Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə195/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   191   192   193   194   195   196   197   198   ...   202

 

683


«Turan şahzadəsi Əfrasiyab (Alp Ər Tunqa) 

atasının məsləhəti ilə İrana hücum etdi. İki ordu 

Dihistanda qarşılaşdı. Boyu sərv kimi, sinəsi və 

qolları aslan kimi, fil qədər güclü olan Əfrasiyab 

iranlılara qalib gəldi, İran padşahı Əfrasiyabın 

əlinə keçdi…» 

Yusif Xac Hacib «Kutat-qu-bilik»də belə 

yazır: «Türk bəyləri içində adı tanınmış Alp Ər 

Tunqa çox məşhur, savadlı və fəzilətli bir 

hökmdardır. İranlılar ondan çəkinib adına 

Əfrasiyab deyirlər». 

Mahmud Kaşğarlı türklüyün və türk dilinin 

qüruru, fəxri olan «Divani-lüğət-it türk» adlı 

əsərində Alp Ər Tunqadan söz açır, sakaların bu 

tanınmış xaqanının qəhrəmanlığını öyür. Qəzvin 

şəhərinin onun qızının adına adlandırıldığından 

soraq verir. Yenə həmin əsərdə Alp Ər Tunqanı 

«dünya xanı» adlandırır. 

 

* * * 


 

Alp Ər Tunqanı düşmənlər miladdan öncə 

624-cü ildə hiylə ilə öldürdülər. 

Alp Ər Tunqanın qanı yerdə qaldımı? 

Yüz il sonra, anaların cəsur ürəkli oğlanlar, 

qızlar doğduğu çağda, saka türkünün bəxt 

üfüqündə Tomris (Dəmir iz) xatun dünyaya 

gəldi… Tomris xatun Alp Ər Tunqanın nəvəsiydi. 

Əbədi həyat burulğanında buyruğu altındakı 

sakalarla bir fırtına kimi əsdi. Və qanını yerdə 

qoymadı babasının. İran şahını döyüş meydanında 

türkə yaraşan bir igidliklə məğlub etdi. Beləcə 




 

684


babası Alp Ər Tunqanın qanını aldı… Türk 

xalqları böyük xaqanları Alp Ər Tunqanı 

unutmadı, ölümünün acısı könüllərində, 

dastanlarda, nəğmələrdə yaşadı. 

Yüz illərdir ki, Asiyanın çöllərində – 

ozanların, aşıqların sazında onun ölümünə ağılar 

dolaşır, dastanlar söylənir: 

«Alp Ər Tunqa öldümü?!  

İzsiz dünya qaldımı?  

Zaman öcün aldımı  

İndi ürək dağlanır…» 

 

Kadr dəyişir. Professor Nizami Xudiyevin çıxışı efirə 



verilir. 

 

NİZAMİ XUDİYEV: – Qarşıdakı görüşlərimizdə ulu 



əcdadlarımızın – qədim türklərin tarixindən hələ 

çox danışacağıq. İndi isə yenə qayıdırıq bu böyük 

tarixin, mədəniyyətin ən dəyərli göstəricilərindən, 

vacib şərtlərindən biri olan qədim türkcəmizə. 

Türk dillərinin yarandığı, yayıldığı məkan, bu 

dildə danışan xalqlar, bu dillərin əlifbasının, 

yazısının tarixində üçüncü dövr V-X əsrləri əhatə 

edən qədim türk epoxasıdır. 

Bu dövr üç mərhələyə bölünür: 1) V-VIII 

əsrləri əhatə edən Tukyuy – (göytürk) mərhələsi, 

2) VIII-IX əsrlər qədim uyğur mərhələsi, 3) IX-X 

əsrləri əhatə edən qədim qırğız mərhələsi. Qədim 

türk dövrünün xüsusiyyəti ondan ibarətdir ki, bu 

dövrdə türk və monqol dilləri tamamilə 

diferensiallaşır. Monqol dillərinin inkişafı əsas 

etibarilə Şərqi Hun qəbilələri tərkibinə daxil olan 




 

685


qəbilələrlə bağlı olur. Türk dilləri isə bundan 

əlavə qərbdə geniş yayılır. Qərbi Hunlar rast 

gəldiyi digər türk tayfalarını, eləcə də başqa 

qəbilələri məğlub edir, ətrafına birləşdirir və onlar 

IV əsrdə Qərbi Avropaya çatırlar. Hun dövləti 

dağılandan sonra bulqar və xəzərlərin ittifaqına 

daxil olurlar. 

 

MƏTN: – Qədim türk əlifbası haqqında ilk məlumata 



eramızın VI yüzilliyindən başlayaraq tərtib 

olunmuş tarixi sənədlərdə təsadüf edilir. Suriya 

xronikasının müəllifi Zaxariya Ritter VI 

yüzillikdə bu haqda belə deyir: «Ağıllı hunların 

hun dilində öz əlifbaları da var idi». 

Müəllifin yazdığına görə, bunu ona daha 

əvvəllər hunlar ölkəsində olmuş adamlar 

danışmışlar. 

Maraqlıdır ki, 1950-ci illərdə YUNESKO 

xətti ilə İranda aparılan qazıntılar zamanı tapılan 

və eramızdan əvvəl V əsrə aid edilən hunlara 

məxsus yazılarla əski göytürk yazıları arasında 

ciddi qrafik fərq yoxdur. 

Əgər VI əsrədək türk xalqlarının dilləri 

haqqında əldə elə bir materiallar yoxdursa da

göytürk dövrünə aid VI-VIII əsrlər Orxon-

Yenisey abidələri vardır. 

 

* * * 



 

Başqa bir məlumata görə, 568-ci ildə 

Bizansda olmuş türk səfiri türk xaqanının sağdan 

sola üfüqi istiqamətdə yazmış olduğu məktubu 




 

686


Bizans imperatoruna təqdim etmişdir. 

Tədqiqatçılar həmin məktubun məhz göytürk 

əlifbası ilə yazıldığını güman edirlər. Buna bənzər 

məlumata IX-X yüzilliklərin təzkirələrində 

məşhur ərəb tarixçisi Təbəərinin kitabında da rast 

gəlirik. 

Göytürk əlifbasının mövcud olması haqda 

qeyd Mahmud Kaşğarinin «Divan»ında da 

yazılmışdır. Bəllidir ki, Mahmud Kaşğari material 

toplayarkən yalnız islam dininə etiqad bəsləyən 

türk qəbilələrini, onların dilini, adət-ənənələrini 

öyrənməklə məşğul olmuşdur. Beləliklə, XI 

yüzillikdə budda, xristian, yəhudi, taman dinlərinə 

və etiqadlarına, inanclarına tapınan türk 

qəbilələrinin tədqiqi alimin diqqət mərkəzindən 

kənarda qalmışdır. Mahmud Kaşğari çox ötəri bir 

şəkildə göstərir ki, «uyğur və tabğaclar»ın bir də 

özlərinə məxsus ayrı yazıları vardır ki, işgüzarlıq 

kağızlarını həmin əlifba ilə yazırlar». 

Mahmud Kaşğarinin yazdığına görə bu 

əlifba ilə tərtib olunan mətnləri müsəlman 

olmayan uyğurlardan və çinlilərdən başqa heç kəs 

oxuya bilmirdi. Deyilənlərdən aydın olur ki, islam 

dinini qəbul edən türk qəbilələri həmin gündən öz 

ənənəvi türk əlifbalarını unutmuş və ərəb 

əlifbasını yazılarına gətirmişlər. 

 

Qədim əlyazmalardan günümüzə yetişən miniatürlər bir-



bir ekrana gəlir. Mətndəki hadisə sanki canlı kadrlara 

çevrilir. Qədim yazılar, Mahmud Kaşğarinin «Divan»ı… 

Uyğurların yaşadığı yerlər, Turfan ətrafı görüntülər… 

 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə