Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə196/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   192   193   194   195   196   197   198   199   ...   202

 

687


MƏTN: – Klyaştornıya görə Mahmud Kaşğarinin 

haqqında bəhs etdiyi yazı göytürk əlifbasıdır və 

ondan Dunxanda və Turfanda yaşayan uyğur 

qəbilələri istifadə etmişlər. Belə ki, indiyədək əldə 

edilən bəzi tapıntılar . Şərqi Türküstanda uyğur 

qəbilələrinin göytürk əlifbasından hətta XII 

yüzillikdə də istifadə etdiklərini göstərir. Mahmud 

Kaşğaridən yüz il sonra İran alimi Fəxrəddin 

Mübarəkşah Mərvərdi də türk qəbilələrinə 

məxsus yazıdan bəhs edərkən məhz göytürk 

əlifbasını görmüşdü. O, həmin yazını «doqquz 

oğuz əlifbası» adlandırmışdır. Maraqlı burasıdır 

ki, IX yüzillikdə ərəb mənbələrində hunları da 

doqquz oğuz adı ilə tanımışlar. Bu cəhətdən İran 

tarixçisi Məlik ibn Cüveyninin XIII yüzillikdə 

verdiyi məlumat da maraq doğurur. 1260-cı ildə 

Monqolustana etdiyi səfər zamanı ibn Cüveyni 

VII-IX yüzilliklərdə dağılmış qədim uyğur 

şəhərində – Qaraqorumda torpaq altından 

çıxarılan böyük daş üzərindəki yazıdan bəhs edir. 

O göstərir ki, bu yazını heç kəs oxuya bilmir. 

Olsun ki, dövrümüzə qədər gəlib çatmayan həmin 

daş üzərindəki yazı da göytürk əlifbası ilə 

yazılmışdı. Çünki haqqında bəhs olunan şəhərin 

xarabalıqlarından tapılmış bəzi yazılar doğrudan 

da göytürk əlifbası ilə yazılıb. 

 

Çöllük. Orxon-Yenisey abidələri, yazısı balballar, 



bəngüdaşlar sehrli bir musiqi ilə təqdim olunur. 

 

MƏTN: – Orxon-Yenisey abidələrindən ilk dəfə XII 



əsrdə tarixçi Alaəddin Ata Məlikin «Cüveyni 


 

688


tarixi cahangüşa» adlı əsərində bəhs edilmişdir. 

XIII yüzillikdən sonra uzun müddət göytürk 

əlifbası ilə yazılmış abidənin tapıntısı haqqında 

heç bir məlumata təsadüf olunmur. Beləliklə, 

göytürk əlifbası türk qəbilələrinin islam dinini 

qəbul etmələri və kütləvi halda bir ərazidən başqa 

əraziyə köçmələri, apardıqları ağır müharibələr

düşdükləri vəziyyət, tutduqları siyasi mövqe ilə 

bağlı olaraq tamamilə unudulmuşdu. Ona görə də 

türk qəbilələrinin gələcək nəsilləri bir neçə yüz il 

ərzində həmin yazıları oxuya bilməmiş və hətta 

müxtəlif əşyalar üzərində qalmış yazılı sənədlərin 

hansı xalqa mənsub olduğundan belə xəbərsiz 

idilər. Sonralar hansı dildə yazıldığı, hansı xalqa 

mənsub olduğu sirr olaraq qalan bu qədim yazılı 

sənədləri yenidən oxumağa, yazıldığı dili 

müəyyənləşdirməyə maraq göstərənlər Avropa 

səyyahları, diplomatları və alimləri olmuşlar. 

 

Orxon-Yenisey kitabələri. Daha çox Yenisey boyunca 



aşkarlanan yazılı daşlar. «Kızıl şəhər» milli tarix muzeyində 

sərgilənən abidələr. 

 

MƏTN: – Kitabələr haqqında ilk məlumatı avropalılara 



Niderlandın paytaxtı Amsterdam şəhərinin 

burqomistri Nikolay Vidzen vermişdir. Onun 

1692-ci ildə çapdan çıxmış «Nord and Oasi 

Tartarye» adlı kitabında oxuyuruq ki, … 

Verxoturye çayından bir qədər aralı qayada bir 

neçə şəkil və naməlum hərflərlə yazılmış yazılar 

tapılmışdır. O yerlərin ən qocaman sakinlərinin 

dediyinə görə, həmin yazılar moskvitlərin, yəni 




 

689


rusların bu ölkəni fəth etdiyi zamandan əvvəl də 

orada olmuşdur. Beləliklə, bu şəkillərin nə vaxt 

və kim tərəfindən çəkilməsi haqqında heç bir dəlil 

yoxdur. 


N. Vidzenin məlumatından bir qədər sonra 

Tobol boyarlarından birinin oğlu Seymon 

Remezov da Orxon-Yenisey abidələri haqqında 

xəbər verir. Məlumdur ki, 1696-cı ildə I Pyotrun 

göstərişi ilə «Sibirin bütün şəhər və torpaqlarının 

xəritəsi» və «Bütün susuz və çətin keçilən daşlıq 

çöl torpaqlarının xəritəsi» adlı iki böyük xəritə 

hazırlanaraq 1697-ci ildə nəşr etdirilir. S. 

Remezov bu xəritələrdə Talas çayı sahilində, 

indiki Qırğızıstanın Talas şəhərinin yanında 

topoqrafik işarə kimi «Orxon daşı» işarəsini 

qoyur. Sonralar, yəni 1896-1897-ci illərdə V. 

Kallaur və Q. Heykel də həmin işarənin 

göstərildiyi yerdə qədim türk əlifbası ilə yazılmış 

və türkologiyada Talas kitabələri adı ilə tanınmış 

qədim türk abidələrini tapırlar. 

İstər N. Vidzen, istərsə də S. Remezov 

qədim türk Orxon-Yenisey yazılı abidələri 

haqqında dolayısı ilə məlumat verir, onların 

olduğu yerləri göstərir, lakin abidələrin özləri 

haqqında elmi əhəmiyyət daşıyan heç bir söz 

demirlər. 

 

Qədim türklərin yaşadığı və yazılarının izlərini qoruyub 



saxlayan yerlər xəritələrdə göstərilir… Koşo Saydam bölgəsi. 

 

MƏTN: – Rus alimi N. Yadrintsev 1885-ci ildə Yenisey 



abidələri haqqında yazdığı məqalədə deyirdi: 


 

690


«Yenisey yazılarının və Sibir balballarının hansı 

xalqa məxsusluğu məsələsini həll etmədən də biz 

deyə bilərik ki, bu abidələrin mənşəyi çox 

qədimdir. Bəlkə də İsanın anadan olmasından 

əvvəlki vaxtlara aiddir. Bu abidələrin 2000 il 

salamat qalması çox təəccüblüdür. Güman etməyə 

əsas var ki, bu abidələr türk qəbilələrinə 

məxsusdur. Türkoloji ədəbiyyatda Koşo Saydam 

abidələri adlanan və Orxon-Yenisey əlifbasının 

kəşfinə səbəb olan Kül Tikin və Bilgə xaqan 

abidələrinin tapılması da 1889-cu ildə barada 

ekspedisiya rəhbəri olmuş N. Yadrinstevin adı ilə 

bağlıdır». 

N. Yadrinstevin Kül Tikin abidəsi ilə bağlı 

yazdığı məlumatından: «Qeyri-adi davamlı və 

möhkəm qranit əsrlərdən bəri aşınmamışdır və 

minillik qədimliyi göstərir. Bunlar Sibirin başqa 

yerlərində də rast gəldiyimiz sirli run yazısından 

ibarətdir». 

 

Kadr dəyişir. Professor Nizami Xudiyevin çıxışı efirə 



verilir. 

 

NİZAMİ XUDİYEV: – Orxon-Yenisey əlifbasının 



oxunması üzərində Danimarka alimi professor 

V.Tomsenin xidmətləri əvəzsizdir. O, 1893-cü il 

dekabrın 15-də Danimarka Elmlər 

Akademiyasının iclasında Orxon-Yenisey 

yazılarının oxunması haqqında məlumat 

verməklə, Kül Tikin abidəsindəki dörd sözü – 

Tenri, türk, kül və tikin sözlərini oxuyur. O vaxta 

qədərsə akademik V. Radlov bu yazıların 20-yə 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə