Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə9/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   5   6   7   8   9   10   11   12   ...   202

 

26

qələm» (2001), «Abdulla Şaiq» (2001), «Həsən bəy Zərdabi» 



(2004), Azərbaycan Respublikası «Vektor» Beynəlxalq Elm 

Mərkəzinin «İlin ziyalısı» beynəlxalq diplomu (2004) və s. 

Nizami Xudiyev Azərbaycan Respublikasının əməkdar 

elm xadimi, Lülfi Zadə adına Amerika Beynəlxalq Müasir 

Elmlər Akademiyasının həqiqi üzvü (2001) və Nyu-York 

Elmlər Akademiyasının həqiqi üzvüdür (2001). İngiltərənin 

Kembric Beynəlxalq Bioqrafiya İnstitutu Azərbaycan alimini 

yüksək elmi nailiyyətlərinə görə XX və XXI əsrlərin tanınmış 

iki min ziyalısı arasından seçərək 2001-ci il üçün «İlin 

beynəlxalq ziyalısı» etan etmiş və onu qızıl medala layiq 

görmüşdür. Eyni zamanda Kembric Beynəlxalq Bioqrafiya 

İnstitutu professor Nizami Xudiyevi 2002-ci ildə «XXI əsrin 

intellektualı» seçərək onu xüsusi medal və diplomla təltif 

etmiş, adı «XXI əsrin ən görkəmli ziyalısı» (ilk nəşr) kitabına 

daxil edilmişdir. 

Nizami Xudiyey həmçinin elmi uğur və fəaliyyətinə görə 

Kembric Beynəlxalq Bioqrafiya İnstitutu baş direktorunun 

müavini vəzifəsinə (2002) seçilmişdir. 

Görkəmli alim 2002-ci ildə Amerika Birləşmiş Ştatları 

Bioqrafiya İnstitutunun da üzvü seçilmiş və adı «XXI əsrin 

böyük ziyalıları» (ali nəşr) kitabına daxil edilmişdir. 

Professor Nizami Xudiyev 2004-cü ildə Ankara 

şəhərində keçirilən Türk dili qurultayında «Türk dilinə 

xidmət» ödülü ilə mükafatlandırılmışdır. Həmçinin 

Amerikanın Dünya Ədəbiyyatı Akademiyasının «Humanitar 

və fəlsəfə elmləri üzrə Sokrat sədri» (2004) seçilmiş və 

Kembric Beynəlxalq Bioqrafiya İnstitutunun «Beynəlxalq 

şərəf ordeni» ilə (2004) təltif olunmuşdur. 

O, dəfələrlə Maarif, Ali məktəb, Elmi İdarə İşçiləri 

Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvü, Azərbaycan 

Həmkarlar İttifaqının XVI qurultayında gənclər arasında iş 



 

27

komissiyasının sədri, Ümumittifaq Maarif, Ali Məktəb, Elmi 



İdarə İşçiləri Həmkarlar İttifaqının qurultaylarının, Azərbay-

can müəllimi qurultaylarının, Dünya azərbaycanlılarının I və 

II qurultaylarının nümayəndəsi olmuşdur. 

Bu sıranı Nizami Xudiyevin redaksiya heyətinin üzvü 

olduğu nüfuzlu qəzet və jurnalların adlarını sadalamaqla xeyli 

uzatmaq olar. 

Bəli, müdriklər elm və insanı üz-üzə dayanaraq bir-

birlərini əbədi əks etdirən parlaq güzgüyə bənzədirlər. Bu 

prizmadan yanaşsaq, hər bir alimin araşdırmaları, 

tədqiqatları, kitabları da bir aynadır və həmin aynada elm 

adamının intellekti, xarakteri və istedadı çox aydın əks olunur. 

Nizami Xudiyevin elmini, çoxşaxəli fəaliyyətini əks etdirən 

ayna isə çox parlaq və şəffafdır. 

Professor Nizami Xudiyevin ləyaqətli ömür yolu gənc 

nəslə əsl örnək olası bir ömürdür. Onun bir xidməti də 

gənclərə diqqət və qayğı ilə yanaşmasıdır. O, harada 

işləməsindən asılı olmayaraq, gəncləri həmişə diqqətdə 

saxlayır, düzgün həyat yolu seçmələrində onlara yardımçı 

olur. Görkəmli alimin bugünkü gənclər haqqında fikri belədir: 

«Gənclik ömrün elə bir çağıdır ki, ondan səmərəli istifadə 

olunmasa, sabah üçün heç nə qazanmaq olmaz. Müdriklərin 

fikridir: «Gənclik ay işıqlı gecələr kimidir, ağıllı adamlar bu 

gecələri yatmazlar, həm də ona görə ki, cavanlıqda dözümü 

olan qocalıqda xoşbəxt olar». Gəncləri sabaha 

istiqamətləndirmək işində isə böyüklərdən çox şey asılıdır. 

Onlara qarşı tələbkar, amma həm də diqqətli, səmimi olmaq 

lazımdır. Bu gün çox yaxşı haldır ki, Azərbaycanın ləyaqətli, 

ağıllı, tərbiyəli gəncliyi var. Hər şeyi çox məsuliyyətlə dərk 

edən gənclərimiz az deyil. Belələrinə irəli getmək, özlərini 

təsdiq etmək üçün kömək etmək lazımdır. Onların yolunda 

yaşıl işıq yandırmaq gərəkdir. Hər alim çalışmalıdır ki, 



 

28

özümdən sonra tələbəsi onun yolunu davam etdirsin. Hər bir 



müəllim elə etməlidir ki, ömrünü həsr etdiyi şagirdi sabah 

özünü doğrultsun. İndi elmi-texniki tərəqqi dövrüdür, inkişaf 

dövrüdür. Zamanla ayaqlaşmaq, zamanın nəbzini tutmaq 

lazımdır. Gənclərə sözüm budur ki, işdən qorxmasınlar, 

öyrənmək heç vaxt gec deyil. Keykavusun oğluna 

nəsihətlərindən biri belədir: «Bədənini elm və sənət kəsb 

etməyə öyrət. Bilmədiyin şeyi öyrənməyə çalış. Bunun sənə iki 

faydası ola bilər: ya bildiyin şeyi təcrübədən keçirmiş olarsan, 

ya bilmədiyin şeyi öyrənərsən». Bir də qoy gənclərimiz ana 

dilimizi sevsinlər, Vətənimizi sevsinlər, adət-ənənələrimizə, 

mənəvi dəyərlərimizə hörmət qoysunlar, tariximizi 

öyrənsinlər». 

Vətənpərvər ziyalı, Azərbaycanımızın heç bir dərdinə, 

probleminə biganə qalmayan professor Nizami Xudiyev də bu 

gün torpaqlarımızın erməni tapdağında olmasından 

narahatdır, bu dərd bir vətəndaş kimi onun da qəlbini 

göynədir. İndi Qarabağla bağlı xatirələri onu xəyalən o 

yerlərə aparır. Alim hərbi xidmətini Xankəndində keçirib. 

Əsgərlikdə olarkən atasının onu görmək üçün Xankəndinə 

gəlməsi, onu Şuşaya aparması, birlikdə Cıdır düzünü 

gəzmələri onun üçün indi əlçatmaz, amma əziz xatirələrdir. O, 

həmin xatirələri həm də böyük ağrı ilə xatırlayır: «…Atam 

icazə alıb hərbi hissədən məni Şuşaya apardı. Amma bundan 

əvvəl həmişə məktublarında mənə yazırdı ki, Nizami, Qarabağ 

ulu mədəniyyətimizin qədim mərkəzlərindəndir, Şuşa bütöv bir 

tarix kitabıdır, Azərbaycan tarixinin qan yaddaşıdır, imkan 

olanda Şuşanı gəz, Gövhər ağa məscidinə, tarix-diyarşünaslıq 

muzeyinə, Bülbülün, Üzeyirin, Nəvvabın muzeylərinə get, 

Vaqifin məqbərəsini ziyarət elə, Xan qızı Natəvanın çəkdirdiyi 

bulağa bax, Şuşanın tarixini öyrən… İndi budur atamla, bir 

də onun vaxtilə institutda, Partiya məktəbində birgə oxuduğu 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə