Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə198/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   194   195   196   197   198   199   200   201   202

 

695


məskən saldığını cənubdakı xalqlar, qərbdəki

şimaldakı, şərqdəki xalqlar eşidib yaxın gəldilər. 

Biz iki min idik. İki qoşun birliyi yaratdıq. 

Məskən saldığımız torpaqda türk xalqı qalsın, 

türk xam qalsın, – deyə Şantun şəhərinə, dənizə, 

çayadək çatmadığımızı xana bildirdim. Xandan 

xahiş etdim və döyüşçüləri vuruşa apardım… 

Qırğız elindən qayıtdıq. Türkəş xanlığından 

müşahidəçi gəldi. Onun sözləri belə idi: şərqdən 

anoxların üzərinə qoşun çəkək, – demiş, biz 

qoşun çəkməsək o, bizə qalib gələcək, onun xanı 

igid, məsləhətçisi ağıllıdır… Altun meşəli dağdan 

gəldik. 

İrtış çayını körpü olmadan keçdik. Dan yeri 

qızaranda Bolçuya çatdıq… Dedilər ki, bu yolu 

keçib gələn igiddir… Düşmən bunu duymadı, 

qəflətən hücum edib, onlar üzərində qələbə 

çaldıq. Tanrı Umay, müqəddəs Vətən bizə qələbə 

bəxş etdilər. Onların iki cəbhəsi iki dəfə bizdən 

artıq idi. Düşmən çoxdur deyə biz qorxmadıq, 

vuruşduq. Tarduş şadı vuruşmada iştirak etdi. On 

ox bəyləri, xalqı qələbəmizi eşidərək gəldi, baş 

endirdi. Dövlət də dövlət oldu, xalq da xalq oldu. 

Təqdim etdiyimiz yazılı abidə mətnindəki 

sözlər öz fonetik quruluşuna görə indiki dilimizdə 

işlədilən sözlərə tam uyğun gəlir: al, öl, altun, 

alp, oğlan, yarat və digərləri… Bir qisim sözlər 

dilimizdə bu və ya digər şəkildə fonetik dəyişmə 

hadisəsinə məruz qalmış halda qorunub 

saxlanmışdır ki, bunlardan: bin, tokuz, tənrı, yok, 

alır  və s…. Abidədə yüzdən artıq söz indiki 

dilimizdə tamamilə unudulub sıradan çıxmış 




 

696


sözlərdir: 

bodun-xalq, qəbilə, yığ-yaxşı… 

Maraqlıdır ki, ədəbi dilimizdə unudulmuş bəzi 

sadə və düzəltmə sözlərə bu və ya digər şəkildə 

indi də bölgələrimizin müəyyən şivələrində rast 

gəlmək mümkündür. 

 

MƏTN: – Göründüyü kimi, qədim türk yazılı abidələri 



yüksək səviyyədə inkişaf edib sabitləşmiş ədəbi 

dildə tərtib olunmuşdu. Bu onu göstərir ki, qədim 

türk yazı dili eramızın V əsrindən çox-çox əvvəl 

meydana gəlmiş və uzun inkişaf yolu keçmişdir. 

Nitq hissələrinin bir-birindən təcrid olunması 

danışıq dili meydana çıxdığı gündən başlayır. 

Deməli, qədim türk yazılı abidələrində rast 

gəlinən nitq hissələrinin əmələ gəlməsi, onların 

semantik və morfoloji cəhətdən bir-birindən 

ayrılıb sabitləşməsi hadisəsinin min illərlə tarixi 

vardır. Ona görə də türk yazılı abidələrinin həm 

morfoloji, həm də sintaktik quruluşunu 

öyrənərkən qədim türk dilinin V-X əsrlərdəki 

qrammatik quruluşu deyil, həmin dövrlərdən çox-

çox əvvəlki dil hadisəsini öyrənmək gərəkdir. 

Göytürk əlifbası ilə yazılmış qədim türk 

abidələrinə təkcə Asiya qitəsində deyil, eləcə də 

Avropa ölkələrinin müxtəlif bölgələrində rast 

gəlinib və hələ tapılacağı da güman edilir. 

Şərqi Avropada üzə çıxarılan yazılı abidələr 

türk qəbilələrinin Şərqi Avropa ölkələrində 

məskənsalma tarixləri, Hun imperatorluğunun 

eramızdan əvvəl qurulduğu dövrdən başlayır. Bu 

abidələr indiyədək Volqa boyunda, Dunay 

sahillərində, Azov gölü ətrafında, Şimali 



 

697


Qafqazda aşkarlanıb. Dunay çayı sahillərində 

tapılan yazılı abidələrin əski türk qəbilələrinə – 

peçeneq və bulqarlara mənsub olduğu 

aydınlaşdırılıb. 

Türkdilli Şərqi Avropa yazılı abidələri 

əsasən bunlardır: 

Volqa çayına yaxın ərazilərdə tapılan yazılı 

abidələr. Bu yazılı mənbələr vaxtilə Volqa 

çayının aşağı boyunda X yüzilliyə qədər yaşamış 

qədim Xəzər dövlətinin türkdilli əhalisinə mənsub 

olmuşdur. 

Şimali Qafqazda və Azov gölü sahillərində 

tapılan yazılı abidələr. Dunay çayı sahillərində 

tapılan yazılı abidələr. 

 

Volqaboyu, Dunaysahili görüntülər, Xəzər dövlətinin 



paytaxtı qədim Sarkəldən. Saray şəhərlərindən tapılan yazılı 

vazalar, döyüş əşyaları… 

 

MƏTN: – Volqa çayına yaxın ərazilərdə tapılan, 



üzərində göy-türk əlifbası ilə yazılar həkk olunan 

qədim əşyalar, Novoçerkasskda su qabı üzərində 

cızma-oyma üsulu ilə yazılan yazıların da türkcə 

olduğuna vaxtilə etiraz edənlər vardı. İndi bütün 

bunlar alimlərin sübuta yetirmiş olduqları 

həqiqətlərdir. Volqa çayının aşağı axını 

sahillərində – Sarkəl və Saray şəhərləri 

xərabəliklərində tapılan kaşı qab qırıntıları 

üzərində aşkarlanan yazılar Xəzər dövlətinin 

mövcud olduğu zamanların göstəricisidir. Kim 

bilir Sarkəlin hələ də üstü açılmamış 

kurqanlarında qədim tariximizin hansı qatları 




 

698


yaşayır. Sular altında qalan paytaxt şəhərin – 

Xəzər dövlətinin başkəndi bizlərdən hələ çox 

tarixləri gizlədir. 

Şimali Qafqazda, xüsusilə, Kumranda 

tapılan yazılı abidələr, göytürk yazı işarələri söz 

və kiçik mətnlərdən ibarətdir. Onların içərisində 

qədim şəhər xərabəliklərindən divar üzərində 

qalmış bir neçə sətirlik yazılı lövhə nisbətən iri 

həcmlidir. Dunay çayı sahillərində tapılan yazılı 

abidələrə Macarıstanın Müqəddəs Nikolay və 

Nadsen-Miklaş kəndlərində aşkara çıxarılan qızıl 

və kaşı küplər üzərindəki yazıları da daxil etmək 

olar. 

 

* * * 



 

NİZAMİ XUDİYEV: – Qədim Göytürk yazısının, 

əlifbasının yayıldığı geniş məkana Azərbaycanın 

Mingəçevir bölgəsindən tapılan tarixi abidələri də 

aid etmək olar ki, bunlar haqqında geniş, əhatəli 

şəkildə tamaşaçılarımıza məlumat verəcəyik. 

Son zamanlar nəşr edilən əsərlərdə göytürk 

əlifbasının, Orxon-Yenisey abidələrinin dilində 

leksik, fonetik, morfoloji və sintaktik məsələlərə 

daha çox fikir verilir, yeni yazılar, yeni abidələr 

aşkarlanır. Qarşıda bu barədə söhbətlərimiz çox 

olacaq. Hələliksə, bu müqəddəs yolda ilk addım 

atanlara – adlarını xatırladığımız, zaman-zaman 

dünyasını dəyişən dahi elm adamlarına rəhmət 

diləyib, gələcək araşdırıcılara uğurlar arzulayırıq. 

 

«Bilgə xaqanın» xəzinəsinin araşdırıldığı, məzarların 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə