Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə12/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   8   9   10   11   12   13   14   15   ...   202

 

38

qarşısında tarixi xidmətləri o qədər çox, o qədər böyükdür ki, 



onların hamısından bir məqalədə danışmaq mümkünsüzdür. 

Amma birbaşa müstəqilliyimizlə bağlı bir məqamı 

xatırlatmağı da özümə borc bilirəm. 1990-cı il noyabrın 17-də 

Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Sovet Sosialist 

Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası 

keçirildi. Həmin toplantıda sonradan nəinki təkcə 

Azərbaycanın, bütün SSRİ-nin taleyində mühüm rol 

oynayacaq bir hadisə baş verdi. Sessiya Heydər Əliyevin 

təşəbbüsü və qətiyyəti ilə Naxçıvan MSSR-in adından «Sovet 

Sosialist» sözlərinin birdəfəlik çıxarılması, Naxçıvan MSSR 

Ali Sovetinin adının dəyişdirilərək «Naxçıvan Muxtar 

Respublikası Ali Məclisi» adlandırılması, Azərbaycan Xalq 

Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz 

nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu 

barədə Azərbaycan SSR Ali Soveti qarşısında qanunvericilik 

təşəbbüsü qaydasında vəsatət qaldırılması haqqında tarixi 

qərarlar qəbul etdi. Bu sessiyadan 4 gün sonra – noyabrın 21-

də yenə də Heydər Əliyevin təşəbbüsü ilə «1990-cı ilin yanvar 

ayında Bakıda baş vermiş hadisələrə siyasi qiymət verilməsi 

haqqında» qərar qəbul edən Naxçıvan Muxtar Respublikası 

Ali Məclisi SSRİ rəhbərliyini, Qorbaçov klanını ilk dəfə açıq 

şəkildə «cinayətkar» adlandırdı. Heydər Əliyevin bu 

fəaliyyətinin ölkədəki ictimai-siyasi proseslərə oyadıcı təsir 

göstərməsi faktını görmək o qədər də çətin deyil. Azərbaycan 

SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyası 

elə həmin gün «Azərbaycan SSR» ifadəsindən imtina edərək 

dövlətimizin «Azərbaycan Respublikası» adlandırılması 

barədə qərar çıxardı. Həmçinin üçrəngli bayrağımız 71 ildən 

sonra yenidən dövlət bayrağımız, dövlət simvolumuz kimi 

təsdiqləndi. Dünya siyasətinin korifeylərindən olan Heydər 

Əliyev deyirdi: «Azərbaycanın istiqlaliyyətinin bəyan 



 

39

edilməsi ölkəmizin tarixində çox böyük əhəmiyyətə malik 



hadisədir». Bu, son dərəcə müdrikliklə deyilmiş tezis özündə 

mütləq həqiqəti əks etdirir. Amma o mütləq həqiqət bir tarixi 

həqiqətə söykənir: sözdə müstəqilliyin gerçək müstəqilliyə 

çevrilməsində Heydər Əliyevin misilsiz xidmətləri, böyük 

tarixi rolu danılmazdır. Çünki məhz bu lider sonrakı 

mərhələlərdə Azərbaycanın müstəqilliyini möhkəmləndirdi və 

dönməz etdi. 

İndi isə bir anlığa 1993-cü ilin həyəcanlı iyun 

hadisələrini yada salaq. O zaman dünyanın reallıqlara 

əsaslanın ən ciddi siyasi institutlarında, cəmiyyət 

problemlərini öyrənən təsisatlarında belə bir fikir 

formalaşmışdı ki, Azərbaycanı yalnız möcüzə xilas edə bilər. 

Amma Azərbaycanı möcüzə deyil, müdrik bir şəxsiyyət, dahi 

bir insan, qüdrətli bir rəhbər – Heydər Əliyev xilas etdi… 

1988-1993-cü illərdə bir neçə dəfə Azərbaycanda olmuş 

bir fransız sosioloqu yazırdı: «Azərbaycan ya möcüzəyə 

çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa, 

XXI əsrin möcüzəsi sayılacaq, hakimiyyətə təsadüfi adamlar 

gəlsə, Azərbaycan məhvə gedəcək». 

Azərbaycanın xoşbəxtliyi onda oldu ki, o, əsl möcüzəyə 

çevrildi, o, əsl rəhbərini tapdı. Xalqımızın müdrikliyi isə bir 

də onda oldu ki, o, təsadüfi adamı deyil, Heydər Əliyevi seçdi. 

Təkidli tələbləri ilə onu yenidən hakimiyyətə gətirdi. 

Yəqin orta yaşlı insanların yaxşı xatirindədir: 1988-ci 

ildən 1993-cü ilin yayına kimi Azərbaycan özünün faciəli 

dövrünü yaşadı. Bu müddət ərzində dörd dəfə hakimiyyət 

dəyişikliyi baş verdi. Məhz hakimiyyətə gəlmiş təsadüfi 

adamlar ölkəni labüd məhvə aparırdı. Xalqın inamı qırılmış, 

ziyalılara qarşı əsl repressiya başlamış, elm, təhsil, səhiyyə, 

iqtisadiyyat, mədəniyyət bərbad vəziyyətə salınmışdı. 

Vətəndaş müharibəsi paytaxt Bakının bir neçə kilometrliyində 



 

40

idi. Qanunsuz silahlı dəstələr əhalini qorxu içərisində 



saxlayırdı. Ölkə acınacaqlı vəziyyətdə idi. Xalq onu bu 

vəziyyətdən qurtara biləcək yeganə şəxs kimi görkəmli dövlət 

xadimi Heydər Əliyevi görürdü və təkidlə onu tələb edirdi. 

Heydər Əliyev Azərbaycanı məhz belə bir vəziyyətdə qəbul 

etdi və Eduard Şevardnadzenin təbirincə desək, öz ölkəsini 

həyatı bahasına xilas etdi… 

Beləliklə, 1993-cü ildə Heydər Əliyev ikinci dəfə 

hakimiyyətə gəldi, Azərbaycanı dağılmaqdan və milli 

fəlakətdən, beynəlxalq aləmdə təklənməkdən xilas etdi. 1994-

cü ilin may ayında atəşkəs imzalandı. Azərbaycanda silahlı 

müxalifət ənənələrinə qətiyyətlə son qoyan ulu öndər 

cəmiyyətin inkişafını dinc, demokratik yola istiqamətləndirdi, 

bununla da Azərbaycan xalqını tarix səhnəsindən silinmək 

kimi acı bir aqibətdən qorumağa, dövlətçiliyi hifz etməyə 

müvəffəq oldu. Ən əsası, Heydər Əliyev milli qürurumuzu 

özümüzə qaytardı: xalqın millət, Torpaq, Vətən və Bayraq 

sevgisini bərpa etdi. «Mən həmişə fəxr etmişəm, indi də fəxr 

edirəm ki, Azərbaycanlıyam!..» deyə bizə Azərbaycanı məhz 

onun kimi sevməyi öyrətdi. 

Bu dahi şəxsiyyətin rəhbərliyi ilə cəmiyyət həyatının 

bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın 

simasını dəyişdirdi. 

Bəli, 35 illik dövrü – Heydər Əliyevin böyük fəaliyyəti, 

müstəqilliyimizin, dövlətçiliyimizin qorunması, iqtisadiyyatı-

mızın 

 

dünya iqtisadiyyatına inteqrasiya dövrü 



 

kimi səciyyələndirmək olar… 

Danılmaz faktdır ki, bugünkü Azərbaycan reallıqları, 

ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə