Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə15/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   11   12   13   14   15   16   17   18   ...   202

 

47

mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə 



xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında 

duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun 

olaraq zərurətdən yaranmış bir partiyadır». 

Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin, 

onun müstəqilliyinin, bu gününün və sabahının qarantı oldu. 

Onun bir missiyası vardı: o yeni və qüdrətli bir Azərbaycan 

qurmalı idi. 

Aradan keçən illər isə partiyanın öz prinsiplərinə nə 

qədər sədaqətli olduğunu dəfələrlə sübuta yetirib. Onu da 

sübut edib ki, bu partiya ölkəmizdə ən öncül, ən mütəşəkkil 

bir siyasi qurumdur və ölkənin müasir tarixində, ictimai-siyasi 

həyatında onun danılmaz yeri var… 

2003-cü ilin dekabr ayında ulu öndər Heydər Əliyevin 

vəfatı, nəinki Yeni Azərbaycan Partiyasını, eləcə də xalqımızı, 

bütün Dünya azərbaycanlılarını sarsıtdı. Bu, partiya üçün də 

ağır, çətin bir sınaq idi. Bu sınaqdan elə ulu öndərin adına la-

yiq də çıxmaq lazım idi. Azərbaycan xalqı isə bunu bacardı… 

Səhhətində yaranmış problem bu dahi rəhbərin prezident 

seçkilərində iştirakına mane oldu. Öz qüdrəti ilə ən çətin 

məqamlarda belə, insanları heyrətləndirməyi bacaran 

ümummilli liderimiz xalqa tarixi müraciət etdi. 1 oktyabr 

2003-cü il tarixli bu müraciətdə: «Mən ona özüm qədər 

inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» deyə ulu 

öndər xalqımızı prezident seçkilərində siyasi kursunun layiqli 

davamçısı İlham Əliyevə səs verməyə çağırdı. Və xalq öz 

liderinin müraciətinə yekdilliklə səs verdi, onu dəstəklədi. 

Gənc və qətiyyətli, savadlı və praqmatik düşüncəli İlham 

Əliyevi Prezident seçdi… 

Yeni Azərbaycan Partiyası da 26 mart 2005-ci il 

tarixində keçirilən III qurultayında öz qurucusunun adına 

layiq monolitlik birlik nümayiş etdirdi və güclü təşkilat 



 

48

olduğunu bir daha göstərdi. Cənab İlham Əliyev yekdilliklə 



Yeni Azərbaycan Partiyasının sədri seçildi və bu seçim 

cəmiyyətdə böyük razılıqla qarşılandı. 

Fikrimcə, bu, təşkilatın fəaliyyətində yeni mərhələnin 

başlanğıcı kimi qiymətləndirilməlidir… 

 

Heydər Əliyevin qurucusu olduğu  



müstəqil Azərbaycan etibarlı əllərdədir 

 

Əslində, Heydər Əliyev ideyalarının özü bir məktəbdir 



və hazırda bu məktəbin Prezident İlham Əliyev tərəfindən 

uğurlu davamını görmək çox xoşdur. Bəli, ulu öndərin 

qurucusu olduğu müstəqil Azərbaycanın taleyi indi çox 

etibarlı əllərdədir. Ümummilli liderin uğurlu neft strategiyası, 

habelə İpək yolu, sahibkarlıq, qeyri-neft sektorunun, 

regionların sürətli inkişaf məsələləri – bütün bunlar Prezident 

İlham Əliyevin apardığı işlərin mahiyyəti, sosial-iqtisadi 

nəticələri ilə davam etdirilir. 

Heydər Əliyev Azərbaycan dövlətinin müstəqil, dinamik 

inkişaf edən bir ölkə kimi fəaliyyətinin əsasını qoydu. Onun 

siyasi varisi Prezident İlham Əliyev isə Azərbaycanın gələcək 

inkişaf perspektivləri ilə bağlı gərgin və məhsuldar iş aparır, 

məqsədli proqramlar həyata keçirir və bununla da 

dövlətçiliyimizə, müstəqilliyimizə, Azərbaycanın sosial-

iqtisadi tərəqqisinə sədaqətlə xidmət edir. Heydər Əliyev 

siyasətinin bütün istiqamətlərinin bu cür davamı isə xalq 

tərəfindən də yüksək dəyərləndirilir. Nahaq deyilməyib ki, 

xalqın gözü tərəzidir. 

Dövlətimizin başçısı cənab İlham Əliyevin prezident 

seçkiləri öncəsi verdiyi vədlər indi öz əksini görülən işlərdə 

tapır. Artıq Azərbaycanda 340 mindən çox yeni iş yeri 

yaradılıb, bu isə ilk növbədə, əhalinin rifah halının 




 

49

yaxşılaşmasını təsdiq edən amillərdən biridir. «Mən istəyirəm 



Azərbaycanda yoxsul olmasın, işsiz olmasın. …Hamı yaxşı 

yaşasın!» – bu, möhtərəm Prezidentimiz İlham Əliyevin ən 

böyük devizidir. Bu deviz dövlətçiliyimizin qorunması, 

müstəqilliyimizin möhkəmləndirilməsi işinə, ölkəmizin 

tərəqqisinə, insanların rifahına xidmət edir. Və son illər sosial-

iqtisadi məsələlərlə bağlı qəbul olunmuş Dövlət proqramları, 

həyata keçirilmiş tədbirlər ölkəmizdə yoxsulluq səviyyəsinin 

aşağı düşməsində mühüm rol oynayır… 

Həqiqətən də, gənc, böyük potensial imkanlara malik 

Prezident İlham Əliyev Azərbaycan adlı nəhəng gəmini çox 

məharətlə idarə edir. Biz hamımız, bütün Azərbaycan xalqı isə 

gənc Prezidenti ilə fəxr edir. 

 

Heç vaxt unudulmayacaq əməllər və  



xalqın əbədi lideri 

 

Müdrikliyi və qətiyyəti, ağlı və düşüncəsi, gərgin əməyi 



və fəaliyyəti, bütövlükdə yaşadığı böyük ömrün bütün 

mərhələləri Heydər Əliyevin insanlığın və liderliyin 

zirvəsində dayanan şəxsiyyət olduğunu sübut edir. Heydər 

Əliyev öz xalqının yaddaşında, tarixində əbədiyaşarlığını hələ 

sağlığında ikən təmin edib. Müstəqil Azərbaycanın memarı, 

müasir Azərbaycanın qurucusu olan bu nəhəng siyasətçiyə hər 

birimizin bir müqəddəs borcumuz var: bu borcdan isə onun 

əməllərinə sədaqətlə xidmət etməklə, ideyalarını yaşatmaqla, 

onun siyasi kursunun layiqli davamçısı Prezident İlham 

Əliyevin ətrafında sıx birləşməklə çıxmaq olar. 

Bəli, bugünkü Azərbaycan reallığı Prezident İlham 

Əliyevin parlaq şəxsiyyəti və yorulmaz fəaliyyəti ilə bağlıdır. 

Bu fəaliyyət Heydər Əliyev siyasi fəlsəfəsinə, liderlik 

məktəbinə söykənir. Əgər Heydər Əliyev dünyanın siyasət 




 

50

zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük 



azərbaycanlının adını əbədi həkk etdisə, cənab İlham Əliyev 

bu estafeti inamla qorudu, bu məktəbin layiqli davamçısı 

olduğunu sübut etdi. Məhz Prezident İlham Əliyevin bacarıqlı 

rəhbərliyi sayəsində bu gün Azərbaycan dünya birliyində 

ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil 

cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır. 

Mən Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü 

münasibətilə yazdığım, ulu öndərin unudulmaz, parlaq 

xatirəsinə həsr etdiyim, ölməz ruhuna bağışladığım bu yazını 

möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan 

Partiyasının III qurultayındakı nitqindən kiçik bir parça ilə 

bitirmək istəyirəm: «…Mən demişdim, bu gün də deyirəm ki, 

Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla getməlidir, 

yalnız bu yol bizə uğur gətirə bilər. Biz ancaq bu yolla getsək, 

ölkəmizi zəngin, qüdrətli dövlətə çevirə biləcəyik. 

Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin 

tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da 

gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin 

yaxşılaşmasına xidmət edəcəkdir…» 

Fikrimcə, əlavə sözə ehtiyac yoxdur. Təkcə möhtərəm 

Prezidentimiz cənab İlham Əliyevə Azərbaycanımızın 

çiçəklənməsi naminə çətin, məsuliyyətli işində uğur diləmək 

qalır. 

Bir də 2003-cü ilin dekabrından, demək olar ki, hər gün 



təkrarladığımız bir duanı dilə gətirmək istəyirəm: «Yerin 

cənnət, ruhun şad olsun, ulu öndər! Qoy Ulu Tanrı ruhuna 

edilən duaları qəbul etsin!» 

 

«Heydər Əliyev irsi, Azərbaycanın  



davamlı inkişaf strategiyası» kitabı. 

«Azərbaycan» nəşriyyatı, 2006, səh. 47-58 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə