Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə3/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   2   3   4   5   6   7   8   9   ...   202

 

8

dostları varsa, ondan xoşbəxt adam yoxdur. Bir fikrini də heç 



vaxt unuda bilmirəm: valideyn övladlarının cəmiyyətdəki 

hərəkətlərini nəzarətdə saxlamalı, onun yaxşı dostlar 

seçməsinə kömək etməli, pis adamlarla dostluq etməsinə yol 

verməməlidir. Atam mənim dostlarımı yaxşı tanıyırdı və tələbə 

dostlarımla mənə fərq qoymurdu…». 

Təbii ki, hər bir insanın mənəvi cəhətdən yetkinləş-

məsində, savad, bilik qazanmasında, dünyagörüşünün 

zənginləşməsində mühüm mərhələ olan tələbəlik illəri 

unudulmazdır. Həmin illərdə qazanılanlar heç vaxt yaddaşdan 

silinmir, insana ömrünün sonrakı mərhələlərində daha çox 

gərək olur. Tələbə elmi cəmiyyətindəki ilk araşdırma, geniş 

toplantıda ilk məruzə, qəzetdə çıxan ilk məqalə, görkəmli 

yazıçı və şairlərlə keçirilən görüşdə ilk həyəcanlı çıxış – 

tələbəlik illərinin yaddaqalan və heç vaxt unudulmayan bu 

məqamları da, heç şübhəsiz, Nizami Xudiyevi böyük elm və 

yaradıcılıq dünyasına aparan ilk və çox uğurlu addımlardır. 

Bu addımlar davamlı çalışmalar, axtarışlar və araşdırmalarla 

daha da möhkəmlənir, onun sabahına olan inamı daha da 

artırır. 

Ali məktəbdə təhsilini fərqlənmə diplomu ilə başa vuran 

Nizami Xudiyevi komsomol işinə irəli çəkmək istəyirlər, ona 

MK-da şöbə müdiri vəzifəsi təklif edirlər. Çoxları belə bir 

perspektiv üçün adam axtardığı, fürsət gəzdiyi bir vaxtda o, 

atasının məsləhəti ilə bu təklifi qəbul etmir. Görkəmli alim özü 

bu hadisəni belə xatırlayır: «… Atama məsələnin nə yerdə 

olduğunu deyəndə, düşünürdüm ki, sevinəcək, təbrik edəcək. 

Amma o, nəinki sevinmədi, hətta bir qədər məyus oldu. «Oğul, 

vəzifəni hu gün verərlər, sabah alarlar. Heç bir vəzifə əbədi 

deyil. Sən elə bir sərvət qazan ki, əbədi olsun, onu heç kim 

əlindən ala bilməsin. Vaxtı çatanda vəzifə özü gələcək, hələlik 

sən elmlə çox ciddi məşğul olmalı, müdafiə etməlisən. Belə 



 

9

olsa, ən böyük sərvət sahibi olacaqsan, onu səndən heç vaxt 



heç kim ala bilməyəcək. Özü də bunu indi, cavan vaxtı 

etməlisən, sonra gec olar. Ataların bir sözünü unutma: «Daş-

qaş əvəzinə özünə bilik yığsan, daha çox tanınarsan. Ən 

qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç 

kəs ala bilməz». 

Atam heç institut üzrə partiya komitəsinin katibi 

olmağımla da razılaşmadı. Atamın nə qədər haqlı olduğunu 

sonralar anladım, Mən Həmkarlar İttifaqı Komitəsinin sədri 

işlədiyim dövrdə dörd partkom dəyişdirildi. Atamla söhbətim 

sanki taleyimin dönüş nöqtəsi oldu. Və mən vəzifəni yox, elm 

yolunu seçdim. Bu, atamın göstərdiyi yol idi. Əbdüləzəl 

Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, Feyzulla Qasımzadə, 

Fərhad Fərhadov, Cavad Bağırov, Afad Qurbanov, İsmayıl 

Şıxlı, Əhəd Hüseynov, Azər Hüseynov, Əziz Əfəndizadə, 

Əbdül Əlizadə kimi mütəfəkkir alim-müəllimlərdən aldığım 

dərs də əlimdən tutdu. Professor Əbdüləzəl Dəmirçizadənin 

rəhbərliyi ilə namizədlik, sonra isə doktorluq işi müdafiə 

etdim. Atamın sözü olmasın, dilimizə, ədəbiyyatımıza üz 

tutaraq, ədəbiyyatın qapılarını açdım. Müdafiədən sonra isə 

vəzifələr özü məni tapdı. Əvvəlcə prorektor, sonra rektor 

oldum…» 

Bəli, Nizami Xudiyev uzun illər Şahbuz Rayon Partiya 

Komitəsinin birinci katibi, Naxçıvan Muxtar Respublikası Ali 

Sovetinin sədri, Ali Sovetin Rəyasət Heyətinin sədr müavini

Naxçıvan Vilayət Komitəsinin orqanı olan «Şərq qapısı» 

qəzetinin baş redaktoru və s. məsul vəzifələrdə işləmiş, iki 

çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuş atası 

Mənaf Xudiyevin məsləhəti ilə elm yolunu seçir. 

1970-ci ildə ali məktəbdə təhsilini fərqlənmə diplomu ilə 

başa vuran Nizami Xudiyevin savad və biliyini, təşkilatçılıq 

qabiliyyətini, gözəl insani keyfiyyətlərini nəzərə alan 



 

10

müəllimlərinin, görkəmli alimlərin tövsiyəsi, Elmi Şuranın 



qərarı ilə onu «Azərbaycan dilçiliyi» kafedrasında müəllim 

saxlayırlar. Bu, 21 yaşlı gəncə çox böyük etimad idi və bu 

etimadı yalnız böyük zəhmətlə doğrultmaq olardı. 

Nizami Xudiyev görkəmli alimlərlə çiyin-çiyinə işlədiyi 

elmi mühitdə özünün zəhmətkeşliyi, tədqiqatçılıq məharəti və 

erudisiyası ilə bu yüksək etimadı doğrultdu. Bu yolda, əlbəttə, 

Azərbaycan dilçilik elminin korifeyi, professor               

Ə. Dəmirçizadənin alim həssaslığı və elmi intuisiyası da 

böyük rol oynayıb. Ümumiyyətlə, bir elm adamı kimi Nizami 

Xudiyevin bəxti onda gətirib ki, o, sözün həqiqi mənasında 

klassik elm məktəbi keçib. Yəni, onun təhsil aldığı Azərbaycan 

Dövlət Pedaqoji Universiteti, xüsusən «Azərbaycan dilçiliyi» 

kafedrası filologiyamızın, dilçilik elmimizin ağırlıq 

mərkəzlərindən biri idi. Şübhəsiz ki, professor Ə Dəmirçizadə 

kimi nəhəng bir alimlə birgə çalışmaq Nizami Xudiyevin elmi 

bioqrafiyasında şərəfli bir səhifə olub. O, Ə. Dəmirçizadə 

kimi müdrik bir zəka sahibinin yanında həqiqi elm məktəbi 

keçib. Bu sanballı alimlə eyni kafedrada çiyin-çiyinə işləyən, 

onun elm çeşməsindən bəhrələnən və alimlik etimadını 

doğruldan Nizami Xudiyev tezliklə bütün institutun fəxrinə 

çevrilir. Dünən tələbə kimi mühazirə və seminarlara gəldiyi 

auditoriyalara indi o, müəllim kimi daxil olur, az qala öz 

həmyaşıdları və özündən böyüklərə dərs keçirdi. Tələbələr 

onu özlərinə təkcə sevimli müəllim yox, həm də bir dost, bir 

hami bilirdilər. Şövqlə dərs deməyi ilə auditoriyalara yeni bir 

ruh gətirən bu gənc müəllim işini yalnız mühazirə oxuyub, 

seminar aparmaqla bitirmirdi. O, həm də tələbə elmi cəmiy-

yətlərinin, idman tədbirlərinin, kütləvi görüş və gəzintilərin, 

ənənəvi bayram mərasimlərinin təşkilatçılarından idi. 

Professor Nizami Xudiyev öz sevimli müəllimi Əbdüləzəl 

Dəmirçizadəni belə xatırlayır: «… Biz tələbələr ona tarix 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə