Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə199/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   194   195   196   197   198   199   200   201   202

 

699


üstündəki böyük sinə daşlarının qaldırıldığı, balbalların 

oxunduğu, bərpa işlərinin aparıldığı video lentlər təqdim 

olunur. 

 

1-Cİ FİLMİN SONU 



 

2006


 

 



 

700


 

 

 



 

GÜNDOĞANDAN GÜNBATANA…  

QƏDİM VƏ YENİ TÜRKLƏR… 

 

II film 



 

Filmin başlığı. Xüsusi effektlərlə sürətlə yığılan təsvirlər 

fona verilir. Aparıcı filologiya elmləri doktoru, professor 

Nizami Xudiyevin çıxışı təqdim olunur. 

 

NİZAMİ XUDİYEV: – Türk dili ən böyük dünya dilləri 



ailəsindən hesab olunur. Türk dilləri lüğət tərkibi 

və qrammatik quruluş cəhətdən digər dil 

ailələrindən fərqlənir. Lüğət tərkibində başqa 

dillərdə olmayan, yalnız türk dillərinə məxsus 

sözlər vardır. Məsələn: baş, su, torpaq, dağ, bir, 

iki, üç, qara, ağ, qırmızı, qız, oğlan, igid, bu, o, 

mən və s. 

Türk dilləri tipoloji, yaxud morfoloji 

bölgüdə aqlünativ iltisaqi dillər qrupuna daxildir. 

Türk dillərində söz kökləri dəyişməz qalır, 

şəkilçilər, morfoloji əlamətlər sözlərin sonuna 

qoşulur. Məsələn: ək-in-çi-lik-də; ya-ra-dı-ci-lıq-

da  və s. olduğu kimi. Azərbaycan dili, türkmən 

dili, qaqauz dili, karaçay dili, kumık dili, karaim 

dili, tatar dili, çuvaş dili və s. Bu gün danışılan 

dillərlə yanaşı danışılmayan, ünsiyyəti tarixin 

uzaq qatlarında daşlaşmış ölü türk dilləri də 

mövcuddur. 




 

701


1. Peçenek dili. XI-XIV əsrlərdə step 

köçərilərinin dili idi. 

2. Poloves dili. Yenə XI-XIV əsrlərdə step 

köçərilərinin dili olmuşdur. 

3. Cağatay dili. XIV-XVI əsrlərdə Orta 

Asiyada ədəbi dildir. 

4. Qədim uyğur dili. IX-XI əsrlərdə Mərkəzi 

Asiyada böyük dövlətin dili olmuşdur. 

5. Bulqar dili. VI-VIII əsrlərdə Volqa və 

Kama çayı ətrafında əmələ gəlmiş Bulqar dövləti 

əhalisinin dili idi. 

6. Xəzər dili. VIII-X əsrlərdə Volqa və Don 

çaylarının aşağı məcrasında yaranmış böyük 

dövlətin dilidir. 

7. Orxon dili. VII-VIII əsrlərdə Şimali 

Monqolustanda Orxon çayı ətrafında yaranmış 

güclü dövlətin dili olmuşdur. Etimoloji təsnifata 

görə türk dilləri monqol dilləri ilə bir qrupa, bir 

ailəyə daxil edilir və Altay dilləri, yaxud Turan 

dilləri ailəsi adlanır. 

Bundan əvvəlki görüşümüzdə türk dillərinin 

tarixi ilə bağlı müəyyən qədər araşdırmaları, 

dövrləri diqqətinizə çatdırmışdıq. Sizinlə birlikdə 

həmin söhbətimizin davam etdirəcəyik. 

Türk dillərinin tarixinin öyrənilməsində 

qədim türk dövrünün uyğur mərhələsi xüsusi yer 

tutur. Bu dövr təqribən 745-840-cı illəri əhatə 

edir. Uyğurlar da Tukyu dövlətinin tərkibinə daxil 

olan tayfalardan biri idi. Onlar Yenisey və 

Selenqa çayları arasında yerləşmişdilər. Uzun 

müddət – Hun imperiyasının süqutundan 610-cu 

ilə qədər jujanlarla mübarizə aparmış, özlərinə, 




 

702


əlli ilə yaxın davam edən kiçik bir dövlət də 

qurmuşdular. Sonra isə onlar Tukyu dövlətinin 

tərkibinə qarışmışlar. 

 

Qədim türk yazı sistemini əks etdirən cədvəllərdən 



bobsley təqdim edilir. 

 

MƏTN: – Qədim uyğurlar öz əlifbalarında bir neçə yazı 



sistemindən istifadə etmişlər. «Moyon-Çor» və 

«Falnamə» kimi qədim uyğur abidələri günümüzə 

Orxon-Yenisey əlifbası ilə gəlib çatmışdır. Eləcə 

də bəzi uyğur əlyazmaları brahmi yazısı ilə 

yazılmışdır. Bu yazı fonoqrafik yazı forması 

olduğundan digər əlifbalara nisbətən əski 

türkcənin səs quruluşunu ifadə etmək baxımından 

çox əlverişli idi. Əski uyğur yazılı abidələrinin 

çox hissəsi manixey və qədim uyğur əlifbası ilə 

yazıya alınmışdır. 

 

Qədim Uyğurustan xalq oyunu. Bir kənd məktəbi təqdim 



olunur. 

 

MƏTN: – Əski türk yazılı abidələri qədim türk 



ədəbiyyatını, türk şeir texnikasını, onun 

qanunauyğunluqlarını öyrənmək baxımından 

böyük elmi əhəmiyyət kəsb edir. Göytürk 

abidələri qədim xüsusiyyətlərə daha çox malik 

olsa da, əski uyğur abidələrinin türk xalqları 

ədəbiyyatı və dilinin tarixində mühüm rolu və 

əhəmiyyəti olduğunu xüsusi qeyd etmək lazımdır. 

Hər şeydən əvvəl IX-XII əsrlərdə uyğurlar 

Mərkəzi Asiya regionunda çinlilərdən sonra ən 



 

703


mədəni və inkişaf etmiş xalq olmuşdur. Bu fikri 

XX əsrin ilk illərində Çinin şimal-qərbindəki 

Turfan əyalətində aparılmış arxeoloji qazıntı 

zamanı qədim uyğurlara aid əldə olunmuş 

materiallar da təsdiq edir. 

Qədim uyğurlar türk xalqlarının mədəniyyəti 

tarixində – söz və ozan sənətinin, bədii 

ədəbiyyatın, onun növ və janrlarının inkişafında 

böyük xidmət göstərmişlər. Bu məqsədlə onların 

Çin və hind mədəniyyətinin dünyaca məşhur olan 

ədəbi incilərini ana dilinə çevirmələri xalqın 

mədəni inkişafına, ədəbiyyatın və ədəbi dilin 

zənginləşməsinə az təsir göstərməmişdir. 

Qədim türk yazılı abidələrində işlənmiş 

alınma sözlər əsasən Çin, sanskrit, qismən soğd, 

Tibet və Toxar sözlərindən ibarətdir. Burada nadir 

hallarda ərəb və fars dilindən alınmış sözlərə 

təsadüf edilir. Həmyerlimiz məşhur türkoloq və 

şərqşünas alim Mirzə Kazım bəy uyğur 

qəbilələrinin tarixini, yazı mədəniyyətini 

öyrənmək sahəsində ilk rusiyalı alim hesab edilir. 

O, 1841-ci ildə «Uyğurlar haqqında tədqiqat» adlı 

monoqrafiyasını çap etdirir və bununla da 

Rusiyada uyğurşünaslığın əsasını qoyur. 

İndiyədək əldə edilən uyğur yazılı abidələri 

içərisində Çində Turfan vahəsində tapılan uyğur 

yazıları sayca çoxluğuna görə diqqəti daha çox 

cəlb edir. 

Qədim uyğur maniçi ədəbiyyatından müasir 

türkcəmizə çevrilən bir ədəbi nümunə ilə o 

dövrün düşüncə tərzi, tarixi, uyğurların 

inancından bir soraq… Yeri gəlmişkən, sonra 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə