə olunun alətlər, qayalar üzərində 

həkk olunmuş rəsmlər daxildir. Tuvada skif 

məzarlarından aşkarlanan məişət, döyüş əşyaları 

bu ərazidə skif-Sibir mədəniyyətinə malik qədim 

türk-tuva qəbilələrinin məskən saldığından xəbər 

verir. Altay dövründə bu ərazidə üç böyük dil 

silsiləsinin varlığından danışmaq mümkündür: 

türk dilləri ailəsi, monqol-tunqus-mancur dilləri 

ailəsi və uqor-fin dilləri ailəsi. Məhz bu dövrdə 

həmin dil ailələri arasında uzun müddət əlaqə, 

ünsiyyət olmuş, onların daha çox leksik, qismən 

də fonetik və qrammatik quruluşunda uyğunluqlar 

əmələ gəlmişdir. 

Ən qədim türk dövrünün Hun mərhələsi 

eramızdan əvvəl birinci minillikdən başlayıb 

eramızın beşinci əsrinədək davam etmişdir. Bu 

dövr Hun imperiyası adı ilə məlum olan böyük və 

qüdrətli qəbilə birləşməsinin inkişafı ilə 

xarakterizə olunur. Bu imperiya Mərkəzi 

Asiyadan başlayıb Şərqi Avropayadək olan sahəni 

tutmuş və çoxlu türk-monqol, tunqus-mancur və 

başqa qəbilələri ətrafında birləşdirmişdir. Asiya 

və Avropa xalqlarının tarixində əsaslı rol 

oynamışdır. 

 

* * * 


 

Eramızın I əsrində Hun dövləti iki hissəyə – 

Qərbi Hun və Şərqi Hun dövlətlərinə bölünür. 

Sonralar bunlardan Qərbi Hun dövləti və Şərqi 

Hun dövləti əmələ gəlir. Bu dövrdə türk dillərinin 

qrammatik quruluş və əsas lüğət fondu daha da 




 

681


zənginləşir, Hun dilinin qədim Bulqar, Xəzər və 

Çuvaş dilləri ilə genetik uyğunluğundan da bəhs 

olunur. Əski Çin mənbələrindən məlum olur ki

hunların öz yazısı olmuşdur. Əhalinin hesabı 

aparılan, vergi müəyyənləşdirən kitablar da təsis 

etmişdilər. Təəssüf ki, həmin hun yazıları 

zəmanəmizə gəlib çatmamışdır. Ola bilsin ki, run 

əlifbasının yazısının əsasını məhz elə həmin hun 

yazısı təşkil edir. 

Bu dövrdə türkdilli xalqların qəhrəmanlıq 

eposlarının da varlığı şübhə doğurmur. Belə ki, 

arxeoloji qazıntılar nəticəsində əldə edilən 

materiallardan, kəmər toqqalarına həkk olunmuş 

rəsmlərdən bunlar aydın görünür. Hun imperiyası 

dövründə bu ərazidə bulqarların, xəzərlərin, 

avarların, qırğızların, yakutların, qıpçaq və 

oğuzların dil ailəsi kimi qəbilə və tayfa ittifaqları 

şəklində formalaşması da özünü göstərir. Burada 

oğuz-karluq-qıpçaq tayfaları hələ bir-birlərindən 

təcrid olunmamış şəkildədir. 

Bu həm də türkün qədim tarixinin 

dastanlaşdığı zamanlar idi. 

 

Ucsuz-bucaqsız çöllər, intəhasız torpaq və bu yurd 



yerlərində qılınc oynadan, at çapan atlılar, igidlər təqdim 

olunur. 


 

MƏTN: – Üç min il əvvəl… Tarixin dastanlaşdığı 

dövr… Qurd nəfəsli, dağ sinəli igidlər Asiyanın 

bir ucundan digər ucuna at çapırdılar… Onlar ulu 

əcdadlarımız, yenilməz dədələrimiz qədim türklər 

idi… 



 

682


Üç min il əvvəl tarixin dastanlaşdığı dövrdə 

başlarında Alp Ər Tunqa vardı. Onlara «Sakalar» 

deyirdilər… Dünya çox kiçik idi sakalar üçün. 

Altay ətəklərində gecələyər, Qafqazda gəzər, 

Anadolu yaylaqlarında dolaşardılar. Başlarında 

Xaqan Alp Ər Tunqa dünyanı qələbəylə 

bəzəyərdilər. Türkün izlərini həkk edirdilər 

zamanın yaddaşına.  

Onu «Şahnamə»dən tanıyırıq…  

Onu «Kutat-qu-bilik»dən tanıyırıq…  

Alp Ər Tunqa atamız türk xalqlarından 

əmələ gələn sakalar, Asiyanı elə böyük bir qüvvət 

halına gətirdi ki, bununla da sakalardan sonra 

Asiyada türk əzəmətini ucaldacaq olan hunlara 

əlverişli bir şərait yaratdı. 

Çin kitablarında, keçmiş yunanlara qımız 

içən, türk çadırından istifadə edən sakalardan 

(iskitlərdən) danışılan zaman farslar çıxdı onların 

qarşısına. Alp Ər Tunqanın gücünü, ordusunu 

görüb bu döyüşdən yayınmaq istədilər, aman 

vermədi igid türk xaqanı. Həqiqətən Anadoluda

Azərbaycanda, Orta Asiyada iranlılarla ölüm-

dirim savaşı aparan sakalar bu gün türk 

xalqlarının ərazilərini, vətənlərini elə o vaxtdan, o 

günlərdən sübut etməyə, sınırlamağa çalışırdılar. 

Sakaların şanlı xaqanı Alp Ər Tunqa miladdan 

öncə yeddinci yüzilin Asiyasının qəhrəmanlıq 

abidəsi olaraq dastanlarda hələ də yaşamaqdadır. 

Yalnız türk dastanlarından deyil, digər millətlərin 

şifahi ədəbiyyatlarından da onun böyük bir xaqan 

olduğunu öyrənə bilirik. 

İran şairi Firdovsi «Şahnamə»sində yazır ki: 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə