Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə201/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   194   195   196   197   198   199   200   201   202

 

708


Masmada. Xəzər xalqı haqqında ən mükəmməl 

məlumat X əsrin ortalarında Xəzər hökmdarı 

İosifin İspaniyaya, xəlifə III Əbdürəhman Xasdan 

İbn Şafruniyaya yazdığı məktubda öz əksini 

tapmışdır. Xəzərlər Dağıstanı, Kuban ətrafını, Qa-

ra dənizin şimal ətrafını, Krımın çox hissəsini tu-

taraq böyük, qüdrətli xaqanlıq – Xəzər xaqanlığı 

yaradırlar. Onların bu ərazidə hökmranlığı X əsrin 

70-ci illərinə qədər davam edir. Tarixdə xəzərlə-

rin rolunu mütərəqqi hesab edən müəlliflər bu 

nəticələrində haqlıdırlar. Xəzərlər o vaxtlar Da-

ğıstanda yaşayan onlarla tayfanın məhv olunma-

sının qarşısını almışlar. Onlar bu ərazidə yaşayan 

türkdilli xalqların formalaşmasında mühüm rol 

oynamışlar. Volqa, Ural və Dnepr çayları 

boyunca böyük bir ərazidə müxtəlif qohum və 

qeyri-qohum xalqları öz ətrafında birləşdirən 

bulqarlar da müasir tatar, başqırd və qaraçay-

balkar dillərinin və xalqlarının formalaşmasında 

mühüm əhəmiyyət kəsb etmişlər. 

 

Tarixi görüntülər: cilova, yüyənə salınmamış atlar. 



Çöllər, əzəmətli dağlar, öz adəti, ənənəsi ilə yaşayan insanlar 

təqdim olunur. 

 

MƏTN: – Bu bütöv tarixi yaradan, özündən sonra böyük 



bir mədəniyyət, dil, adət-ənənə, yaşam tərzi 

qoyub gedən insanlar kimlər idi?! 

Kimlər qaldı o nəsillərdən?!… 

Qədim türklər demiş… uçdu… getdimi… O 

böyük qəhrəman kişilər yəhərsiz, yüyənsiz, 

dəliqanlı atların belində?! 




 

709


Tarix ən qədim, ən sədaqətli, döyüşkən 

nəsillərini zamanın hansı qatına göndərdi? Niyə 

onlardan danışılanda belə qısqanclıqla qarşılanır?! 

Niyə onların tarixini belə ört-basdır edib gizləmək 

istəyirlər?! Qalan nəsillərini – o keçmişdən, o 

tarixi bağlardan, böyük kimliklərdən ayırmağa 

çalışırlar?! 

Bu çalışqan, tarix boyu özünü, kimliyini 

qorumaqdan ötrü döyüşən, qalib gələn, Orxon-

Yenisey abidələrini yazmış türklərin mənşəyi 

haqqında bir neçə əfsanə vardır. Bütün əfsanələrin 

əsas motivi budur ki, türklər öz mənşələrini dişi 

qurddan alıblar. Sonralar türklərin öz 

bayraqlarında qurd başı şəkli çəkmələri də yəqin 

ki, həmin mifoloji dünyagörüşündən irəli gəlir. 

Türk sözü en son araşdırmalara görə qüvvət, 

qüdrət, güc kimi mənalandırılıb. Qədim Çin 

mənbələrində türk sülaləsinin əsasını qoyan çox 

döyüşkən bir qəbilədən danışılır. Tarbaqatay 

şəhərinin yaxınlığında məğlub olan hunlardan 

Aşina tayfası adlı bir nəsil sağ qalır. Həmin nəsil, 

xalq Altay dağlarının ətəklərinə köçür, syanbilər 

və jujanlar deyilən tayfalardan yarımasılı 

vəziyyətdə, xana xərac vermək əvəzinə onun üçün 

dəmir istehsal etməklə məşğul olurlar. Bu qəbilə 

bir müddət keçdikdən sonra yenə də qüvvətlənir 

və Dulqa-tuqyuye hakimi Tumın-Orxon-Yenisey 

abidələrindəki Bumın-kağan jujan sülaləsinin 

hakimiyyətini yıxıb, özünü İsigixan elan edir. 

Çin mənbələrindən məlum olur ki, türklərlə 

jujanlar arasındakı nifaqa və müharibəyə səbəb 

jujan xanı Anaxuanın Öz qızım Bumına ərə 




 

710


verməməsiydi. Lakin bu, yalnız bir bəhanə idi. 

Əsas səbəbsə türklərin azadlığa can atmalarıydı. 

Döyüşdə məğlub olan Anaxaun özünü öldürür. 

Beləliklə, 552-ci ildə Bumın özünü xaqan elan 

edir, türk sülaləsinin əsasını qoyur və sonralar 

Mərkəzi Asiyanın siyasi həyatında böyük rol 

oynayan türk xaqanlığını yaradır. Bumın taxta 

çıxdıqdan sonra ölkənin qərb hissəsinin idarəsini 

türk adətinə görə qardaşı İstəmi xaqana tapşırır. 

Bumın xaqan 553-cü ilin mart ayında vəfat 

edir. Onun yerinə İsigixan adlı oğlu taxta çıxır. 

İsigi xaqandan sonra oğlu Nyetu xan türk 

xaqanlığının taxt-tacına sahiblik edir. Muyun 

xanın zamanında türk dövləti daha da güclənir, 

qüvvətlənir. Dövlətin sərhədləri Mancuriyadan 

Səmərqənd şəhəri ilə Bəlx arasındakı Dəmir 

qapıyadək uzanır. Qərbdə Eftalitlər deyilən güclü 

dövləti məğlub etdikdən və dövlətini daha da 

genişləndirdikdən sonra Muyun xaqan üzünü 

Şərqə çevirir. Bu zaman onun əmisi İstəmi xaqan 

da dövlətin qərb sərhədlərini genişləndirib, qərb 

dövlətləri ilə, xüsusən Bizans və İranla əlaqələr 

yaradır. Məsələn, 568-ci ildə Bizans imperatoru 

türk xaqanlığına səfir göndərib onlar haqqında 

ətraflı məlumat toplamışdı. Səfirliyin topladığı 

məlumat Bizans tarixçilərindən Menandr və 

Feofilakt Simokattanın əsərlərində öz əksini 

tapmışdı. Hər iki müəllif türklərin son dərəcə 

yüksək mədəniyyətə malik olduqlarını göstərir. 

 

NİZAMİ XUDİYEV: – Türk dünyası bu böyük 



keçmişin, keşməkeşli tarixin çiyinləri üzərində 


 

711


özünü təsdiqləyə-təsdiqləyə, varlığını sübut edə-

edə, zamanın ağrı-acısından keçə-keçə 

möhkəmlənirdi. Orta türk epoxası, yaxud əsas 

türk qəbilələri dillərinin inkişafı və formalaşması 

dövrü X-XV əsrləri əhatə edir. Bu əsrlər, illər 

ərzində çox geniş əraziyə yayılmış türk xalqları 

həmin yerlərdə X-XII əsrlərdə bir neçə dövlət 

yarada bilirlər. Bu cəhətdən Qaraxanlı və Səlcuq 

dövlətləri nəzər-diqqəti daha çox cəlb edir. Bu 

müddətdə türk dillərinin qrammatik quruluşunda 

da müəyyən təkmilləşmə, sabitləşmə və cilalanma 

özünü göstərir. Bunu türk dillərinin fonetik və 

leksik quruluşuna da şamil etmək olar. Bu dövrdə 

artıq qədim türk yazısı ərəb əlifbası ilə əvəz 

olunur. Bu epoxanı da iki dövrə bölmək olar: 

qaraxanlılar dövrü və monqol dövrü. 

Tarixi sənədlər göstərir ki, X əsrdə karluk 

qəbilə ittifaqı güclənir və Semireçyedə Türk 

Qaraxanlılar sülaləsi, yaxud İlekxan sülaləsi adı 

altında əvvəlcə Balasaqunda, sonra isə Kaşğarda 

qüvvətli dövlət yaradır. Qaraxanlılar öz təsirini 

Sır-Dərya ətrafına, qərbdə Səmərqənd və 

Buxaraya yayırlar. Kiçik uyğur xanlıqlarını 

özlərinə tabe edirlər. 

Qaraxanlılar dövründə iki mərkəzdə – 

Şərqdə Balasaqun və Kaşğarda karluk-uyğur 

ümumi dialekti əsasında ədəbi dil, qərbdə 

Xarəzmdə oğuz-qıpçaq ümumi dialekti əsasında 

başqa bir ədəbi dil yaranır. 

Şərqdə karluk-uyğur, qərbdə oğuz-qıpçaq 

ümumi dialektləri əsasında yaranmış ortaq türk 

dili XIV-XV əsrlərə qədər – özbək dili 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə